NəSİman yaqublu



Yüklə 5,08 Kb.
Pdf görüntüsü
səhifə19/57
tarix12.03.2018
ölçüsü5,08 Kb.
#31278
1   ...   15   16   17   18   19   20   21   22   ...   57

 
Nяsiman Yaqublu 
 
 
68 
Bən istərəm ki, şu günəş yıldızları dikəltsin! 
Bən istərəm, şu günəşə bütün yer-göy tapınsın, 
Qurd, quzu həp bir otlasın, bir yatağa sığınsın. 
Dörd yanımda ildırımlar çaxsın, şimşək oynasın. 
O günəşdir iştə bənim taleyimin ülkəri”. 
Qadın 
Oylə isə öyklü  oğlum, ayı, yıldızları 
Bir-birinə bitişdirib uğurlu bir bir günəş yap! (20, s. 552-553) 
 
Azərbaycan Xalq Cümhuriyyəti və Qafqaz İslam Ordusu. Bakı, Qafqaz 
Unuversiteti Qafqaz Araşdırmaları İnstitutu Nəşriyyatı, N006, 2008. 
 
 
 
 


 
Bakыnыn Qurtuluшu 
 
 
69 
 
 
 
 
ƏBDÜ ƏFƏNDİZADƏ 
 
Hər ürəkdə səbt olubdur (yazılıbdır): 
YA ÖLÜM, YA TÜRKIYƏ! 
 
 
 
 
 
 
BİR NEÇƏ SÖZ 
 
İslam aləmində yaşayan diri millət yalnız Osmanlı olub, mabaqisi 
ölümcül  bir  halda  imrari-həyat  etməkdədir.  İçərisində  yaşadığımız 
aləmşümul  müharibə  burasını  dəfaət  ilə  sübuta  yetirdi.  Binaən  bəri 
bizlərdən bu halda hakim olmaz. Hər kəs bu iddiaya düşərsə, millətinə 
böyük  bir  xəyanət  etmiş  olur.  Buna  görə  Türk  və    İslam  aləmi 
xülafəyi-ali-osman  bayrağı  altında  birləşib  şanlı  Türkiyəyə  ilhaq 
olmazsa,  artıq  yaşamasına  ümid  yoxdur.  Türkiyənin  bizlərə  babalıq 
etməyə hər bir cəhətdən haqqı vardır və edəcəkdir... 
Mən  də  müharibəyə  felən  iştirak  etmədimsə  də,  fikrən  Osmanlı 
ordusunun  dövri-bərində  davranmaqda  idim  və  ara-sıra  hissiyyati 
millətpərvərlərimi
1
      və  başqa  düşüncələrimi  nəzmən  kağız  üzərində 
səbt edirdim
2
.  
Bu  mənzumələr  tək  mənim  deyil,  bəlkə,  cümlə  Qafqazlı 
qardaşlarımın  hissiyyati-milliyyələrini  havidir.  Zira  ki,  bunların  hər 
birisi öz vaxtında millət içərisində əldən-ələ keçməkdə və xanəndələr 
ağzında oxunmaqda idi. 
İndi  haman  əsərləri  topladım  və  əl-həqq  məsələsi  üçün  təşkilatda 
bulunduğum  bir  çox  şəhərlər  və  vilayətlərin  mürici-əfkarı  olan 
                                           
1
 Hissiyyati millətpərvərlərimi – milli hisslərimi 
2
 Səbt edirdim - yazırdım 


 
Nяsiman Yaqublu 
 
 
70 
“Qafqaza  dəvət”  mənzuməmi  Türkiyə  ordusu  namına  əlavə  etdim. 
Həmin  əsərlər  bizlərin  əski  tarixdən  bəri  ana  Türkiyəyə  qovuşmaq 
fikrimiz  yeganə  amalımız  olduğu  üçün  və  məhz  bu  cəhətdən  layiqi-
etina  olunar  deyib  tərəfi-acizanəmdən  qəhrəman  Türk  ordusuna 
təqdim olunmalarına cəsarət etdim. Qəbul olunursa, özümü  ən böyük 
bəxtiyarlardan add edərəm.  
 
Şəhri-Nuxa-sənei-1336. Səh 3.  
 
 
Ərzrum qalasının ruslar tərəfindən işğal edilməsi və Qars müsəl-
manlarının düşmən pəncəsi altında əzilmələri münasibəti ilə 
 
NÖVHƏ 
 
Xudavənda, hər iqlimə qılıbsan çarə yüz yerdən! 
Nədəndir pəs bizim millət olub biçarə yüz yerdən? 
Hesabca milləti-islam üçüz (üç yüz) milyonu keçmişdir
Nə hikmətdir, həmin millət olub səd parə yüz yerdən? 
Hanı İran? Hanı Turan? Hanı Şah Əkbərin təxti? 
Dönüb bu aləmi-islam xarabazarə yüz yerdən! 
Qazan getdi, Krım getdi, Mərrakuş
1
, Əndəlis
2
 getdi, 
Buxara məhv olur dini satıb dinarə yüz yerdən! 
Tarablus, Əlcəzair, Misir, Tunis, Xivə puç oldu! 
Dağıldı aləmi-islam parə-parə yüz yerdən... 
Səlatıni-şahənşahanı
3
 millətdən bir ad qaldı, 
Xilafətgahi-islamə uruldu yarə yüz yerdən! 
Səlim, Osman, Ərtoğrul Bayəzid, Fatehin nəsli
Bu aslanzadələrdir tək verən can yarə yüz yerdən. 
Pənahı müsəlmanın qaldı tək Osmanlı ordusu! 
Həmin ordu urdu başın daşa-divarə yüz yerdən! 
Bu millət altı yüz ildir, edir övladını qurban... 
Qoyur canın, tökür qanın, açıb fəvvarə yüz yerdən! 
                                           
1
 Mərrakuş – Mərakeş 
2
 Əndəlis – Əlcəzair 
3
 Səlatıni-şahənşahanı – Sultanlar sultanı, şahlar şahı 


 
Bakыnыn Qurtuluшu 
 
 
71 
Kəlami-Allahı, dini hifz edən bu qəhrəmanlardır, 
Birə yüz düşmənə qarşı çalandır yarə yüz yerdən! 
Məhəmməd-Müstəfanın, Kəbənin, şahi-şəhidanın 
Bu millət xadimidir kim, düşüb azadə yüz yerdən! 
Aya, ey milləti-ali! Dönübdür çərxi islamın, 
Vətən qan ağlayır indi, geyinmiş qarə yüz yerdən... 
Təcavüz eyləyir düşmən sərasər ərz namusa... 
Bizim ümidimiz sənsən, buna qıl çarə yüz yerdən! 
Həbibi-Allahı qıl hali, gəlib görsün bu əhvalı, 
Nədəndir söyləsin, millət qalıb avarə yüz yerdən. 
Təmənna qılsın Allahdan bizə namus, sizə himmət
Bizə qeyrəti-məhəbbət... Sizlərə bir çarə yüz yerdən... 
 
Sibirya, Romaniya, Rusiya və qeyriləri 
 münhəzim olmaq münasibəti ilə 
 
 
 
ÜMİD 
 
Deyəsən bizlərə tann bu dönüş sayə salıb, 
Baxıram hər tərəfə, düşməni ah-vayə salıb... 
Tarixi seyr elə gör, bir nə edibdir düşmən... 
İmdi tədbiri nədir, aləmi hay-hayə salıb? 
Misiri, Hindi tutan ingilisi-düşməni-din 
Bu dönüş hiylə oxum Bəsrəyə minayə salıb. 
Əlcəzayirü-Mərrakuşlə Tarablus, Tunis, 
Düşmənə loxma olub, millətə bir qayə salıb. 
Səltənətlər dağıdan hürr Firəngistana bax! 
Meylini indi də Şamə bu fərmayə salıb... 
Qazanı, həm Krımı, Qafqazı, həm Turanı 
Şimal ayısı udub, meyli Buxaraya salıb... 
Kərbəla, Məkkə, Mədinə, Məşhədü Qüdsi-şərif
Gör bu gün düşməni-dini necə sövdayə salıb?! 
Xayinanə buluşur Türkiyəni, İranı... 
Əfqanıstanı, Bellucistanı sonraya salıb. 
Fatehin məscidinə xaş tikəcəkmiş məlun... 


Yüklə 5,08 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə