NəSİman yaqublu



Yüklə 5,08 Kb.
Pdf görüntüsü
səhifə55/57
tarix12.03.2018
ölçüsü5,08 Kb.
#31278
1   ...   49   50   51   52   53   54   55   56   57

 
Nяsiman Yaqublu 
 
 
184 
 
MƏHƏMMƏD ƏMİN RƏSULZADƏ 
 (1884-1955) 
 
zərbaycanın  görkəmli  dövlət  xadimi  olan  Məhəm-
məd Əmin Rəsulzadə 31 yanvar 1884-cü ildə Bakı-
nın Novxanı kəndində doğulub. İlk təhsil və tərbi-
yəsini  atasından  alıb.  Sultan  Məcid  Qənizadənin 
(1886-1942)  müdir  olduğu  Bakıda  fəaliyyət  göstərən  2  saylı  “Rus-
tatar” məktəbində oxuyub. Qafqazda yeganə türk dilində çıxan “Şərqi-
Rus” qəzetində (1903, N20) ilk “Müxəmməs” adlı şerini nəşr etdirir. 
17 yaşlı Məhəmməd Əmin 1902-ci ildə “Müsəlman Gənclik Təşkila-
tı”nı yaradır. Sonradan həmin təşkilat “Müsəlman demokratik “Müsa-
vat  cəmiyyəti”nə  çevrilir.  1904-cü  ilin  payızında  milli  ziyalılarımızın 
görkəmli  nümayəndələrindən  Mir  Həsən  Mövsümovun,  Məhəmməd 
Həsən Hacınskinin və M. Ə. Rəsulzadənin təşəbbüsü ilə müsəlman so-
sial-demokrat “Hümmət” təşkilatı yaradılır. İctimai-siyasi işlərlə yana-
şı  M.  Ə.  Rəsulzadə  publisistik  fəaliyyətini  də  davam  etdirir.  Əlibəy 
Hüseynzadənin redaktor olduğu  “Fyüzat”, həmçinin Ə. Ağayevin re-
daktorluğu  ilə  çıxan  “İrşad”  və  “Tərəqqi”  qəzetində  müxtəlif  mövzu-
larda məqalələri və şerləri ilə çıxış edir. Bir müddətdən sonra “İrşad” 
qəzetinin  müvəqqəti  redaktoru  olur.  Onun  “Qaranlıqda  işıqlar”  adlı 
pyesi 1908-ci ildə Bakıda “Nicat” cəmiyyətinin teatrında tamaşaya qo-
yulur. Bakıda təqib olunduğu üçün isə 1909-cu ildə İrana gedir. Təb-
rizdə  Səttarxanla  və  onun  silahdaşları  ilə  görüşür.  Tehranda  Avropa 
təhsili görmüş bir qrup iranlı ilə birlikdə 1910-cu ildə “İran Demokra-
tik Partiyası”nın əsasını qoyur və onun orqanı “İrani-nov” (Yeni İran) 
qəzetinin redaktoru olur. Burada da M. Ə. Rəsulzadə  təqiblərdən yaxa 
qurtarmaq  üçün  İstanbula  mühacirət  edir.  Burada  1911-ci  ilin  noyab-
rından nəşrə başlayan “Türk yurdu” jurnalının əsasını qoyanlardan biri 
olur.  1913-cü  ildə  Romanovlar  sülaləsinin  300  illiyi  ilə  əlaqədar  əfv-
ümumidən    sonra  M.  Ə.  Rəsulzadə  Bakıya  qayıdır.  1911-ci  ilin 
oktyabrında əsası qoyulan “Müsəlman demokratik “Müsavat” partiya-
sının rəhbərinə  çevrilir. 1918-ci il mayın 27-də Zaqafqaziya Seyminin 
müsəlman  fraksiyasına  daxil  olan  müxtəlif  partiyaların  üzvlərindən 
ibarət olan Azərbaycan Milli Şurası yaranır. Səs çoxluğu ilə M. Ə. Rə-
sulzadə Milli Şuranın sədri seçilir.  



 
Bakыnыn Qurtuluшu 
 
 
185 
1920-ci  ilin  aprel  hadisələrindən  sonra  M.  Ə.  Rəsulzadə  həbsə 
alındı. Keçmiş mübarizə dostu Stalin şəxsən həbsxanaya gedib M. Ə. 
Rəsulzadəni  azad  etdi.  Sonra  M.  Ə.  Rəsulzadəni  özü  ilə  birlikdə 
Moskvaya  apardı  və  RSFSR  Millətlər  Komissarlığında  mətbuat  mü-
vəkkili  vəzifəsinə  təyin  etdi.  Bir  müddət  sonra  M.  Ə,  Rəsulzadə 
Sankt-Peterburqa,  oradan  isə  gizli  yolla  Finlandiyaya  keçərək  Türki-
yəyə  mühacirət  etdi.  1922-ci  ilin  sonlarında  onun  İstanbulda  siyasi 
mühacir həyatı başladı. M. Ə. Rəsulzadə  1931-ci ildə Sovet hökumə-
tinin  təqiblərinə  əsasən,  Türkiyəni  tərk  etməyə  məcbur  oldu.  1932-ci 
ildən  onun  mühacirətinin  Polşa  və  Almaniya  dövrü  başladı.  1939-cu 
ildə  İkinci  Dünya  müharibəsinin  başlanması  ilə  Polşadan  Fransaya, 
oradan İsveçrəyə, İsveçrədən İngiltərəyə, nəhayət Rumıniyaya keçdi.  
1942-ci  ildə  Azərbaycanın  istiqlalına  nail  olmaq  üçün  Almaniya-
nın  Xarici  İşlər  Nazirliyi  və  Şərq  Nazirliyi  ilə  danışıqlara  girsə  də 
müsbət cavab ala bilmədi. Almaniya tərəfindən Azərbaycan müstəqil-
liyinin  tanınmadığını  görən  M.  Ə.  Rəsulzadə  1943-cü  ilin  sonlarında 
Almaniyanı tərk edib Buxarestə gedir. 1947-ci ildə Türkiyəyə qayıdan  
Rəsulzadə burada Azərbaycan Milli Mərkəzinin başçısı kimi fəaliyyə-
tini davam etdirirdi. M. Ə. Rəsulzadə ömrünün sonunadək Azərbayca-
nın müstəqilliyinin bərpa olunması uğrunda istiqlal mübarizəsini  da-
vam  etdirmişdir.  M.  Ə.  Rəsulzadə  1955-ci  il,  mart  ayının  6-sı,  bazar 
günü, Ankara vaxtı ilə saat 22
50
-də, üç dəfə “Azərbaycan, Azərbaycan, 
Azərbaycan” deyərək əbədi olaraq həyata göz yumdu. M. Ə. Rəsulza-
də Ankaranın Əsri qəbirstanlığında dəfn olunmuşdur.  
 
 
FƏTƏLİ XAN XOYSKİ  
(1875-1920) 
 
zərbaycanın  görkəmli  dövlət  xadimidir.  1875-ci  ildə 
Şəkidə anadan olub. 1901-ci ildə Moskva Universite-
tinin  Hüquq  fakultəsini  bitirib.  Gəncə,  Suxumi,  Ba-
tum,  Kutaisi  məhkəmələrində  müxtəlif  vəzifələrdə  çalışıb.  II  Dövlət 
Dumasının nümayəndəsi olub. Zaqafqaziya Federativ Respublikasının 
Ədliyyə naziri olub. 1918-ci ilin Mayın 28-də Azərbaycan Xalq Cüm-
huriyyəti  yaradıldıqdan  sonra  bu  ölkənin  tək  Baş  naziri  təyin  edilib. 



 
Nяsiman Yaqublu 
 
 
186 
1919-cu ilin dekabrın 23-də isə N. Yusifbəylinin təşkil etdiyi hökumət 
kabinəsində Xarici İşlər naziri vəzifəsini icra edib. 
1920-ci ilin 27 Aprel işğalından sonra Fətəli Xan Xoyski Gürcüs-
tana getmiş, iyun ayının 19-da Tiflisdə arxadan bir muzdlu erməni qa-
tili tərəfindən qətlə yetirilmişdir.  
 
 
NƏSİB BƏY YUSİFBƏYLİ 
 (1881-1920) 
 
zərbaycanın  görkəmli  dövlət  və  siyasi  xadimi  Nəsib 
bəy  Yusifbəyli  1881-ci  ildə  Gəncədə  anadan  olub. 
1902-1907-ci  illərdə  1902-1907-ci  illərdə  Odessa 
Tibb  Universitetinin  Hüquq  fakultəsində  təhsil  alıb.  Bir  müddət  Krı-
mın Baxçasaray şəhərində yaşamış, “Tərcüman” qəzetində məqalələr-
lə çıxış etmişdir. Ar hökuməti tərəfindən təqib olunduğundan Türkiyə-
yə  gəlmiş,  bir  müddət  İstanbulda  yaşamışdır.  1917-ci  ilin  martında 
“Türk ədəmi-mərkəziyyət  partiyası”nı yaradıb. 1918-ci ilin aprelində 
Zaqafqaziya Respublikası hökumətinin Maarif naziri olub. 1918-ci ilin 
Mayın  29-da  Azərbaycan  Xalq  Cümhuriyyəti  yaradıldıqdan  sonra  o, 
Xalq  Maarif  naziri  vəzifəsində  çalışıb.  1919-cu  ilin  aprelin  14-dən 
Azərbaycan Respublikası Nazirlər Şurasının sədri təyin edilib. 1920-ci 
ilin 27 Aprelində bolşeviklər Azərbaycanı işğal etdikdən sonra Nəsib 
bəy Yusifbəyli Kürdəmir və Yevlax rayonları arasındakı ərazidə qətlə 
yetirilib.  
 
 
ƏLİMƏRDAN BƏY TOPÇUBAŞOV  
(1862-1934) 
 
zərbaycan Parlamentinin sədri olub. 1862-ci ilin mayın 
4-də  Tiflisdə  anadan  olub.  1889-cu  ildə  Peterburq 
Universitetinin  hüquq  fakultəsini  bitirib.  Bakıda  rus 
dilində  çıxan  “Kaspi”  qəzetinin  Baş  redaktoru  olub.  1905-ci  ildə 
Rusiya  Müsəlmanlarının    Nijni-Novqorod  şəhərində  ilk  qurultayının 
keçirilməsinin təşkilatçılarından olub. Azərbaycan Xalq Cümhuriyyəti 




Yüklə 5,08 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə