NəSİman yaqublu



Yüklə 5,08 Kb.
Pdf görüntüsü
səhifə45/57
tarix12.03.2018
ölçüsü5,08 Kb.
#31278
1   ...   41   42   43   44   45   46   47   48   ...   57

 
Nяsiman Yaqublu 
 
 
152 
dəsi  olaraq  düşmən  gayizinə    (nizəsinə,  silahına)  köksünü  gərməkdə-
dir. Tarix o məsud anları bir daha yaşamaqla, Azərbaycan istiqlal ina-
mının nə qədər qüvvətli olduğunu bir daha isbat etmiş olacaqdır. 
Azərbaycan  Cümhuriyyəti  4 000 000  nəfərə  malikdir.  Şimali 
Qafqaz Türk və İslam ünsürlərilə bərabər Qafqaz İslam əhalisi isə 7 
266896-dır.  Gürcüstan  və  Ermənistandakı  1 000 000-a  yaxın  Türk 
əhalisi  də  bura  daxil  edilərsə,  Qafqazın  Türk  və  İslam  əhalisi 
8 000 000-a çatır. Bu şəkildə Qafqazın hakim və sıxlıq zümrəsini təş-
kil etməkdədir (22, s. 8-9).  
 
 “Mücahit”, yıl-6, sayı-31-32, iyul-avqust 1960. 
 
 
 


 
Bakыnыn Qurtuluшu 
 
 
153 
 
A.Həmdi 
 
15 SENTYABR 1918 
 
u gün, iki il davam edən Azərbaycan İstiqlalının Bakı-
da  felən  quruluşunun  və  bütün  Azərbaycan  türkçülü-
yünün qurtuluşunun altıncı il dönümüdür. 
Tamam  altı  il  əvvəl  bu  gün  şanlı  türk  ordusu  Azərbaycanın 
paytaxtı  Bakını  düşmənlərdən  qurtarır,  şərəfli  türk  və  Azərbaycan 
bayraqları Bakı üzərində dalğalanır, bütün xalq Məhmətcilkəri anıb da 
sevinc və hörmət hissləri ilə göz yaşları tökürdülər... 
Bakı aylarca düşmən əlində qalmış, aylarca şanlı böyük qardaşının 
imdad və müavinətinə intizar edərək, fəlakətə qatlanmış idi. Fəqət iştə 
bu gün: 15 Sentyabr, Azərbaycan qurtulur, Azərbaycan türklüyü yeni 
bir həyata qovuşurdu... 
Nuru Paşa həzrətləri sevimli siması ilə Bakıya girərəkən minlərcə 
xalq  ona  qəlbdən  və  vicdani-millidən  qopan  hörmətlərlə  baş  əyir, 
digər  tərəfdən  vüqar  və  ciddi  duruşu,  dərin  bir  etimad  təlqin  edən 
gözləri ilə Mürsəl Paşa da sürəkli alqışlarla qarşılanır, böyük, fədakar 
və qəhrəman vətənpərvər Nazim bəy də əl üzərində gəzdirilir və bütün 
türk  ordusu,  xəlqin  minlərcə  alqış  sədası  ilə  türk  oğlu  vətəni  Bakını 
iştə  ziyarət  edirdi.  Artıq  böyük  qardaşı  kiçik  qardaşın  imdadına 
yetişmiş,  kiçik qardaş da böyük qardaşına dərin hisslərini bildirirdi... 
O gün bütün türk aləmi üçün həqiqətən günlərin ən böyüyü yaşanırdı. 
Məchul  əsgər,  türkün  məlum  bu  vətəni  və  əsrlərdən  bəri    bu  gün 
cahanın təsdiq etdiyi türk qəhrəmanlığını yüksəltmiş və qurtarmışdır. 
Fəqət məchul türk əsgəri daha nələr qurtarmamış, daha nə şah əsərlər 
yaratmamışdır? 
Fəqət Azərbaycan məchul türk əsgərinə qarşı ziyarət etməkdən də 
məhrumdur!  Hər  millət  öz  millətinin  şairinə  aid  məchul  hisslərini 
təkrar və izhar etməklə tarix hüzurunda milliyə böyük bir əlavə etmiş 
olur.  Fəqət  bu  hissiyyat  milliyyəni  öz  vətənində  hürr  və  müstəqil 
olaraq  ifadə  edə  bilməmək  qədər  bir  millət  üçün  həzin  bir  lövhə 
deyilmidir? Əfsus! İştə Azərbaycan türkü... Bu gün Azərbaycan dörd 
ildən  bəri  bolşeviklərin  istilası  altındadır.  Azərbaycanın  yalnız  siyasi 
deyil, hərbi və milli hürriyyətini də bu gün bolşevik idarəsi qapmış və 



 
Nяsiman Yaqublu 
 
 
154 
həqq  (15  iyul)  olmaq  münasibəti  ilə  Bakının  xilasına  aid  təzahürat 
milliyyədən və Bakını qurtaran məchul türk əsgərinə qarşı iddia deyən 
vəzifədən  də  məhrum  edilmişdir.  Bununla  bərabər  türkün  məchul 
əsgəri Azərbaycana məlum bir şüarda vardır: “Bir kərə yüksələn bay-
raq bir daha enməz!”. Əlbəttə Azərbaycan bir gün zalım rus boyundu-
ruğundan və o şimal canavarının qanlı pəncəsindən qurtulacaq və hə-
qiqi  hürriyyət  və  istiqlalına  qovuşacaqdır.  İştə  uzman  Azərbaycan 
türkü  (15  Sentyabr)  bu  günü  şəhamət  və  dilavərliyinə  aid,  fəqət 
məchul  qalmış  bir  şah  əsəri  olaraq  yad  və  təcil  edəcəkdir.  Əvət, 
Azərbaycan qurtulacaq, Azərbaycan elmə, mədəniyyətə, bir dəfə daha 
simayi  milliyyəsinə  daxil  olacaqdır.  Çünki  Bakı  və  ətrafında  mədfun 
türkün  məchul  əsgəri  böylə  istəyir,  çünki,  məchul  əsgər  böylə 
söyləyir: “Bir kərə yüksələn bayraq, bir daha enməz!” (71a, s. 14-16). 
 
“Yeni Qafqasiya”, 16 eylul 1340-1343, 
 18 səfər, 1924-cü i.l 
 


 
Bakыnыn Qurtuluшu 
 
 
155 
 
Askar Aras 
 
İTİRDİYİMİZ BÖYÜK ADAM 
 
 
ürk ordusunun  mümtaz (parlaq) şəxsiyyətlərindən bi-
ri  olan  Orgeneral  hörmətli  Müzəffər  Tuğsavul  May 
ayında aramızdan ayrılaraq əbədiyyətə qovuşmuşdur. 
Orgeneral Tuğsavul hərtərəfli mükəmməl bir insandı. Mən burada 
bu böyük insanın yaxından tanıdığım türkçülük vəsfini anlatmaq istə-
yirəm. 
Möhtərəm orgeneral, hələ çiçəyi burnunda təzə bir əsgər ikən, tale 
ona özü kimi üç gənc dostu ilə Azərbaycanın acı günlərində bu ölkəni 
başdan-başa qət edərək tetkiklərdə olmaq imkanını bəxş etmişdir.  
Söhbətlərimizdə daima  mənə  “İştə Türklük bütün şahlanışı ilə bu 
səyahətimdə mənim mənliyimə işlədi” – deyər və Allaha şükür edərdi. 
Azərbaycanda ikən günü gününə yazdığı 3 ədəd böyük not dəftəri-
ni daima çalışma masasının gözündə itina ilə (diqqətlə) saxlar və özü-
nü hər ziyarət edişimdə bunlardan parçalar oxumaqla özünü həyəcana 
gətirər, gözlərini yaşardardı: “Bu mövqeyə gəldim, o günlərdəki kimi 
içdən qarşılanmanı nə gördüm, nə də görə biləcəyimi təxmin edirəm” 
– deyirdi. “Bizə kəsilən saysız qurbanlarımı, Türk əsgərlərini gördük-
ləri üçün üzlərini qibləyə çevirib səcdəyə qapananlarımı, yoxsa yeddi-
sindən yetmişinə qədər qatıldıqları möhtəşəm alaylarla əl üstündə da-
şınmamızımı  anladım”  –  deyər  və  bütün  bunları  təsvir  edən  not  dəf-
tərini həyəcanla oxuyardı. 
İştə Bərdə qəsəbəsinə girərkən ayaq izlərimizə üz sürtmək istəyən 
ixtiyar nənənin nasırlı (qırışlı)  əlini necə alıb öpdüyünü oxumağa baş-
ladı. 
Heç  unutmaram,  vali  olaraq  İzmirə  gedəcəyi  günlərin  ərəfəsində 
idi. Bir gün mənə küçədə rast gəlmiş və düşüncəli olduğumu təxmin 
edərək “Nə düşünürsən Aras, mən Aras çayını 4 dəfə keçdim, beşinci 
dəfə keçəcəyim mütləqdir” – deyib mənə təsəlli vermişdi. 
Nur içində yatsın! (17, s. 9). 
 
“Türk izi” jurnalı, Ankara, 1952, sayı: 2-3. 



Yüklə 5,08 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə