NəSİman yaqublu



Yüklə 5,08 Kb.
Pdf görüntüsü
səhifə38/57
tarix12.03.2018
ölçüsü5,08 Kb.
#31278
1   ...   34   35   36   37   38   39   40   41   ...   57

 
Nяsiman Yaqublu 
 
 
128 
Zəfər  alayları  düzənləndi.  Qurban  Bayramına  təsadüf  edən  bu 
müqəddəs  qurtuluş  günü,  bağrı  hürriyyət  və  istiqlal  atəşi  ilə  yanan 
qadınlı, kişili, gənc, qoca bütün Azəriləri, iki bayramı bir arada qeyd 
etmənin  sevinci  içində  sonsuz  xoşbəxtliyə  qovuşdurdu.  Günlərcə 
həyəcan  dalğası  halında  davam  edən  bu  böyük  bayramda  qızlar, 
gəlinlər, gənclər və qocalar ən yeni və ən gözəl ürək sözlərini deyərək, 
milli oyunlar oynadılar, əyləncələr təşkil etdilər. 
 
Salon gəlir aralı, 
İçi dolu yaralı. 
İçində bir gözəl var, 
 
Azərbaycan maralı – deyə başlayan və bu gün daha dillərdən düş-
məyən  “Salon”  (Tren)  türküsü,  iki  qardaşın  bir-birinə  qovuşmasının 
ilk müjdəçisi oldu. Doğulan uşaqlar Ənvər, Nuru, Mürsəl adlarını 
aldılar. 
Türk  Ordusu  şərəfinə  Bakıda  verilən  tədbirdə  milliyyətçi  şair  və 
müəllim Hüseyn Cavidin lojadan tələbələrinə oxutduğu 
 
Türk elindən əsən yellər
Sənə şirin salam söylər. 
Olsun bütün Qafqaz ellər
 
Qurban  türkün  Bayrağına  –  deyə  davam  edən  “Bayraq  Marşı” 
salonun coşqun və sürəkli alqışlarla canlanmasına, masaların göz yaş-
ları ilə sulanmasına vəsilə (səbəb) oldu. 
Milli şair Əhməd Cavadın 15 Sentyabr günü yazdığı: 
 
Atıldı dağlardan zəfər topları, 
Yürüdü irəli əsgər, Bismillah! 
O xan sarayında çiçəkli bir qız, 
 
Bəkləyir  bizləri  zəfər,  Bismillah!..  şeri  qısa  zamanda  bütün  Azər-
baycanda dildən-dilə dolaşmağa başladı. 
Şəhid  olan  Məhmətciklərin  əziz  xatirələrini  anmaq  üçün  bir 
“Türk Şəhitliyi” meydana gətirildi. 


 
Bakыnыn Qurtuluшu 
 
 
129 
Bakının “Çənbərə Kəndi” məzarlığında yatan Məhmətciklərin 
xatirələrini  əbədiləşdirmək  üçün  ölümlərinin  ildönümü  olan  15 
Sentyabr  1919-cu  ildə  sonsuz  bir  şükran  (minnətdarlıq)  ifadəsi 
olaraq  Qardaş  Məzarlığı  üzərində  bir  abidə  tikildi.  Bu  abidənin 
təməlqoyma  tədbirində  çıxış  edən  Məhəmməd  Əmin  Rəsulzadə 
hissiyyatını sərbəst bir şəkildə dilə gətirərək belə dedi:  
“Ey hürr Azərbaycanın hürr Vətəndaşları! 
Əziz Millətdaşlar! 
Milliyyət  və  qardaşlıq  hissi  ilə  uzaq  yollardan  keçərək  bizi 
qurtarmağa  gələn  və  öz  ölümləri  ilə  yeni  bir  Türk  Dövlətini 
yaşadan bu böyük insanları yad edərkən sizi bir az düşündürmək 
istərəm: 
Milli  muxtariyyət  və  istiqlal  Rusiya  ixtilalının  şüarlarından  idi. 
Hər  millət  öz  müqəddəratını  təyinə  yetkilidir  (müqəddəratını  təyin 
etməyə haqqı var) deyilmişdi. Fəqət ictimai məfkurələr heç bir zaman 
o məfkurənin müstənet əleyhi (əleyhinə əsaslanmayan) olmayan qüv-
vələr  sayəsində  inkişaf  etməmişdir.  Rus  əmelesi  (fəhləsi)  millətlərin 
haqqı  istiqlalını  elan  edər:  bu  mümkündür  və  vakidir  (baş  verəndir). 
Fəqət  bir  Türk  istiqlalının  təhəkkukunu  (meydana  çıxmasını)  rus 
əmelesindən  (fəhləsindən)  gözləmək  əbəsdir.  Sinfi  məfkurələrin  tə-
həkkuku (meydana çıxması), siniflərin öz qüvvə və səylərinə bağlı ol-
duğu  kimi,  milli  məfkurələrin  təhəkkuku  (meydana  çıxması  da  milli 
qüvvələrin səy və hümmətinə bağlıdır. 
Bunun üçündür ki, millətlərə haqqı istiqlal elan edən rus kommu-
nizmi, iş Azərbaycan İstiqlalına çatınca, Türk düşməni qüvvələrilə bir-
ləşdi. Başımıza qanlı Mart hadisəsini gətirdi. “Bizə muxtariyyət” ver-
mək  deyil,  “xarabazar”  vermək  istədi.  Bu  qızıl  və  qanlı  yalana  qarşı 
Milli İstiqlalımızın haqqı müdafiə olaraq bizə Xızır kimi gələn qüvvə, 
bitabbi  Rus  əmelesi  (fəhləsi)  deyil,  Türk  Ordusu  idi.  Milli  bir  qüvvə 
idi. 
Əvət, Azərbaycan Milli Hürriyyət və İstiqlalını, yeni Türk Dövləti-
nin vücudunu, bu gün böyük məzarları başında, huşu və huzu ilə (can-
başla) üzərində diz çökdüyümüz bu böyük insanlara, qardaşını düşü-
nən bu böyük Türklərə medyundur (minnətdardır)”. 
Türk Şəhidliyi uzun illər gəlinlərin, qızların ziyarətgahına çevrildi. 
Dini bayramlarda və Milli günlərdə edilən ziyarətlərlə məzarlıq bir çi-
çək bağçası halına gətirilirdi. Bundan narahat olan rusların və kommu-


 
Nяsiman Yaqublu 
 
 
130 
nistlərin ziyarətləri zəiflətmək üçün həyata keçirdikləri tədbirlər nəticə 
vermədi.  Nəhayət,  məzarlığı  dağıtmağa  qərar  verdilər.  1932-ci  ildə 
buldozerlər  məzarları  sökərək  və  abidəni  yıxaraq  yeri  dümdüz  etdik-
dən sonra oranı bolşevik müstəvilər (işğalçılar) üçün məsire (əyləncə) 
halına gətirmək məqsədilə şəhər parkına çevirdilər. 
Bütün bu tədbirlər  qarşısında qardaş yardımına keçən Türk Ordu-
sunun  sevgisini,  sayğısını,  xatirələrini  Azərilərin  könüllərindən  və 
qəlblərindən çıxarmağı  bacarmadılar.  Çənbərə  Kəndinə gələn  hər kəs 
istər böyük olsun, istər kiçik olsun, orada böyük Türk Vətəndaşlarının 
yatdığını xatırlamaqda və Onlara rəhmət oxumağı özü üçün böyük və-
zifə saymaqdadır. 
Bu  gün  Hürriyyətindən  və  İstiqlalından  yoksun  (itirilmiş) 
Azərbaycan, ergeç (tez-gec) zalım rus pəncəsindən qurtularaq, 28 
May 1918-ci il tarixdə yetişdiyi istiqlalına yenidən qovuşacaq. Bu 
gün  şəhər  parkı  olan  “Əziz  Türk  Şəhidliyi”  yenə  gənc  qızların, 
gəlinlərin,  qadınların,  gənc  və  qoca  hər  kəsin  ziyarət  edəcəkləri 
əziz bir vətən parçası olacaq. 
O  məsud  günləri  yaradan  əziz  Məhmətciklərə  minlərcə  rəh-
mət! 
Ruhları Şad Olsun! (18, s. 9-13). 
 
“Azərbaycan” Türk Kültür Dərgisi. 
İyul-sentyabr 1974, yıl 23, sayı 211. 
 
 
 


Yüklə 5,08 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə