NəSİman yaqublu



Yüklə 5,08 Kb.
Pdf görüntüsü
səhifə46/57
tarix12.03.2018
ölçüsü5,08 Kb.
#31278
1   ...   42   43   44   45   46   47   48   49   ...   57

 
Nяsiman Yaqublu 
 
 
156 
 
 
ALMANİYADA NƏŞR EDİLƏN  
QƏZET VƏ  JURNALLARDA BAKININ 
 XİLASI İLƏ BAĞLI YAZILAR 
 
M. Ə. Rəsulzadə 
 
15 SENTYABR MÜNASİBƏTİLƏ 
 
undan 19 il əvvəl Sentyabrın 15-də Bakıda Azərbay-
can  tarixinin  mühüm  bir  hadisəsi  baş  vermişdir!  Bu 
gün milli qurtuluş hərəkatımızda tarixi mərhələ təşkil 
edən böyük bir zəfər qazanılmışdır!.. 
Milli Azərbaycan qüvvələri yardımına gələn qardaş Türkiyə  qüv-
vələrilə birlikdə düşmən istilası altında olan Bakını əsirlikdən xilas et-
miş və bu şəkildə yeni Türk tarixində silinməz iz buraxan Azərbaycan 
Cümhuriyyətinin qurulmasını felən təmin etmiş, fikrən də əbədiləşdir-
məyə vəsilə olmuşdur!.. 
Azərilərin  türklərlə  birlikdə  Bakıdan  qoşduqları  birləşik  qüvvə 
türklüyün  və  müsəlmanlığın  yaxşı  tanıdığı  tarixi  düşmən  Rus 
imperializmi idi. 
Sadə türklüyün və müsəlmanlığın deyil, eyni zamanda Qafqaz-
la  Rusiya  məhkumu  bütün  millətlərin  də  əbədi  düşməni  olan  bu 
imperializmin  daşıdığı  dürlü  boyaları  həyata  keçirdiyi  hər  cür 
taktikanı,  6-7  ay  sürən  əsarəti  dövründə  Bakı  köməksiz  qalmış, 
rus vəhşiliyinin hər növünə, qanlı güllələrinə məruz qalmışdı. 
Bayraqlarında “millətlərə  istiqlal” şüarını yazan yalançı bolşevik-
lər,  mahud  Şaumyan,  çarlıq  Rusiyasının  vəd  edib  icra  edə  bilmədiyi, 
dənizdən-dənizə  dayanan  Ermənistanı  təşkil  etməyə  vəkil  etmişkən 
(“Dekret №13), muxtariyyət istəyən Azərbaycanı “xarabazara döndər-
mək” istədilər!.. (1917-ci ildə Bakıda çıxan “Bakinski Raboçi”). 
Atəşə verilən Şamaxı şəhərilə qılıncdan keçirilən Quba və ətrafın-
dakı qırğınları “qanlı Mart günləri” ünvanilə tamamlayan vukuat silsi-
ləsi, rəngdən-rəngə girməyinə uyğun, rus imperializminin  milli Azər-



 
Bakыnыn Qurtuluшu 
 
 
157 
baycan  ideyasına  qarşı  duyduğu  düşmənçiliyin  qanlı  ərizələrindən 
başqa bir şey deyildi. 
Bu hadisələr, milli balası özlərindən deyil, beynəlmiləl ideologiya 
pərdəsi altında gizlənən inqilabçı rus ordusu və sözdə insanpərvər gö-
rünən rus marksistlərindən umanların nə qədər qəflət və zəlalətdə ol-
duqlarını göstərdi... 
Bu  ideyanın  tahakkuku  üçün  o  idealla  orqanik  surətdə  bağlı  qüv-
vələrə güvənmək və ancaq onlardan nicat gözləmək şərtdir!.. 
15 Sentyabrda Bakıda elan olunan zəfər - əslində bu ideologiyanın 
zəfəridir! 
Milli Azərbaycan idealı, türklüyün əbədi düşməni rusluqdan doğan 
“Moskva ordusunun” yardımı ilə deyil, şübhəsiz, ona qarşı, öz qüvvə-
silə və qardaş Türk yardımı ilə qurtarılmışdır!.. 
Milli qüvvələrlə milliyyət naminə və milli istiqlal üçün!.. Əslin-
də 15 Sentyabr zəfərinin ifadə etdiyi məna! 
Milli mənfəətlərin bu düstur xaricində də müdafiə edilə biləcəyini 
təsəvvür  edən  qafillərə,  təkrar  yad  əlinə  keçmək  bədbəxtliyinə  düşən 
Azərbaycanın 17 ildən bəri davam edən faciəsi əsərli bir misal və öy-
rədən bir fəlakətdir!.. 
Rus bolşevizminə məhkum və məzlum millətlərin beynəlmiləl ha-
misi  kimi  baxan  “27  Aprel  qəhrəmanlarından”  bu  gün  millətçilik  və 
casusluqda ittiham olunub “təmizlənməyən” birisi qalmamışdır!.. 
15  Sentyabr  zəfərindən  əvvəl  millətçilik  və  istiqlalçılıq  əzm  və 
duyğusu bir idisə, indi mindir. 
Dünya  qurtuluşumuzu  yeni  başdan  təmin  edəcək  hadisələrlə  zən-
gindir!..  Qızıl  çarlıq  bəyazından  daha  müdhiş  bir  çöküşlə  yıxılmağa 
məhkumdur! 
Sovet imperializminin dağıntıları üzərində mənfi heç bir təlki-
nin, pozucu heç bir təsirin məhv edə bilmədiyi istiqlal fikri Azər-
baycanın  atəş  dolu  torpaqları  altındakı  sönməz  qalan  alov  kimi 
təkrar  parıldayacaq  və  mübarək  nurilə  qızıl  qaranlıqda  boğulan 
cananımız yurdu əbədi aydınlığa yetişdirəcəkdir!.. (54, s. 4-5). 
 
“Qurtuluş”, sentyabr, 1937, №35. 
 
 
 


 
Nяsiman Yaqublu 
 
 
158 
 
15 SENTYABR MÜNASİBƏTİLƏ 
 
Bundan on beş il əvvəl idi. Azərbaycan Cümhuriyyətinin  ordusu 
müttəfiqi  qardaş  Türkiyə  yardımı  ilə  birlikdə  düşmən  istilasına  uğra-
mış paytaxtı xilas edirdi. 
Bakının Türk və müsəlman xalqı bu tarixdən altı ay əvvəl, tarixi-
mizdə  qanlı  Mart  deyə  anılan  günlərdə  qızıl  rus  bolşeviklərilə  müttə-
fiqləri  Daşnaksütun  çeteləri  (quldur  dəstələri)  tərəfindən  qırğına  mə-
ruz qalmış və o andan etibarən Azərbaycan yurdundan ayrılan bu şə-
hərdə azərbaycanlılar hər cür həqarət və əsarətə məhkum olunmuşdu-
lar. 
Bakılı  azərbaycanlıları  uşaq,  qoca  və  qadın  fərqi  qoymadan  min 
bir faciələrlə məhvə qalxan bu qanlı müttəfiqqlərə görə Türklərin gü-
nahı ağırdı. Onlar Azərbaycan istiqlalından bəhs etməyə cəsarət etmiş-
dilər. 
Sözdə bütün məhkum millətlərin hürriyyət və istiqlalı üçün vuru-
şan bolşevizm – o zaman – mahut (xəyanətkar) Şaumyana Türkiyə və 
Qafqaz  ərazilərindən  mürəkkəb  “böyük  Ermənistan”ı  qurmaq  üçün 
tam bir səlahiyyət vermiş və bu zəmin üzərində özünü Daşnaksütyun 
firqəsi ilə görüşməyə vəkil etmişkən (“Lenin və Stalin” imzasilə Qaf-
qaz komissarı Şaumyan adına verilmiş maruf bilinən, məlum) dekret, 
mərkəzi  Bakı  olmaqla  Azərbaycan  Cümhuriyyətinin  hürriyyət  və  is-
tiqlalından  bəhs  edən  “Müsavatçıları”  təhdid  etmiş,  Rusiyanın  azər-
baycanlılara  hürriyyət  və  istiqlal  deyil,  bir  xarabazar  verəcəyini  öz 
partizanlarının ağzı ilə söylətmişdi. 
Yuxarıda qeyd etdiyimiz Mart qırğını, əslində bu təhdidin sözdən 
işə  keçilməsindən  başqa  bir  şey  deyildi.  Qızıl  Moskva  Azərbaycan 
ideyasını  qanla  söndürmək  və  istiqlal  fikrini  yanğınlarla  məhv  etmək 
istəmişdi. 
31  Mart  hadisəsi  ilə  maruf  (məlum)  olan  bu  vəhşət,  düşmənin 
təsəvvürü xaricində Azərbaycan xalqının milli mənliyini yaralamış və 
bu yaranın təsirilə o, yediyi acının intiqamını almaq və haqqı bulunan 
istiqlalına qovuşmaq üçün mübarizəsinə davam etmişdi. 
15  Sentyabr,  əslində  bu  əzmin  zəfərini  təmin  edirdi.  Bu  gün 
Azərbaycan  xalqı,  əsir  paytaxtını  düşməndən   qurtarmaqla  susa-
dığı  intiqamını alırdı. 


Yüklə 5,08 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə