NəSİman yaqublu



Yüklə 5,08 Kb.
Pdf görüntüsü
səhifə56/57
tarix12.03.2018
ölçüsü5,08 Kb.
#31278
1   ...   49   50   51   52   53   54   55   56   57

 
Bakыnыn Qurtuluшu 
 
 
187 
elan edildikdən sonra 1918-ci ilin oktyabrında Xarici İşlər naziri təyin 
edilmiş,  həmin  ilin  dekabrın  7-də  isə  Azərbaycan  Palamentinin  sədri 
seçilib. 1918-ci ilin dekabrın 28-də Azərbaycan Nümayəndə Heyətinin 
Paris Sülh Konfransının başçısı təyin edilib. Azərbaycanın 1920-ci ilin 
yanvarın  11-də  dünya  dövlətlərinə  tanıdılmasında  böyük  xidmətləri 
olub. 1920-ci ilin 27 Aprel işğalından sonra Fransada qalıb, mühacirət 
həyatı yaşayıb. 1934-cü ildə Parisdə vəfat edib.  
 
HƏSƏN BƏY AĞAYEV  
(1875-1920) 
 
anınmış dövlət xadimi Həsən bəy Ağayev  1875-ci ildə 
Gəncədə anadan olub. 1901-ci ildə Moskva Universite-
tinin Tibb  fakultəsini bitirib. Vətənə qayıtdıqdan sonra 
bir müddət həkim olaraq çalışıb. 1906-1907-ci illərdə İrana mühacirət 
edib,  orada  yaşayıb.  1911-1912-ci  illərdə  Gəncədə  rus  dilində  çıxan 
“Yujnı Qafqaz” qəzetinin redaktoru, müsəlmanlar arasında maarif ya-
yan  cəmiyyətin  sədri  idi.  O,  1917-ci  ildə  təşkil  edilmiş  Zaqafqaziya 
Seyminin  üzvü  idi.  1918-ci  ilin  mayında  Azərbaycan  Milli  Şurasının 
sədr müavini seçilib.  
1918-ci  ilin  Mayın  28-də  Azərbaycan  Xalq  Cümhuriyyəti  elan 
edildikdən sonra Həsən bəy Ağayev Dəniz Yolu İdarəsinin Baş həki-
mi vəzifəsində çalışıb. 1918-ci ilin dekabrın 7-dən Azərbaycan Parla-
mentinin sədr müavini seçilib. 
1920-ci ilin Aprelin 27-də Azərbaycan işğal edildikdən sonra Tifli-
sə getmiş, orada bir muzdlu erməni qatili tərəfindən güllə ilə öldürül-
müşdür.  
 
 
MƏHƏMMƏD HƏSƏN HACINSKİ  
(1875-1931) 
 
anınmış  ictimai-siyasi  xadim  olan    M.h.mm.d  Həsən 
Hacınski  1875-ci  ildə  Bakıda  anadan  olub.  Peterburq 
Texnoloji  İnstitutunu  bitirib.  Bir  müddət  Moskvada  ça-




 
Nяsiman Yaqublu 
 
 
188 
lışdıqdan  sonra  Bakıya  qayıdıb.  1904-cü  ildən  ciddi  siyasi  fəaliyyətə 
başlayıb. 1918-ci ildə Azərbaycan Xalq Cumhuriyyəti yaradılanda ilk 
Xarici İşlər naziri olub.  
1931-ci ildə Tiflis həbsxanasında həlak olub. 
 
 
ÜZEYİR HACIBƏYLİ  
(1885-1948) 
 
zərbaycanın tanınmış musiqi xadimi və görkəmli ziya-
lısı Üzeyir Hacıbəyli 1885-ci ildə sentyabr ayının 5-
də anadan olub. Üzeyir Hacıbəyli Azərbaycanın musi-
qi mərkəzi olan Şuşada böyüyüb. 1899-1904-cü illərdə Qori Müəllim-
lər Seminariyasında  təhsil alıb. “Həyat”, “İrşad” qəzetlərində çalışıb, 
“Həqiqət”  qəzetinin  redaktoru,  sonradan  isə  “Azərbaycan”  qəzetinin 
müvəqqəti  redaktoru  olub.  1908-ci  ilin  12  yanvarında  onun  yazdığı 
“Leyli və Məcnun” operasının ilk tamaşası olmuşdur. 1920-ci ilin 27 
Aprel  işğalından  sonra  bütün  fəaliyyətini  musiqiyə  həsr  etmişdir. 
1937-ci ildə onun yazdığı “Koroğlu” operası tamaşaya qoyulub. Üze-
yir  Hacıbəyli  Azərbaycanın  Dövlət  Himninin  müəllifidir.  Üzeyir 
Hacıbəyli 1948-ci ildə vəfat edib.  
 
 
 
KƏRİM ODƏR  
(1901-1961) 
 
zərbaycan  mühacirətinin  tanınmış  xadimi  Kərim  Odər 
1901-ci ildə Bakıda anadan olub. Bakı Ticarət Litseyi-
ni  bitirdikdən  sonra,  Azərbaycan  Xalq  Cümhuriyyəti 
dövründə  Xarici  İşlər  Nazirliyində  özəl  Qələm  müdirliyi  vəzifəsində 
çalışıb. 1920-ci ilin 27 Aprel işğalından sonra Azərbaycanı tərk etmək 
məcburiyyətində qalıb. Üç ilə yaxın Tiflisdə qaldıqdan sonra, Türkiyə-
yə gedib. O, burada Mərkəzi bankda çalışıb. “Azərbaycan”, “Azərbay-
can  ekonomisi” kimi kitablarını çap etdirib. “Azərbaycan” jurnalında 
çoxlu yazılarla çıxış edib. 




 
Bakыnыn Qurtuluшu 
 
 
189 
Kərim Odər 1981-ci ildə vəfat edib.  


 
Nяsiman Yaqublu 
 
 
190 
 
CEYHUN HACIBƏYLİ  
(1891-1962) 
 
anınmış  ictimai-siyasi  xadim  və  jurnalist  olan  Cey-
hun Hacıbəyli 1891-ci ilin  fevralın 2-də Şuşada ana-
dan  olub.  Bir  müddət  Peterburq  Universitetinin  hü-
quq  fakültəsində,  1909-cu  ildən  isə  Fransanın  pay-
taxtı  Parisdə  Sorbon  Universitetində  təhsil  alıb.  Bakıya  qayıtdıqdan 
sonra  “İttihad”  və  “Müsəlmanlıq”  qəzetlərinin  redaktoru  vəzifəsində 
çalışıb.  1918-ci  ildə  Azərbaycan  Xalq  Cümhuriyyəti  yaradıldıqdan 
sonra  Şəfi  bəy  Rüstəmbəyli  ilə  birlikdə  “Azərbaycan”  qəzetinin    re-
daktoru olub. Versal Sülh konfransında Azərbaycan nümayəndə heyə-
tinin  üzvü  olaraq  iştirak  edib.  Azərbaycanın  dünya  dövlətlərinə  tanı-
dılmasında onun da böyük xidmətləri var.  
1920-ci ildə Aprelin 27-də Azərbaycan bolşeviklər tərəfindən işğal 
edildikdən sonra həmişəlik olaraq Parisdə qaldı, Azərbaycanın müstə-
qilliyi uğrunda mühacirətdə ağır mücadilə apardı. 
Ceyhun Hacıbəyli 1962-ci ilin oktyabr ayının 2-də vəfat edib, Pari-
sin Sen-Klu məzarlığında dəfn edilib.  
 
 
MƏHƏMMƏD HADİ 
 (1879-1920) 
 
 əsr  Azərbaycan şerində romantizm cərəyanının ən qüd-
rətli  nümayəndələrindən  biridir.  1879-cu  ildə  Şamaxı 
şəhərində  anadan  olmuşdur.  Kiçik  yaşlarından  atadan  yetim  qalan 
Hadi təhsilini davam etdirə bilməmişdir. O, “Bürani-tərəqqi”, “Həyat”, 
“Fyüzat”, “İrşad” kimi mətbu orqanlarda fəal çıxış etmişdir. “Firdov-
si-ilhamat”, “Şükufeyi-hikmət” adlı şer kitablarının müəllifi olmuşdur. 
Birinci  Dünya  müharibəsi  illərində  şair  Qafqaz  Ordusu  sıralarında 
müxtəlif döyüş cəbhələrində olmuşdur. 
1920-ci ildə vəfat etmişdir.  
 
 

XX 


Yüklə 5,08 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə