Bakыnыn Qurtuluшu
93
“Bəs-i bədelmevt” dahi deyilə bilər. O halda Bakı civarındakı Yanar-
dağ, Şubanı və Yasamal yamaclarından atılan zəfər topları şairi nədən
coşdurmasın?!
Atıldı dağlardan zəfər topları,
Yürüdü
irəli əsgər, Bismillah!
O Xan Sarayında çiçəkli bir qız,
Gözləyir bizləri zəfər, Bismillah!
İstiqlal savaşının zəfər dastanına belə başlayan Cavad, min ildən
çox tarixə malik olan Şirvanşahlar dövrünün parlaq xatirəsini yaşadan
Bakıdakı Xan Sarayında özünün zəfər pərisini gözlədiyinə əmindir.
Memarlıq və təbii gözəlliyinə yad bilgilərin də heyran olduqları və
“Daşa dönmüş musiqi” şəklində tərif etdikləri XV əsrin bu qüsursuz
abidəsi yalnız gözəl bir sənət əsəri olmaqla qurtarmır, incə bir zövqün
ifadəsi olmaqla bərabər hər şeydən əvvəl, milli dövlət ruhunu
tərənnüm edən bir simvol rolunu oynamaqdadır. Bakıdakı Xan
Sarayında çiçəkli bir qız şəklində təsvir etdiyi zəfər pərisinin şəxsində
şair milli hakimiyyət idealının zəfərini müjdələyirdi. Yalnız milli
dövlət dövrünün timsalı olan Xan Sarayı deyil, belki (bəlkə) ümumi
heyəti ilə bütün Bakı, nişanlısını gözləyən bir gözəldir. Bütün irfan,
kültür, iqtisadi həyat və müəssisələrini sinəsində barındıran (saxlayan)
Bakı, o dumanlı şəhər, Azərbaycanın döyünən qəlbidir.
Ey döyünən ürək, dumanlı şəhər,
Bilmirsən bu zor gurultu nədir?
Aç sisli qoynunu,
ordumuz gəlir,
Nişanlın qoynuna girər, bismillah!
Fəqət hərbin taleyi buna imkan verəcəkmi? Bu tale nişanlısının
qoynuna girməyə can atan qurtuluş ordusuna yol verəcəkmi? Əzəldən
bəri
bir Türk dənizi, bir Türk gülü olan Xəzər, Türkə, yəni əsl sahibinə
ram olacaqmı?
Ey hərbin taleyi bizə yol ver, yol!
Sən ey gözəl dəniz, gəl Türkə ram ol!
Nяsiman Yaqublu
94
-
deyə hayqıran şair bütün ümidini sağa-sola qılınc vuran qollara
bağlamışdır.
Çünki bu xilasedici qollara haqdan qüvvə verilmiş olduğuna şübhə
yoxdur:
Sən ey sağa-sola qılınc vuran qol,
Qollarına qüvvə gələr, bismillah!
Bu haqq qüvvəsinin qarşısında hərbin taleyi nə edə bilər?
Qanlı savaşın seyrinə qapılmış və bir sel kimi axan orduya qatılmış
şairdə zəfərin qələbəsinə ümidi də artmaqdadır. Bakını da bu ümidə
iştiraka çağıran şair qazi və şəhidləri də unutmur:
Ey Bakı, sən qorxma,
gəldik gələli,
Səninçin atıldıq daim irəli.
Sağ qalanlar analara təsəlli,
Şəhidlərin
ruhu gülər, bismillah!
Sağ qalanlar analara təsəlli bir qazi, ölənlər də məmnun və nəşəli
bir şəhiddir. Əsasən, artıq alın yazısının qara olduğu anlaşılmış olan
düşmənin atdığı qurğuşunlar da bizləri öldürmür. Halbuki, şairin ər-
məğan olaraq yolladığı qurğuşunlar düşmənin çirkli alnını öpməkdə-
dir:
Ey düşmən, alnının yazısı qara,
Öldürməz bizləri vurduğun yara.
Yolladığım qurşun ərməğan sana,
O kirli alnını öpər, Bismillah!
Düşmən, “qudurğan saçmalı boş bir nöbet”dən (növbətdən) ibarət
son müqavimətini göstərir. Əfsus, bu müqavimət faydasızdır: saxlan-
dığı torpaq onun qanını içəcək və şairin yurdu ona sipər olmayacaqdır:
Sən mərd olub dursan qarşımda əgər,
Qudurğan saçmalı növbətin keçər.
Sağlamlığın olmaz sana sipər, Bismillah!