NəSİman yaqublu



Yüklə 5,08 Kb.
Pdf görüntüsü
səhifə43/57
tarix12.03.2018
ölçüsü5,08 Kb.
#31278
1   ...   39   40   41   42   43   44   45   46   ...   57

 
Nяsiman Yaqublu 
 
 
144 
 
Hüseyn Baykara 
 
TÜRKİYƏNİN AZƏRBAYCANA 
HƏRBİ YARDIMI 
 
 
 
-ci  il  iyunun  4-də 
Batumidə, 
istiqla-
liyyətimizi 
yenicə 
elan edən Azərbaycan hökumətinin nüma-
yəndələri  –  Məhəmməd  Əmin  Rəsulzadə, 
Xarici  İşlər  naziri  Məmmədhəsən  Ha-
cınski  və  Osmanlı  hökuməti  tərəfindən 
Ədliyyə  naziri  Xəlil  bəy,  3-cü  ordunun 
komandiri Vəhib Paşa arasında imzalanan 
yardım müqaviləsinə görə 5-ci Qafqaz di-
viziyası  Gümrü  və  Qazax  istiqamətində 
Azərbaycana  yardım  etmək  üçün  hərəkət  etmişdir.  Bu  qüvvələr  iki 
qrup halında Qazaxa gəlmişdir. 
1-ci qrup: 
Diviziya qərargahı; 
Onuncu Qafqaz alayı; 
Doqquzuncu Qafqaz alayına mənsub 26-cı batalyon
Dağ topçu batalyonu
İstehkam bölüyü; 
Teleqraf vzvodu; 
Orkestr bölüyü; 
Cəmi: 147 zabit, 1812 əsgər; 698 heyvan. 
 
2-ci qrup: 
13-cü Qafqaz alayı; 
Güclü dağ topçu batalyonu
Səhiyyə bölüyü: 
24-cü səyyar xəstəxana
Səyyar mətbəx vzvodu: 
1918 


 
Bakыnыn Qurtuluшu 
 
 
145 
Cəmi: 110 zabit, 2763 əsgər, 668 heyvan. 
Osmanlı  ordusu  Cəlaloğlu,  Sadaxlı,  Kəmərli,  Aslanbəyli,  Qazax 
istiqamətində  hərəkət  edərək  11.06.  1918-ci  ildə  birinci  qrup,  12.  06. 
1918-ci  ildə  isə  ikinci  qrup  Qazaxa  gəldi.  Qazaxda  Azərilər  türk 
ordusunu  tarixdə  görünməmiş  bir  sevinc  və  səmimiyyətlə  qarşıladı. 
(İstefada  olan  podpolkovnik  Rüşti.  Bakı  yollarında.  Hərbi  məcmuə. 
№93, səh. 24-25). 
30.  06.  1918-ci  ildə  rus  qüvvələrilə    birlikdə  ermənilər  Göyçaya 
qəfil  basqın  etdikləri  üçün,  Azərbaycandakı  Osmanlı  ordusunu 
gücləndirmək məqsədilə 38-ci alay aşağıdakı qüvvələrlə Azərbaycana 
göndərilmişdir: 
65 zabit; 
2475 əsgər; 
701 heyvan; 
2092 tüfəng; 
16 dəzgahlı pulemyot; 
4 güclü dağ topu
1 güclü dağ batareyası. 
Bu qüvvələrdən başqa  3-cü ordunun ehtiyatda olan 350  əsgərinin 
9.  07.  1918-ci  ildə  Qazaxa  gəldiyi  və  bu  ehtiyat  hissəsinin  Bərgüşad 
vağzalından  diviziyanın  əmrinə  göndərildiyi  ordu  komandanlığı 
tərəfindən  bildirilirdi.  Osmanlı  ordusu  tərəfindən  kömək  məqsədilə 
Azərbaycana göndərilən 5-ci qrup Bakıda döyüşlər gedən zaman gəl-
mişdir.  Bundan  başqa  bir  Azərbaycan  korpusu  da  vardı  (Rüştü  Bakı 
yollarında. Hərbi məcmuə №93, səh. 78). Bu ordunun təşkili, kiçik za-
bitlər və zabitlərin İslam ordusu komandanlığı tərəfindən Gəncədə açı-
lan qısa müddətli hərbi kurslarda təhsil aldıqları məlumdur. Azərbay-
can  korpusuna  bir  neçə  azərilərdən  ibarət  nizami  alayı,  Dağıstan  sü-
vari alayı və bunlardan başqa Azərbaycanın hər tərəfindən gələn arası 
kəsilməyən könüllülər də daxil olurdu. Hərbi təlim-tərbiyənin  vaxtı az 
olduğu üçün vuruşma zamanı çoxlu tələfat olurdu. Buna baxmayaraq 
döyüş meydanından əsla geri çəkilməyərək, “Biz buraya ölməyə gəl-
dik, dönməyə yox” – deyərək vuruşur və getdikcə döyüş havasına alı-
şırdılar.  Azərbaycan  korpusunun  təşkilatı  tamamlandıqdan  sonra  ona 
podpolkovnik Həbib bəy Səlimov komandanlıq edirdi. 
Cəsur və döyüş texnikasını gözəl bilən Türk ordusunun yüksək 
rütbəli zabitləri tərəfindən layiqincə qiymətləndirilən podpolkov-


 
Nяsiman Yaqublu 
 
 
146 
nik  Həbib  bəy  rus  ordusunda  yetişmiş  azərbaycanlı  zabitlərdən-
dir. Bu döyüşlərdə cəbhə iki yerə - cənub və şimal qruplarına ay-
rılır, cənub qrupuna podpolkovnik Həbib bəy komandir təyin edi-
lir.  (Rüştü.  Bakı  yollarında.  Səh.  101).  Şimal  qrupuna  isə  qərar-
gah podpolkovniki Osman bəy təyin edilmişdir. 
“İlk yaradılığında cənub qrupunun qüvvələri belə idi: 4-cü piyada 
alayı (azəri alay), 1-ci və 2-ci batalyon, iki süvari bölüyü, azəri süvari-
lərindən ibarət daha bir bölük, iki qrup dağ və rus səhra topundan iba-
rət olmuşdur. Bundan başqa alaylarına verilən Azərbaycan səhra topçu 
vzvodu  öküzlə  daşındığı  üçün  şosse  yolundan  kənara  çıxa  bilmirdi. 
Ancaq bu heyvanlar düşmənin zirehli avtomobillərini, zirehli qatarla-
rını qaçırmaqda və toplarını susdurmaqda çox yararlı olurdular. (Yu-
xarıda göstərilən əsər, səh. 92). Əsasən toplar, Türkiyə cəbhəsini tərk 
edərək Rusiyaya dönən əsgərlərdən Azərbaycan partizanları tərəfindən 
zorla alınmışdı. Bu topların mərmiləri rus alaylarından qənimət olaraq 
ələ keçirilmiş və olduqca çox idi. Azərbaycan korpusunda olan silah-
lar Rusiyada istehsal olunmuşdu. Buna görə də mərmi sarıdan çətinlik 
çəkilmirdi. Amma  Osmanlı  ordusunda istifadə olunan silahlar üçün 
mərmi çatışmırdı” (Yuxarıda göstərilən əsər). Döyüş zamanı Osmanlı 
ordusunu, Azərbaycan ordusunu Azərbaycan hökuməti və xalqı ərzaq-
la təmin edirdi.  
İslam ordusu komandanlığından 5-ci Qafqaz diviziyası komandan-
lığına, Bakıya hücum zamanı verilən bir əmrdə aşağıdakı qeydlər çox 
əhəmiyyətlidir: “Bakıya yaxın olan müsəlman kəndlərinin  silahlı yar-
dımla bərabər, sizi ət, su, çörək və digər ərzaqla yardım edəcəkləri də 
şübhəsizdir.  Baxmayaraq  ki,  indiki  vaxtda  siz  həmin  kəndlərdən  70 
km aralıdasınız (Yuxarıda göstərilən əsər, səh. 113). 
Bakıda gedən döyüşlər çox çətin keçdiyindən, Osmanlı ordusu-
nun  15-ci  diviziya  qərargahı,  56-cı  və  106-cı  piyada  alayları  1200 
əsgərlə  Qaraköcədən  Bakıya  göndərilmişdir.  Hacıqabul  ilə  Ələt 
vağzallarından  Bakı  istiqamətində  hərəkət  edən  ordu  susuzluqdan 
əziyyət çəkirdi. Buralar məhsul verməyən, şoranlıq bir ərazidir. Tiflis-
dən Bakıya gedən dəmir yolu buradan keçir. Ələt vağzalı Xəzər dəni-
zinin  sahilinə  yaxındır.  Düşmən  bu  cəbhədə  həm  dənizdən,  həm  də 
təyyarə  ilə  havadan  ordumuza  saysız-hesabsız  hücumlar  edirdi.  Türk 
ordusu özünəməxsus dözümlülük göstərərək, susuzluğa və itkiyə bax-


Yüklə 5,08 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə