NəSİman yaqublu



Yüklə 5,08 Kb.
Pdf görüntüsü
səhifə25/57
tarix12.03.2018
ölçüsü5,08 Kb.
#31278
1   ...   21   22   23   24   25   26   27   28   ...   57

 
Bakыnыn Qurtuluшu 
 
 
89 
Azərbaycan  Cumhuriyyət  Hökumətinin  bu  meşru  (qanuni)  haqqını 
şiddətlə  müdafiə  edən  mərhum  Tələt  Paşa,  23  Sentyabr  1918-ci  ildə 
Almaniya ilə bir protokol imzalamışdı. Bu protokola görə, hər iki tərəf 
Azərbaycanın  istiqlalını  tanıyır  və  Osmanlı  qüvvələrinin  çəkilməsi 
şərti ilə bu istiqlalın Rusiyada da tanınması işini Almaniya öz üzərinə 
götürürdü.  Mondros  sülh  müqaviləsindən  daha  əvvəl  Qafqaz  İslam 
Ordusunun  aqibəti  bəlli  idi.  Fəqət  bu  ordu  Azərbaycanda  milli  bir 
qüvvə  yetişdirmək  vəzifəsi  ilə  də  məşğul  idi.  Sonralar  Qafqaz  İslam 
komandanlığına təyin olunan mərhum Nuru Paşa muallim-zabit heyəti 
başında  4  iyun  1918-ci  il  anlaşmasından  çox  əvvəl  may  ayının 
ortalarında  bu  məqsədlə  Azərbaycana  gəlmişdi.  Maiyetini 
(ətrafındakıları)  Mosulda  buraxan  Nuru  Paşa  Azərbaycandan  Üçüncü 
Ordu Komandanı Vehip Paşaya  yolladığı bir raportunda burada milli 
bir  ordu  təşkil  etmək  üçün  hər  cür  imkanın  və  vəsaitin  mövcud 
olduğunu, yalnız muallim-zabit kadrına ehtiyac hiss edildiyini yazır və 
Mosulda  qalan  müəllim-zabit  heyətinin  bir  an  əvvəl  göndərilməsini 
rica  edirdi.  Bilindiyi  kimi,  bu  heyət  bir  türlü  gəlib  çıxmadı.  Gəncədə 
kiçik  zabit  məktəbi  açılmışsa  da,  İstiqlal  savaşı  bu  sahədə  əsaslı  bir 
gəlişməyə  mane  olmuşdu.  Əsl  fəaliyyət  istiqlal  zəfərindən  sonra 
başlayacaqdı.  Və  Qafqaz  İslam  Ordusu  yerini  işğal  edəcək  bir 
Azərbaycan ordusu yaratmadan çəkilərsə, siyasi və əsgəri müvazinətin 
alt-üst  olacağı  Qafqazda  hər  şey  məhv  edilmiş  sayılacaq  və 
Azərbaycanın  müqəddəratı  təhlükəyə  düşəcəkdi.  Bu  durumun 
nəzakətini təqdir etmiş olacaq ki, yeni Osmanlı kabinəsi, Qafqaz İslam 
Ordusunun  Qafqazı  tahliye  etməsi  (boşaltması)  üçün  verdiyi  əmrdən 
iki  gün  sonra,  26.  10.  1918-ci  il  tarix  və  5276  saylı  bir  əmrnamədə 
eyni  ilə  deyilirdi:  “Şimali  Qafqazla  Azərbaycanda  hizmət  etmək 
istəyənlər qalacaqdır”. 
Bu müsaidəyə uyan Nuru Paşa Qafqaz İslam Ordusu komandanlı-
ğından istefa verərək, yerini “Azərbaycanda Osmanlı kıtaatı (ordu his-
sələri) komandanı” ünvanını alan Mirliva Mürsəl Bəyə (sonralar gene-
ral  Mürsəl  Bakıya)  vermiş  və  özü  də  Azərbaycan  ordusu  komandanı 
ünvanını almışdır. Bu şəkildə Nuru Paşa 4 noyabr 1918-ci ildə “Azər-
baycan hökuməti ilə burada qalacaq zabitlər üçün əqd edilən müqavilə 
şəraiti” başlığı altında, orduya bir təbliğ yayınlatmışdır. 15 maddədən 
ibarət bu müqaviləyə görə: “Azərbaycan hizmətinə girəcək zabitlər və 
məmurlar  mezkur (haqqında danışılan) hökumət təbəəsi olacaq. Cəza 


 
Nяsiman Yaqublu 
 
 
90 
və  mükafat  xüsuslarında  da  Azərbaycan  qanunlarına  tabe  olacaqlar” 
(maddə 1). “Zabitlər rütbə səviyyələri ilə qalacaqlar. (Fəxri təbiri (rüt-
bələri)  qalacaqdır).  Türkiyədə  kıdemen  terfi  edənlər  (növbəti  rütbəni 
alanlar) burada bir dərəcə yüksək rütbəsi ilə qazanacaqlar” (maddə 2). 
“Hər zabitə ildə, azimet və avdet dail (gedişi-dönüşü), 2 ay məzuniy-
yət verəcəkdir. Bu iki ay maaşı hərəkətindən əvvəl peşinen (arxasınca) 
və kamilən alacaqdır” (maddə 3). 
“Azərbaycandakı xidmət müddətində xidməti əsgərliyə qabiliyyə-
tini zəyi edəcəklərə, üç ildən beş ilə qədər olmaq şərti ilə maaş nisbə-
tində təzminat verəcəkdir” (maddə 10). “Üç il bütünlüklə Azərbaycan-
da keçirilənlərə xitam müddətində altı aylıq mükafat veriləcəkdir. Üç 
ilin xitamında konturatı (müqaviləni), üç ildən aşağı olmamaq şərti ilə 
tecdit  (yeniləmək)  edəcəklərə,  bir  dəfəyə  məxsus  olmaq  şərti  ilə,  bir 
illik maaş nisbətində mükafat verilir” (maddə 11). 
“Zabitlərin  Türkiyədəki  ailələrinə  verilməkdə  olan  siparişat  (yar-
dım) və ərzağın bundan sonra yenə verilməsi üçün Azərbaycan höku-
mətinə  görə  lazımlı  tədbir  sayılacaqdır.  Bunun  üçün  sərf  olunacaq 
məbləğ Azərbaycan hökumətinin borcu olacaq və iki hökumət arasın-
da mahsubu (məxsusi) yerinə yetiriləcəkdir” (maddə 12). 
Fəqət, Mondros müqaviləsi bu kontratoyu (müqaviləni) kağız üzə-
rində  buraxdı.  Müqavilənin  11  maddəsinə  görə,  Osmanlı  hökuməti 
Cənubi Qafqazla şimal-batı İranı tahliye (boşaltmağı) edir. 15-ci mad-
dəyə  görə  də  Batumla  Bakının  ingilislər  tərəfindən  işğalına  razılıq 
göstərirdi. Osmanlı hökuməti Hərbiyə naziri 24 noyabr 1918-ci ildə 9-
cu Orduya bu əmri yollamışdır: 
“1. – 28. 10. 1918 və 11. Ş. 5887 saylı əmr, vaziyeti ahire muci-
bince mefsühtur (son vəziyyətə görə ləğv edilmişdir). Şimali və cənu-
bi Qafqazda olan bölümün zabit və efrad (fərdilər), iki ayı keçməmək 
şərti ilə, 9-cu ordu komandanlığına təyin ediləcək zaman ərzində 9-cu 
ordu ilə ittifaq edəcəkdir. 
2  –  Esliha  və  cebhane  (silah  və  sursat)  daha  9-cu  orduya  təslim 
ediləcəkdir. 
3 – Bu əmrə itaət etməyənlər haqqında təqib kampaniyası qurula-
caq və 9-cu ordu komandanlığı bu əmri Nuru Paşaya, Mürsəl Bəyə və 
Yusif İzzət Paşaya məsul edəcək və nəticəsini bildirəcəkdir”. 
Buna görə 9-cu ordu komandanı mirliva (albay) Z. Şövqi bəy “30 
dekabr  1938-ci  il  tarixinə  qədər  Azərbaycanda  və  Şimali  Qafqazda 


 
Bakыnыn Qurtuluшu 
 
 
91 
heç bir Osmanlı zabit və nəfəri, silah və cəbbəxanası qalmayacaq” və 
“qalanlar haqqında təqib icra ediləcəyi” xüsusunda bir əmr göndərdi. 
Əmrdə:  “Şimendifer  (Dəmiryolu)  nəqliyyat  hərəkətindəki  ademi-
kifaye (kifayət olmayan) və sairə heç bir vəchlə esbabi-taahhür ad və 
qəbul edilməyəcəyi də tasrih (izah etmək) edilməkdə idi. 
Bu  qatı  əmrə  rəğmən,  Azərbaycan  hökuməti,  Osmanlı  müəllim-
zabit kadrının kontrato (müqavilə) gərəyincə qalmasını saxlamaq üçün 
Bakının  işğalına  hazırlanan  İrandakı  ingilis  qüvvələri  komandanı 
general Tomson nəzdində təşəbbüs etmişsə də, “Azərbaycan namında 
bir  hökumət  tanımadıqları”  cavabını  almışdı.  Əslində  Mondros 
müqaviləsində də Azərbaycanın adı qeyd olunmuş və Osmanlı dövləti 
ilə  Azərbaycan  Cumhuriyyəti  arasındakı  muahede  (müqavilə)  və 
anlaşçalar heç sayılmışdı. 
Noyabr  1918-ci  ildə  Qafqaz  İslam  Ordusu  Bakını  ingilislərə 
təslim  edərək  çəkildi.  Onlarla  bərabər  məhdud  Azərbaycan  qüv-
vələri  də  Bakıdan  Gəncəyə  çəkildilər.  Hər şeyi yenidən qurmaq la-
zım idi. Və hər şeydən əvvəl milli bir ordu qurmaq lazımdı. Azərbay-
canda  yalnız  Bakıya  daxil  olan  ingilis  işğalından  4-5  ay  sonra,  aprel 
1919-cu  ildə  xalqın  coşqun  alqışları  altında  Bakıya  girən  süvari  qüv-
vələri  bu  milli  orduya  mənsubdu.  Başında  general  Səməd  Mehman-
darlı kimi Azəri subayları (zabitləri) duran bu milli ordunun kiçik za-
bitlərini, Qafqaz İslam Ordusunun  yardımı ilə Gəncədə təsis olunmuş 
kiçik zabitlərə məxsus hərbi məktəbdə yetişənlər təşkil edirdilər. 
Tarixi vəzifəsini şərəflə yerinə yetirib gedən Qafqaz İslam Or-
dusu  özündən  sonra  gənc  milli  bir  ordunun  nüvəsini  yaratmışdı. 
Bu  ordunun  təmin  etdiyi  nizam  və  intizam  sayəsində  ingilis  işğal 
ordusu  komandanlığı  Azərbaycan  istiqlalını  tanımaqla  ilk  addım 
olaraq  Azərbaycan  hökumətini  yeganə  meşru  (qanuni)  məqam 
olaraq elan etmişdir (49, s. 3-11). 
 
“Azərbaycan” aylıq Kültür Dərnəyi. 
İyul-avqust 1954, yıl 3, sayı: 4-5(28-29)
   
 
 
 


Yüklə 5,08 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə