NəSİman yaqublu



Yüklə 5,08 Kb.
Pdf görüntüsü
səhifə33/57
tarix12.03.2018
ölçüsü5,08 Kb.
#31278
1   ...   29   30   31   32   33   34   35   36   ...   57

 
Bakыnыn Qurtuluшu 
 
 
113 
hamısı  sahilə  çıxırlar.  Ənvər  Paşa  və  qardaşı  Nuru  Paşa  tək  qalırlar. 
Mən  də  sahilə  çıxanlar  arasında  idim.  Birdən  məni  çağırdılar,  geri 
döndüm. Oradakılar mənə: “Sizi nazir həzrətləri istəyir” – dedilər, get-
dim.  İki  qardaş  baş-başa  dayanmışlar.  Yaxınlaşıram.  Ənvər  Paşa  bir 
əlini Nuru Paşanın, digər əlini isə mənim çiynimə qoydu və “Siz ikiniz 
də  mənim  qardaşımsınız.  Sizə  son  sözüm  bu”  –  dedikdən  sonra  Qaf-
qazda görəcəyimiz işlər haqqında təlimat verdi”... 
Bir  sabah  yenə  Hərbi  nazirlikdən  çağırıldım.  Məni  Ənvər  Paşa 
görmək istəmişdi. Mən içəri girərkən o, yenə gülərüzlə “Nağı bəy, ha-
zırsınızmı?” dedi. Mən də “Paşam, hər dəqiqə hazıram” cavabını ver-
dim. Paşa mənə “Axşam saat 5-də “Rəşid Paşa” gəmisi ilə Kəstəncə-
yə, oradan da Braylova, sonra Rumıniyadakı korpus ilə bərabər Trab-
zona  gedib  oradan  Batuma  gedəcəksiniz.  Bir  xahişiniz,  istəyiniz  var-
mı? – deyə soruşdu. Mən cavabında: “Tez getmək istəyirəm. Qafqaz-
da  çox  iş  görmək  lazım  gələcək.  İnşallah,  Nuru  Paşa  müvəffəqiyyət 
qazanacaqdır. Mən onun üçün hər cür fədakarlıqları edəcəyəm. Əmin 
ola bilərsiniz” – dedim. O, bir an üzümə baxdıqdan sonra: “Nağı bəy, 
“Umuru Şərqiyyə” rəisi Əli Bacxana iki dəfə Sizə pul təklif etmiş, an-
caq qəbul etməmisiniz. Sizə pul lazım olacaqdır. Mən istəyirəm ki, Siz 
Qafqazda xüsusi işlərinizdə deyil, Nuru ilə bərabər çalışasınız” – dedi. 
Mən də “Paşam, pulum var. İki aydır Türkiyə torpaqlarındayam. Ayaq 
basdığım  andan  etibarən  Sizin  hesabınıza  yaşayıram.  Əgər  pula  ehti-
yacımız olsaydı, əmin olun ki, istəyərdim. Batuma qədər yenə də Sizin 
hesabınıza  gedəcəyəm.  Qafqazda  isə  pula  ehtiyacımız  olmaz.  Paşam, 
Sizə söz verirəm, fəxri olaraq axıra qədər üzərimə götürdüyüm vəzifə-
ni davam etdirəcəyəm” – dedim. Ənvər Paşa ilə vidalaşıb ayrıldıq. 
 
 


 
Nяsiman Yaqublu 
 
 
114 
 
 
QAFQAZA DÖNÜŞ 
 
 
xşam  saat 5-də limandan “Rəşid Paşa” gəmisi-
nə  minərək Köstəncəyə gedirik. Gəmidə “Təşki-
latı  Məxsusə”  tərəfindən  Qafqaza  göndərilən  şəxslərlə  görüşürəm. 
Bunlar sabiq sədrəzəm Kamil Paşanın oğlu Fuad bəy, Bəkir Sami bə-
yin oğlu Şövkət bəy, təyyarəçi Camal və başqaları idi. Nəhayət, Kös-
təncəyə çatdıq. Ancaq burada bizə məlum oldu ki, Tuna çayında sərsə-
ri  bir  mina  görünmüşdür.  Bu  səbəbdən  də  çayla  üzmək  təhlükəlidir. 
Gəmimiz  Tuna  çayına  girə  bilmədiyindən  Köstəncədə  gözləyəcək  və 
sonra korpusda qatarla Kəstəncəyə qədər gələrək gəmiyə minəcəkdir. 
Biz  bu  vəziyyət  haqqında  alman  komandanlığından  özümə  bir  tərcü-
məçi götürdüm. Mən Rumıniya mərkəzinin görkəmli yerlərini gəzir və 
hərbi  yeməkxanada  da  nahar  edirdim.  Bir  türk  zabiti  mənə:  “Sizinlə 
bir alman zabiti görüşmək istəyir, əgər razı olarsınızsa, bərabər gedə-
rik”  –  dedi.  Mən  alman  zabiti  ilə  görüşdüm.  Alman  zabiti  Qafqaz 
haqqında məlumat almaq istəyirdi. Mən də Rusiyanın siyasi və hər-
bi idarələrinin vəziyyətinin sıfıra endiyini, hərbi qüvvələrinin tamami-
lə Qafqazdan qovulduğunu təfsilatı ilə anlatdım. Qafqazdakı türklərin 
müsəlman  olduğunu  və  bir  Türkiyəli  kimi  düşüncələrini  də  anlatdıq-
dan sonra: “Biz Qafqaz türkləri siz almanları da sevirik. Müharibə əs-
nasında beş alman kəndinin sakinlərinin mallarını müsadirə etmək və 
özlərini  də  Sibirə  göndərmək  istədilər.  İmkan  vermədik  və  onları  hi-
mayə  etdik.  Ruslar  daim  bizlə  hesablaşmaq  məcburiyyətində  qalmış 
və bizdən çəkinmişdilər” – dedim. 
Hilmi Paşanın komandanlığındakı Rumıniya cəbhəsi korpusu “Rə-
şid Paşa” gəmisinə mindirildi və Kəstəncədən yola düşdük. Qara də-
nizdə Trabzon istiqamətində gedirdik. Vaxtaşırı radioqramma ilə cəb-
hələrdəki vəziyyət haqqında məlumatlar alırdıq. Gəmi ilə getdiyimizin 
ikinci günü radioqramla Türk ordusunun  Batumu işğal etdiyi bildiril-
di. Bundan sonra biz də Batuma  gəldik. Gəmi limana  yaxınlaşır. Gə-
mini  qarşılamağa  gələnlərin  yarıdan  çoxu  yaxından  tanıdıqlarım  idi. 
Gəncədən,  Bakıdan,  Qarabağdan,  Şəkidən  və  Azərbaycanın  başqa 



 
Bakыnыn Qurtuluшu 
 
 
115 
vilayətlərindən,  qəzalarından  gələn  yüzlərlə  Azəri  türkü  var  idi.  Mən 
onları  görüb  tanıyıram.  Onlar  məni  görə  bilmirlər.  Onların  hamısı 
mənim  Türkiyədə  olduğumu  bilirdilər.  Ancaq  mənim  Rumıniyadan 
gələn ordunun içində olduğumu ağıllarına gətirmirdilər. Gəmi körpüyə 
tamamilə  yan  alır  və  artıq  körpüdəkilər  də  gəminin  göyərtəsində 
olanları tanımağa başlayırlar. Məni göyərtədə görənlər təəccüblənirlər. 
Hamı  sevinc  içində  idi.  Körpüdə  çox  gözəl  bir  mənzərə  yaranmışdı. 
Gəmi  də  Türk  gəmisi  idi,  üzərində  dalğalanan  sevimli  bayraq  da. 
Gəminin  göyərtəsindən  Batumu  və  xalqı  məhmətciklər  sevinclə  seyr 
edirdilər.  Gəmini  göyərtəsindən  körpüyə  enirəm.  Tanışlarım  məni 
əhatə  edir  və  öpüşüb  görüşürəm.  Məndən  soruşurlar:  “Gəmi  Ru-
mıniyadan  gəlir,  sən  haradan  mindin?”  Mən  onlara:  “Əziz  qardaşla-
rım, gəmini İstanbuldan boş götürüb, Rumıniya cəbhəsində vəzifəsini 
şərəflə yerinə yetirmiş Türk ordusunu Qafqaza gətirirəm” – deyirəm. 
Sevincdən hamımızın gözləri yaşlıdır. Məni mehmanxanaya apardılar. 
Burada  bütün  həmsədrlərimizlə  görüşürəm.  Mən  onlardan:  “Nə  üçün 
belə çox adamla gəlmisiniz?” – deyə soruşdum. Onlar mənə: “Yox ca-
nım, gəlmək o qədər də çətin deyil. Sən Türk əsgərlərini buraya qədər 
gətirdin. Biz də buradan ölkəmizə qədər müşaiyət edəcəyik. Sənin gəl-
məyin çox yaxşı oldu, yəni bizə rəhbərlik edərsən. Seymin üzvləri is-
tiqlal  istəyirlər.  Biz  isə  Azərbaycanın  Türkiyəyə  ilhaqını  istəyirik”  – 
deyirlər. Mən bu sözlərə Çox təəccübləndim. Onlara əsil həqiqətin nə 
olduğunu  anlatmağın  imkansız  olduğunu  hiss  edib  bir  şey  söyləmə-
dim. Onlar coşmuşdular. Uca səslə: “Bizi hirsləndirməsinlər. Biz on-
ları Batum küçələrində məhv edə bilərik” – deyirdilər. Mən çox kədər-
ləndiyimdən səsimi çıxarmadım. Hətta bu sözləri söyləyənlər arasında 
uzun illər bərabər fəaliyyət göstərdiyim yoldaşlar da var idi. Bu şəxs-
lər  həmişə  sevər  və  hörmət  edərdilər.  Onlar  milli  işlərimizdə  göstər-
diyim  istiqaməti  münaqişəsiz  qəbul  edirdilər.  Fəaliyyətimizin  hədəfi-
nin  istiqlal  olduğunu  bilməmiş  deyildilər.  Əgər  mən  də  “istiqlalçı-
yam” desəm, əleyhimə gedəcəklərinə əmin idim. 
İlhaqçılarla mübahisə etmək mənə çox çətin idi. Ruslarla mü-
barizəmizdə  bu  qədər  güc  sərf  etməmişdim.  Bu  məsələni  həll  edə 
bildikdən sonra dərin nəfəs aldım. 
Tarixçi Əhməd Rafik bəyin “Qafqaz yolları” adlı əsərini oxudum. 
Xatirə  dəftərimdə  adı  çəkilən  bir  hadisə  haqqında  ətraflı  yazılmış  ol-
duğunu gördüm və bunu xatirəmə daxil etməyi məsləhət gördüm. 


Yüklə 5,08 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə