NəSİman yaqublu



Yüklə 5,08 Kb.
Pdf görüntüsü
səhifə54/57
tarix12.03.2018
ölçüsü5,08 Kb.
#31278
1   ...   49   50   51   52   53   54   55   56   57

 
Bakыnыn Qurtuluшu 
 
 
181 
Türkiyə türkcəsində 
 
73.
 
Aşırlı  A.  Azərbaycan  Xalq  Cümhuriyyəti  dönəmi  basımında  Kavkaz 
İslam Ordusu. Bakı, 2008. 
74.
 
Birinci  Dünya  hərbində  Türk  Hərbi  Qafqaz  cəbhəsi.  Ordu  Hərəkatı. 
Ankara, 1993. 
75.
 
Kurat A. N. Türkiyə və Rusiya. Ankara, 1990. 
76.
 
Qarabəkir K. İstiqlal Hərbimiz. İstanbul, 1988.  
77.
 
Nadir  Yüceer.  Birinci  Dünya  savaşında  Osmanlı  Ordusunun 
Azərbaycan və Dağıstan səfəri. Ankara, 2002. 
78.
 
Sürəyya Aydəmir. Makedoniyadan Orta Asiyaya Ənvər Paşa. İstanbul, 
1978, səh. 3. 
79.
 
Svyetoçovski T. Rus Azərbaycanı 1905-1920. Ankara, 1988. 
80.
 
Sorgun M. T. Bitmeyen Savaş. (Halil Paşanın Anıları). İstanbul, 1972. 
 
Rus dilində 
 
81.
 
«Azerbaydjan», qazeta, Baku, 1919, N197. 
82.
 
«Azerbaydjan», qazeta, Baku, 1919, N 
83.
 
«Azerbaydjan», qazeta, Baku, 1918, N13.  
84.
 
«Azerbaydjan», qazeta, Baku, 1918, N3. 
85.
 
«Azerbaydjan», qazeta, Baku, 1918, N16(2). 
86.
 
«Azerbaydjan», qazeta, Baku, 1918, N19. 
87.
 
Balaev  A.  Azerbaydjanskoe  naüionalğno-demokratiçeskoe  dvijenie 
1917-1920 q. B. 1990. 
88.
 
Darabadi  P.  Q.  Voennıe  problemı  politiçeskoy  istorii  Azerbaydjana 
naçala XX veka. Baku, 1991. 
89.
 
Letopisğ Vneşney Politiki SSSR 1917-1978. Moskva, Politizdatğ, 1978. 
90.
 
Lödendorf G. Moi vospominaniə o voyne 1914-1918 qq. T. 2. Moskva, 
Qosvoenizdat, 1924.  
91.
 
Mikoən A. Tak bılo (Razmışleniə o minuvşem). Moskva, 1999. 
92.
 
Nasirov T. Borğba za vlastğ v Azerbaydjane (1917-1920). Baku, 1993. 
93.
 
Raevskiy A. Anqliyskaə intervenüiə i musavatskoe pravitelğstvo. Baku, 
1927. 
94.
 
Steklov A. Armiə Musavatskoqo Azerbaydjana. Baku, 1928.  
95.
 
Topçibaşev  A.  A.  Dirlomatiçeskie  besedı  v  Stambule  (1918-1919  q.). 
Baku, 1994. 
96.
 
Tokarjevskiy  G.  A.  İz  istorii  inostrannoy  intervenüii  i    qrajdanskoy 
voynı v Azerbaydjane. Baku, 1957. 
97.
 
Şaumən S. Q. İzbrannoe proizvedenie. T. 2. Moskva, 1978. 
 
 


 
Nяsiman Yaqublu 
 
 
182 
KİTABDA ADLARI ÇƏKİLƏN  
ŞƏXSİYYƏTLƏR 
 
 
NURU PAŞA KİLLİGİL 
 (1889-1949) 
 
akının xilaskarı kimi tarixə daxil olmuş Nuru Paşa 
Killigil  1889-cu  ildə  Türkiyənin  İstanbul  şəhə-
rində  anadan  olub.  Tanınmış  hərbçi  Ənvər  Paşa-
nın qardaşıdır. Hərbi məktəbdə təhsil alıb, buradan 
teğmen  olaraq  məzun  olub.  1909-cu  ildə  3-cü  Ordu  əmrinə,  1910-cu 
ildə  isə  padşah  hizmətindəki  piyada  bölüyünə,  1912-ci  ildə  isə  1-ci 
Kolordu  (Korpus,  hərbi  birləşmə)  Komandanlığına,  1914-cü  ildə  isə 
Vyana  Ateşmilleterliyinə  alınıb.  1915-ci  ilin  fevralından  1918-ci  ilin 
əvvəllərinə qədər Afrika Grupları Genel Komandiri vəzifəsində çalışıb. 
1918-ci  ilin  yanvarın  3-də  Qafqaz  İslam  Ordusu  komandiri  olaraq 
çalışmağa başladı və general rütbəsi ilə həmin ilin mayında Gəncəyə 
gəldi.  Qafqaz  İslam  Ordusunun  qurulmasına  çalışdı.  Birinci    Dünya 
müharibəsinin sonuna qədər bu vəzifədə qaldı. Rütbədə isə fəxri gene-
raldan ordugenerallığa yüksəldi. 1919-cu ildə İngiltərə hökuməti tərə-
findən həbs edildi. Sonradan Batumdakı hərbi cəza evindən Azərbay-
cana qaçdı. Milli Mücadilədə 1920-ci ilin iyununda əmrindəki qüvvə-
lərlə Doğu Cəbhəsi komandirliyinə könüllü olaraq qatıldı və ermənilə-
rə qarşı aparılan təərrüz hərəkatında 12-ci Tümənin sağ qanadını təşkil 
edərək,  Sarıkamışın  geri  alınmasında  vəzifə  aldı.  Daha  sonra  Doğu  
Cəbhəsi emalatxanalarında vəzifə aldı. 1923-cü ilin 4 oktyabrında tə-
qaüdə çıxdı. Əlavə edək ki, İkinci Dünya müharibəsi illərində Almani-
yada əsirlikdə olan müsəlman-türk xalqlarından ibarət legionların (kö-
nüllü  birliklərin)  yaradılmasında  türk  generalı  Ərkilət  Paşa  ilə  birgə 
Nuru  Paşanın  da  adına  rast  gəlinir.  Bu  insanların  ölümdən  qurtarılıb, 
bolşevizmə qarşı savaş açıb silahlanmasında Nuru Paşanın xüsusi rolu 
olmuşdur.  
1949-cu ilin martın 2-də, saat 16.30-da İstanbuldakı silah fab-
rikasının partlayışı zamanı 27 nəfərlə birlikdə Nuru Paşa da həlak 
oldu.  



 
Bakыnыn Qurtuluшu 
 
 
183 
 
ƏNVƏR PAŞA 
 
ürkiyənin Sultan hökumətinin Hərbi Dəniz naziri ol-
muşdur. Gənc türklərin “Birlik və tərəqqi” partiyası-
nın liderlərindən biri idi. 1918-ci ildən Almaniyada 
mühacirətdə  olmuşdur.  1920-ci  ilin  sentyabrında 
Bakıda Şərq xalqlarının qurultayında iştirak etmişdir. 1921-ci ildə Ən-
vər Paşa Türkiyəyə keçmək məqsədilə Batuma gəlmişdir. Lakin Mus-
tafa Kamal Paşanın başçılığı ilə TBMM hökuməti ona Türkiyəyə keç-
məyi qadağan etmişdir. 1921-ci  ilin noyabrın 27-də G. Çiçerin Rusi-
yanın Batumdakı konsuluna məktub göndərərək belə bir göstəriş ver-
di: “...indiki vaxtda Ənvərin Türkiyədə görünməsinə yol vermək olm-
az... Biz ona daha Batumda qonaqpərvərlik edə bilmərik”. 
1921-ci ilin sonunda Ənvər Paşa xəlvəti olaraq Buxaraya gəldi və 
antisovet hərəkata başçılıq etdi. 1922-ci ilin avqustunda bolşevik ordu 
hissələri ilə döyüşdə öldürüldü.  
 
 
QAİMMƏQAM  RÜŞTÜ TÜRKƏR 
 
afqaz  İslam  Ordusunun  zabiti  olub.  Hərb  rəisi  kimi 
məsul  vəzivə  də  daşıyıb.  Azərbaycanın  müstəqilliyi 
uğrunda  Qafqaz  İslam  Ordusunun  apardığı  müharibə-
nin canlı şahidi olub. 1934-cü ildə özünün çox dəyərli 
xatirələrini  “Böyük  hərbdə  Bakı  yollarında  5-ci  Qafqaz  piyada  firqə-
si”ni Əsgəri Məcmuədə çap etdirir. Bu xatirələr Bakının  azad edil-
məsi ilə bağlı bu gün də ciddi bir mənbə olaraq qalır. 
 
 




Yüklə 5,08 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə