NəSİman yaqublu



Yüklə 5,08 Kb.
Pdf görüntüsü
səhifə44/57
tarix12.03.2018
ölçüsü5,08 Kb.
#31278
1   ...   40   41   42   43   44   45   46   47   ...   57

 
Bakыnыn Qurtuluшu 
 
 
147 
mayaraq,  düşmənin  hücumlarını  dəf  edərək  Bakıya  yaxınlaşmış  və 
Qobu kəndində qərargah qurmuşdu. 
Böyük  hərbi  nüfuza  malik  İsmət  İnönü  vaxtilə  bəzi  xatirələrini 
yazdığı  “Akis”  jurnalında,  Fəxrəddin  Altay  isə  “Həyat”  jurnalında 
1918-ci  il  Birinci  Dünya  müharibəsinin  axırında  Osmanlı  ordusunun 
Azərbaycana  səfərini  “macəra”    kimi    qiymətləndirmişdir.  İstefada 
olan podpolkovnik Rüştünün “Bakı yollarında” adlı müfəssəl əsərində 
təfsilatı ilə verdiyi faktlardan görürük ki, Azərbaycana beş qrup halın-
da  göndərilən  hərbi  qüvvələr  cəmi  10 000  nəfərdən  ibarət  olmuşdur. 
Özünü yabançı bir ölkədə  hiss etməyən bu ordu Azərbaycan nizami 
və  könüllü  dəstələri  ilə  yan-yana,  çiyin-çiyinə  vuruşmuşdular.  Azər-
baycanı azad etməyə gələn və “İslam ordusu” adı altında toplanan Os-
manlı ordusunun itkisi podpolkovnik Rüştünün verdiyi məlumata görə 
800-dən 1000 nəfərə qədərdir. Azərbaycan hissələrinin hərbi təlim sə-
viyyəsi zəif olduğundan onların itkisi türklərdən 3-5 dəfə çox olmuş-
dur. İndi bu əziz şəhidlərimiz Azərbaycan torpağında yan-yana yatır-
lar. Onlara min rəhmət olsun! 
Görəsən Birinci Dünya müharibəsinin son aylarında Azərbay-
cana  göndərilən  Osmanlı  qüvvələrinin  üzündən  hansı  cəbhədə, 
hansı  döyüş  məğlubiyyətə  uğramışdır?  Belə  qüvvələrə  misal  ola-
raq rus inqilabı zamanı Şərq cəbhəsini tərk edərək geri dönən rus 
ordusuna  qarşı  vuruşan  Osmanlı  qüvvələrini  göstərmək  olar  (19, 
s. 233-239). 
 
Azərbaycan İstiqlal Mübarizəsi Tarixi.  
Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1992.  
 


 
Nяsiman Yaqublu 
 
 
148 
     
Kərim Odər 
 
MİLLİ AZƏRBAYCAN 
CÜMHURİYYƏTİ 
 
Azərbaycan  Cümhuriyyəti  daxili  təş-
kilatını qısa bir zamanda qurdu. Milli ha-
kimiyyəti  təmsil  edən  Millət  Məclisi  (əv-
vəlcə  Şurayi-Milli,  sonra  Məclisi  Məbu-
san) açıldı. Dövlət işlərini yürütmək üçün 
Nazirlər Heyəti (hökumət) təsis edildi...  
Xarici  siyasətdə  də  başarılı  bir  dövrə 
girmişdir.  Əvvəlcə  Osmanlı  dövlətilə  əs-
gəri  bir  anlaşma  imzalanaraq  Nuru  və 
Mürsəl  Paşaların  komandasında  Türkiyə 
əsgərləri  Azərbaycanın  yardımına  gəlmiş 
və Bakını rus-bolşevik istilasından qurtar-
mışdılar. İran Şahlığı ilə də yaxşı danışıq, 
Gürcüstanla əsgəri ittifaq, Ermənistanla yaxşı danışıq anlaşmaları im-
zalanmışdır. İstanbula, Tehrana, Tiflisə, İrəvana, Temirxan-Şuraya və 
başqa  yerlərə  elçi  və  konsullar  göndərilmişdir.  Almaniya  ilə  mü-
nasibətlərindən ibarət olan Mərkəzi Avropa Dövlətləri (digər bir təbir-
lə  -  ittifaq  dövlətləri)  nəzdində  Cümhuriyyəti  təmsil  etməli  və  İstan-
bulda toplanacaq müttəfiqlər konfransında Azərbaycan məsələsini mü-
dafiə  etmək  üçün  M.  Ə.  Rəsulzadənin,  daha  sonra  da  Azərbaycanı 
Versal Sülh Konfransında işğalçı dövlətlərə qarşı müdafiə etmək üçün 
A.  M.  Topçubaşovun  rəhbərlikləri  ilə  nümayəndələr  heyəti  göndəril-
mişdir. Digər tərəfdən, Amerika, İngiltərə, İtaliya başda olmaqla Azər-
baycana İran, Polşa və başqa məmləkətlərdən hər cür heyətlər gəlmiş-
dir. Nəhayət 12  yanvar 1920-ci ildə Böyük Dövlətlərin yüksək şurası 
tərəfindən Azərbaycanın istiqlalı tanınmışdır. 
Bakıda və Tiflisdə Azərbaycan, Gürcüstan və Ermənistan nü-
mayəndəliklərindən ibarət Qafqaz konfranslarında Şimali Qafqaz 
da  daxil  olmaqla  bu  Cümhuriyyətlər  arasında  federativ  əlaqələr 
yaratmaq üçün Azərbaycan hökuməti tərəfindən təkliflər edilmiş-
dir.  Azərbaycan  Cümhuriyyəti  Şimali  Qafqazla  Türküstan  və 
Naxçıvan  türklərinin  milli  mücadiləsinə  də  özəl  surətdə  əlaqə  ya-


 
Bakыnыn Qurtuluшu 
 
 
149 
ratmış,  onlara  maddi  və  mənəvi  yardımlar  edilmişdir.  Eyni  za-
manda  Anadoluda  cərəyan  edən  istiqlal  hərbinə  yardım  olmaq 
üçün  Qazi  Mustafa  Kamal  (Atatürk)    adına  önəmli  bir  məbləğ 
göndərilmişdir (36, s. 83-85)  
 
Azərbaycan. Boğaziçi Yayınları A. Ş. Kazım İsmayıl Gürkan Cad:  
12\25 Cağaloğlu P. K. 1397, İstanbul.  
 
 


 
Nяsiman Yaqublu 
 
 
150 
 
ƏNVƏR PAŞA MARŞI 
 
nvər Paşanın 1918-ci ilin yaz aylarında Yavuz ilə Batuma 
gəlişində  Türk  ellərində  söylənən  “Çırpınırdı  Karadəniz 
baxıb  Türkün  bayrağına”  marşı  yanında  bu  marşı  da  “Ənvər  Paşa 
Marşı” olaraq söylənilirdi: 
 
Ənvər Paşa Marşı 
 
Xoş gəlişlər ola Qəhrəman Ənvər Paşa
Əmr elə Əsgərə, Qafqaz dağlarını aşa, 
Arş, arş, arş irəli! 
Marş, marş, marş irəli. 
Dönməz geri Türkün Əsgəri! 
 
Cəbhədə mitralyoz ayna kimi parlayır, 
Qafqasya  Türkləri bayraq açıb bəkləyir. 
Arş, arş, arş irəli! 
Marş, marş, marş irəli. 
Dönməz geri Türkün Əsgəri! (7, s. 14) 
 
 
“Azərbaycan”, yıl – 26, sayı – 224,  
1977, ekim, qasım, aralıq. 
 
 
 
Ə 


 
Bakыnыn Qurtuluшu 
 
 
151 
 Əhməd Cəfəroğlu 
 
 
AZƏRBAYCAN  
CÜMHURİYYƏTİ
 
 
eni    elan  edilən  bu  Ek 
Türk  Cümhuriyyəti  ta-
mamilə 
demokratik 
olub,  hakimiyyəti  hüdudsuz  və  kayıt-
sız  (şərtsiz)  millətə  vermişdir.  Bütün 
dinlərə  və  millətlərə  qarşı  tolerant  və 
himayədar  idi.  Azərbaycan  onu  sevən 
və  onu  qoruyan  hər  kəsin  vətəni  kimi 
idi.  Qardaş  Türkiyəyə  qarşı  irkan  (ir-
qən) kültürcə və dilcə bağlı olduğu ki-
mi,  Qafqaz  daxilində  qurulan  Gürcüs-
tan,  Şimali  Qafqaz  və  Ermənistan 
Cümhuriyyətləri  ilə  də  yaxşı  münasi-
bətdə  idi.  İnsani  və  ülvi  qayələri  ilə 
qurulan  bu  Cümhuriyyətin  ən  böyük 
qayəsi  istiqlalına  sadiq  tam  bir  varlıq  olmaq  idi.  Türklük  qayəsindən 
bir an üçün olsun belə ayrılmamışdır. Əlindən gəldiyi qədər Türkiyə-
yə, Şimali Qafqaza, Türkmənistana, Türküstana yardım əli uzatmış və 
ağır günlərində bu dövlətlərdən yardım görmüşdür. Nitekim (necə ki) 
Azərbaycanın  rəsmi  elanından  daha  öncə,  Batumda  Osmanlı  İmpera-
torluğu mümessilleri (nümayəndələri) ilə akt edilən müqaviləyə görə, 
Türkiyə Azərbaycan Cümhuriyyətini tanımış və hər an əsgəri yardım-
da olmağı üzərinə götürmüşdür. Bu müqavilədən istifadə edilərək da-
ha  1918-ci  ildə  Osmanlı  dövlətindən  yardım  istənmiş  və  Anadolu 
Türkləri  Nuru  Paşanın  idarəsi  altında  Azərbaycan  Cümhuriyyətinin 
quruluşuna mənən və maddi iştirak etmişdir. Azərbaycan tarixində im-
dad qüvvəsilə yer alan bu qardaş köməyi, Azəri Türklüyünün əbədi bir 
iftixarı, Türk birliyinin də başlanğıcı və təməl daşıdır. Üzərindən illər 
keçdiyi halda bu imdad xatirəsi hər an qəlbimizdə və inamımızdadır. 
Bu  gün  Azərbaycan  Cümhuriyyətinin  paytaxtı  Bakı  kıyılarından  (sa-
hillərindən) yüksələn Mehmetcik türbəsi də, bu inamlı inanışın bir abi-



Yüklə 5,08 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə