NəSİman yaqublu



Yüklə 5,08 Kb.
Pdf görüntüsü
səhifə36/57
tarix12.03.2018
ölçüsü5,08 Kb.
#31278
1   ...   32   33   34   35   36   37   38   39   ...   57

 
Nяsiman Yaqublu 
 
 
122 
(çiyinlərində) daşıyan tək Milli-Siyasi müəssisə olaraq xalqın etimadı-
nı qazanmış olurdu. 
Bütün  ciddiyyəti  ilə  davanı  ələ  alan  “Müsavat”  Partiyası,  Azəri 
Türkləri və dünya ümumi fikri qarşısında çox böyük və zamanın şərə-
finə görə həlli güc tələb edən məsuliyyətli vəzifələrlə qarşı-qarşya gəl-
mişdi.  Çətin  bir  mücadiləyə  atılmaqla,  millətin  hüzurunda  öndərlik 
ləyaqət  və  mətanətinin  siyasi  tarix  səhifələrində  mühüm  yer  alacaq, 
ağır bir dönəmini keçirəcəkdi ki,  bu da  yüz ildən çox  Rus tahakkum 
(zülmü) və işğalı altında inildəyən bir milləti, demokratik əsaslara daya-
nan Milli-Müstəqil bir hakimiyyətə qovuşdurmaqdan ibarət olacaqdı. 
Nəhayət,  bu  milli  və  ülvi  vəzifə  müvəffəqiyyətlə  yerinə  yetiril-
miş və 28  May 1918-ci ildə Milli Şura tərəfindən millət idarəsinin 
bir  məhsulu  olaraq  Milli Azərbaycan  İstiqlalı elan edilmiş və Fə-
təli Xanın başqanlığında birinci kabinə Gəncədə qurulmuşdur. 
Fəqət, bununla iş bitməmiş, bu dəfə də gənc Cumhuriyyət, rus bol-
şevikləri  və  erməni  daşnaklarının  yıxıcı  fəaliyyətləri  ilə  qarşılaşdığı 
kimi, digər tərəfdən də Orta Avropa Dövlətləri sırasında  yer alan Al-
maniyanın Rusiya ilə gizli görüşlər keçirərək, Bakının ruslara verilmə-
si müvəffəqiyyətini bəyan etməsi ilə son dərəcə çətin durumlar yaran-
mışdır. 
Səmimi olaraq  bunu etiraf edək ki, o zamankı şərtlər altında 
bu  maneələri  Azərbaycanın  təkbaşına  dəf  etməsi  imkansızdı.  Bi-
naen-aleyhi  (buna  görə),  duruma  hakim  ola  bilmək  üçün  ikinci  bir 
dövlətin  yardımına  ehtiyac  yaranırdı.  Təbiidir  ki,  bu  dövlət  ancaq 
Azəri  Türklərinin  üzbəüz  qardaşı  olan  Türkiyə  olacaqdı  və  bu  ölüm-
dirim savaşında yardım əlini bizə uzatmaq da yenə şübhəsiz ki, onun 
təbii haqqı və Milli vəzifəsi idi. 
Durumun vahiməli olduğunu və ciddiliyini göz önünə gətirən Milli 
Hökumət, istiqlal elanını  müttəfiq Osmanlı  Dövləti ilə  sıx  münasibət 
qurulması və Azərbaycana əsgəri yardım təmini mövzularında həmin 
görüşmələrə  girişilməsini  qərarlaşdıraraq  Türkiyəyə  bir  heyət 
göndərilməsi  vacibliyini  hiss  etmişdir.  Bu  məqsədlə  Azərbaycan 
Cumhuriyyəti  adına  Milli  Şura  rəisi  mərhum  Məhəmməd  Əmin 
Rəsulzadə ilə Xarici İşlər naziri Məhəmməd Həsən Hacınski, Tür-
kiyə naminə də Dövlət Şurası rəisi və Ədliyyə naziri Xəlil bəylə 3-
cü  Ordu  Komandanıı  Vəhib  Paşa  səlahiyyətli  sayılmışdılar.  İki 
qardaş  dövlət  nümayəndələri  arasında  keçirilən    görüşlər  çox  səmimi 


 
Bakыnыn Qurtuluшu 
 
 
123 
bir şərait içərisində cərəyan etmiş və mühüm sonluqlara gətirib çıxar-
mışdır. 4 iyun 1918-ci ildə iki dövlət arasında bir yardım andlaşması 
akt və imza edilmişdir. Hər iki tərəf üçün ən doğru və faydalı hal ola-
raq çıxış yolu bu idi. 
Bu andlaşmanın 4-cü maddəsinə görə, Azərbaycan Cumhuriyyəti-
nin sülh və asayişinin yenidən iadesini (qaytarma, ödəmə) təmin məq-
sədi ilə Osmanlı Dövlətindən istənilən əsgəri yardım Türk heyəti tərə-
findən  qəbul  edilmişdir.  3-cü  Ordu  tərəfindən  2  iyun  1918-ci  ildə 
Azərbaycan  hökumətinin  o  zamankı  paytaxtı  Gəncədə  olan  Nuru  Pa-
şaya göndərilən məktubda, Azərbaycan Hökuməti İslam Müstəqilliyi-
nin  tələbi  üzrə  İslamları  bolşevik  təcavüzündən  qurtarmaq  üçün  qüv-
vətli bir əsgəri birliyin Qazax şəhəri üzərindən Gəncəyə göndəriləcəyi 
bildirilir. 7 iyun 1918-ci ildə isə 5-ci Qafqaz firqəsinin yenə Qazax tə-
rəfdən Gəncəyə hərəkət etməsi üçün Vəhip Paşa tərəfindən əmr veril-
diyi bildirilirdi. 
Düşmənlər  tərəfindən  tez-tez  edilən  basqınlar,  gün  keçdikcə 
Azərbaycandakı  durumun  son  dərəcə  təhlükəli  bir  şəkil  aldığını 
göstərirdi.  Durumun ciddiliyini görən Qafqaz İslam Ordusu Koman-
danlığı göndərilən qüvvələrin kifayət etmədiyini və bu kutalarla (hərbi 
hissələrlə) yabançı müstevilərin (işğalçıların) Azərbaycandan atılması-
nın xeyli çətin olacağını bildirərək, yeni əsgəri birliklərin sevkini (cəlb 
edilməsini) mərkəzdən israrla tələb edirdi. 
Qafqaz  İslam  Ordusunun  öz  zamanında  etdiyi  bu  tələb  üzrə  9-cu 
Osmanlı Ordusundan 2475 ər, 65 subay (zabit), 2092 tüfəng, 16 maki-
nalı  tüfəng,  4  böyük  dağ  topu  və  701  heyvandan  ibarət  38  inək,  alay 
və bir də batereyası Gümrüdən yardıma göndərilmişdi. 
Göndərilən bu qüvvələri  takviyə qayəsilə (yardım məqsədilə) nə-
hayət 56 və 106-cı piyada alayları da qərargahları ilə birlikdə Bakıya 
getmək məqsədilə Qarakilsədən hərəkət etmişdilər. 
Görünür ki, Azərbaycan hökuməti ilə Osmanlı Dövləti arasında 4 
iyun  tarixli  andlaşmaya  görə,  Osmanlı  hökuməti,  gənc  Azərbaycan 
Cumhuriyyətinin  əldə  etdiyi  Milli  İstiqlalının  yaşada  bilməsi  üçün 
əlindən  gələn  qeyrəti  sərf  etmiş,  ən  təcrübəli  subaylarını  (zabitlərini) 
və ən qüvvəli kutalarını (hərbi hissələrini) oraya göndərməkdə heç bir 
zaman tərəddüd etməmişdir. 
Beləcə,  hadisələr  bu  tarada  (tərzdə)  cərəyan  edərkən,  27  avqust 
1918-ci ildə Azərbaycanın əleyhinə Almaniya ilə Sovet Rusiyası ara-


 
Nяsiman Yaqublu 
 
 
124 
sında  Brest-Litovsk  müqaviləsi  eki  Berlində  imzalanırdı.  Bu  ek  and-
laşmaya  görə,  Almaniya,  Türk  Ordusunun  Azərbaycana  girməsinə 
mane olacaq, Rusiya da buna qarşılıqlı Bakı neftinin ¼-ni Almaniyaya 
verəcəkdi.  Almaniya  etdiyi  xətanın  fərqində  belə  deyildi,  çünki  25 
eylulda  (sentyabrda)  Bakıda  bolşevik  Şaumyan  hökumətini  devirərək 
idarəçiliyi  ələ  alan  menşevik  “Sentrokaspi”  hökuməti  İranda  olan  in-
gilis işğal ordusunu yardıma çağırmış və 4 avqust 1918-ci ildə bu ordu 
Bakıya girmişdi. Bakı vilayətini Kür çayına qədər Rusiyanın işğal et-
məsinə qərar verən Almaniya, İkinci Teşrinin (noyabrın) 11-də müttə-
fiqlərlə  imzaladığı  bir  mütareke  mucibince  (sənəd  əsnasında)  məğlu-
biyyətini qəbul edərək xülyalarına nail olmamışdı. 
İyulun  15-nə  qədər  Azərbaycanın  hökumət  mərkəzi  Bakıdan 
sonra məmləkəıtin ən böyük şəhəri və tarixində yüzlərlə milli qəh-
rəman yetişdirmiş olan hürriyyət qalası Gəncədə idi. Gənc Cumhu-
riyyətin  birinci  və  ikinci  kabinəsi  də  bu  tarixi  şəhərdə  qurulur,  milli 
müqəddəratın təyinini sağlayan mühüm toplantılar burada keçirilir və 
mühüm qərarlar burada verilirdi. O meyanda (o zamanda) Orta Avro-
pa  dövlətlərinin  İstanbulda  toplanacaq  olan  Konfransına  Azərbaycan 
Cumhuriyyətini  təmsil  edən  bir  heyət  göndərilməsinə  qərar  verilir, 
Milli  Şura  rəisi  və  “Müsavat”  partiyası  lideri  mərhum  Məhəmməd 
Əmin Rəsulzadənin rəyasətindəki bu heyət İstanbula gedir. 
Rəsulzadə Məhəmməd Əmin bəy İstanbuldakı Alman Böyük Elçi-
liyinə, Müttəfiqlərə və bitərəf dövlətlər təmsilçilərinə birərə nota tevdi 
etməklə (nota verməklə) Bakı ilə ilgili Alman  – Rus ek andlaşmasını 
şiddətli etiraz etmişdir (12 sentyabr 1918). 
Fəqət,  hadisələr  nə  Rusiyanın  sinsi  əməllərini  tahakkuk  (zülm) 
etdirmə yolundakı siyasətinə, nə Almaniyanın xülyalarına və nə də in-
gilislərin ümidlərinə yardım edə biləcək bir tarada (tərzdə) cərəyan et-
mişdir. 
Alman-Rus andlaşmasından sonra, 39 il bundan əvvəl, 15 sentyabr 
1918-ci  ildə  dünya  sülhü  üçün  strateji  və  geopolitik  əhəmiyyəti  haiz 
olan  Bakı  şəhərinə  mərhum  general  Mürsəl  Bakının  komutasındakı 
(komandirliyindəki)  Türk-Azərbaycan  müttəfiq  orduları  girmişdir. 
Düşmən orduları bu qəhrəman Məhmətciklərin cəsarət, mətanət və sa-
vaş  qüdrətləri  qarşısında  davam  gətirməyərək,  yedikləri  darbelerin 
(zərbələrin)  acısı  ilə  pərişan  bir  halda  Bakını  tərk  etməyə  məcbur  ol-
muşdular.  Beləcə,  Türk  irqi,  öz  torpaqlarına  göz  dikənlərə,  dünya 


Yüklə 5,08 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə