MUSİQİ DÜNYASI ____________________________________________________2 (75), 2018
7903
Əliqismət LALAYEV
TÜRKMƏN DRAMATURQU HÜSEYN MUXTAROVUN
PYESLƏRI AZƏRBAYCAN SƏHNƏSİNDƏ
Orta Asiya dramaturqlarının pyeslərinin Azərbaycan səhnəsində tamaşaya qoyulma tarixi
XX əsrin 50-ci illərindən başlanmışdır.
Həmin dövrdaən etibarın, türkmən dramaturqu Hüseyn Muxtarovun, özbək dramaturqu
Abdulla Qəhharın, tacik dramaturqu Qəni Abdullanın, qırğız dramaturqları Çingiz Aytmatovun,
Mar Bayciyevin və b. əsərləri bir çox teatrlarımızda uğurla səhnəyə qoyulmuşdur. Bu baxımdan ən
böyük pay türkmən dramaturqu, SSRİ Dövlət mükafatı laureatı Hüseyn Muxtarova (1914—1980)
məxsusdur.
1914-cü ildə İranın Məşhəd şəhərində doğulmuş, əslən azərbaycanlı olan Hüseyn
Muxtarovun ölkəmizdə qoyulan ilk əsəri «Ailə namusu» («Allanın ailəsi») olmuşdur.
Dramaturqun «Allanın ailəsi» pyesi Azərbaycan Akademik Dram Teatrında «Ailə namusu» adı ilə
ilk dəfə 1951-ci il, oktyabrın 30-da tamaşaçılara göstərilmişdir. İnsanların əxlaqi saflığını, təmiz
və namuslu əməyini əks etdirən bu əsərin bir çox cəhətdən əlamətdar olan tamaşası azərbaycanlı
tamaşaçılar tərəfindən rəğbətlə qarşılanmışdı.
Tamaşanın quruluşunu Moskvada ali teatr məktəbini yenicə bitirib Bakıya qayıtmış, gənc,
istedadlı rejissor Tofiq Kazımov vermişdi. Bu, onun Akademik teatrda ilk müstəqil işi idi. Gənc
rejissor tamaşada xalqı aldadan, xalq malına xor baxan adamlara qarşı yeni insanın mübarizəsini
ön plana çəkmişdi. Rejissor əsas ideyanı tamaşaçıya çatdırmaq üçün teatrda olan bütün
imkanlardan bacarıqla istifadə etmiş, bəstəkar, rəssam və aktyor kollektivi ilə birgə işləməsi
nəticəsində əsərin əsas qayəsini tamaşaçıya çatdırmağa nail olmuşdu. Yuxarıda qeyd etdik ki,
hadisələr bir otaqda cərəyan edir. Lakin buna baxmayaraq, rejissor real, inandırıcı və maraqlı
mizanlar yaratmışdı. Rejissorun aktyor kollektivi ilə səmərəli yaradıcılıq işinin nəticəsi idi ki,
tamaşada düşünülməmiş, təkrar olunan hərəkətlərə, mizanlara yol verilməmişdi. İstər
Azərbaycanın xalq artisti Bədurə Əfqanlının verdiyi bədii tərtibat, istər bəstəkar Zakir Bağırovun
MUSİQİ DÜNYASI ____________________________________________________2 (75), 2018
7904
ahəngdar musiqisi tamaşanın ümumi ruhuna uyğun olmaqla yanaşı, həm də əsərin ideyasının
açılmasında rejissora kömək etmişdi.
Tamaşanın diqqətçəkən cəhətlərindən biri də, burada səhnəmizin görkəmli ustaları ilə
bərabər gənc qüvvələrin də iştirak etməsi idi. Maraqlıdır ki, tamaşa təkcə quruluşçu rejissorun
deyil, həm də bir neçə gənc aktyorun teatrda debütü idi. Belə ki, əsas rolların ifaçılarından Məlik
Dadaşov, Osman Həqqi və Əfrasiyab Məmmədov institutu elə həmin ildə – 1951-ci ildə bitirib,
teatrda işə başlamışdılar.
Əsərin mərkəzi surəti Allandır. Rejissor bu rolu səhnəmizin görkəmli aktyoru Əli
Qurbanova tapşırmışdı. Allan – Əli Qurbanov mehriban ata, namuslu ailə başçısı, cəsarətli işçi
kimi hərəkət edirdi. Bu obrazın həm rejissor, həm də aktyor tərəfindən düzgün səhnə şərhi əsərin
ideyasının bütünlükdə düzgün açılmasını təmin edə bilmişdi.
«Ailə namusu» pyesinin tamaşasında Arif obrazı öz gözəl xüsusiyyətləri, açıq və geniş
dünyagörüşü, təmiz arzuları, şairanə təbiəti ilə tamaşaçıları cəlb edirdi. O, doğma Türkmənistanı
olduğundan daha gözəl görmək istəyir. Onun işi ilə arzuları arasında sıx bir bağlılıq var. Məhz
buna görə də o, « … Eh, Yazgül, mənim arzum bu şopanlıqları məhsulduar torpaqlara çevirmək,
onlarda bağlar, tarlalar salmaqdır» deyərkən tamaşaçı Arifə bütün varlığı ilə inanır, onu ürəkdən
sevir və bu işlərin görülməsində onunla birlikdə olmağa can atırdı. Bu sözlər gənc aktyor Məlik
Dadaşovun ifasında öz işinə inanan, qurub yaratmaq eşqi, həvəsi ilə yaşayan, xalq malını hər bir
şəraitdə qoruyan gənc bir alimin fikri kimi çox qüvvətli səslənirdi.
Kolxoz hesabdarı Azad rolunu Əfrasiyab Məmmədov ifa edirdi. Onun ifasında Azad
namuslu, nikbin, dostluqda möhkəm, sevgisinə sadiq gənc kimi nəzəri cəlb edirdi. Ailənin son
beşiyi, şən və gülərüzlü Qurban rolunda artist Sadıq Saleh, Yazgül rolunda isə Sofiya Bəsirzadə
çıxış edirdi. aktrisa Sofiya Bəsirzadə öz rolunun xarakterinə uyğun maraqlı ştrixlər tapmışdı.
Tamaşada ana obrazı da ən maraqlı surətlərdən biri idi. Ana Bikə şüur etibarilə geri qalmış,
mövhumatçı, köhnə dünyanın qayda-qanunlarına riayət etməyə çalışan bir qadındır. Bu rolu
səhnəmizin görkəmli sənətkarı Mərziyə xanım Davudova ifa edirdi. Aktrisa rolun daxili ailəmini
açıb göstərməyə tam müvəffəq olmuşdu. kimi mənim üçün də əziz deyilmi?» deyə Bayramı
ittiham etməyə başlayırdı.
«Ailə namusu» əsəri «xalqlar dostluğu», «beynəlmiləlçilik» ruhundan da xali deyildi.
Buradakı Zina surəti ilə müəllif rus xalqının nəcib sifətlərini göstərməyə çalışmışdı. Zina rolunu
Hökumə Qurbanova ifa edirdi. Böyük Vətən müharibəsi zamanı bütün ailəsini itirmiş Zina –
Hökumə Qurbanovanın ifasında səmimi, mehriban, namuslu, ağıllı bir rus qızı idi.
Lakin 1950-ci illərdə bütün Sovet dramaturgiyasında «Konfliktsizlik nəzəriyyəsi» hökm
sürürdü. Və «Allanın ailəsi» də bədnam nəzəriyyə əsasında yazılmışdı. Pyes məhz dramaturji
MUSİQİ DÜNYASI ____________________________________________________2 (75), 2018
7905
konfliktdən məhrum idi. Sözsüz ki, bu, dramaturqun istedadsızlığının deyil, dövrün tələbinə, daha
dəqiq desək, partiyanın göstərişinə əməl etmək cəhdinin nəticəsi idi.
Əsərdə «Sovet adamının yüksək əxlaqı», «Sovet gənclərinin vətənpərvərliyi», «Sovet
quruluşunun üstünlüyü», «sosializm cəmiyyətinin mükəmməlliyi» və s. ifadələr, cümlələr bol-bol
işlənmişdi və belə bir fikir hasil olurdu: Allan kişi, onun oğlu Arif ona görə ailə namusunu, ailə
şərəfini üstün tuturlar ki, onlar sovet adamlarıdırlar, ən yüksək əxlaqi keyfiyyətlər, mənəvi
zənginliklər yalnız sovet adamlarına xas olan cəhətlərdir.
1964-cü ildə Azərbaycan Dövlət Akademik Dram Teatrı türkmən dramaturqu Hüseyn
Muxtarovun yaradıcılığına yenidən müraciət etdi. Həmin il dekabrın 11-də onun «Kimdir
müqəssir» pyesinin [1] ilk tamaşası göstərildi.
Dramaturq «Kimdir müqəssir» əsərində gözəl bir məqsədə xidmət edirdi. Müəllif əsərdə
böyük amallarla yaşayan adamların yüksək mənəvi keyfiyyətlərini, əxlaqi xüsusiyyətlərini əks
etməyə, onların yalnız cəmiyyətə yad olan tüfeylilərə, əliəyrilərə, dələduzlara qarşı deyil, həm də
maymaqlara, vəzifəsində səhlənkarlıq edənlərə qarşı kəskin mübarizə apardıqlarını göstərməyə
çalışmışdı.
Əsərdəki hadisələr istedadlı sovet jurnalisti Səltənətin tikinti-quraşdırma idarəsinə gəlməsi
ilə başlanırdı. İdarənin rəisi Həsənov onu sevinclə qarşılayır, xəbərsiz gəldiyi üçün Səltənəti hətta
səmimiyyətlə məzəmmət edir. Uşaqlıqdan dost olduğu, şirin və xoş xatirələrlə bağlandığı bu
qadını layiqincə qarşılamaq üçün evinə sifariş göndərir, yaxşı bir məclis təşkil etməyi tabeliyində
olan Qurd Bəşirə tapşırır. Ancaq Həsənovun sevinci uzun sürmür. Az sonra rayon məhkəməsinin
sədri Salmanov, prokuror Fərəcova, milis rəisi Səfərova və milis nəfəri Allanəzər buraya gəlirlər.
Məlum olur ki, bir neçə ay bundan əvvəl həbs edilmiş sürücü Toylunun işinə yenidən baxmaq
üçün həmin adamları Səltənət özü buraya çağırtdırmışdır. İdarə rəisinin otağında məhkəmə
qurulur, sual-cavab başlanır, hadisələrdən və söhbətlərdən aydınlaşır ki, Toylunun heç bir günahı
yoxmuş, o, namuslu kəndçidir, nahaq yerə həbs edilib. Bəs Toylunun faciəsinə nə səbəb olmuşdu?
Bu işdə günahkar kimdir? Əsərdən alınan cavab belədir: rayonun məsul işçilərinin maymaqlığı və
səhlənkarlığı üzündən əliəyrilər, dələduzlar çoxalmış, Toylu kimi düzlüyü sevən adamların işi isə
çətinləşmişdir. Toylu Qurd Bəşir kimi dələduzlarla mübarizədə tək qalır, müraciət etdiyi yerlərdən
mənfi cavab alır, onu demaqoq adlandırırlar. Toylunun həbs olunması isə ailəsində faciə yaranır.
Arvadı xəstələnir, böyük arzu ilə gözlədiyi körpəsini itirir.
Bu cinayətdə məhkəmə sədri Salmanovun, prokuror Fərəcovanın, milis rəisi Səfərovun
günahları ondadır ki, onlar hər biri öz növbəsində, ayrı-ayrılıqda Qurd Bəşir, Bərkəli, Allanəzər
kimi alçaq adamların fitvasına uymuş, sənədləri yoxlamadan imzalamış, bacarıqlı, işküzar,
namuslu bir gənc olan Toylunun nahaq yerə həbsə alınmasına razılıq vermişlər. «Böhtan ayaq
MUSİQİ DÜNYASI ____________________________________________________2 (75), 2018
7906
tutsa da yeriməz» demişlər. Toylu respublikanın mərkəzi qəzetinə şikayət etmişdir. Nəhayət,
jurnalist Səltənətin işə qarışması ilə bütün məsələlər həll olunur, müqəssirlər cəzalarına çatırlar.
«Kimdir müqəssir?» gənc rejissor Məmmədkamal Kazımovun Azərbaycan Dövlət
Akademik Milli Dram Teatrı səhnəsində ikinci müstəqil işi idi. Əlbəttə, heç şübhəsiz ki,
Məmmədkamal Kazımov dramaturji cəhətdən mükəmməl bir əsər tamaşaya hazırlasaydı, onun
rejissorluq bacarığı daha aydın nəzərə çarpardı. «Kimdir müqəssir?» tamaşasında onun
yaradıcılığının yaxşı cəhətləri duyulurdu. Tamaşa dramaturji kamill olmasa da, mizanlar aydın və
ifadəli verilmişdi. Quruluş əsas hadisələrin inkişafı üçün əlverişli idi. Bu işdə teatrın baş rejissoru
Tofiq Kazımovun və aktyor kollektivinin əməyi az olmamışdı. Əsas rolları ifa edən aktyorlardan
Mirvari Novruzova (Səltənət), Ağahüseyn Cavadov (Bərkəli), Möhsün Sənani (Qurd Bəşir),
Əliağa Ağayev (Allanəzər), Məcid Şamxalov (Səfərov), Sadıq Hüseynov (Salmanov) və başqaları
öz bacarıqlı çıxışları ilə rejissor işinin kamil olmasına kömək etmişdilər.
Tamaşanın iştirakçıları sübut edirdilər ki, insan gözəl xilqətdir, ona qayğı və məhəbbətlə
yanaşmaq lazımdır. Sovet məhkəmə işçiləri, prokurorları, milis nəfərləri öz vəzifələrinə daha ciddi
və vicdanla yanaşmalı, hər yerdə, hər zaman obyektiv olmalı, namuslu hərəkət etməlidirlər.
Onların kiçik bir səhvi insan həyatını məhv edə bilər. Tamaşadakı Bərkəli, Allanəzər və Qurd
Bəşir rollarını ifa edən, səhnəmizin görkəmli komediya ustaları Ağahüseyn Cavadov, Əliağa
Ağayev və Möhsün Sənani oynadıqları obrazları satirik boyalardan məharətlə istifadə edərək
yaradırdılar. Toylunun faciəsində əsas rol oynayanlardan biri tikinti-quraşdırma idarəsinin rəisi
Həsənov idi. Artist Atamoğlan Rzayev aydın bir şəkildə göstərirdi ki, Qurd Bəşir, Bərkəli və
Allanəzər kimi üzdəniraq adamların qol-qanad açmasına məhz Həsənovun tamahkarlığı, zəifliyi
imkan yaratmışdı. Tamaşanın ideya məzmunu Mirvari Novruzovanın ifa etdiyi jurnalist Səltənət
obrazında aydın şəkildə nəzərə çarpırdı. Səltənət – Mirvari Novruzova işgüzardır, təvazökardır,
təmkinlidir. «Kimdir müqəssir?» sualını bütünlüklə aydınlaşdırmaq üçün Səltənət – Mirvari
Novruzova böyük fədəkarlıq göstərirdi. Vicdanlı, hərəkəti, işi, layiqli davranışı ilə tamaşaçılara
güclü müsbət təsir göstərirdi.
«Kimdir müqəssir?» tamaşasında teatrın gənc aktyorları da çıxış edirdilər. Şahmar
Ələkbərov Toylu rolunda çox yaxşı təsir bağışlayırdı. Aqşin Vəlixanovun səmimiyyətlə oynadığı
Pəltək kimi surəti epizodik olmasına, yalnız bir dəfə səhnəyə gəlməsinə baxmayaraq, yadda
qalırdı.
Hüseyn Muxtarovun pyesləri təkcə Bakıda deyil, paytaxtdan kənarda da tamaşaya
qoylmuşdur. Mingəçevir Dövlət Dram Teatrı 1969-1970-ci il mövsümündə dramaturqun «Şeytan
nəsli» [1] əsərinə səhnə həyatı vermişdir. Müharibənin ən ağır nəticələri, kimsəsizlərə xeyirxah
adamlar tərəfindən əsil ata qayğısı göstərilməsi teatrın aktyorları Nisə Rzayeva (Klara), Şərqiyə
MUSİQİ DÜNYASI ____________________________________________________2 (75), 2018
7907
Rəsulova (Bibi), Lətifə Hüseynova (Aypəri), Elmira Yaqubova (Ağgül), Neftun Tağıyev (Elman),
Əli Məmmədov (Bazarağa) və başqalarının yaratdıqları səhnə obrazları vasitəsilə öz əksini
tapmışdı. Mingəçevir tamaşaçıları tərəfindən hər dəfə rəğbətlə qarşılanan bu tamaşa onun qastrol
repertuarında da xüsusi yer tutmuşdu.
Hüseyn Muxtarovun dramaturgiyası Sumqayıt Dövlət Dram Teatrının kollektivini də cəlb
etmiş, teatrın səhnəsində türkmən dramaturqunun «Mən nənə ilə evlənirəm» adlı komediyası [1]
(tərcümə edəni İnqilab Kərimov) tamaşaya qoyulmuşdur.
Beləliklə, Hüseyn Muxtarovun səmimiliyi ilə seçilən dramaturgiyası ölkəmizin teatr
səhnələrində tamaşaya qoyulmaqla teatrlarımızın repertuarına rəng qatmış, həmçinin eyni kökə
malik qardaş türkmən xalqı ilə mədəni-teatr əlaqələrinin genişlənməsinə yardım etmişdir.
ƏDƏBİYYAT
1. Muxtarov
H.
Pyesləri. M.F.Axundov ad. Azərbaycan Milli Kitabxanası. «Not
nəşrləri və səsyazmaları» şöbəsi, əlyazmaların arxivi bölməsi, f.53, siy. 5, iş 8.
2. Rəhimli İ.Ə. Akademik Milli Dram Teatrı. İki kitabda. II k., Bakı: Qapp-Poliqraf,
2002, 438 s.
3.
Kerimi K. Turkmenskiy teatr. Moskva: İskusstva, 1964, 220 s.
Dostları ilə paylaş: |