NəSİman yaqublu



Yüklə 5,08 Kb.
Pdf görüntüsü
səhifə48/57
tarix12.03.2018
ölçüsü5,08 Kb.
#31278
1   ...   44   45   46   47   48   49   50   51   ...   57

 
Nяsiman Yaqublu 
 
 
162 
“Bu  elim  (ağır)  vəziyyət  qarşısında  Tiflis  Seymində  olan  müsəl-
man üzvü bir qrup təşkil edərək teşrif və siyasi işlərdən başqa milli və 
ictimai işləri də həyata keçirməyə məcbur olmuşdu. Əfsus icra qüvvə-
sindən məhrum və orduya dayanmayan Seym müsəlman qrupu bu qət-
liam  və  imha  vəkainin  önünə  cezri  şəkildə  keçə  bilmirdi  (qırğının, 
talanların qarşısını ala bilmirdi). Cənubi Qafqaz hökumətindən gözlə-
nən  ümidlər  boşdu.  Seymin,  ordu  təşkilatı  üçün  Gəncə  Milli  Müsəl-
man Komitəsinə  verməyi vəd etdiyi mühüm miqdardakı silah və cəb-
bəxana da tamamilə verilməmişdi. Nəhayət, Bakını ələ keçirən bolşe-
vik-erməni  qüvvəsi  Şamaxı-Kürdəmir  xəttinə  qədər  qırıb-çataraq  irə-
liləmiş və bu təcavüzdən Lənkəran, Salyan və Quba qəsəbələri də öz-
lərini qurtara bilməmişdilər”. 
Brest-Litovsk  müqaviləsinə  əsasən  Türkiyəyə  verilən  Batum, 
Ərdəhan  və  Qars  vilayətlərindən  ötrü  Cənubi  Qafqaz  hökuməti 
ilə Osmanlı dövləti arasında başlanan hərbi, 3-cü ordunun bu yer-
ləri işğalı, bunun nəticəsində gürcülərin Almaniyanın himayəsinə sığı-
naraq  Qafqaz  Federasiyasından  çıxıb  istiqlalını  elan  etdiyini,  onu  er-
məni və Azərilərin  də öz istiqlallarını elan edərək Türkiyə ilə ayrı-ay-
rı  müzakirəyə  girişdiklərini  xülasə  etdikdən  sonra  müəllif  Qafqaz  İs-
lam Ordusunun komandanı Nuru Paşanın Gəncəyə gəlişinə naklikelam 
edərək (toxunaraq) Paşa Həzrətlərinin 3-cü orduya, Azərbaycanın əsgəri 
və daxili vəziyyəti haqqında göndərdiyi raportu nəql etməkdədir. 
Nuru  Paşa  Həzrətlərinin    3-cü  ordu  komandanı  Vəhib  Paşa 
Həzrətlərinə  yazdığı  raportdan  anlayırıq  ki,  Gəncədə  Milli  Kolordu 
(korpus,  hərbi  birləşmə)  naminə  təşkil  edilən  600  nəfərlik  bir  qüvvə 
var. Bakıya qarşı da Kürdəmir stansiyasında knyaz Mağalof namında 
(adında)  bir  gürcü  miralayının  (albayının)  komandanı  altında  400-ə 
qədər əsgər vardır. “Bakı qətliamında gürcülərin müsəlmanlarla birlik 
təşkil  etmələrinə  bir  nümunə  olaraq  Tiflisdən  göndərilmiş  bu 
əsgərlərin 300-dən ibarət gürcüləri də Tiflisə dönmüşdülər. 
Azərbaycanda  milli  bir  ordu  yaratmaq  imkanı  mövcuddur. 
Əsgərliyə  tələbkar  çox  insan  vardır.  Muğan  kimi  məntəqələrdə 
bolşevik əlinə keçməmiş 10 000 000 kilo qədər də buğda və ərzaq var. 
Əfsus, ordu təşkili üçün silah və cəbbəxana yoxdur. Paşa Həzrətləri bu 
barədə yardım edilməsini rica edir və əlavə edir ki: “Əsgərin təlim və 
tərbiyəsi  üçün  buraya  təyin  olan  əsgər  heyəti  Mosulda  qaldı.  Bir  aya 
qədər  gəlməyəcək.  Təşkil  olunacaq  əsgərə  komanda  etmək  üçün 


 
Bakыnыn Qurtuluшu 
 
 
163 
mümkün olduğu qədər müəllim-zabit və kiçik zabit ezamını xahiş edi-
rəm.  Kıtaatı  Osmaniyenin  Gəncəyə  ademi  vürudu  muhtemel  ise  bil-
hassa  mezkur heyete (Osmanlı hərbi hissələrinin Gəncəyə gəlməməsi 
ehtimal edilirsə, bu heyətə) fövqəladə ehtiyacımız olacaq”. 
Yeni qurulmaqda və qurulacaq olan Azərbaycan Milli Ordusu 
üçün  müəllim-zabit  məsələsinin  sonuna  qədər  gəlmədiyini  və  bu 
üzdən də milli ordu təşkil edilmədiyini eyni əsərdən  öyrənirik. 
3-cü  komandanı  Vəhib  Paşa    Həzrətləri  Nuru  Paşa  Həzrətlərinə 
yazdığı 2.06.1918-ci il tarixli cavabında ermənilərlə sülh bağlandığını, 
gürcülərlə də bağlanmaq üzrə olduğunu qeyd etdikdən sonra deyirdilər 
ki: 
“Azərbaycan hökuməti Müstəqil İslamçılıq tələbinə görə İslamları 
bolşevik  təcavüzündən  qurtarmaq  üçün  müxtəlif  qüvvələrdən  ibarət 
dəstə  ilə  Qazax  tərəfdən  Gəncə  istiqamətinə  göndərəcəyik.  Bu  dəstə-
nin süvarisi Qazax və Gəncə arasındakı stansiyaları mühafizə edəcək-
dir...” 
Aşağıdakı vesaik (sənədlər) Vəhib Paşa Həzrətlərinin Azərbaycan 
məsələsilə  candan  əlaqədar  olduğunu  göstərməkdədir.  Azərbaycana 
yalnız bir piyada alayı ilə (2 tabur piyada, iki top) bir də mürəttəb (tər-
tib edilmiş) süvari alayı (2 bölük) sövq etmək üçün əmr verildiyindən 
eyni 2.06.1918ci il tarixində Baş Komandanlıq Vəkalətinə (Ənvər Pa-
şa Həzrətlərinə) verdiyi müstacel (təcili) şifrəsində bir əmri yerinə ye-
tirmək  məqsədilə  Azərbaycana  bir  Firqə  göndərdiyini  və  icab  ederse 
(lazım olarsa), bu qüvvəni takviyə edəcəyini (əlavə kömək göndərəcə-
yini) yazmaqda idi.  
O  günlərdə,  başda  Azərbaycanın  Milli  Şura  rəisi  Məhəmməd 
Əmin Rəsulzadə Bəy olmaqla Azərbaycan Mürəxxəs Heyəti ilə, başda 
Vəhib  Paşa  və  Xəlil  Bəy  olmaqla  Türkiyə  Mürəxxəs  Heyəti  arasında 
müzakirələr cərəyan edirdi. Mərhum Ənvər Paşanın tasvipkar mahiy-
yətdə  (bəyəndiyi,  razılıqla  qarşıladığı)  5  iyun  tarixli  cavabından  bir 
gün əvvəl, yəni 4 iyun 1918-ci il tarixdə Batumda Osmanlı nümayən-
dələri (Ədliyyə naziri Xəlil Bəy və Vəhib Paşa) Azərbaycan nümayən-
dələri  (Məhəmməd  Əmin  Rəsulzadə  və  Məhəmməd  Həsən  Bəylər) 
arasında bir muhadenet (razılıq) əhdnaməsi bağlanmışdı. Bu əhdnamə-
nin 4-cü maddəsinə görə Azərbaycanın sülh və əmin-amanlığını qoru-
maq  üçün  Ali  Osmanlı  Dövlətindən  istənilən  əsgəri  yardım  Osmanlı 
Heyəti tərəfindən dərhal qəbul edilmişdi. 


 
Nяsiman Yaqublu 
 
 
164 
Əslində bu əhdnaməyə istinadən, Azərbaycan tərəfindən verilən bu 
rəsmi müraciət üçün Vəhib Paşa 7 iyun tarixində bu əmri verirdi: 
“Beşinci  Qafqaz  Firqəsinin  aksami  sairəsinin  (digər  hissələrinin) 
də  Qazax  tərəfdən  Gəncəyə  göndərilməsini  xahiş  edirəm.  Firqənin 
Ağstafa stansiyasından Gəncəyə qədər göndərilməsi üçün indidən ha-
zırlıq  işləri  görün  və  bunun  üçün  serian  icab  (lazım  olan  hər  şeyi) 
edənləri  Qazağa  göndərin.  Müsəlman  zabitlərindən  Gəncəli  İbrahim-
zadə Nazim Əfəndi Ağstafa stansiyası ilə Gəncə arasındakı gedişi tən-
zim etmək üçün əvvəlcə Batumdan Gəncəyə göndərilmişdi. Məmurla-
rımız Nazim əfəndi ilə əlaqə yaratsınlar, firqənin nəzdində ikinci Qaf-
qaz kolordusu (korpus, hərbi birləşmə) telsiz stansiyasının verilməsini 
xahiş edirəm. Firqə indilik əmrinizdə və Gəncədə qalacaq, əfəndim.” 
Ordu  komandanının  bu  əmrinə  əsasən    Qrup  komandanı  da  eyni 
gündə Beşinci Qafqaz Firqəsi Komandanlığına, 8 iyunda Cəlaloğlun-
dan hərəkət üçün lazım gələn əmri vermiş və hərəkət günü firqə zabit-
lərinə bu müraciəti etmişdir: 
“Baş komandan etibarən hamımızın etimadını qazanmış və hər xü-
susda müntəzəm olan Beşinci Qafqaz Firqəsini Azərbaycana, Gəncəyə 
göndərirəm. Burada olduğu kimi orada da fədakarlıqla çalışacağımız-
dan əminəm. Allah müvəffəqiyyətlər versin.” 
Bu Osmanlı ordusundan Azərbaycana ikinci yardım”dır. 
Bunun  nəticəsində  iyunun  22-də  Azərbaycandakı  əsgəri  qüvvənin 
mövcudluğu bu qədər olmuşdur: 
Beşinci Qafqaz Firqəsi: 
Zabit: muharib (döyüşən)  - 225, muharib olmayan (döyüşməyən) – 105; 
əsgər: muharib – 5.227, muharib olmayan – 2, 126. 
Heyvan: 1939; silah: tütək – 4.342; makinalı tütək – 36; kəsici si-
lah – 3.752; top – 14. 
Cəbbəxana: tüfəng üçün – 847 sandık; top gülləsi – 801; əl bomba-
sı  –  1739;  qazma  –  520;  kürək  –  1.412;  balta  –  225;  tel  makinası  – 
169; prtatif çadır – 3.242. Eyni tarixdə 5-ci Firqə əmrində olan Azər-
baycan Cümhuriyyətinin  müharibə cəbhəsində olan qüvvəsi də aşağı-
dakı miqdardadır: 
Zabit: muharib (döyüşən) – 30; muharib olmayan (döyüşməyən) – 
4  nəfər;  muharib  (döyüşən)  –  727;  muharib  olmayan  (döyüşməyən  – 
99;  heyvan  –  435;  silah:  tüfəng  –  605;  makinalı  tüfəng  –  21;  kəsici 
silah – 322; top – 6. 


Yüklə 5,08 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə