NəSİman yaqublu



Yüklə 5,08 Kb.
Pdf görüntüsü
səhifə27/57
tarix12.03.2018
ölçüsü5,08 Kb.
#31278
1   ...   23   24   25   26   27   28   29   30   ...   57

 
Bakыnыn Qurtuluшu 
 
 
95 
Bəli,  şair  haqlıdır.  Görüşlərində  və  həyəcanlarında  olduğu  kimi, 
kehanetlərində də haqlıdır. Müqəddəs yurd torpaqları gasıp və qəddar 
düşmənə sipər ola bilməzdi və olmadı da. Qəhrəman Qurtuluş ordu-
su  düşməni  saxlandığı  səngərlərdən  süngüsünə  keçirmiş  və  Xəzərə 
tökmüşdü.  Bakını  bürüyən  hərb  meydanı  düşmən  cəsədləri  ilə 
dolmuşdu.  “Allah, Allah” sədalarını top gurultuları və silah  səslərinə 
qarışdıran  müzəffər  qurtuluş  ordusunun  şəhərə  girməkdə  olduğunu 
görən düşmən təslim bayrağı qaldıraraq aman diləmişdi. 
İstiqlal  savaşını  zəfərə  çatdıran  və  bizə  hürr  və  məsud  bir 
istiqlal həyatından bəhs edən bu möhtəşəm səhifəni Əhməd Cavad 
aşağıdakı misralarda əbədiləşdirmişdi: 
 
Yurdumuzda bizə meydan oxuyan
Murdar cəmdəkləri murdar qoxuyan. 
Tək bir səslərini uzaqdan duyan
Düşmənimiz aman istər, Bismillah! (47, s. 3-5). 
 
“Azərbaycan” aylıq Kültür Dərgisi. 
Sentyabr 1953, yıl 2, sayı 6(18)
 
 
 
 


 
Nяsiman Yaqublu 
 
 
96 
 
 “Azərbaycan” aylıq Kültür  
Dərgisinin redaksiya məqaləsi 
 
15 SENTYABR 1918 
 
Bundan tam 40 il öncə, 15 Sentyabr 1918-ci il tarixdə şanlı Türk 
Ordusu,  Azərbaycan  könüllüləri  ilə  birlikdə  Bakını  düşmən 
istilasından qurtarmışdı. 
 
zərbaycan 28 May 1918-ci ildə İstiqlalını elan edər-
kən,  Başkəndi  Bakı  ilə  birlikdə,  məmləkətin  bütün 
əsas hissəsi düşmən əsarətində idi. 
Çar Rusiyası kimi bolşevik Rusiyası da Qafqazı 
və  onun  şahdamarı  olan  Bakını  əldən  buraxmaq  istəmirdi.  Gah  daş-
naklarla, gah da kayzer Almaniyası ilə anlaşaraq Azərbaycan əhalisini 
qətliam  bahasına  da  olsa,  əsarətdə  saxlayırdı.  Bakıda  Mart  faciəsini 
təşkil edərək minlərcə məsum insanı Şaumyanın əlilə qılıncdan keçir-
dikdən  sonra  Şamaxını  yenidən  viran  etmiş  və  Lənkəranı  qanla  boğ-
muşdu.  Əfsus  yenə  də  məqsədinə  nail  olmamışdı.  Gəncə  ətrafında 
birləşərək,  yenilməz  mücahidlərin  mərd  sinələrindən  aşılmaz  bir 
sədd  quran  Azərbaycan  Milli  Müqavimət  hərəkatı,  bolşeviklərin 
Bakıya  doğru  hərəkatına  mane  olmuşdu.  Bu müqavimət sayəsində 
Qafqazın başdan-başa sovetləşdirilərək yenidən bir rus sömürgesi xü-
susunda Leninin Qafqaz fövqəladə komissarı Şaumyana vermiş oldu-
ğu geniş səlahiyyətlər hakim qalmışdı. 
İxtilaldan sonrakı Qafqazda milli-dini ümidlərdən və tarixi ənənə-
lərdən  ilham  alaraq,  Rusiya  ilə  hər  növ  zorakı  bağları  başlanğıcdan 
etibarən  çözüb  atmağa  hazırlanan  əsas  ünsürü  Türk-İslam  əksəriyyəti 
təşkil etməkdə idi. Xristian ünsürlər, Rusiyadan  başqa, bolşevik reji-
minə qarşı mücadilə etdikləri üçün Rus imperatorluğundan qəti surət-
də  ayrılma  mövqeyində  davranırdılar.  Nitekim,  Cənubi  Qafqaz  Sey-
mində  Qafqazın  Rusiyaya    hər  növ  irtibatını  kəsərək  bağımsız  bir 
siyasi  vəhdət  halına  gəlməsini  israrla  təhdid  edən  və  ən  sonda  ger-
çəkləşən qüvvə  də başda Müsavat Partiyası olmaqla Seymin Müsəl-
man Fraksiyası olmuşdu. 



 
Bakыnыn Qurtuluшu 
 
 
97 
Azərbaycan Milli Müqavimət Hərəkatı bolşeviklərin Tiflisə və Ba-
tuma  doğru  irəliləyişini  dayandırmışdı.  Əfsus,  Seym  hökuməti  Bak-
ının  istilasına  qarşı  heç  bir  yardım  etməmişdi.  Bu  durum  qarşısında 
hər şeydən əvvəl, millətin varlığını qurtarmaqla məşğul olan müstəqil 
Azərbaycan  Hökuməti,  Seymin    inhilalından  dərhal  sonra  Bakının 
xilası məsələsini ələ alaraq, Osmanlı Hökumətindən yardım istəmişdi. 
Birinci  Dünya  Müharibəsinin  sona  yaxınlaşmasına  və  Türkiyənin 
çox  zəif  düşməsinə  uyğun  Böyük  Vətənpərvər  Sədrəzəm  Tələt  Paşa-
nın idarə etdiyi Ənvər Paşanın Hərbiyyə Nəzarətini etdiyi qardaş Os-
manlı Hökuməti bu müraciətə məmnuniyyətlə cavab vermiş və Nuru 
Paşanın    komandası  altında  xüsusi  bir  Qafqaz  İslam  Firqəsini 
Azərbaycana yardıma göndərmişdi. 
Bu  firqə  Alman  Komandanlığının  yaratdığı  çətinlikdən  irəli  gələ-
rək  Tiflis-Bakı  dəmiryolu  xəttindən  istifadə  edə  bilmədiyi  üçün    İran 
torpaqları üzərindən keçərək Gəncəyə gəlmiş və Azərbaycan könüllü-
ləri  ilə  birləşərək  məmləkətin  əsas  hissələrini  düşməndən  xilas 
etdikdən sonra Bakı qapılarında dayanmışdı. 
Birləşmiş  Türk  Milli  Qüvvələrinin  xaricdən  hücumu  nəticəsində 
Bakı  Sovet  idarə  sistemini  təşkil  edən  Bolşevik-Menşevik-Eser-Daş-
nak millətçi qüvvələri birləşmiş və Şaumyan hökuməti devrilərək yeri-
nə Rus Xəzər Donanmasına söykənən “Sentrokaspi” idarəsi keçmişdi. 
Bakını mühasirə edən Birləşmiş Türk Qüvvələri təşkilat və təchi-
zat  etibarilə  heç  də  şəhər  daxilindəki  yabançı  düşmən  birliklərindən 
üstün deyildi. Hələ Anadoludan göndərilən yardımçı qardaş Türk qüv-
vələrinin sayı da böyük sayıla bilməzdi. 
Düşmən İrandakı ingilis qüvvələrindən tam təşkilatlı və təchizatlı, 
təqribən  iki  min  nəfərlik  yardım  almışdı.  Bakı  daxilindəki  yad  qüv-
vələr o günün şərtləri içində bir az gec də olsa, Xəzər dənizi üzərindən 
maliyyə  ala  bilirdilər.  Nəhayət  Azərbaycanın  siyasi  şəraiti  Qafqaz 
qonşuları da daxil olmaqla bütün dünyadan təcrid edilmişdi. Yardımı-
na gələn Anadolu qüvvələri də o günün şərtləri içərisində Türkiyədən 
maliyyə ala bilmirdilər. Əldə olan nə vardısa ancaq onunla iş görmək 
lazım  gəlirdi.  Bütün  bunlara  rəğmən  Müzəffər  Milli  Qüvvələr  15  
Sentyabr 1918-ci il tarixdə mərhum general Mürsəlin başçılığı ilə 
Bakını azad etmişdilər. Çünki bütün Azərbaycan xalqı xilaskar ordu 
ilə  birlikdə  bütün  var-yoxunu  onun  əmrinə  buraxmışdı.  Xalq 
yardımına qoşulan Anadolu qardaşlarına mehriban qucağını açmış və 
onların  səflərinə  qatılaraq  birgə  zəfər  üçün  canını  və  malını  fəda  et-
mişdi. 1918-ci ildə Bakı vuruşlarında iştirak edənlər və ya o sıralarda 
Azərbaycanda olanlar Türk birliyinin qüdrətinə, idealist Türk gəncliyi-
nin qeyrətinə və xariqələr yaradan Türk gücünə şahid olmuşdular. 


Yüklə 5,08 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə