NəSİman yaqublu



Yüklə 5,08 Kb.
Pdf görüntüsü
səhifə22/57
tarix12.03.2018
ölçüsü5,08 Kb.
#31278
1   ...   18   19   20   21   22   23   24   25   ...   57

 
Nяsiman Yaqublu 
 
 
80 
 
 
TÜRKİYƏDƏ NƏŞR EDİLƏN 
 MƏTBUAT ORQANLARINDA 
VƏ KİTABLARDA 15 SENTYABR  
HADİSƏLƏRİ 
 
 
M. Ə. Rəsulzadə 
 
QARDAŞ TÜRKİYƏNİN İMDADI 
 
olşeviklər Azərbaycan Türklüyünün Rusiya ixtilali-
kəbiri (böyük inqilab – Oktyabr inqilabı) tərəfindən 
dəxi  elan  olunan  “təyini-müqəddərat”  haqqından 
istifadəyə  qalxdığını,  Bakı  küçələrində  axıtdıqları 
qanlarda boğmaq, “İsmailiyyə” binasında yaxılan hürriyyət məşəlini o 
möhtəşəm binanın ənqazi vərəmadi (xarabalıqları) altında söndürmək 
istədilər. 
Belə  müdhiş  bir  tarixi  cinayət  baş  verdiyi  zaman  millətin  fikir  və 
iealını  təmsil  edən  müsəlman  deputatlar  Tiflisdə  idilər.  O  zaman 
Tiflisdə başlanan “Seym” müştərək məclisi bir tərəfdən çarizmdən va-
ris olan Qafqaz cəbhəsinə aid məsələnin həlli, digər tərəfdən də Rusi-
yadan  əbədi  ayrılaraq  istiqlal  elan  etmək  məsələsini  tədqiq  və  müza-
kirə etməklə məşğul idi. 
Seymdəki müsəlman deputatlarının bütün hümmətləri (üzvləri) gə-
rək cəbhə məsələsinin müsəlləhanə bir surətdə təsviyəsi gərək Qafqaz 
istiqlalının  bir  an  əvvəl  qüvvədən  felə  çıxarılmasına  tərəf  idi.  Çünki 
Rusiyanın ayrı, müstəqil bir Qafqaz üçün bundan daha yaxşı bir 
fürsət olmayacağına əmin idilər. Müstəqil bir Qafqaz yalnız Qafqaz 
müsəlmanlarına deyil,  daim rus taxt-tacının istilası altında olan digər 
islam ölkələrinin də mənafeyi üçün lazım idi. Bakı faciəsi  əslində bu 
siyasi  “cinayətkar”  təmayüllərinə  müqabil,  bolşeviklər  tərəfindən 
tərtib edilən bir cəza idi. 
Bakı  Tiflisin  yardımını  gözləyirdi.  Yalnız  Bakı  deyil,  bütün 
Azərbaycan  azərbaycanlıların iştirakı ilə təşkil edilən “Seym” məclisi 



 
Bakыnыn Qurtuluшu 
 
 
81 
ilə  Cənubi  Qafqaz  hökumətinin  bu  yardımının  intizarında  idi.  Fəqət, 
heyhat! Azərbaycanlı “Seym” tərkibinin yüksək səda ilə bağırıb-çağır-
ması Tiflis hökumətinin həqiqi sahibləri olan gürcü menşeviklərinə la-
zımınca təsir etmədi. Gürcüstan daxilindəki bolşevizmi min bir şiddət 
və qəhrlərlə məğlub edən bu əfəndilər Bakıya qarşı elani-hərb belə et-
mək  istəmədilər.  Gəncə  milli  müsəlman  komitəsinin  təşkil  etdiyi 
xilaskar ordusuna milyonlarla fişəng, onlarla metralyoz (pulemyot) və 
bir neçə top vəd edilsə də, bu vədlər yerinə yetirilmədi. Tiflis mətbuatı 
isə  Bakının  Azərbaycan  “başı  pozuq”  qüvvəsi  ilə  gerialmaya  qarşı 
“vaqeyi-irticaiyyə” – deyə protesto etdi. Nəhayət, “türk təhlükəsi var-
kən bolşeviklərə müxasim (zidd olmaq) ola bilmərik” – deyə aldıqları 
bu qərib vəziyyəti əcaib izah etdilər. 
Bu sırada “Seym”dəki erməni qisminin hərəkət xəttini izah etməyə 
ehtiyac varmıdır? 
Müsəlmanların  intiqamından,  Tiflisin  yardımından  qorxan 
üsyankar  Bakı  bolşevikləri  əvvəlcə  müdafiə  vəziyyəti  aldıqları 
halda,  bu  dəfə  cəsarət  edib  təcavüzə  keçmişdilər.  Başda  Amazasi, 
Avetisov  kimi  erməni  fədailəri  və  Petrov  kimi  rus  topçuları  olduğu 
halda,  Gəncəyə  doğru  yürüyən  bu  təcavüzkar  qüvvədən  əvvəl  əmrlə 
Şamaxı mütəzərrər oldu (zərər çəkdi). Qədim Şirvanşahların bu qədim 
paytaxtı bir həmlədə atəşə tutulub, məşhur tarixi məscid dağılana qə-
dər  davam  etdi.  Yalnız  erməni  məhəlləsi  salamat  buraxıldı.  Axırda 
müqabil  təcavüz  edən  Gəncə  müdafiə  qəzasının  şəhərə  girib-çıxması 
üçün  salamat  qalmış  olan  bu  məhəllə  də  yandı.  Yanmayan  yalnız  2 
kilsə idi. 
Şamaxının  düçar  olduğu    təcavüzə  Lənkəran,  Salyan,  Quba,  Nə-
vahi  və  Kürdəmir  kimi  qəza,  şəhər  və  qəsəbələri  də  məruz  qaldı.  Bu 
təcavüzlər əsnasında yaxılan xanimanların, qıyılan ərz və namusların, 
kəsilən  qarı-qocaların,  yağmaya  gedən  mal-qaranın  təsviri  qeyri-qa-
bili-təsəvvür bir faciə təşkil edir. 
Təhlükə  artıq  Gəncəyə  gəlmişdi.  Bir  tərəfdən  Gəncə  məcburiy-
yətdə ikən, digər tərəfdən də Qarabağ erməniləri Bakı bolşevikləri ilə 
birləşmək  üçün  plan  tərtib  edirdilər.  Azərbaycanın  atəş  ilə  qılıncdan 
keçirilməsi  planı!  Məlum  Şaumyanın  qəzetəsi  “muxtariyyat  deyil, 
xarabazar alacaqsınız” – deyirdi. 
Belə bir təhlükə qarşısında milləti müdafiə edəcək yalnız bir Gən-
cə  qalmışdı.  Gəncə  öhdəsinə  düşən  bu  ağır  vəzifəni  təkbaşına  davam 


 
Nяsiman Yaqublu 
 
 
82 
etdirə bilməzdi. Müdafiə günləri uzandıqca işlərin idarəsi əldən çıxır, 
bolşevik əlinə keçməyən yerlərdə də böyük bir itaətsizlik və anarxiya 
yaranırdı.  
Bu  yolla  həyat  üçün  yaranmış  bir  təhlükəyə  qarşı  hakimiyyətini 
qəbul etdiyi Tiflis hökumətindən laqeydlik görən Azərbaycan  ictimai 
fikrində təbii olaraq bir inam yaranırdı. Bu  çətin  vəziyyətdən  milləti 
qurtaracaq yeganə bir çarə vardı: Türkiyə! 
Ümidlər ancaq oraya yönəlmişdi: “O qardaş millət gələcək, bizi 
düşmən  əlindən  qurtaracaq!”  Xalqın  bundan  başqa  bir  ümidi 
qalmamışdı.  
Halbuki  məsafə  bu  qədər  də  bəsit  deyildi.  Özünü  Rusiyadan  ayrı, 
felən  müstəqil  bir  halda  idarə  etməkdə  olan  Cənubi-Qafqaz  Türkiyə 
ilə  sülh  yaratmaq  istədiyi  halda,  məqsədinə  daha  müvəffəq  ola 
bilmirdi.  Türkiyə  Cənubi-Qafqaz  hökuməti  naminə  Trabzona  gəlmiş, 
1914-cü  il  hərbindən  əvvəlki    Qafqaz  hüdudunun  müstəqiliyini 
istəmək  üçün  gələn  heyətə  Brest-Litovsk  müqaviləsinin  tamamilə 
qəbulunu  təklif  edirdi.  Bu  təklifə  görə  Cənubi-Qafqaz  hökuməti 
vaxtilə  türklərdən  hərbi  təzminata  müqabil  olaraq  alınan  Qars, 
Ərdəhan və Batumdan əl çəkməlidir. Bu vilayətləri bolşevik hökuməti 
Brest-Litovsk  müqaviləsi  ilə  tərk  etmişdi.  Vəziyyət  bu  hala  çatanda 
Trabzon  müzakirəsi  olduqca  ciddiləşirdi.  Ermənilərlə  gürcülər  “hərb 
etmədən  Türkiyəyə  təslim  olmarıq”  deyirdilər.  Bir  tərəfdən  bolşeviz-
min,  digər  tərəfdən  də  erməni  və  gürcü  cəfəngiyyatı  arasında  qalan 
müsəlmanlar çətin bir vəziyyətə düçar olmuşdular. Bu vəziyyətin cid-
diliyini dərk edən Trabzon heyəti erməni, gürcü və türk üzvlərinin bir-
gə  səyilə  Türkiyə  ultimatumunun  qəbuluna  qərar  verdiyi  zaman 
“Seym” məclisi gürcü  menşevikləri ilə erməni daşnaklarının  əksəriy-
yətilə hərbə qərar vermişdilər.  
Konfrans  yarımçıq  qalmış,  hərb  başlamış,  heyət  Tiflisə  getmişdi. 
Fəqət heyət Tiflisə gələnə qədər hərb də artıq bitmiş, Batum süqut et-
miş, Qars mühasirəyə alınmışdı. 
Artıq davam gətirmək mümkün deyildi, hərb dayanmalı, sülh 
yaradılmalı, Cənubi-Qafqaz istiqlalı rəsmən elan edilməlidir. Yox-
sa  biz  ayrılır,  öz  başımızın  çarəsinə  baxırıq  –  deyə  “Seym”dəki 
müsəlman üzvləri son çarəyə əl atmışdılar. 
Yanlış macəraya qapıldıqlarını və Cənubi-Qafqaz xalqının belə bir 
hərbə  qətiyyən  hazır  olmadığını  dərk  edən  gürcülər  də  bundan  başqa 


Yüklə 5,08 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə