NəSİman yaqublu



Yüklə 5,08 Kb.
Pdf görüntüsü
səhifə30/57
tarix12.03.2018
ölçüsü5,08 Kb.
#31278
1   ...   26   27   28   29   30   31   32   33   ...   57

 
Nяsiman Yaqublu 
 
 
104 
rargahının yerləşdiyi Suşəhərinə yaxınlaşdıq. Onlarla birlikdə ordu qə-
rargahına gəldik. Bu zaman mənim sevincimin həddi-hüdudu yox idi. 
Birnəfəsə  ordu  komandanına  söyləyəcəklərimi  düşünürdüm.  İlk  öncə 
Qafqazda  rus  ordu  qüvvələrinin,  rus  çar  idarə-üsulunun  qalmadığını 
bildirəcəyəm. Nə qədər məmnun olacaqlarını düşündükcə sevincim bir 
neçə qat da artırdı. Nəhayət ,növbə ordu komandanı Vəhip Paşa ilə 
görüşəcəyimizə gəldi. Paşanın duruşu, baxışı, çevikliyi, əzəməti və 
ədası  məni  məftun  edirdi.  Vəhip  Paşa  danışmağa  başladı.  O, 
danışır,  mən  dinləyirdim.  Ancaq  dinlədikcə  də  sevincim  yox  olur  və 
qulaqlarıma  inanmırdım.  Kefimin  pozulmasına  əhəmiyyət  vermirəm. 
Həyatımda  kim  bu  sözləri  mənə  söyləməyə  cəsarət  edə  bilərdi.  Əziz 
oxucularım, anladanda siz də təəccüblənəcəksiniz. Vəhip Paşa: “Mən 
bir neçə ildir Qafqaz cəbhəsi komandanıyam. Qafqazlıları tədqiq 
edib öyrəndim. Siz qafqazlılar da, biz albaniyalılar kimi təmizliyi 
sevirsiniz.  Bu  pis  Türk  nəfərlərini  həm  də  bu  görkəmdə  Qafqaza 
göndərə bilmərəm” –  deyir. Məni elə bil ildırım vurdu. Heç bir ca-
vab vermədim. Alban – bu söz mənə o qədər də yad deyil. Ancaq yer 
üzündə alban deyilən bir millətin varlığından xəbərdar deyiləm. Çünki 
rus  məktəbində  oxumuşdum.  Osmanlı  tarixi  də  qısa  olaraq  keçilirdi. 
Kiçik bir millət olan albanlardan isə bəhs olunmamışdı. Ancaq Balkan 
müharibəsini  izlədiyimdən  müharibə  əsnasında  İşkodrada  Əsəd  Paşa 
adlı bir diviziya komandiri olan albanın Osmanlı dövlətinə qarşı üsyan 
etdiyini rus qəzetlərində oxumuşdum.  
Mən  Vəhip Paşa ilə görüşərkən Ömər Faiq də yanımda idi. Vəhip 
Paşa Hüsaməddin bəylə ayrıca görüşmüşdü. Ertəsi gün hərəkət edəcə-
yimiz zaman Hüsaməddin bəyin Paşa tərəfindən saxlanıldığını öyrən-
dik. Hüsaməddin bəylə bir xeyli müddət görüşə bilmədik. Görüşərkən 
bir-birimizə  sarılaraq  öpüşdük.  Hüsaməddin  bəyə  dərdimi  danışmaq 
üçün fürsət tapa bilmədim. Ömər Faiqlə isə danışmırdıq. Ancaq hərə-
kətlərindən onun da bu işə mənim qədər sıxıldığını anlayırdım. Vəhip 
Paşa  Baş  komandan  olan  Ənvər  Paşadan  bizi  bir  an  əvvəl  İstanbula 
yola salmaq əmri almışdı. Bizi araba ilə Sivasa, oradan da avtomobillə 
Uluqışlaya qatara çatdırdılar. Yol uzunu biz iki yolçu bir-birimizə nif-
rət  edirdik.  İki  küsmüş  məmur  kimi  rəsmi  danışırdıq.  Ancaq  hər  iki-
miz də bizimlə təmasda olanlara bu incikliyimizi hiss etdirmirdik. Qa-
tarlar  kömür  olmadığından  odunla  işləyirdi.  Bu  da  onların  sürətinin 
zəif  olmasına səbəb olurdu. 


 
Bakыnыn Qurtuluшu 
 
 
105 
Uluqışlaqdan  Konyaya  getdik.  Konya  stansiyasında  bizi  vali  və 
“İttihad və Tərəqqi”nin məşhur şəxslərindən olan Müammar bəy qar-
şıladı.  Bizi  şəhərə  apararaq  gəzdirdilər.  Həzrəti  Mövlananı  ziyarət 
etdik. Məktəbləri dolaşdıq. Bələdiyyə rəisi bizə bir ziyafət verdi. Daha 
sonra bizi stansiyaya qədər ötürdülər. 
Konyadan  qatarla  Karahısara  gəldik.  Qatar  dayandı,  günəşli  bir 
gün idi. Karahısar şəhərinin mənzərəsi məni çox cəlb etdi. Yolumuza 
davam  edərək,  şəklini  gördüyümüz,  özünün  həsrətini  çəkdiyimiz  İs-
tanbula – Heydər Paşa stansiyasına gəldik. Mən İstanbulu ilk dəfə gö-
rürdüm. Ömər Faiq isə İstanbulda olmuş və hər tərəfini yaxşı tanıyırdı. 
Qatar  dayandı.  Ömər  Faiq  və  mən  qatardan  düşüb  körpüyə  endik.  O, 
ildırım sürəti ilə iki bilet aldı və gəmiyə  mindi və o biri tərəfə keçib 
körpüyə çıxdıq. Sonra bir faytona minərək “Meserret” mehmanxanası-
na  gəldik.  Kiçik  əl  çantalarımızı  mehmanxanada  qoyaraq  bazara  get-
dik. Mehmanxanaya gələndə artıq bizi ümumi işlər müdirinin müavini 
Əsəd  bəy  (sabiq  Amasiya  vəkili)  gözləyirdi.  O,  bizə  “Əfəndim,  biz 
Sizi  paşada  qarşılamağa  getdik,  ancaq  sizi  tapa  bilmədik.  Bu 
mehmanxanada  olduğunuzu  öyrənərək  dalınızca  gəldik.  Sizin  üçün 
“Para  Palass”  mehmanxanasında  otaq  hazırlanmışdır,  oraya  gedəcə-
yik”  –  dedi.  Onunla  birgə  “Para  Palass”    mehmanxanasına  getdik. 
Əsəd bəy bizə, axşam saat beşdə bizi Babi Alidə Baş nazir həzrətləri 
ilə görüşdürmək üçün gəlib aparacağını söylədi və getdi. Saat hələ iki 
idi.  Ömər  Faiqlə  danışmadığımdan  bizə  ayrılan  otaqda  dərin  düşün-
cələrə  dalıram:  “Demək  saat  beşdə  Tələt  Paşa  ilə  görüşərək  vəzifəmi 
yerinə  yetirəcəyəm.  Mənim  üçün  heç  bir  maneə  yox  idi”.  Ömər  Faiq 
qəzet  oxuyurdu.  Saat  dördün  yarısı.  Vaxt  yaxınlaşır.  Mən  yerimdən 
qalxaraq  Ömər  Faiq  bəyə  yaxınlaşıb:  “Faiq  bəy,  bir  az  sonra  sizinlə 
birlikdə Osmanlı dövlətinin  baş naziri ilə görüşməyə gedəcəyik. Bilir-
siniz  ki,  sizin  vətəniniz  Axıskadır.  Sizinlə  bizim  aramızda  Gürcüstan 
vardır. Gərək Gürcüstandan o tərəfə keçməyəsiniz. Ora Azərbaycandır 
və sizin ölkənizlə heç bir əlaqəsi yoxdur. Ora haqqında söz söyləmək 
yalnız mənim səlahiyyətim daxilindədir. Bir-birimizi  başa düşməmə-
yimizə  burada  son  qoyaq.  Mənim  söyləyəcəyim  sözlərin  məsuliyyəti 
mənə  aiddir”  –  deyirəm.  Ömər  Faiq  bu  sözlərimə  heç  bir  cavab  ver-
mir.  Daha  sonra  Əsəd  bəylə  birlikdə  Babi  Aliyə  gəlirik  və  düz  saat 
beşdə də Tələt Paşanın kabinetinə giririk. Sevincim və həyəcanım 
bir-birinə  qarışmışdı.  Kabinet  böyük  bir  otaqdan  ibarətdir.  Baş 


 
Nяsiman Yaqublu 
 
 
106 
tərəfdə böyük bir masa vardı. Tələt Paşa masanın arxasında otur-
muşdu. Sağ tərəfində Ənvər Paşa, sol tərəfində isə Xəlil bəy (Mən-
təşə) oturmuşdu. Masanın qabağında iki boş stul var idi. Biz ma-
saya  yaxınlaşıb  görüşür  və  otururuq.  Mən  etimadnaməni  çıxarıb 
Tələt  Paşaya  verdim.  Aldı  oxudu  və  möhürdəki  ay-ulduzun  gö-
zəlliyindən  çox  məmnun  qalaraq  etimadnaməni  Ənvər  Paşaya  və 
Xəlil bəyə göstərərək “möhürdəki ay-ulduzun gözəlliyinə baxın” – 
dedi.  Mən  sözə  başladım.  “Əziz  paşalarım,  Azərbaycan  xalqı  100 
ildir  rus  hakimiyyətinin  zülmü  altında  inləməkdə  idi.  Qafqaz 
Rusiya tərəfindən işğal olunarkən səkkiz xanlığın xalqı olan Azə-
rilər, yəni dini bir, adət və ənənələri bir olan millətimiz Türk mil-
lətidir. Millətimiz rus hakimiyyətinə qarşı gecəli-gündüzlü hər fə-
dakarlığa  qatlaşaraq  çalışdı.  Bu  çalışmanın  rus  çarlığının  devril-
məsində  böyük  rolu  olmuşdur.  Qafqazda  başsız  qalan  rus  ordusu 
pərişan halda idi. Millətimizin silahlı qüvvələrinin  hücumuna, təzyiqi-
nə  dözə  bilmədilər.  Onlar  az  bir  vaxtda    silahlarını  ataraq  çəkildilər. 
Azərbaycanın hər tərəfində xalqı idarə edə biləcək milli komitələr qu-
ruldu.  Artıq  anarxiyadan  heç  bir  əsər-əlamət  qalmadı.  Ancaq  bu  gün 
üçün yaxşı olan bu vəziyyət sabah təhlükəlidir. İqtisadiyyatımız, icti-
mai vəziyyətimiz, imanımız, mədəniyyətimiz hər sahədə rus millətin-
dən qat-qat üstün olduğu halda Azəri türklərinin istiqbalı qaranlıq gö-
rünür.  Müstəqil  yaşamağa  öyrənmiş  millətimizin  böyük  bir  nöqsanı 
vardır. Xalqımızın vaxtı ilə hərbi təlim və tərbiyədən məhrum edilmə-
si və rus çarı Dəli Pyotrun vəsiyyətnaməsi gərəyincə İran və Türkiyə, 
Rusiya himayəsi və nüfuzu altına keçmədən Qafqazdan əsgər alınma-
sını  əmr  etməsi  bu  əksikliyi  doğurmuşdur.  Azərbaycan  xalqı  sizdən 
yardım gözləyir. Siz qardaş əlinizi bizə uzadaraq yardım edin. Müstə-
qil  olaq.  Siz  bizi  çəkib  özümüzə  qatmaq  istəsəniz,  biz  buna  razı  ola 
bilmərik.  (Bu  zaman  mərhum  Tələt  Paşa  salondakılara  “baxın  ilhamı 
nə gözəl Türkcə anladır” – dedi). Bizə böyük hərbi qüvvə göndərmə-
yin. Bizə hərbi mütəxəssis və çavuş kadrları göndərin. Bizdə az bir za-
manda  böyük  hərbi  qüvvə  qurmağın  imkanı  vardır.  Türk  olduğumuz 
üçün istənilən qüvvə qarşımızda mövcuddur. Xalqımızın milli qüvvə-
tinə  güvənərək  az  bir  zamanda  rusları  torpağımızdan  təmizləyib  ata 
bildik.  “Mən  sözümü  bitirmişdim.  Tələt  Paşa  Xəlil  bəyə  baxaraq 
“Afərin Xəlil bəy” – dedi və bizə tərəf dönərək “Əfəndim, dünən firqə 
mərkəzində  bu  məsələni  müzakirə  edirdim.  Xəlil  bəy  nəyin  bahasına 


Yüklə 5,08 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə