NəSİman yaqublu



Yüklə 5,08 Kb.
Pdf görüntüsü
səhifə42/57
tarix12.03.2018
ölçüsü5,08 Kb.
#31278
1   ...   38   39   40   41   42   43   44   45   ...   57

 
Nяsiman Yaqublu 
 
 
142 
verilmişdi. Anadolu Türklüyünün hərbdəki durumu da çox parlaq de-
yildi. Bir çox cəbhədə çarpışır və belə hərb durumu ilə böyük güclük-
lərlə  qarşı-qarşıya  qalmış  olurdu.  İranın  durumu  isə  Azərbaycanla 
məşğul  olacaq    vəziyyətdən  çox  özünün  də  istiqlalının  mühafizəsini 
təmin etməyəcək durumda idi. 
Şimali  Qafqaz  və  türküstan  Türk  və  Müsəlmanlarının  durumları, 
Azərbaycanı düşünənlər də fayda qazanmaqdan uzaqdı. Onlar da qır-
mızı və ağ rus qüvvələri ilə mücadilə halında idilər. Bu əhval və şə-
raitdə Azərbaycan Türklərinin nə qədər çətin zorakılıqlara qarşı olma-
ları öz-özlüyündə anlaşılmaqdadır. Bütün bu şərtlərə rəğmən Azərbay-
can  Türklərinin,  bütün  şəhər,  qəsəbə  və  kəndlərdə  Türklüklərinə  uy-
ğun  bir  şəkildə,  milli  qüvvələrini  bir  araya  toplayaraq  ordu  qurmağa 
başladıqları şayanı diqqət (diqqətə layiq) görülmüşdür. Bilindiyi kimi, 
Azərbaycanın işğalı zamanı çarlıq Türk və Müsəlmanlardan əsgər top-
lamırdı. Bu etibarla rus istilası altındakı Türk və Müsəlmanlar, əsgər-
lik  təliminə  yiyələnmədikləri  kimi,  hərbi  alətlərlə  də  tanışlıqları  yox 
idi. Üstəlik də silah daşıma qadağasına görə də heç bir silaha sahib de-
yildilər. Nəzərə çatdırdığım fikirlər Azərbaycanlıların böyük bir təhlü-
kə ilə qarşı-qarşıya  qaldıqlarını göstərməkdədir. Əslində  bu ağır  şərt-
lər altında hummalı (enerjili) fəaliyyət göstərən Azərbaycanlıların im-
dadına Türk ordusunun çatdığı duyulur. İstila içində olan Azərbaycan 
şəhər, qəsəbə və kəndləri yeganə  yardımçı  qüvvə Türk ordusunu bö-
yük  həyəcanla  qarşılayır.  Gəncədə  qərargahını  quran  Ənvər  Paşanın 
qardaşı  rəhmətlik  Nuru  Paşa  istila  altındakı  Azərbaycan  qüvvələri  ilə 
təmas  yaratdı.  Gəncədə  həmin  vaxt  ordu  təlim  hazırlıqları  başladı. 
Azərbaycan  gəncləri  böyük  inamla  bu  təlim  verən    hərbi  məktəblərə 
keçdilər.  Bu  hazırlıqla  birlikdə  istilada  olan  Azərbaycan  şəhərlərinin 
daxilindəki  milli  qüvvələrlə  gizli  əlaqələr  yaradıldı.  Artıq  qol-qanad 
açan Türklük yeganə bir varlıq olaraq düşmənə qarşı dura bildi. Türk 
ordusu  rəhbərləri  məhvolma  təhlükəsi  keçirən  qardaşlarına  yardıma 
başlamışdılar.  Azərbaycanlıların  Türk  ordusuna  qarşı  istisnasız  sevgi 
təzahürləri özünü göstərirdi. Mərhum  Nuru  Paşanın  Gəncəyə  gəlişi 
ərəfəsində Seyfəli kəndindən adını xatırlamadığım çox zəngin bir 
nəfər  xalılarla  döşənmiş  stansiya  meydanında  kəsilən  minlərlə 
qurbana  iləvətən  (əlavə  olaraq)  tək  bir  oğlunu  qurban  vermək 
istəməsi,  bu  orduya  qarşı  Azərbaycanlıların  sevgisinin  ən  böyük 
təzahürü  sayılır.  Mərhum  Nuru  Paşanın  bu  kəndli  ilə  danışmasının, 


 
Bakыnыn Qurtuluшu 
 
 
143 
eynən  deyildiyi  kimi  olduğunu  bu  gün  sağ  qalanlar  da  xatırlayırlar. 
Paşa:  “Neçin oğlunuzu  qurban vermək istədiniz?” – deyə   soruşanda 
bu  cavabı  almışdı:  “Mənim  minlərcə  qoyun,  inək,  öküzüm  vardır. 
Bunların  hamısı  pulla  alınır.  Fəqət  oğlum  sevgimin  ta  özü,  ciyərimin 
bir parçasıdır. Uzun düşündükdən sonra, sizlərə layiq bir qurban tapa 
bilmədim.  Ancaq  oğlumu  layiq  gördüm”.  Bu  baş  verənlərdən  şəhərə 
yayılan  rəvayətlərin  təsirindən  mərhum  paşanın  və  məiyyətinin  (ətra-
fında olanların) özlərini saxlaya bilməyib ağlamaları məlumdur. Türk 
ordusu kiçik qardaşlarının düşmən istilası altında inləməsinə çox döz-
mədi.  Mərhum  Mürsəl  Bakının  komandasında  olan  ordu  Azərbay-
canlılarla birləşmişdi. 15 Sentyabr 1918-ci ildə Bakının düşmən qüv-
vələrindən təmizlənərək öz sahiblərinə təslimi Azərbaycan milli tarixi-
nin ən qiymətli səhifəsini təşkil etmişdir. 
Azəri Türkləri 15 Sentyabrı daim şükranlıqla (minnətdarlıqla) ana-
caq.  Azərbaycanın  müstəqil  dövlət  halında  quruluşu  heç  şübhəsiz  15 
Sentyabr  ilə  çox  yaxından  əlaqəlidir.  Azərbaycanda  qurulan  Cumhu-
riyyət  hökuməti,  Azərbaycanlıların  şükran  və  minnət  hisslərini  ifadə 
edən  Məhmətcik  Abidəsini  ilkin  olaraq  Bakının  Çənbərə  kəndində 
qurmuşdur.  Bu  və  Gəncədə  Şah  Abbas  məscidinin  önündəki  parkda 
qurulan  Məhmətcik  Abidəsi,  Məhmətciyin  sevə-sevə  qardaşları  üçün 
axıtdığı qanın əbədi xatirəsi olaraq azərbaycanlıların qəlblərinə naxış 
edilən bir xatirədir. Bunu da qeyd etmək yerinə düşər ki, Türk ordusu 
Azərbaycana  heç  bir  zaman  istila  məqsədi  ilə  girməmiş,  tamam  bir 
qardaş  yardımı  olaraq,  Azərbaycan  türklərini  bolşevik-daşnaksütyun 
ittifaqının zülm və işgəncələrindən qurtarmış və Milli Hökumətin qur-
tularaq  azad  günlərə  qovuşmasından  sonra  geri  çəkilmişdir.  15 
Sentyabr xüsusiyyətləri ilə Azərbaycanlıların unutmaları mümkün ol-
mayan bir gündür. Bu  gün  Türkiyə  demokratiya  cəbhəsində  aldığı 
mövqe  və  kommunizmə  qarşı  qoyduğu  qanuni  məmnuniyyətlə 
Azərbaycan Türkləri ilə eyni fikir birliyinə sahib olduğunu göstər-
məkdədir.  Türkiyə  Cumhuriyyətinin  qüvvətlənməsi,  onun  cahan-
şümul  həmlələrə  varması  Azərbaycan  türklərini  ən  az  Anadolu 
Türkü qədər məmnun etməkdədir. Tanrı Türkiyə Cumhuriyyəti-
ni yer üzündə payidar və  müvəffəqiyyətini daim qılsın.  Azərbay-
canlılara  da  15  Sentyabr  Abidəsini  yenidən  Bakıda  inşa  etmək 
fürsətini bəxş etsin və istiqlala qovuşmasını nəsib etsin (29, s. 1-2). 
 
“Mücahid”, sentyabr 1957, yıl 3, sayı 10. 
 
                                    


Yüklə 5,08 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə