NəSİman yaqublu



Yüklə 5,08 Kb.
Pdf görüntüsü
səhifə18/57
tarix12.03.2018
ölçüsü5,08 Kb.
#31278
1   ...   14   15   16   17   18   19   20   21   ...   57

 
Bakыnыn Qurtuluшu 
 
 
63 
Qəlbi yanıq sızlayaraq gəzdim vəhşi çölləri
Köksümdə uyutdurdum böyük arzu, böyük kam. 
Boğularaq, inləyərkən rübabımın telləri, 
Həp dağlar da səslənirdi həp: intiqam, intiqam! 
Dinlədikcə o səsləri bənə qarşı anlardım, 
Bir qurtuluş ümidilə izlərini arardım. 
 
Nerdə bənim ardı-önü düşmən kəsən qılıncım? 
Neredədir, yigit qardaş, nerdə bəklədigim? 
Neçin susmuş biləklərim, nerdə bənim o gücüm? 
Neçün gəlməz böyük ordu, neçün gəlmir sevdigim? 
Yuca dağlar, arzumuzun salamına əgilin, 
Bəni qurtarmaya gələn dostlarıma yol verin. 
 
İştə gəldin, gözlərimin yaşlarını qurutdun, 
Nəvazişin ovunmayan qərib ruhu oxşadı. 
Heç ğlçüyə sığınmayan dərdlərimi ovutdun, 
Qara günüm hilalıyın işığıyla parladı. 
Artıa bana nəsib degil şadlıq, sevinc – deyərkən, 
Gəldim, aldın yürəgimi – ağlama, gül, - dedin sən. (67a, s. 15) 
   
Gözümüz yaşlıdır, sinəmiz dağlı. Bakı, 1992. 
 


 
Nяsiman Yaqublu 
 
 
64 
BU YILKI MAYISDA 
Türklük eşqilə qəlbi çarpanlara 
 
O günləri ovunmadan, gülmədən, 
Ağladım ağlayan Türkün dərdinə. 
Bu yılki yazıda bir nəşə bilmədən, 
Yanardım yaxılan yurdun oduna. 
Elimin baharı, həyatı sönmüş, 
Qönçəsi, nəğməsi yasa bürünmüş. 
 
Qoynunda inləyən bəni-bəşərin, 
Acıqlı halına gülır təbiət. 
İnsanlar uğrayan müsibətlərin, 
Acısını bilməz, umar səadət. 
Qanlı torpaqlar üstə talalar bitər, 
Əninlərə qarşı bələlər ötər. 
 
Ağ yüzləri qarartmış yoxluq qarası, 
Açıq alınlara kölgə salmışdı. 
Ağlardı yurdumun bağı, bağçası, 
Gözü yoxsulluğun dərdi almışdı,  
Türkü söylənməz olmuşdu o vədə, 
Yox qızları kğyün tarla başında, ah. 
 
Sevimli bir gözəl mayıs günündə, 
Təqib etmişdi ikindi çağı. 
Dolaşırdım yaşıllıqlar içində, 
Könlümü ovladı bir gül yarpağı. 
Güllüklərə baxdım, təsəlli buldum
Dağılmış yurdumun şairi oldum. 
 
Qəlbimin dərdini ovutmaq üçün,  
Dinlədim bu zaman bülbül səsini. 
Tanırdım zövqünü bütün gəncliyin, 
Ümüdlü bir duyğu güldürdü bəni. 
Hər çiçək yarpağı bəncə bir şer, 
Hər qönçə ruhuma nəşələr verir.  


 
Bakыnыn Qurtuluшu 
 
 
65 
Mələşən quzular indi təpədən, 
Axacağa doğru, quyu başına. 
Yürəgim şadlandı bilməm ki, nədən, 
Baxınca yurdumun hər bir daşına. 
İçimdən bir səda söylədi bana
Xoş xəbər verirəm şimdi bən sana. 
 
Ağlama, gözlərin ziya görəcək, 
Firqətsiz vüsalın dadı bilinməz. 
Gəlir bir zaman ki, yüzün güləcək, 
Qaranlıq olmazsa, yıldız görünməz, 
Ruhunu oxşayar sevdigin gözəl, 
Boynuna sarılır qayeyi-əməl. 
 
Səfa ümidilə cəfa gəlirsə, 
Ağlama, hər cəfa səfa bəklədir. 
Ümidini kəsmə, bəla gəlirsə, 
Ağlama, yurdunda şənliklər olar, 
Qaranlıq üfqündə bir günəş doğar. 
 
Bundan sonra artıq degilsən məhkum, 
Atılan addımlar haqqa doğrudur. 
Yürüdüyün yollar degil uçurum, 
Hakəm yalan degil, bu gün doğrudur. 
İllərdir sənin aydın günlərin
Vüslətini bəkləmədə dilbərim! (20, s. 550-551) 
 
Azərbaycan Xalq Cümhuriyyəti və Qafqaz İslam Ordusu. Bakı, Qafqaz 
Unuversiteti Qafqaz Araşdırmaları İnstitutu Nəşriyyatı, N006, 2008. 
 
                                                 


 
Nяsiman Yaqublu 
 
 
66 
 
                        
 
ABDULLA ŞAİQ 
 
 
 
 
 
 
 
 
 
 
NEÇİN BÖYLƏ GECİKDİN? 
 
Sənsiz qəlbim qırıq, sönük, çeynənmiş, xırdalanmış, 
Ömür şüşəm daşa dəymiş, həyatım parçalanmış. 
Qırıq bir saz kimi sızlar qanlı, yorğun telləri,  
Yakılar da, yakar bütün qayğı vurmuş elləri. 
Şu vətənin öksüzləri, gəlinləri, dulları, 
Göz yaşıyla sulamış hər keçdiyiniz yolları. 
Yolunuzu bəkləməkdən bənizləri saralmış, 
Heç gəlmədin. O şən, gülər ürəkləri qəm almış.  
Sən gəlməsən, dolumsanmış ürəklər heç şad olmaz, 
Sən gəlməsən, xarabaya dönən qəlb abad olmaz. 
Sən gəlməsən günəş doğmaz, ümid gülüm açılmaz. 
Dodaqlarım gülməz, sönük baxtıma nur saçılmaz. 
Başqasını istəməm də, ey Türk, sapuk sən gəl, sən, 
Bəkləməkdən yoruldum, eh, iştə gec qaldın, nədən? 
Yollarına daşmı qalanmış? Ya azğın quldurlar 
Burakmıyor? Daş, dəmir, ya polad olsa da onlar. 
Ürəyində şölələnən mətin, qızğın atəşlə, 
Yak onları, ərit, söndür, çeynə, boğ, əz, xırpala, 
Xain, alçaq düşmənlərə qol gücünü həp göstər. 
Aç yolları, çapuk gəl ki, qəlbim səni istər. (20, s. 551-552) 
 
Azərbaycan Xalq Cümhuriyyəti və Qafqaz İslam Ordusu. Bakı, Qafqaz 
Unuversiteti Qafqaz Araşdırmaları İnstitutu Nəşriyyatı, N006, 2008
. 


 
Bakыnыn Qurtuluшu 
 
 
67 
 
YENİ AY DOĞARKƏN 
(Türk bikələri qiyafəsində alicənab bir qadın 
oğlu Yavuza yeni doğan ayı göstərərək) 
 
Oğlum, Yavuz, o alaca buludlardan az uzaq
Gül yanaqlı, ağ bənizli, yeni doğan aya bax! 
Almas kiprikli gözlərin nasıl dikmiş üzünə, 
Nur saçaqlı saçlarını dağıtmış üz-gözünə, 
Adaxlı bir gəlin kimi süsəni, sevimli, dilbər, 
Bax nə qədər yaxışmış da canında yeddi ülkər. 
 
Yavuz 
 
Anacığım! Bən günəşi aydan, yeddi ülkərdən 
Çox sevirəm, lakin bilməm şu aya bən baxarkən 
Neçin əski diləklərim  dalğalanır gözümdə, 
Neçin tatlı, uğurlu bir duyğu doğar üzümdə? 
Neçin bu ay ruhuma pək uyğun, munis görünür? 
İçim, dışım günəş kimi neçin nura bürübür, 
Neçin bu ay gözümdə bir dilək qədər sevimli? 
O əski ay bunca parlaq, şux baxışlı deyildi. 
Söylə, bu ay, anacığım, nə oldu, nədir o hürr idi? 
Qadın 
 
Yavrum! Onu mələklər həp yıldız-yıldız doğradı, 
Bax, o ayın bölüyüdür parlaq o yeddi ülkər, 
Hər birisi bir ülkər kimi, günəş kimi nur saçar. 
“O ülkərin hər birisi bir igidin yıldızı”, 
“ – Ya, benimki hankısıdır?” 
“ – Pək parlaq o qırmızı”. 
“ – Ülkərlər, anacığım, bax nə qədər ufaqdır! 
İşıqları pək sönük, həp bir-birindən uzaqdır. 
Bən istərəm, yeddi ülkər qovuşsun bir-birinə, 
Üzərimizə günəş kimi doğsun, ülkər yerinə. 
Şu günəş həp doğsun da heç həqq eşqinə sönməsin! 
Şən-Şən yurdlar bir qaranlıq məzarlığa dönməsin. 


Yüklə 5,08 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə