NəSİman yaqublu



Yüklə 5,08 Kb.
Pdf görüntüsü
səhifə35/57
tarix12.03.2018
ölçüsü5,08 Kb.
#31278
1   ...   31   32   33   34   35   36   37   38   ...   57

 
Bakыnыn Qurtuluшu 
 
 
119 
ru yolla Ermənistana, sonra Dilican üzərindən Qazax şəhərini ələ keçi-
rərək,  Ağstafa  vağzalına  gəlib  çatdılar  və  oradan  da  qatarla  Gəncəyə 
gəldilər. Onları Gəncə xalqı çox təntənəli qarşıladı. Qarşılanma məra-
simi  aşağıdakı  kimi  olmuşdur:  Gəncə  xalqı  şəhər  meydanına  toplaş-
mışdı.  Dövlət  idarələri  və  məktəbləri  həmin  gün  işləmirdi.  Ona  görə 
də müəllimlər dəstə halında öz yerlərini tutmuşdular. Müharibə illərin-
də  Türkiyənin  ruslar  tərəfindən  işğal  edilmiş  Şərq  vilayətlərindən 
Xeyriyyə  Cəmiyyəti  tərəfindən  toplanaraq  Azərbaycanın  bir  çox  şə-
hərlərindəki  uşaq  evlərində  saxlanan  sahibsiz  uşaqlardan  dörd 
yaşından  yuxarı  olanlar  da  meydanda  dəstə  halında  düzülmüşdülər. 
Meydanın ətrafını əhatə etmiş əhali sevincdən gözləri yaşarmış halda 
əsgərlərə  baxırdılar.  Uşaq  evlərindən  gəlmiş  uşaqlar  əsgərlərə 
yanaşaraq  onlara  sarılırlar  və  haralı  olduqlarını  bildirirlər.  Əsgərlər 
uşaqlarına  hər  birisi  ilə  mehribanlıqla  görüşür  və  əzizləyirlər.  Bu 
zaman  maraqlı  bir  hadisə  olur.  Əsgərlərlə  görüşən  uşaqlardan  biri 
atasını  tanıyır  və  ata-oğul  sevincdən  bir-birinə  sarılaraq  ağlayırdılar. 
Ətrafdakı  minlərlə  adam  bu  yaranmış  vəziyyətə  dözə  bilməyib 
ağlayırdılar. Onlar dərddən-qəmdən yox, sevincdən ağlayırdılar. 
Gəncə şəhərinin ermənilərlə məskun olan məhəllələri Cəmil Cavad 
bəyin  alayı  tərəfindən  mühasirə  edilərək  itaətə  məcbur  olunurlar. 
Aylarla mühasirədə qalaraq ərzaqdan korluq çəkən ermənilər könüllü 
şəkildə  mühasirədən  çıxaraq  Türk  ordusunun  gəldiyinə  inanırlar.  Bir 
erməni heyəti də Nuru Paşaya təşəkkür etməyə gəlir. Artıq şəhər-
də asayiş təmin olunur. Türk və erməni xalqı arasındakı düşmənçilik 
aradan qalxır. Nuru Paşanın komandanlığı altında Osmanlı Türkləri ilə 
Azəri  türkləri  yan-yana  Azərbaycan  Cumhuriyyətinin  mərkəzi  olan 
Bakını  xilas  etməyə  qoşulurlar.  Bu  zaman  Bakını  rus,  erməni  və  in-
gilis qüvvələri müdafiə etməkdə idilər. Onlar iki Türk qardaşın birləş-
miş məhmətciklərinə qarşı dayana bilərdilərmi? 1918-ci il Sentyabrın 
15-də  hücum  nəticəsində  erməniləri  və  ingilisləri  Xəzər  dənizinə 
tökdülər.  Azərbaycan  hökuməti  müvəqqəti  mərkəzi  olan  Gəncədən 
Bakıya köçdü. Azərbaycan xalqı və hökuməti əl-ələ verərək, səylə hər 
sahədə durmadan çalışırdı. Nuru Paşanın təşəbbüsü ilə ilk iş olaraq bir 
hərbi məktəb açılır və Azərbaycan ordusuna zabitlər hazırlamağa baş-
layırlar. Nuru Paşaya xahiş etməklə  Batumdakı Vəhip Paşanın sərən-
camında  olan  Hüsaməddin  bəyin  də  Gəncəyə  göndərilməsini  təmin 
edə bildim. Bakı düşməndən tamamilə təmizlənə bilmişdi. Ancaq rus 


 
Nяsiman Yaqublu 
 
 
120 
qüvvələrinin  bir  hissəsi  Lənkəran  qəzasını  öz  işğalları  altında  saxla-
mağa nail olmuşdular. Azərbaycanın bir hissəsi olan Lənkəran da düş-
məndən  təmizlənməliydi.  Lənkəranı  işğal  etmiş  rus  tör-töküntüləri 
bolşevik olduqlarını Moskvaya bildirmişdilər. Ağ rusların əlində olan 
Xəzər  dənizinin  hərbi  gəmiləri  də  bolşevik  düşməni  olduqları  halda 
müştərək rus mənafeyi naminə Lənkərandakı bolşevik qüvvələrinə kö-
mək edirdilər. Nuru Paşa Lənkəranda olan  son rus qüvvələrini də 
dənizə tökmək məqsədi ilə Lənkəranın sərhəd qonşusu olan İran-
da Türk irqinə mənsub və qəhrəmanlıqları ilə məşhur olan Şahse-
vənlərlə əlaqə yaradılmasını və onlarla birgə Lənkərandakı rusla-
rı  oradan  qovub  çıxarmaq  istəyirdi.  O,  bu  vəzifəni  Hüsaməddin 
bəylə  mənə tapşırdı. Biz də vəzifəmizi  yerinə  yetirmək üçün Salyana 
getdik.  Oradan  İrana  getməyə  hazırlaşırdıq  ki,  bir  qara  xəbər  gəldi. 
Yəni  Türkiyə  məğlub  olmuş  və  müqavilə  bağlanmışdır.  Biz  Bakıya 
deyil, Gəncəyə qayıtdıq. Sonradan öyrənirik ki, Türkiyə Mondros sa-
zişini  yerinə  yetirmək  məcburiyyətində  qalaraq  ingilislərin  İstanbulu 
işğal  etmələrindən  sonra  burada  qurulmuş  Tefik  Paşa  kabineti  teleq-
rafla  Türk  ordusunun  Azərbaycandan  çıxmasını  Nuru  Paşaya  əmr  et-
mişdi.  Azərbaycan  dövlətinin  və  xalqının  istinadgahı  olan  Osmanlı 
dövləti  çökmüş  və  Azərbaycan  yalnız,  arxasız  qalmışdı  (64,  s.  151-
164).  
 
Nağı Keykurun (Şeyxzamanlı). Xatirələri.   
Bakı, “Qartal” nəşriyyatı, 1997.  
                                           
 


 
Bakыnыn Qurtuluшu 
 
 
121 
 
Məhəmməd Kəngərli 
 
QARDAŞ YARDIMI 
 
(Qəhrəman Türk Ordusunun Azərbaycana 
girişinin  39-cu ildönümü münasibətilə) 
 
irinci  Dünya  mühari-
bəsinin  patlak  verməsi 
ilə, o zamana qədər sö-
mürgeci 
dövlətlərin 
basqı  və  işğalında  qalan  bir  çox 
millətlərin  müqəddəratında  önəmli  rolu 
haiz  bəzi  siyasi  və  kültürəl  təşəkküllər 
özünü göstərir, zaman keçdikcə bu nüvə 
halında  olan  təşəkküllər  milli  müəssisə 
halını  alır  və  bunlardan  da  tam  təşkilatlı 
siyasi partiyalar doğmağa başlayırdı. 
O cümlədən, digər millətlərdə olduğu 
kimi,  Azəri  Türkləri  də  müxtəlif  dövrlərdə  qarşılaşdıqları  qüvvələri 
bitərəf  edərək,  milli  mücadilənin  qayəsinə  çatmaq  üçün,  sağlam 
təməllərə  istinad  edən  proqramlı  siyasi  bir  partiyaya  zərurət 
yarandığını  dərk  etmiş  və  1911-ci  ildə  “Müsavat”  Xalq  Partiyasını 
qurmaqla savaşa daha şumullü bir şəkildə girişmişdilər. 
Millətin sinəsində doğmuş olan bu partiya məmləkətin hər tərəfin-
də  hummalı  (enerjili)  fəaliyyətə  keçərək,  yeni  təşkilatlar  qurmaqla 
milli  qurtuluş  məfkurəsini  yayır  və  münəvvər  kütləni  bu  hürriyyət 
məhvərinin ətrafında birləşdirməyə son qeyrətini sərf edirdi. 
Mədəni millətlər səviyyəsinə yüksəlmiş və öz-özünü idarə edəcək 
qədər siyasi dolğunluğa çatmış olan Azəri Türkləri, siyasi, iqtisadi və 
ictimai  həyatlarında  milli  ideallarına  tərcüman  olan  “Müsavat”  Xalq 
Partiyasının ətrafında toplaşır, maddi və mənəvi baxımdan ona takviye 
(yardım) edir və çalışmalarını böyük bir əlaqə ilə izləməkdə dəstəklə-
yirdilər. Çox keçmədən həmin bütün münəvvər Azəri gəncliyinin rəğ-
bətini  qazanan  bu  partiya,  məmləkət  mədəniyyətini  öz  omuzlarında 



Yüklə 5,08 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə