NəSİman yaqublu



Yüklə 5,08 Kb.
Pdf görüntüsü
səhifə17/57
tarix12.03.2018
ölçüsü5,08 Kb.
#31278
1   ...   13   14   15   16   17   18   19   20   ...   57

 
Nяsiman Yaqublu 
 
 
58 
Türkün üzü çevrilməyəcək səmti-əməldən
Türklər geriyə dönməyəcək müslih əməldən. 
Yüksək yaşamaq istər ikən cümlə miləldən: 
Türkün tökülən qanları bihudə gedərmi? 
Diqqətlə düşün, yoxsa bu qan həpsi hədərmi? (1) 
 
“Azərbaycan” qəzeti, 1918-ci il, N1.   
 
 
 
ŞÜHƏDAYI-HÜRRİYYƏTİMİZİN  
ƏRVAHINA İTHAF 
 
Sizin məzarınız iştə qülubi-millətdir! 
Bu sözlərim yürəgimdən qopan həqiqətdir. 
Sizi unutmayacaq şanlı millətim əsla, 
Əmin olun buna, ey zinəti-cahani-vəfa. 
Sizinlə buldu bu millət şərəfli istiqlal,  
Sizinlə buldu bu millət həyati püriqbal. 
Bu günlər etmədə əhli-vətən sizi dəryad, 
Salamlayır sizi iştə bu millət-azad. 
Müəbbədən diridir namınız bu dünyada, 
Sizin də ruhunuz uçsun behişti-əlada. 
Bizi xilas edərək pənceyi-əsarətdən
Nicatbəxş olaraq dəsti-əhli vəhşətdən. 
Çəkildiniz əbədi xüldzari-rəhmanə,  
Behişti-rəhmətə yəni: diyari-rəxşanə. 
O xuninizlə açıldı bəhari-hürriyyət,  
Sizin də yurdunuz olsun behişti-ülviyyət. (20, s. 546) 
 
Bakı, 31 mart 1919.  
“Azərbaycan” qəzeti, 1919-cu il, 31 mart. 
 
 


 
Bakыnыn Qurtuluшu 
 
 
59 
 
ZƏFƏRİ – NƏHAYƏYƏ DOĞRU... 
 
Mərd olan əsgərliyi təqdir edər əzyan ilə, 
Əsgər olmaq fərzdir hər mömünə Quran ilə. 
Əsgər olmaq bir şərəfdir Trk üçün, İslam üçün, 
Əsgəriyyətlə yaşar millət həyatı şan ilə. 
Ən işıq bir ömr istərsək günəş altında biz, 
Durmalı iddiayə qarşı qeyrəti-rəxşan ilə. 
Daima türk oğlu hifz etmişdir öz namusunu
Əldəki süyfü-şücaət, dildəki iman ilə. 
Qorqmayırız düşməndən əsla dönsə dünya atəşə, 
Hər zamanda etmişiz qovğa qövi-şahan ilə. 
Ta əzəldəndir cahanda şanlıdır tariximiz, 
Zişərəf bir millətiz tarixdə bürhan ilə. 
Qaçmayız meydani-qovğadan əmin ol, ey əduv! (20, s. 546) 
 
“Azərbaycan” qəzeti, 6 oktyabr, 1918-ci il.  
 


 
Nяsiman Yaqublu 
 
 
60 
 
ABBASAĞA QAYIBOV
 (nazir) 
 
MİRALAY CƏMİL CAHİD BƏYİN MƏDHİNDƏ 
 
Sənin ey sərvəri-vala, münnin Kirdigar olsun, 
Pənahın rəhməti-həqqi, şəfəqqət Pərvədigar olsun. 
 
Vücudi-pakini lütfi-Xuda hifz etsin afətdən
Sənə tale həmişə dəstgirü bəxt yar olsun. 
 
Edibsən dörd sənə millət yolunda himməti-qeyrət, 
Sənə ey cani-millət, mərhəbalar səd həzar olsun. 
 
Çəkibsən rəncü-zəhmətlər, əziyyətlər, məşəqqətlər, 
Bu niyyətlə ki, qövmi-türk sahibi-iqtidar olsun. 
 
Daha göstər həmiyyət, ərşə yüksəlt Türk növrağın, 
Sənin üçün şövkətü izzət, bizim üçün iftixar olsun. 
 
Edəməm şərhi-övsafi-Cəmilin etməyə cürət
Budur ki, təbi-qasir aciz, şərmsar olsun. 
 
Bu tazə məsnədin təbrik birlə gözlərəm ümmid, 
Əhali içrə asayiş, müəssis bərqərar olsun. 
 
Saralmış xüşksal zülmlə gülzarı İslamın, 
Axır sərçeşmeyi-ədlin ki, sərsəbz abdar olsun. 
 
Saqında Əhmədi-Həmdi, solunda həm Həsən Fəhmi
Bu qeyrətli mücahidlər həmişə payidar olsun. 
 
Bunu yazmağa etdi hissi-türkiyyət məni vadar, 
Sənə bəs Türklüyün adından bu şerim yadigar olsun. 
 
Qazağın şairi Abbas Qaibzadə Nazirdən, 
Səmimi-qəlbdən ərzi-salami-bişümar olsun. (20, s. 547) 
 
İyul, 1918-ci il.  
Azərbaycan Xalq Cümhuriyyəti və Qafqaz İslam Ordusu. Bakı, Qafqaz 
Unuversiteti Qafqaz Araşdırmaları İnstitutu Nəşriyyatı, N006, 2008. 
                           


 
Bakыnыn Qurtuluшu 
 
 
61 
 
 
 
 
 
SALMAN MÜMTAZ 
 
 
 
 
 
 
 
ÖYÜN, MİLLƏT 
 
Yavəran  həzrət  şəhriyaridən  Qafqaz  İslam  Ordusu  Baş  koman-
danı,  Süpəhsalar-əzim  dövlətli  fəriq  Nuru  Paşa  həzrətlərinə  ithaf 
olunur 
 
Öyün, millət ki, iltafı olub şövkətli sultanım, 
Hilalın haləsi qılsln əhatə Türk atanın. 
Təfaxür eylə, ey millət, muradın hasil oldu, 
Daha əflakə yüksəlməz əninü-ahü-əfğanın. 
Ziyasız rus zülmündən o yüksək ruhum ölmüşdü, 
Tuturdu şişəyə hərdəm şərabi-nab tək qanın. 
Qızılgül tək açıl, gül, gör ki, Türkün şanlı ordusu, 
Rəvaq-ərşə nəsəb etmiş Böyük Osmanlı ünvanın. 
Səmayə doğru Toğrul tək, sən ey Türk oğlu, uç, yüksəl, 
Ki, sənsən şanlı övladı şərəfli əski Türkanın. 
Bulud altında qalmışdı əgərçi kövkəbi-bəxtin, 
Gör imdi nücumzahtək hilalın nücumu tabanın. 
Görək Tağ-Məqrənsdən açılsın toğrası, 
Mələklər zib-duş etsin ləvasın al Osmanın. 
Bütün mümtaz ellərdən olar Türk milləti Mümtaz, 
Sürər bundan sonra Türklük şərəfli-şanlı dövranın. (20, s. 548) 
 
“Azərbaycan”, 30 oktyabr, 1918-ci il.   


 
Nяsiman Yaqublu 
 
 
62 
 
 
 
UMMÜGÜLSÜM 
 
 
 
 
 
 
 
 
YOLUNU BƏKLƏDİM! 
 
Bu şer bir il qabaq qanlı mart hadiseyi-ələməsindən Azərbaycan 
Türk  müsəlmanlarını  düşmən  əlindən  xilas  etmək  və  ölümdən 
qurtarmaq  üçün  qardaş,  arkadaş  deyə,  dərə,  təpə,  dağ,  daş  aşaraq 
yardıma gələn şanlı Türkiyə ordusuna ithafən yazılmışdır. 
 
Yürüyürkən ölüm saçan fırtınalar önündən, 
Uçqun dərələrə uçdumŞ tiyələrə dırmandım. 
Baxdım ki, yox xilas yeri fəlakət cəngindən, 
Qara yaşlar anma yenir gözlərimə çarpmadı, 
Pək səmimi bir məhəbbət bir an bəni saxladı. 
Görürdüm ağ dumanlar qara sislər altında, 
Türk edlinin səadəti, xanimanı yaxılır. 
Ləpə çalan qan içində, girdabların ağzında, 
Qəhrəmanlar çabalayır, mərd igidlər can verir. 
Of, sevgili yurdcuğazım, tayanamam bu kədərə, 
Tayanamam ciyərimi parçalayan zəhərə. 
 
Yaşayamam səndən iraq, dözəməm o hicrana, 
Yaşayamam, annəcigim, bən çəkəməm o dərdi. 
Heç sönməyən kinlərimlə yüzi qara düşmənə
Alov saçan dodaqlarım bəd dualar söylərdi.  
Şaşqın-şaşqın düşüyordum və qalxınca yürürdüm, 
Düşmən bəni izlədikcə namusumu sürürdüm. 


Yüklə 5,08 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə