NəSİman yaqublu



Yüklə 5,08 Kb.
Pdf görüntüsü
səhifə37/57
tarix12.03.2018
ölçüsü5,08 Kb.
#31278
1   ...   33   34   35   36   37   38   39   40   ...   57

 
Bakыnыn Qurtuluшu 
 
 
125 
ümumdünya təfəkkürü önündə bir kərə daha qüdrət və əzəməti ilə bu-
nu isbat etmişdir ki, bu vətəndə yaşama və söz sahibi olma haqqı yal-
nız  Türklərə  aid  ola  bilər.  Bu  torpaqların  xəmiri  onların  qanları  ilə 
yoğrulmuş və onların yapıcı qeyrətləri ilə ihya edilmişdir. Hər qarışın-
da şəhidlərin və qazilərin yatdığı bu müqəddəs torpaqlarda yabançıla-
rın hökm sürməsinə əlbəttə ki, müsaade (icazə) edilə bilməzdi. Bina-
enalyh  (buna  görə  də)  gərək  Azərbaycan  hökuməti,  Osmanlı  Dövləti 
qəti qərarlarını vermiş  və bunu bütün dünyaya elan etmişdilər. Azər-
baycan hürr və müstəqil bir Cumhuriyyət olaraq yaşayacaqdı.  
Müttəfiqlər tərəfindən Osmanlı Ordusunun Qafqazı tərk etməsi is-
rarla  tələb  edilərkən,  23  sentyabr  1918-ci  ildə  Berlində  Almaniya  ilə 
gizli bir protokol imzalayan Osmanlı Sədr-Əzəmi mərhum Tələt Paşa, 
Türk silahlı qüvvələrinin tahliyə (boşaltmaq)  edəcəklərinə, buna mü-
qabil Almaniya da Azərbaycan istiqlalının Rusiya tərəfindən tanınma-
sını təminə çalışacağına söz verirdi. 
Beləcə, Türkiyə hökuməti öz mənfəətlərindən belə ferağat (vaz ke-
çərək) edərək, Azərbaycan istiqlalının tanıdılması və yaşadılması üçün 
qardaşlıq vəzifəsinin əzəmətini qurmuş olurdu. 
Vətən  torpaqları  üzərində  yenidən  tapışaraq  qucaqlaşan  və  bu  əc-
dad diyarını müştərək olaraq düşməndən qurtaran iki öz (doğma) qar-
daşın bu məsud başarıdan (uğurdan) dolayı duyduqları sevinc və həyə-
can sonsuzdu. 
Bu tarixi Qurtuluş günü münasibəti ilə, şanlı Türk Ordusuna 
və  onu  yetişdirən  qəhrəman  və  əsil  Türk  millətinə  bir  kərə  daha 
sonsuz şükran (minnətdarlıqla) və minnətdarlığımızı ərz edərkən, 
bu yolda şəhid olan ünlü qazilərə Cənabi Haqdan əngin rəhmətlər 
diləyirik (37, s. 5-8). 
 
“Azərbaycan” aylıq Kültür Dərnəyi. 
Sentyabr 1957, yıl 6, sayı 6(66).  
 
                                         


 
Nяsiman Yaqublu 
 
 
126 
 
Feyzi Aküzüm 
 
QARDAŞ YARDIMI 
(15 Sentyabr 1918 Zəfəri münasibətilə) 
 
 
lkələrin  tarixlərində  unu-
dulması  mümkün  olmayan 
bir  çox  şərəfli  olaylar  yer 
almaqdadır. Bu olaylar ara-
dan illər, əsrlər keçdiyi hal-
da,  daha  yeni  və  daha  canlı  olaraq  beyin-
lərdə və könüllərdə yer almaqdadır. Bunla-
ra,  bilxassə  (xüsusilə)  Türk  tarixində  çox 
rast  gəlinir.  15  Sentyabr  1918  tarixi  də 
bunlardan  biridir.  Azərbaycanın  qurtuluş 
savaşında,  onun  yardımına  çatan  Qardaş 
Türk Ordusunun, 15 Sentyabr 1918-ci il 
tarixində  Bakını  düşmən  istilasından  qurtararaq  Azərbaycanın 
tam  bağımsızlığa  qovuşmasını  saxlayan  bu  hərəkəti,  uzun  illər 
unudulmayacaq  dərin  və  kutsal  (müqəddəs)  bir  qəhrəmanlıq  ör-
nəyidir. 
Bilindiyi  kimi,  Rusiyada  müvəqqəti  Kerenski  hökuməti  vaxtında 
demokratik və genel oylama (ümumi  səsvermə) ilə seçilmiş olan  Ge-
nel  Rusiya  Qurucular  Məclisinin  fevral  1918-ci  ildə  bolşeviklər  tərə-
findən  –  bolşeviklərin  azlıqda  qalması  məcburiyyətində  -  zorla  dağı-
dılması  üzərinə,  Azərbaycan,  Gürcüstan  və  Ermənistandan  mütəşək-
kil, Güney Qafqaz Məclisi (Cənubi Qafqaz Seymi) toplanaraq, bolşe-
vik hakimiyyətini tanımama qərarını aldı və bunu bütün dünyaya elan 
etdi. Bu hərəkətə əsəbiləşən bolşeviklər, Azərbaycanın başkəndi Bakı-
nı zorla ələ keçirməyə çalışdı. Bakı qanlı olaylara qərq oldu. Müdafiə-
siz qalan 17 000 Türk və müsəlman əhali qılıncdan keçirildi. 31 Marta 
düşən bu acı olay Azərbaycan tarixində “Mart faciəsi” olaraq nifrətlə 
yer aldı. 
Bu  faciəli  hadisə  qarşısında  bütün  Azərbaycan  qan  ağladı  Azər-
baycanın  və  başkəndi  Bakının  düşmən  zülmündən  qurtarılması,  müt-
Ö 


 
Bakыnыn Qurtuluшu 
 
 
127 
ləq  intiqamının  alınması  əsnasında  bütün  Azərbaycanı  bürüyən  geniş 
bir mücadilə bayrağı açıldı. 
Güney  Qafqaz  Məclisindəki  Türk  və  Müsəlman  millət  vəkilləri, 
Bakının bolşevik istilasından qurtarılmasını istəyərək, bir an öncə hə-
rəkətə keçilməsini təklif etdilər.  
Maalesef (təəssüf ki) bu təklif məclisdəki gürcü və erməni qruplar 
tərəfindən  qəbul  olunmadı.  Onlar  özlərini  Türkiyə  Dövlətinin  mü-
daxiləsi  qarşısında  görürdülər.  Əsasən,  Türk  hökuməti  ilə  bolşevik 
Rusiya  hökuməti  arasında  imzalanan  Brest-Litovsk  müqaviləsi  ilə 
Qars,  Ərdəhan  və  Batumun  Türkiyəyə  verilməsi  gürcü  və  erməniləri 
bir  xeyli  üzmüşdü.  Bu  səbəblə  gürcülər  Güney  Qafqaz  Məclisindən 
ayrılaraq  bağımsızlıqlarını  elan  etdilər.  Bunun  əvəzində  Məclisdəki 
azərbaycanlı  millət  vəkilləri  qrupu  da  dərhal  başqanlığa  Məhəmməd 
Əmin Rəsulzadəni gətirməklə 28 May 1918-ci ildə Milli Azərbaycan 
Şurasını elan edib, Azərbaycan Türk Cumhuriyyətini qurdular. 
Təşəkkül  edən  Azərbaycan  Milli  Şurası  ilk  iş  olaraq  4  iyun 
1918-ci ildə Türkiyə ilə bir  müqaviləni imzalayaraq  Azərbaycanın 
sülh və asayişini qorumaq üçün Türkiyədən əsgəri yardım istədi. İstək 
həmin  an  qəbul  olundu.  Nuru  Paşa  (mərhum  general  Nuru  Killigil) 
komandasındakı  5-ci  Qafqaz  Tüməni  Gəncə  istiqamətində  hərəkətə 
keçdi. Gəncədə bir  müddət qalaraq asayişi təmin edən Nuru Paşa 14 
iyun 1918-ci ildə Türkiyə və Azərbaycan könüllü silahlı birliklərindən 
ibarət  Qafqaz  Ordusu  Baş  Komandanlığına  təyin  edildi.  Bu  ordu  3 
avqustda  Qubanı  düşməndən  aldı  və  31  avqustda  Bakı  qapıları 
qarşısında  dayandı.  Qısa  bir  hazırlıq  dönəmindən  sonra  15  sentyabr 
1918-ci ildə Bakıya girən Albay Mürsəl bəy (mərhum general Mürsəl 
Bakı) Komitəsindəki Türk Ordusu çətin və qanlı mücadilələrdən sonra 
Bakını  düşməndən  qurtardı.  Beləcə,  Azərbaycan  tam  müstəqil  bir 
Türk Cumhuriyyəti halına gəldi. 
Azərbaycan  xalqı  tam  müstəqilliyə  qovuşmasının  həyəcanını 
günlərcə, aylarca, hətta illərcə dərin bir eşqlə yaşadı. 
Bu  gün  20  iyulda  başlayan  Kıbrıs  Barış  Hərəkatını  böyük  bir 
müvəffəqiyyətlə  başa  çatdıran  qəhrəman  Türk  Ordusunu  böyük  bir 
xilaskar olaraq qucaqlayan Kıbrıs Türkləri kimi, Azərbaycanlılar da o 
zaman  bundan  qat-qat  böyük  bir  sevinc  və  iştiyakla  (şadlıqla) 
qəhrəman  Türk  Ordusunu  bağrına  basdı.  Qardaş  yardımına  gəlmənin 
sonsuz  həyəcanı  ilə  qurbanlar  kəsildi.  Şərqi  və  türkülər  bəstələndi. 


Yüklə 5,08 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə