NəSİman yaqublu



Yüklə 5,08 Kb.
Pdf görüntüsü
səhifə28/57
tarix12.03.2018
ölçüsü5,08 Kb.
#31278
1   ...   24   25   26   27   28   29   30   31   ...   57

 
Nяsiman Yaqublu 
 
 
98 
Anadolunun mərdanə yardımı Qafqazı iki ilə qədər bolşevizm 
vəhşiliyindən  qorumuşdur.  Hələ  Bakının  işğalından  sonra  Şimali 
Qafqazlı  qardaşlarımızın  yardımına  qoşularaq  onları  da  rus  istila-
sından qurtaran xilaskar Anadolu Məhmətciklərinin Temirxan Şuraya 
qədər  irəliləmələri  bu  zəfəri  müəyyən  bir  zaman  üçün  tarsin  etmiş 
olurdu.  Yəni  bütün  Qafqaz  millətləri  nisbi  bir  hüzur  içində  müstəqil 
dövlət təşkilatlarını kurabilmeleri için icap edən zaman və  fürsıti qa-
zanmış olurdular. Bu fürsət verilməmiş olsaydı, Qafqazın İstiqlalı sa-
dəcə nəzəri olaraq qalırdı. 
Qafqaz  üçün  edilən  qəhrəmancasına  savaşlar  Osmanlı  Dövlətinin 
bir-iki  il  əvvəlinə  rastlaşmış  olsaydı,  Türküstan  və  Krım  da  daxil  ol-
maqla Türklüyün müqəddəratı tamamilə başqa bir cərəyan almış olur-
du. Hətta kim bilir, bəlkə bu günkü dünya böhranları qismən və ya ta-
mamilə  atlatılmış  ola  bilərdi.  Çünki  rus  imperiyasını  bəsləyən  sərvət 
qaynaqları  məhkum  Türk  ölkələrində  və  xüsusilə  də  Qafqazda  yat-
maqdadır. 
Bakı  uğrunda  aparılan  çətin  savaşlarda  Azərbaycan  və  Ana-
dolu mücahidlərinin qanları bərabər axıdılmış və mübarək cəsəd-
ləri eyni qardaş məzarlarında dəfn edilmişdir. Bu müştərək savaş-
lar, müştərək alınyazısının və müştərək istiqbalın bir simvoludur. 
15 Sentyabr 1918 tarixi günü Türk tarixinin şanlı zəfər günlərindən 
biri,  həm  də  ən  önəmlilərindən  biridir.  Bu  zəfərin  hər  hansı  maddi 
mənfəət, qayələri ilə heç bir əlaqəsi olmamışdır. Sırf qardaşın qardaşa 
yardımı hədəfini güdmüşdür. 
Azərbaycanda  bu  Böyük  Zəfər  Gününü  və  onun  şanlı  qəhrə-
manlarını böyük və kiçik hər kəs bilməkdədir. Bu gün, istila altındakı 
Azərbaycanda belə gizlicə anılmaqdadır. 
Azərbaycan  xalqı  bu  Böyük  Zəfər  Gününü  heç  bir  zaman  unuda 
bilməz. Çünki bu g7ün ona yeni bir həyat, istiqlal haqqını və Başkən-
dini vermişdir. Bu uğurda şəhid olanlar, Azərbaycan İstiqlalı və Azər-
baycanın qurtuluşu yolunda canlarını fəda etmişdilər. 
15  Sentyabrın  40-cı  ildönümündə  bütün  bu  əziz  şəhidlərimizi 
və  zəfərin  böyük  qəhrəmanlarını  dərin  minnət  və  şükranlıqla 
anırıq. 
Ulu ruhları şad olsun! (10, s. 14-15) 
 
“Azərbaycan” aylıq Kültür Dərgisi. 
1958, sayı 7 
                              
 
                              


 
Bakыnыn Qurtuluшu 
 
 
99 
Nağı Şeyxzamanlı 
 
 
TÜRKİYƏNİN YARDIMINI TƏMİN ETMƏK 
 
 
zərbaycanın  qəlbi  və 
mərkəzi  Bakı  rus  və 
erməni 
əsgərlərinin 
işğalı  altında  idi.  Bakını  düşməndən  tə-
mizləmək  lazım  idi.  Ancaq  bu,  xalq  qüv-
vələri ilə başa gələcək iş deyildi. 
Vəziyyətə  bir  çarə  axtaran  Milli  Ko-
mitə  Gəncədə    bir  toplantı  keçirdi.  Top-
lantıya  Milli  Komitə  üzvlərindən  başqa 
şəhərin  adlı-sanlı  üzvləri  də  dəvət  edil-
mişdilər.  Bu  tarixi  toplantını  açan  Nəsib 
bəy  vəziyyəti  izah  etdikdən  sonra  nitqini 
bu cümlələrlə bitirdi: “Xalqın içindən top-
lanmış  xalq  qüvvələrinin  gördüyü  işlər 
xalqın  gözünün  qabağında  cərəyan  etmişdi.  Hər  hərəkatımız  zəfərlə 
nəticələnmişdi. Ancaq bu qəhrəman hərəkatlar nəticəni əldə etməkdən 
çox  uzaqdır.  Bu  dəfə  Azərbaycanın  mərkəzi  Bakı  düşməndən  tə-
mizlənməlidir. Əslində başsız bədən olmaz və yaşaya bilməz. Gerçək 
olaraq böyük bir yardıma ehtiyacı vardır və bu yardımı da bizə ancaq 
Osmanlı İmperiyası edə bilər. Burada Osmanlı  İmperiyasına  bir  səla-
hiyyətli nümayəndə  heyətinin göndərilməsini və hərbi yardım istənil-
məsini qərara alaq”. Nəsib bəyin bu sözləri sürəkli alqışlarla qarşılan-
dı. Bu təşəbbüsün nəticəsinin müsbət olacağına bütün toplantı iştirak-
çıları  inanmışdılar.  Osmanlı  İmperiyasına  nümayəndə  göndərilməsi 
üçün Milli Komitəyə tam  səlahiyyət verildi. Ertəsi gün  Milli Komitə 
rəisi mərhum Nəsib bəy məni yanına çağırtdırdı. Nəsib bəy məni Milli 
Komitə binasındakı otağında qəbul etdi və sözünə belə başladı: “Nağı, 
bilirsən  ki,  böyük  toplantı  Osmanlı  Dövlətinə  bir  nümayəndə  heyəti 
göndərmək üçün tam səlahiyyət verdi.  Bu ağır və təhlükəli  vəziyyəti 
səndən  başqa  heç  kəsə  tapşıra  bilmərəm.  Hər  tərəfdə  anarxiyadır  və 
cəbhələr rus əsgərləri ilə doludur. Hərəkət etdiyim andan etibarən sən-



 
Nяsiman Yaqublu 
 
 
100 
dən  heç  bir  şəkildə  xəbər  ala  bilməyəcəyik.  Sağ  qalıb-qalmayacağın 
haqqında da heç nə bilməyəcəyəm. Ancaq sənə güvənirəm və düşmə-
nə  asanlıqla  baş  verməyəcəyinə  inanıram.  Hüsaməddin  bəy  də  çox-
dandır ki,  Türkiyəyə getmək istəyirdi.  Mən isə ona mane olurdum. 
Onunla bir xeyli söhbət etdim və razı qaldım. Hüsaməddin bəy də sə-
ninlə gedəcək. 
... Hüsaməddin bəylə mən stansiyaya gəldik. Səfərimiz gizli oldu-
ğundan heç kim bizi yola salmağa gəlməmişdi. 1918-ci ilin yanvar ayı 
idi. Dostlarımızı, xalqımızı, ölkəmizi təhlükələr içərisində qoyub qata-
ra mindik və Tiflisə yola düşdük. Sabah səhər saat 8-də Tiflisə çatdıq 
və Xeyriyyə Cəmiyyətinə getdik. Cəmiyyətin rəisi doktor Xosrov bəy-
lə  görüşüb  məqsədimizi  bildirdik.  Bizə  Xeyriyyə  Cəmiyyətinin  üzvü 
olmağımıza dair sənəd verdi. Artıq bizim bu vəsiqələrdə bütün Qafqaz 
cəbhəsini  dolaşmaq  səlahiyyətimiz  vardı.  Vəsiqələri  aldıqdan  sonra 
Xosrov bəylə vidalaşıb Batuma hərəkət etmək üçün stansiyaya gəldik. 
Ancaq nə bilet almaq, nə də Batuma getmək imkanı var idi. Çünki, rus 
əsgərləri  üçün  Azərbaycan  yolu  ilə  Rusiyaya  getmək  təhlükəli  oldu-
ğundan Batum yolu ilə getməkdə idilər. Batuma hərəkət edən qatarlara 
mülki    şəxslərin  minməsinə  icazə  verilmirdi.  Belə  çətin  bir  vəziyyət 
qarşısında  qohumum  Kazımı  axtardım.  Kazım  dəmiryol  müfəttişi  idi 
və Tiflisdə Azərbaycan xalqını təmsil edirdi. Vəziyyəti ona anlatdım. 
Kazım  getdi  və  bir  saatdan  sonra  gəldi.  Bizə  gülə-gülə:  “Sizin  üçün 
qatara kiçik bir vaqon qoşdurdu. Mən də sizinlə bərabər Batuma qədər 
gedəcəyəm.  Ancaq  stansiyalarda  pəncərələrin  qabağında  oturmayın. 
Qatar  hərəkət  etdikdən  sonra  pəncərə  önündə  otura  bilərsiniz.  Vaqon 
və özümün işim üçün  Batuma gedirəm deyə  ala bildim” – dedi. Yol-
boyundakı  stansiyalarda  qatar  durunca  biz  vaqonun  içərisində  bardaş 
qurub oturduq. Beləliklə, çox rahat şəkildə Batuma gəlib çatdıq. 
Batumda  da  rus  əsgərlərinin  əlindən  tərpənmək  olmurdu.  Qatarla 
gələn  rus  əsgərləri  gəmilərin  azlığından  günlərlə  Batumda  qalmalı 
olurdular.  Şəhər  anarxiya  içində  idi  və  küçələrdə  rus  əsgərləri  veyil-
veyil gəzirdilər. Azacıq şübhələndikləri əsgərin zabit olub-olmadığını 
yoxlayırdılar.  Zabitlər  də  qorxularından  əsgər  paltarı  geyinmişdilər. 
Biz çox çətinliklə bunların arasından keçərək bir mehmanxanaya girə 
bildik. Əşyalarımızı bir otaqda yerləşdirib bayıra çıxdıq və bir yemək-
xanaya gedərək yemək yedik. Mehmanxanaya dönərkən mehmanxana 
sahibi işıqları yandırmağı məsləhət gördü və işığı yanmayan otaqların 


Yüklə 5,08 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə