NəSİman yaqublu



Yüklə 5,08 Kb.
Pdf görüntüsü
səhifə50/57
tarix12.03.2018
ölçüsü5,08 Kb.
#31278
1   ...   46   47   48   49   50   51   52   53   ...   57

 
Nяsiman Yaqublu 
 
 
168 
 
 
BAKI MƏSƏLƏSİ 
 
(15 Sentyabr zəfərinin  18-ci ildönümü münasibəti ilə) 
 
eni tariximizin böyük günlərindən ən böyüyü olan 15 
Sentyabr zəfərinin  18-ci ildönümünü  xatırlayırıq. Bu 
gün  birləşmiş  Azərbaycan-Türkiyə  orduları  Bakını 
tarixi və əzəli düşmənindən təmizləmiş, bununla Ya-
xın və Orta Şərqin tarixində yeni bir dövr açmışdır. Bakının düşmən-
dən  təmizlənməsi  və  əsil  sahibi  olan  Azərbaycanlıların  əlinə  keçməsi 
Yaxın və Orta Şərqin tarixində yeni bir dövr açmaq demək olduğunu 
anlamaq üçün Bakını bir neçə cəbhədən mütaliə etməmiz lazımdır. 
Bakının düşmən əlinə keçməsi bu günkü vəziyyəti doğururdu. Yə-
ni yalnız Bakı deyil, onunla birlikdə bütün Azərbaycan istilaya uğra-
mış  və  qonşu  cumhuriyyətlər  də  təhlükə  altına  alınmışdır.  Bakının 
alınması Azərbaycan istiqlalını təmin etmiş, qonşu Qafqaz cumhuriy-
yətlərindən  Gürcüstanla  Ermənistanın  qızıl  istilaya  uğramasına  mane 
olmuş və Şimali Qafqazın qurulmasına yol açmışdır. 
Bakı məsələsinin axıdılan Türk qanının bahasına Azərbaycan fay-
dasına olan həlli yalnız Azərbaycan və Qafqaz xalqından deyil, bütün 
türklük və müsəlmanlıq aləminin mənfəətləri haqqından daha qüvvətli 
idi. 
Bakının alınması münasibətilə o zaman İstanbul qəzetlərinin hamı-
sının hərarətli məqalələri arasında “Tan”ın da bu sətirləri vardı: “Bakı-
nın bu dəfəki işğalı, yalnız Rusiya və Qafqaz məsələləri etibarilə de-
yil, bütün Türk və müsəlman aləmi üçün də böyük bir əhəmiyyətə ma-
likdir”. 
Bakı yalnız sonsuz, bitməz, tükənməz sərvətləri etibarilə deyil, 
işğal etdiyi coğrafi mövqe etibarilə də dünya əhəmiyyətlidir. Qərbi 
Şərqlə birləşdirən tarixi ticarət yolları üzərində duran Bakı, Xəzər də-
nizinə hakim bir qala və bu dənizin bircə limanı, ticarət və tranzit mər-
kəzidir. İranın və Türküstanın dünya ilə olan münasibəti Bakı vasitəsi-
lə yaradılır. Bakı kimin isə Xəzər dənizi də onundur. Xəzər dənizi isə 
Türküstanla  İdil-Uralı  Azərbaycanla  birləşdirən  bir  körpüdür.  Bu  ba-



 
Bakыnыn Qurtuluшu 
 
 
169 
xımdan Bakı məsələsinin həlli ilə Türklük məsələsinin həlli üçün yol 
açılmış olurdu. 
Məhəmməd  Əmin  bəy  Rəsulzadə  Bakının    alınması  münasibətilə 
1919-cu ildə yazmış olduğu bir məqaləsində deyir: 
“Bakı,  Türklüyün  şahrahı  üzərində  olan,  sönməz  atəşlərlə  yanan 
əbədi bir əməl məşəlidir.” 
Bakının alınmasından vəcdə gələn  Azərbaycanın milliyyətçi şairi 
milli bayrağımıza olan müraciətində deyir: 
 
Türküstan yelləri öpüb alnını, 
Söyləyir dərdini sənə, bayrağım! 
Üç rəngin əksini Qara dənizdən
Ərməğan yolla sən yara, bayrağım! 
Gedərkən Turana çıxdın qarşıma, 
Gölgən dövlət quşu qondu başıma. 
İzn ver gözümdən axan yaşıma, 
Dinləsin dərdini aha bayrağım! 
 
Bakının alınması, Azərbaycanın Xəzərə hakimliyi, böyük milli 
əməllərin həyata keçirilməsi şəkk və şübhədən azaddır. 
Yalnız  Azərbaycan,  Qafqaz,  Türklük  və  müsəlmanlıq  üçün 
Bakı məsələsi  bütün şərq məsələsinin yeni bir səhifəyə girməsi de-
məkdir. Azərbaycan Cümhuriyyətinin böyük dövlətlər tərəfindən 
tanınması münasibətilə, 1920-ci ilin əvvəlində böyük mütəfəkkiri-
miz mərhum Akçura Oğlu Yusif Bəy nitqində demişdi: “Bakı, İs-
tanbul,  Bəsrə,  Süveyş-Şərq  məsələsinin  dörd  köşəsidir.  İstanbul 
dünya  ticarətinin  həyati  memarlarından  biri  isə,  Bakı  da  dünya 
sənayesinin həyat mənbələrindən biridir.” 
“...Kardif və koksun (torfun) vətəni Böyük Britaniya adası isə, neft 
və petrolun mənbəyi Bakı və Abşeron yarımadasıdır. İstanbulun müs-
təsna mövqeyi özünə necə bir afət olmuşsa, Bakının sərvətinin intəha-
sızlığı da başına bir bəladır..” 
Hindistana və isti dənizlərə çıxmaq üçün Qafqazı və əsasən Xəzər 
sahillərini ən pis yol adlandırdığından, işğala qərar verən Böyük Pyotr 
Xəzər sahillərini tədqiq üçün Von Verdenlə Saymonofların rəyasətin-
də  göndərmiş  olduğu  heyətdən  daha  1719-cu  ildə  belə  bir  məlumat 
alırdı: “Bakı ağ daşdan yapılmış surla mahsurdur (hasarla əhatə). Şə-


 
Nяsiman Yaqublu 
 
 
170 
hərin  önündə  saysız  gəmilər  gördük.  Onlar  müxtəlif  İran  limanlarına 
götürmək üçün neft yükləməkdə idilər. Çox tələb olduğundan burada 
bu yer yağı ticarəti çox böyükdür.” 
1722-ci ildə Şimali İrana olan səfəri zamanı təhqiqat icrasını yeri-
nə yetirməkdə idi. İki il sonra ruslar Bakını müvəqqəti bir zaman üçün 
işğal etdikləri vaxt Pyotr general Mutuşkinə Peterburqdan belə bir əmr 
göndərirdi: “Min put və ya nə qədər mümkünsə ağ neft göndərin.” 
Bakı  rusların  əlində  uzun  müddət  qalmadı  və  1735-ci  ildə  buranı 
tərk etməyə məcbur oldular. Fəqət, Rusiyanın Bakıya olan tamahı sön-
məmişdi. 
“Qafqaza  hakim  olan  Hindistana  da  hakim  olur”  –  deyən  Böyük 
Yekaterina zamanında Bakı və Azərbaycan məsələsi yenidən meydana 
çıxır.  1796-cı  ildə  ruslar  Dərbəndi  alır  və  1801-ci  ildə  Gürcüstanda 
yerləşir. Əslində bu zamandan etibarən Azərbaycan şimaldan, şərqdən 
(dənizdən) və qərbdən od arasına alınır. Bu vaxtlarda Qafqazdakı rus 
orduları komandanlığına təyin olunan məşhur Sisiyanov Xəzər sahillə-
rini  yenidən zəbtə qərar verərək general Zavalişin komandası altında 
Bakı  üzərinə  dəniz  yolu  ilə  bir  ordu  göndərir.  Fəqət,  Bakı  xanı  Hü-
seynqulu Xan Qubadan aldığı yardımla Zavalişini məğlubiyyətə məc-
bur edir. 
Gəncəni qılıncdan keçirən və Cavad Xanın qəhrəman müqavi-
mətini qıran Sisiyanov hiddətlənərək həmin vaxt Bakı üzərinə gə-
lir. Yol üzərində Şirvan xanı Mustafa Xanın bəyatını (ona tabe olmaq 
vədini) alan Sisiyanov Şamaxı dağlarını aşaraq, 1806-cı ilin əvvəlində 
Bakı  surlarına  (qala  divarlarına)  dayanır.  Hüseynqulu  Xanın  tabeçii-
yindəkilərdən biri Sisiyanovla yavəri Eristofu öldürür. Bundan panika-
ya  düşən  rus  ordusu  gəmilərə  minərək  qaçır.  Qafqaz  rus  ordusu  ko-
mandanlığına  təyin  olunan  Kudoviç  Bulqakovun  komandası  altında 
Bakı üzərinə göndərdiyi bir qüvvə 3 Sentyabr 1806-cı ildə Bakını iş-
ğal edərək Rusiyaya tabe edir. 
Bakının,  Azərbaycanın  zəbti  və  Rusiyanın  bütün  Qafqazda 
yerləşməsi bütün Şərq üçün böyük bir təhlükə yaradır. Rusiya bu 
üsulla  sistematik  bir  sürətlə  şərqə  və  cənuba  doğru  irəliləməyə 
başlayır.  Dağıstan  mühasirəyə  alınaraq  yarım  əsrlik  müqavimət-
dən sonra təslimə məcbur edilir. Türkiyə Qarsını, Ərdəhan və Ba-
tumunu, hətta Şərqi Anadolunu itirir. Türkiyə bir rus müstəmlə-
kəsi halına gəlir. Türküstan işğal olunur. 


Yüklə 5,08 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə