NəSİman yaqublu



Yüklə 5,08 Kb.
Pdf görüntüsü
səhifə24/57
tarix12.03.2018
ölçüsü5,08 Kb.
#31278
1   ...   20   21   22   23   24   25   26   27   ...   57

 
Nяsiman Yaqublu 
 
 
86 
İctimai  və  hüquqi  hürriyyətlərdə  itirsək  də,  siyasətdə  qazanacağıq. 
Halbuki Ukrayna və Gürcüstan belə deyil. 
Bəli,  əfəndilər!  Heç  də  ümidsiz  olmayaq.  Tarixin,  milli  amalımız 
nöqteyi-nəzərindən  əlverişli  bir  zamanda  olduğumuzu,  türk  ittihadı 
üçün  fürsət  ələ  keçdiyini  unutmayaq.  Bütün  qüvvəmizi  bu  hürriyyət 
siyasətinin təsbitinə sərf edək. Bunun üçün də hər dürlü fədakarlığa 
hazır dayanaq...” 
Yuxarıda  iqtibas  olunmuş  qərarnamə  üçün  Milli  Şura  tərəfindən 
məmləkətin idarəsinə vəkil edilmiş olan hökumət bir an əvvəl Bakını 
geri alacaqdır. 
Nuru  Paşa  öhdəsindəki  ordunun  yardımı  ilə  az  bir  vaxtda  Bakı 
vilayətindən  başqa  Azərbaycanın  bir  çox  vilayətlərində  sülhü  təmin 
etdi.  Yalnız  Bakı  ilə  ətrafı  bolşeviklərin  əlində  idi.  Bunlar  ara-sıra 
üsyan  edərək  təcavüz  belə  edirdilər.  5-6  aylıq  bir  fürsətdən  istifadə 
edən bolşeviklər olduqca mühüm bir müdafiə hazırlamışdılar. 
Xaricdən, Azərbaycan və Türkiyə milli qüvvələri tərəfindən təzyiq 
olunan bolşevik-daşnaksütyun qüvvəsi daxilən sarsılır, aralarına nifaq 
düşürdü.  Nəhayət,  mühasirədə  olan  Bakıda  bolşevik  diktaturasına 
qarşı  bir-bir  keçmişi  və  mövqeyi  iqtidar  erməni  alayları  ilə  Bakı 
limanındakı  bəhriyyələrə  (dənizçilərə)  istinad  edən  ermənilərlə 
ruslardan  mütəşəkkil  bir  “direktvara”  (birbaşa)  kəsilir.  Bu  direktvar 
ingilisləri  Bakıya  dəvət  edir.  O  zaman  İranda  olan  ingilis 
komandanlığı  bu  dəvət  üçün  Bakıya  əsgər  çağırır.  Vəziyyət  bu  şəkil 
alınca  Türkiyədən  yeni  qüvvələrin  gətirilməsi  lazım  gəlir.  Almanlar 
isə  yuxarıda  deyildiyi  kimi,  Gürcüstan  təriqi  (vasitəsi)  ilə  Bakıya 
gedən  türkiyə  yardım  qüvvələrini  məğlubiyyətə  uğradırlar.  Bunun 
üçün Bakının geri alınması da iyulun 15-nə qədər gecikir. 
Nəhayət,  qanlı  bir  mücadilədən  sonra  qardaş  xilasına  can  atan 
qəhrəman Məhmədciyin türk birliyi tarixində altun hərflərlə yazılacaq 
bir fədakarlığı ilə Azərbaycan milli qüvvələri öz payataxtına girir. Altı 
ay  qan-yaş  tökən  islam  əhalisinin  üzü  gülür.  Qurban  bayramı  kimi 
məsud bir gündə Bakı təkrar öz sahiblərinin əlinə keçir. 
O zaman biz İstanbulda idik. Vüstayi (bütün) Avropa dövlətlərinin 
iştirakı  ilə  toplanacaq  konfransa  iştirak  üçün  digər  Qafqaz 
Cumhuriyyətləri  ilə  bərabər  Azərbaycan  Cumhuriyyətini  təmsil  edən 
heyət də var idi. O dövrün Hərbiyyə naziri və baş komandan vəkili 
olan Ənvər Paşa həzrətləri telefon etdilər: 


 
Bakыnыn Qurtuluшu 
 
 
87 
- Əmin bəy, Bakı alındı! 
Bu qısa xəbərin məndə yaratdığı təsiri tam təsvir edə bilmirəm. 
O təsiri hələ unuda bilmirəm. 
Bundan  bir  neçə  gün  əvvəl  Almaniya  hökumətinin  bir  qərarını 
protesto  etmişdik.  Almaniya  dövləti  bolşevik  hökuməti  ilə  Brest-
Litovsk  sazişinə  əlavə  olaraq  yazdığı  bir  müqaviləyə  əsasən  Bakı 
vilayətinin Kür çayına qədər olan ərazisini rusların işğalına icazə ver-
miş,  əvəzində  özünə  neft  imtiyazını  təmin  etmişdi.  Bu  münasibətlə 
bizə  müraciətedən  qəzetçilərə:  “  Bakısız  Azərbaycan  –  başsız  bədən-
dir” – demişdik. Başı məşhur Gilyotin məngənəsində olan bir adamın 
xilası necə mümkündürsə, Bakının geri qaytarılması da o nisbətdə mö-
cüzəli bir iş idi. Həqiqətən də belə idi. Sonradan məzarları unudulmuş 
qalan  Anadolu  Məhmədcikləri  Bakıdakı  şəhidlikləri  ilə  türklüyə  yeni 
bir  siyasi  vücud  verirdilər.  Maddətən  unudulmuş,  fəqət  mənən  bütün 
qəlblərdə  dəfn  edilən  bu  qəhrəman  şəhidlər  yalnız  Bakıdadırlarmı? 
Naxçıvandan,  Qarabağdan,  Şamaxıdan,  Gəncədən  Bakıya  qədər  bir 
yer varmı ki, orada belə bir fədakar yatmasın?!.. 
Bəli, Azərbaycanın hər yerində şairin təsvir etdiyi “Sarmaşıqlı 
bir  məzar”  taparsınız  ki,  qızlar-gəlinlər  tərəfindən  ziyarətgah 
halına çatan bu məzar, qardaş imdadına çatan “TÜRK” məzrıdır 
(53, s. 36-43). 
 
Azərbaycan Cumhuriyyəti (keyfiyyəti-təşəkkülü və  
şimdiki vəziyyəti) İstanbul 1339-1341 (1922) 
 
 
     


 
Nяsiman Yaqublu 
 
 
88 
 
Mirzə Bala 
 
QAFQAZ İSLAM ORDUSU 
 
 
 iyun 1918-ci ildə Batumda Osmanlı dövləti ilə Azər-
baycan  Cumhuriyyəti  arasında  imzalanan  anlaşmaya 
görə  Azərbaycan  komandanlığının  əmrinə  göndərilən 
5 Qafqaz tümeni (diviziyası) az sonra Azərbaycan qüvvələrini də özü-
nə birləşdirərək “Qafqaz İslam Ordusu” adını almışdı. Avqust 1918-ci 
ildə 15 piyada tümeni (diviziyası) ilə dəstəklənən Qafqaz İslam Ordu-
su 15 Sentyabrda Bakını qızıl istiladan qurtararaq Azərbaycandakı ta-
rixi vəzifəsini zəfərlə bitirdikdən sonra Dağıstanın qurtuluşuna başla-
mış;  sentyabrın  sonu  ilə  oktyabr  ayının  əvvəlində  Dərbəndi,  Temir-
Xanı-Şuranı  və  Şamil  Qalasını  düşməndən  təmizləyərək,  Dağıstan 
sülhsevərləri ilə birlikdə Terek-Qala üzərinə getdiyi bir zamanda Os-
manlı  Dövlətinin  müttəfiqləri  ilə  birlikdə  məğlubiyyət  xəbəri 
alınmışdı.  Qafqaz  İslam  Ordusu  Azərbaycanı  və  bütün  Qafqazı  xilas 
edəcəkdi. 
30.10.1918-ci il tarixli Mondros sülh müqaviləsinin 11-ci maddəsi 
bunu  amir  (əsasən)  olduğu  kimi  15-ci  maddəsi  də  Bakını  ingilis 
işğalına  verirdi.  Mondros  sülh  müqaviləsi  daha  imzalanmadan  Tələt 
Paşanın yerini işğal edən Əhməd İzzət Paşanın verdiyi bir əmrə görə: 
“Brest-Litovsk  müqaviləsi  xaricində  olaraq  işğal  edilən  Qafqaz 
aksamının (ərazisinin) 24. 10. 1918-ci il tarixindən etibarən altı həftə 
ərzində xilası icra ediləcəkdir”. 
Brest-Litovsk  müqaviləsi  yalnız  Batum,  Ərdəhan  və  Qars 
vilayətlərini əlinə alır və başqa bir yazımızda da anlatdığımız kimi, 
Moskva bu hüdud xaricində, yəni Azərbaycan və Şimali Qafqazda 
Osmanlı ordusunun hərəkətini hər zaman protesto etmiş və buna 
mane olmaq üçün Almaniya ilə, Bakı nefti hesabına bir anlaşmaya 
da  girirdi.  Osmanlı  dövləti  ilə  müttəfiqlərinin  məğlubiyyətinə  görə 
Moskva tərəfindən tamamilə feshedilmiş (ləğv edilmiş) olan bu Brest-
Litovsk müqaviləsi “Hər millətin öz müttəfiqlərini ancaq özünün təyin 
etmək  haqqına  malik  olduğundan”  da  bəhs  etməkdə  idi.  Sovet 
Rusiyası  tərəfindən  də  qəbul  və  elan  edilən  bu  prinsipləri  irəli  sürən 



Yüklə 5,08 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə