NəSİman yaqublu



Yüklə 5,08 Kb.
Pdf görüntüsü
səhifə40/57
tarix12.03.2018
ölçüsü5,08 Kb.
#31278
1   ...   36   37   38   39   40   41   42   43   ...   57

 
Nяsiman Yaqublu 
 
 
134 
 
Axıtmalı rus qanını, 
Dəlməlidir hər yanını. 
Kafir, səndən istəyirəm
Anamın dadlı canını. 
 
Düşmənləri öldürməli, 
İslamları güldürməli. 
Zalım, vəhşi Moskovları, 
Əskih ininə sürməli. 
 
Cəng yerinə gedəcəyik, 
Düşməni qəhr edəcəyik. 
Tanrı üçün, zəfər üçün
Sevinərək öləcəyik. 
 
Sultan Murad hücum deyir, 
Oc al deyə bağırıyor. 
Qafqazyada əsir olan, 
Türklər bizi çağırıyor. 
 
Öldürdülər babamızı, 
Boğdurdular anamızı. 
Kafir ruslar, ağlatdınız, 
Məzardakı babamızı. 
 
Qazbəylərdə, Batumda gəz, 
Kimsə səni məhv edəməz. 
Biz Moskovu görür isən əgər
O zalımın beynini əz. 
 
Batum qanla boyanacaq, 
Sahumda atəş yanacaq. 
Türk ordusu bir hücumda, 
Tiflislərə dayanacaq. 
 


 
Bakыnыn Qurtuluшu 
 
 
135 
 
Türk ordusu yenilməsin, 
Türklük bitdi deyilməsin. 
Ey Allahım, xain Moskov
Bu dünyada sevinməsin. 
 
Gözəl Qafqaz şansla dolsun, 
Moskovların rəngi solsun. 
Cəngdə şəhid olalım ki, 
Məkanımız Cənnətə olsun. 
 
Araz çayı çağlamasın, 
Ürəkləri dağlamasın. 
Şəhidlərin anaları, 
Övladını ağlamasın. 
 
Qəlbimizdə iman dolu, 
Qafqazyadır cənnət yolu. 
Heybətinlə  hücum elə,  
Ey qəhrəman İslam oğlu. 
 
Moskovlara Batum neçin
Hey ağlayır için-için. 
Türk milləti əmin etdi, 
Qafqazyanı almaq üçün. 
 
Türk ordusu, Türk ordusu, 
Məhv elə sən xain rusu. 
Sənin üçün həm duaçı, 
Türk qadını, Türk yavrusu. 
 
Ya yurd üçün öləcəyik, 
Ya zəfərlə dönəcəyik. 
Türk yurdumun günlərini
Bundan sonra görəcəyik. 
 


 
Nяsiman Yaqublu 
 
 
136 
 
Aslan dolu daşım, dağım. 
Atəş saçar solum, sağım. 
Qafqazyanı almaq üçün, 
Kainatı yıxacağam. 
 
Tufan kimi qonacağız, 
Dünyaya şan saçacağız. 
Biz Türklərin bayrağını, 
Qafqazyada asacağız. 
 
Həmşirəmiz kəsilsinmi, 
Atalarımız əzilsinmi. 
Bundan sonra Qafqazyada 
Vəhşi Moskov gəzinsinmi. 
 
Tanrım, artır qüvvətini, 
Şərəfləndir dövlətini. 
Məhəmmədin hörmətiyçün, 
Yüksəlt böyük millətini. 
 
Qorxma sakin, Türk oğlusan
Haydı, hücum, mərd oğlusan. 
Qafqazyada atəşlər saç, 
Çünki yıldırım oğlusan. 
 
Baxın, görün, mən əsgərəm, 
Cəngdən qaçmam, çünki ərəm. 
Əgər şəhid olur isəm, 
Cənnət olur mənim yerim (8, 9-14) 
 
“Azərbaycan” Türk Kültür Dərgisi. 
 1973, yıl 22, sayı 206 
 
 


 
Bakыnыn Qurtuluшu 
 
 
137 
 
   Taki Aran 
 
AZƏRBAYCAN TARİXİNƏ 
QISA BİR BAXIŞ 
 
nadolu  və  Azərbaycan  əsgərlərinin  amansızcasına 
çarpışaraq  qazandıqları  15  Sentyabr  1918-ci  il  zə-
fərinin,  Azərbaycan  İstiqlal  savaşlarında  müstəsna 
bir  yeri  və  Müstəqil  Azərbaycan  Cumhuriyyətinin 
torpaq  bütövlüyünün  saxlanmasında  dəyərli  bir  rolu  vardır.  15 
Sentyabrın  anlam  və  önəmini  daha  yaxşı  görə  bilmək  üçün  Azərbay-
canın yaxın tarixinə qısa bir göz yetirmək faydalı olacaq. 
Coğrafiya baxımından böyük Türk aləminin bir parçası olan və bu 
aləmin mərkəzində mövqe qazanan Azərbaycan Anadolunun şərqi ilə, 
Xəzər dənizinin qərbi arasındakı torpaqların sahibidir. 
Bu ölkədə yaşayanların 92 faizini Azəri Türkləri təşkil edir. Şərqi 
Anadolu  dağlarından  çıxıb  Xəzər  dənizinə  tökülən  Araz  çayı  bu  tor-
paqların ortasından keçir. Araz çayının cənubunda qalan Azərbaycan, 
Cənubi Azərbaycan, şimalında qalan torpaqlar isə Şimali Azərbaycan 
və ya Qafqaz Azərbaycanı adını alır. 
Tarixi, Miladdan əvvəl VII yüz ildən bəri məlum olan Azərbaycan 
ölkəsi o gündən bu yana şərq-qərb, şimal-cənub istiqamətində çeşidli 
uğurlara  müvəffəq  olmuşsa  da,  bu  istilaların  çoxu  keçici  mahiyyət 
kəsb etmiş və bu ölkənin əsas heyətinin dəyişməsinə təsir etmişdir. 
Miladdan  əvvəl  VII  əsrdə  Azərbaycanda  Saka  Türklərinin 
mövcudluğu  təsdiq  edilmişdir.  Daha  sonra  şərqdən  qərbə  doğru 
hərəkət  edən  Türk  köç  və  axınları  ilə  bu  torpaqlar  tamamilə 
Türkləşmiş  və  İslamın  yayılmasından  sonra  burada  Səlcuqlular, 
Moğollar,  Azərbaycan  atabəyləri,  Səfəvilər  və  Osmanlılar  tərəfindən 
hər cür formalarda hökmranlıqlar edilmişdir. Bunları özündə yaşadan 
Şirvanlar  dövrü  Azərbaycan  tarixində,  çəkişmə  və  davamlılıq 
baxımından Zirvə nöqtə sayılmalıdır. XIX əsrin əvvəlinə qədər Şimali 
və Cənubi Azərbaycanın bu şəkildə az-çox coğrafi və ictimai bir birlik 
təşkil  etdiyi  görünür.  Rus  istilası  dövründə  isə  bu  torpaqlarda 
Qarabağ,  Gəncə,  Bakı,  Şirvan,  İrəvan,  Quba  və  Talış  xanlıqlarının 
hökm  sürdükləri  tarixi  bir  faktdır.  XIX  əsrin  əvvəlindən  rusların 



 
Nяsiman Yaqublu 
 
 
138 
cənuba  doğru  başlayan  istila  təşəbbüsləri  nəticəsində  1828-ci  ildə 
Araz  çayının  şimalında  qalan  torpaqlar  işğal  edilmiş  və  Azərbaycan 
torpaqları  ikiyə  bölünərək  Araz  çayının  şimalında  qalan  hissə  Rus 
imperiyası  idarəçiliyinə,  cənubunda  qalan  hissə  isə  İran  imperiyası 
idarəçiliyinə tabe edilmişdir. 
100  ilə  yaxın  bir  zamanda  davam  edən  Rus  işğalı  əsasında 
Azərbaycan  türkləri  hər  cür  haqq  və  azadlıqlardan  məhrum 
edilmiş, milli, ictimai, siyasi və iqtisadi inkişafına mane olunmuş, 
bütün sərvət qaynaqları əlindən alınmışdır. 
Azərbaycanda  türk  xalqının  yox  edilməsi  üçün  Ruslar  tərəfindən 
təşkil  edilərək  nifrət  və  lənətlə  yad  edilən  soyqırım  həyata  keçirmək 
üçün erməni kütlələrini silahlandıraraq, orada heç bir səbəb və bəhanə 
mövcud olmadığı halda Azərbaycan Türkləri ilə qarşıdurma yaratsalar 
da  heç  bir  nəticə  verməmiş  və  Türk  xalqı  əsgəri  təlim  və  tərbiyəyə 
tamamilə  biganə  olduqları  və  əllərində  silah  əvəzinə  qılınc  və 
dəyənəkdən  başqa  bir  şey  olmadığı  halda,  qəhrəmancasına  özlərini 
mühafizə edə bilmişdilər.  
Rus  imperiyasının  hər  cür  təzyiq  tədbirlərinə  uyğun  Azərbaycan 
türkləri  arasında  daha  XIX  əsrin  ortalarından  etibarən  Milli  şüurun 
oyanmağa başladığını görürük. Mirzə Fətəli Axundovun yaratdığı yeni 
əlifba  mədəni  birliyi  təsis  məqsədilə    bütün  Türk  ölkələrinə  qəbul 
etdirmək  üçün  sərf  etdiyi  qeyrət,  Həsən  bəy  Zərdabinin  “Əkinçi”  adı 
ilə  ilk  dəfə  olaraq  Türkcə  qəzet  nəşr  etdirməsi,  Türk  qadınlarının 
intibaha dəvət olunaraq çadranı atmalarına şərait yaradılmasını və türk 
qadın və qızlarının təhsilə cəlb olunması kimi hərəkətlər 1850-ci ildən 
etibarən  Azərbaycan  Türkləri  arasında  milli  və  mədəni  davranışların 
yayılmağa başladığını göstərən hərəkətlərdir. 
1905-ci  il  Rus-Yapon  müharibəsində  rusların  məğlubiyyəti 
Azərbaycan  Türkləri  üçün  geniş  imkanlar  yaratmış  və  onları 
daha  əsaslı  bir  şəkildə  mücadiləyə  sövq  etmişdir.  1905-ci  ildə 
Azərbaycanın  zəngin  və  xeyriyyəçi  şəxsiyyətlərindən  olan  Hacı 
Zeynalabdinin  maddi  yardımı  ilə  Əlimərdan  bəy  Topçubaşovun  nəşr 
etdiyi  “Həyat”  qəzetində  Əli  bəy  Hüseynzadənin  və  Əhməd 
Ağaoğlunun  Türkçülük  mövzuları  ətrafında  yaratdıqları  nəşriyyat 
məhsulları bütün Türk  qüvvələri arasında dərin bir  əlaqə  yaratmışdır. 
İstanbul ləhcəsinin bütün Türklər arasında qarşılıqlı danışıq dili olaraq 
qəbulu fikrini ortaya atan Əli bəy Hüseynzadə 1907-ci ildə “Füyuzat” 


Yüklə 5,08 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə