NəSİman yaqublu



Yüklə 5,08 Kb.
Pdf görüntüsü
səhifə47/57
tarix12.03.2018
ölçüsü5,08 Kb.
#31278
1   ...   43   44   45   46   47   48   49   50   ...   57

 
Bakыnыn Qurtuluшu 
 
 
159 
Sadə intiqammı?!.. Xeyr! 
Azərbaycan  xalqının  tarixində  bu  gün  28  May  qədər  böyük  bir 
dəyərə malikdir. 28 Mayda Cümhuriyyətin istiqlalı bütün cahana elan 
edilmişsə,  15  Sentybarda  bu  istiqlal  maddətən    təyin  olunmuş,  Azər-
baycan hökuməti öz təbii mərkəzinə müzəffərliklə girmişdir. 
Bu gün sadə zillət həqarətindən qurtulan xalqın köksü intiqam his-
silə qabarmamış, eyni zamanda illərdən bəri hürriyyət və istiqlal eşqi 
ilə yanan ürəklərə də su səpilmişdir. 
Əlbəttə, Azərbaycan istiqlal dövrünün, 15 Sentyabr ən şanlı fəsil-
lərindən  biridir.  Siyasi  tarixin  makus  əsərilə  (təsadüfü  nəticəsində) 
təkrar qızıl rus  əsirliyinə düşən vətənimiz bildiyimiz kimi heç bir za-
man  xilas  olacağından  məyus  olmamışdır.  O,  var  qüvvəsilə  çarpışır. 
Bütün  imkanları  ilə  istilaya  qarşı  dayanır.  İrəlidə  Azərbaycanın  yeni 
bir  15  Sentyabra  malik  olacağı  qənaəti  Azərbaycan  istiqlalçılarını 
canlandırmırmı?.. 
Əlbəttə  canlandırır,  tarixin  qeyd  etdiyi  digər  misallar  kimi  Azər-
baycan  xalqı  da  müxtəlif  mərhələlər  keçən  mücadiləsi  nəticəsində  öz 
qayəsinə girəcək, öz yurduna həmin özü hakim olacaqdır. 
Bu mütləqdir! 
Bu  müvəffəqiyyətin  birinci  şərti,  heç  şübhəsiz,  onun  öz  əzm  və 
mücadiləsinə güvənməsidir. 
Bu  belə  olmaqla  bərabər,  yenə  tarixi  misalları  ilə  məlumdur 
ki, bir millət hürriyyət və istiqlal uğrundakı  qayəsinə beynəlmiləl 
bir takım hadisələr və amillərin yardımı ilə nail olur. 
Böyük Dünya  müharibəsi nəticəsində  Rusiya  məhkumu  millətlər-
dən bir qismi də zühur edən beynəlmiləl imkanı ən böyük ölçüdə isti-
fadə  edə  bildilər.  Hürriyyət  və  istiqlallarına  nail  oldular.  Azərbaycan 
da daxil olduğu halda, Qafqaz millətləri bütöv dövlət halında təşəkkül 
etdilərsə də, hadisələr özlərinə tamamilə müsait olmadı. Qısa bir müd-
dət istiqlal həyatı ilə yaşadıqdan sonra, məlum amillərin təsirilə, Rusi-
ya təkrar bu yerləri tutmuş oldu. 
13 ildən bəri qızıl Rusiya istiqlal altında əzilən Qafqaz, indi yüz il-
dən bəri bəyaz Rusiya istilası altında sıxılan Qafqazdan da artıq bir sü-
rətlə hürriyyət və istiqlalına qovuşmaq  üçün inkişaf edir. 
Bu inkişaf, bir tərəfdən Sovetlər İttifaqında hər cür mənadan məh-
rum hökumət qəlbinə həqiqi istiqlal mənası doldurmaq üçün artan mil-
li şüurun böyüməsilə Qafqazlı millətlərin bir-birinə daha artıq bağlan-


 
Nяsiman Yaqublu 
 
 
160 
maları, digər tərəfdən də beynəlmiləl amillərin Sovetlər İttifaqı şəklin-
də qurulan yeni Rusiya əleyhində qüvvətlənməsilə məşhurdur. 
Əlbəttə, müvazinətini bir cür tapmayan dünya qüvvələrinin, istər-
istəməz  toqquşması  dünya  müharibəsi  ərəfəsində  olduğundan  daha 
çox  bir  ehtimalla  yaxınlaşır.  Qızıl  Moskva  bu  toqquşmadan,  atəşdən 
qaçar kimi çəkinməsinə rəğmən, onunla qarşılaşacaq, hərb və inqilab-
dab doğduğu kimi, yeni bir hərb və inqilab nəticəsində də parçalana-
caqdır. Yaxın tarixində 15 Sentyabr zəfəri  kimi  mücadilə günləri-
nə malik olan Azərbaycan xalqı gələcək bu fürsəti istifadəyə, şüb-
hə etmirik ki, 1918-ci ildə olduğundan da hazırdır. 
O, indi bir kərə yüksəltdiyi istiqlal bayrağı altında can verən min-
lərcə  fəadailərə  malik  olduğu  kimi,  ali  mənfəətlərinin  birliyini  duyan 
Qafqazlı  qonşulara  və  eyni  yolun  yolçusu  olduqlarına  qane  olan 
“Prometeyçi” müttəfiqlərə malikdir! 
Və buna da əmindir ki, qızıl rusluğun çökəcəyi bu tarixi zamanda 
15  Sentyabrda  özünə  müttəfiq  olan  qardaş  qüvvələr  təkrar  onunla 
olacaq, nihai zəfəri özü ilə birlikdə təmin edəcəkdir!.. 
Bu  qüvvələrin  vəzifələrini  qəhrəmanca  yerinə  yetirərək,  indi 
Bakı məzarlığının bir guşəsində haqq etdikləri milli şükran (sayğı, 
hörmət)  təzahüratını  dörd  gözlə  axtaran  şəhidlər  ruhuna  bizdən 
min rəhmət, min salam!.. (57). 
 
“İstiqlal” qəzeti, 20 sentyabr 1933, yıl 2, №42. 
 


 
Bakыnыn Qurtuluшu 
 
 
161 
 
Mirzə Bala Məmmədzadə 
 
BAKI YOLLARINDA 
 
(Bakı zəfərinin 17-ci ildönümü münasibətilə) 
(1918 – 15 Sentyabr 1935) 
 
axildən  gələn  bir  sevgi  ilə,  diqqət  və  ehtimalla  hər 
vəsiqə, əmr, raport və müşahidələr əsasında yazılmış 
mükəmməl bir əsər: “Böyük hərbdə Bakı yollarında 
5-ci Qafqaz Piyada Firqəsi...” 
Türkiyə  Cumhuriyyəti  Baş  Erkanı  (Qərargahı)  Hərbi  Rəyasətinin 
4.12.1933 tarixli rəsmi əmri ilə, eyni Firqəyə mənsub və 1918-ci ildə 
Bakı  uğrunda  apardığımız  istiqlal  savaşına,  əvvəlindən  sonuna  qədər 
birbaşa  iştirak  etmiş  Erkanıhərb  (Baş  Qərargah)  kaymakamı  (qəza 
rəisi) Rüştü bəy kimi səlahiyyətli bir adam tərəfindən qələmə alınmış 
olan bu mükəmməl əsərin qiymət və əhəmiyyəti üzərində çox dayan-
mağa lüzum varmı? Və 15 Sentyabr zəfərinin 17-ci ildönümü münasi-
bətilə oxucularımıza bundan daha qiymətli nə hədiyyə verilə bilər? 
6  kroki  (diaqram),  bir  qururluş,  bir  cədvəl  və  iki  xəritəni  özündə 
cəmləşdirən  218  səhifəlik  bu  əsər,  93  saylı  “Əsgəri  Məcmuə”nin,  1 
iyun  1934-cü  il  tarixli  və  34  saylı  “Tarix  qismi”ni  başdan-başa  işğal 
etmişdir.  Ələlxüsus  “Osmanlı  ordusunun  Azərbaycana  qardaş  yar-
dımı”nı  canlandırmağa  çalışan  müəllif,  Anadolu  MƏhmətciklərinin 
unudulmaz qəhrəmanlıqları ilə yan-yana bizə Azərbaycanın o zamankı 
siyasi və əsgəri vəziyyəti, millətimizin məruz qaldığı fəlakətlər və is-
tiqlal hərbində göstərdiyi fədakarlıqlar haqqında da məlumat verir. 
“Rus ihtilal (mübarizə) və inqilabının orduya təsiri və Rusiyadakı 
kiçik  millətlərin  siyasi  hərəkatları”  başlığı  altında  topladığı  giriş  qis-
mində Qafqazdakı siyasi vəziyyəti, Cənubi Qafqaz hökumətinin quru-
luşunu,  gürcülərlə  ermənilərin  rus  ordusundakı  əsgərlərindən  ibarət 
milli  ordu  yaratmalarını,  Azərbaycanın  belə  bir  ordudan  məhrum  ol-
duğunu,  ermənilərin  Şaumyanla  əlbir  olaraq  Bakıda  qətliam  törətdik-
lərini və bu xüsusda Cənubi Qafqaz hökumətinin Azərbaycana yardım 
etmədiyini qeyd  etdikdən sonra deyir ki: 



Yüklə 5,08 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə