NəSİman yaqublu



Yüklə 5,08 Kb.
Pdf görüntüsü
səhifə12/57
tarix12.03.2018
ölçüsü5,08 Kb.
#31278
1   ...   8   9   10   11   12   13   14   15   ...   57

 
Nяsiman Yaqublu 
 
 
38 
 
DÖVLƏTİN RƏSMİ MƏTBUATINDA –  
“AZƏRBAYCAN” (TÜRKCƏ VƏ RUSCA)  
QƏZETİNDƏ 15 SENTYABR ZƏFƏRİ İLƏ  
BAĞLI YAZILAR 
 
M. Ə. Rəsulzadə 
 
QURTULUŞ GÜNÜ 
 
 
entyabrın  15-də  Bakı  bir  böyük  gün  daha  keçirdi. 
Bu gün millət qəhrəman şəhidinin bir illik xatirəsi-
ni qabarıq hisslərlə yad edərkən cavan ordumuzun 
rəsmi keçidini görməklə köksünü gərmiş, nə qədər 
sevinmişdir. 
Dəniz  kənarında  qəhrəmanca  bir  türlü  yürüyən  süngü  dəryasını 
seyr etdikdən sonra bir nəşə istiqlal olaraq istiqlalının kuşl-daşını (mə-
hək  daşını,  guşə  daşını)  təşkil  edən  şəhidinin  məzar  daşını  qoymaq 
üçün gedən xalqın bu gün nə qədər böyüdüyünü, nə dərəcədə etimad 
nəfis hasıl etdiyini görməmək mümkün deyil. 
Xalqımız türk nəslinə məxsus bir mətanətlə günün sevinclə bə-
rabər  dərin  bir  ciddiyyət  və  həzin  bir  təsliyət  (təsəlli)  günü  oldu-
ğunu  isbat  etmişdi.  Bu  günkü  bayramını  millət  daşqın  bir  cocuq 
kimi deyil, mütəfəkkir bir fərd olaraq qeyd etdi. 
Gənc  ordumuzun  əzmkaranə  bir  surətdə  atdığı  qədəmləri,  ümidli 
bir  surətdə  tutduğu  tüfənkləri  seyr  edərkən  paytaxtımızın  küçələrini 
dolduran minlərlə əhali şəhid məzarı üzərində gözəl bayramımızın dai-
ma başlarımız üzərində dik tutulacağı həddində verilən sözlərin boşunda 
deyil, qüvvətinə istinad etmiş bir əhdi-peyman olduğuna inanırdı. 
Əvət inanırdı. Bu inamın bünövrəsini bu gün  bünövrəsini qoydu-
ğumuz    qurtuluş  abidəsi  altında  yatan  şəhidlər  qoymuşlarsa  da  heç 
şübhəsiz ki, onu diri bir halda tutan amil, bu məzarı saran igid əsgərlə-
rimizdir. 
Mətbuatın, ədəbiyyatın, millətin qəlbində millət və istiqlal toxumu 
saçan  bir  amil  olduğu  məlumdur...  Gənc  şairimiz  şəhidlərin  məzarı 



 
Bakыnыn Qurtuluшu 
 
 
39 
üzərində əhd edirdi ki, öz nəşidələri  (sevincləri) ilə ədib və mühərrir-
lərimiz  millətin  ürəklərində  abidələr  tikəcək.  Şəhidləri  unutmayacaq-
lardır. 
Öz cümhuriyyətlərində öz əsgərlərinin rəsmi keçidini, öz hökuməti, 
vasitəsi ilə qəbul edən, öz ordusunun öz generalları, öz zabit və öz nə-
fərlərindən təşkil etdiyini görən xalqın bir il əvvəl yas və matəmlə ba-
sıq olan qəlbi bu il o qədər açılmış ki, ruhun tərcümanı olan şairlər artıq 
təəssüf deyil, tərif və bəliğ bir lisanca ona qarşı ərz əbkar edə bilərlər. 
Əvət,  ey  millətin  lüsanülqeybi    (qeybdən  xəbər  verən  dili  olan) 
şairlər, ədiblər, millətin əməllərini ülviyyət və məqsədlərini oxşayınız, 
özünə  millət  sevgisi,  vətən  məhəbbəti,  hürriyyət  eşqi  təlqin  ediniz, 
gənc ordumuz bu ülvi toxumların saçılacağı yurdumuzu qoruyacaq. O 
böyük duyğuların zərbini təşkil edən kukəsləri  köksləri) qabartdıqca 
qabardacaqdır. 
Bu gün yalnız paytaxtımızın qurtuluşu günü olmaqla deyil, doğma 
ordumuzun ilk dəfə olaraq bütün ərkan və rüsaləsilə (qərargah və sər-
kərdələri  ilə)  birlikdə  qarei  kəlisanın  (xristian  kilsəsinin)  nümayən-
dələri iştirak etmək surəti ilə paytaxtımızın üzərində parlaq bir surətdə 
rəsmi keçid etdiyi gündür. Bu etibarla Sentyabrın 15-i Qurtuluş Günü-
dür! (5).  
 
“Azərbaycan” qəzeti, 18 sentyabr, 1919, №62. 
 
 


 
Nяsiman Yaqublu 
 
 
40 
 
Hadi bəy 
 
BAKININ AZAD 
 OLUNMASININ İLDÖNÜMÜNƏ
 
 
 
ənliklər,  bacarıqlı  musiqi  oxucuları  sırasında  Azər-
baycanın  səmimi  oglanları  uzaq  ölkədən  öz  azərbay-
canlı  qardaşlarının  köməyinə  gəlmiş  və  öz  qanı  ilə 
Yanardagın,  Yasamalın  və  Badamdarın  zirvələrini  suvarmış,  ürəklə-
rindən və Azərbaycanın paytaxtından mart hadisələrinin qəhrəmanları-
nı,  çiçəklənən  Şamaxının,  Qubanın  və  onlarla  müsəlman  kəndlərinin 
dagıdıcılarını qovmuş cəsur qəhrəmanları qarşısında baş əyəcəklər. 
Bu  gün  məscidlərin  qübbəsi  altında,  meydanlarda,  azərbay-
canlıların toplaşdıgı hər bir yerdə, xalq ürəyinin dərinliyindən ge-
niş  dalga  ilə  azərbaycanlılara  minnətdarlıq  edir  və  öz  diyarının, 
paytaxtının ölmüş xilaskarlarının əbədi xatirəsini daşıyır. 
Çox  təəssüflər  olsun  ki,  belə    mərasim  heç  kimə  lazım  olmayan 
qurbanların  qanı  ilə  çirkləndi.  Bizə  məlumdur  ki,  şəhərdəkilər  ədavət 
və  səbirsizlik  göstərməsəydilər  və  şəhərin  təhvil  verilməsi  haqqında 
təklifi qəbul etsəydilər, qəmli sentyabr hadisəsi çətin ki,baş verərdi. 
Hər  bir  rütbəli  və  mövqeli  avantüristlərin  siyasi  oyunu  Azərbay-
canı, xüsusilə də minlərlə insan qurban vermiş və özünün  əsrlərlə qo-
runub  saxlanılmış  ehtiyatlarını  itirmiş  erməni-türk  demokratiyasına 
çox baha başa gəlirdi.      
Bu itkilərə Azərbaycanın azadlığı və işıqlı gələcəyi uğrunda  cəza-
ları yüngülləşdirilmiş  qurban kimi baxaq. 
Xatırladaq ki, yaz aylarında ərimiş qarların suyu  öz yolunda agac-
ları, heyvanları və hətta insanları tutaraq səs-küylə aşagıya dogru axır. 
Lakin sakitlik  yarananda torpaq  yaşıllıqla,agaclar yarpaqla örtülür və 
bütün təbiət canlanır. 
Aylarla  bizim  ölkəmiz  üzərində  sərt  fırtına  vıyıldayır,  qasırga  və 
tayfun hökmranlıq edirdi. Lakin indi uzunmüddətli sakitlik yaranıb və 
buna bizi gənc respublikamızın yaradıcı həyatı əmin edir. 
 Ş 


Yüklə 5,08 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə