Bakыnыn Qurtuluшu
39
üzərində əhd edirdi ki, öz nəşidələri (sevincləri) ilə ədib və mühərrir-
lərimiz millətin ürəklərində abidələr tikəcək. Şəhidləri unutmayacaq-
lardır.
Öz cümhuriyyətlərində öz əsgərlərinin rəsmi keçidini, öz hökuməti,
vasitəsi ilə qəbul edən, öz ordusunun öz generalları, öz zabit və öz nə-
fərlərindən təşkil etdiyini görən xalqın bir il əvvəl yas və matəmlə ba-
sıq olan qəlbi bu il o qədər açılmış ki, ruhun tərcümanı olan şairlər artıq
təəssüf deyil, tərif və bəliğ bir lisanca ona qarşı ərz əbkar edə bilərlər.
Əvət, ey millətin lüsanülqeybi (qeybdən xəbər verən dili olan)
şairlər, ədiblər, millətin əməllərini ülviyyət və məqsədlərini oxşayınız,
özünə millət sevgisi, vətən məhəbbəti, hürriyyət eşqi təlqin ediniz,
gənc ordumuz bu ülvi toxumların saçılacağı yurdumuzu qoruyacaq. O
böyük duyğuların zərbini təşkil edən kukəsləri köksləri) qabartdıqca
qabardacaqdır.
Bu gün yalnız paytaxtımızın qurtuluşu günü olmaqla deyil, doğma
ordumuzun ilk dəfə olaraq bütün ərkan və rüsaləsilə (qərargah və sər-
kərdələri ilə) birlikdə qarei kəlisanın (xristian kilsəsinin) nümayən-
dələri iştirak etmək surəti ilə paytaxtımızın üzərində parlaq bir surətdə
rəsmi keçid etdiyi gündür. Bu etibarla Sentyabrın 15-i Qurtuluş Günü-
dür! (5).
“Azərbaycan” qəzeti, 18 sentyabr, 1919, №62.
Nяsiman Yaqublu
40
Hadi bəy
BAKININ AZAD
OLUNMASININ İLDÖNÜMÜNƏ
ənliklər, bacarıqlı musiqi oxucuları sırasında Azər-
baycanın səmimi oglanları uzaq ölkədən öz azərbay-
canlı qardaşlarının köməyinə gəlmiş və öz qanı ilə
Yanardagın, Yasamalın və Badamdarın zirvələrini suvarmış, ürəklə-
rindən və Azərbaycanın paytaxtından mart hadisələrinin qəhrəmanları-
nı, çiçəklənən Şamaxının, Qubanın və onlarla müsəlman kəndlərinin
dagıdıcılarını qovmuş cəsur qəhrəmanları qarşısında baş əyəcəklər.
Bu gün məscidlərin qübbəsi altında, meydanlarda, azərbay-
canlıların toplaşdıgı hər bir yerdə, xalq ürəyinin dərinliyindən ge-
niş dalga ilə azərbaycanlılara minnətdarlıq edir və öz diyarının,
paytaxtının ölmüş xilaskarlarının əbədi xatirəsini daşıyır.
Çox təəssüflər olsun ki, belə mərasim heç kimə lazım olmayan
qurbanların qanı ilə çirkləndi. Bizə məlumdur ki, şəhərdəkilər ədavət
və səbirsizlik göstərməsəydilər və şəhərin təhvil verilməsi haqqında
təklifi
qəbul etsəydilər, qəmli sentyabr hadisəsi çətin ki,baş verərdi.
Hər bir rütbəli və mövqeli avantüristlərin siyasi oyunu Azərbay-
canı, xüsusilə də minlərlə insan qurban vermiş və özünün əsrlərlə qo-
runub saxlanılmış ehtiyatlarını itirmiş erməni-türk demokratiyasına
çox baha başa gəlirdi.
Bu itkilərə Azərbaycanın azadlığı və işıqlı gələcəyi uğrunda cəza-
ları yüngülləşdirilmiş qurban kimi baxaq.
Xatırladaq ki, yaz aylarında ərimiş qarların suyu öz yolunda agac-
ları, heyvanları və hətta insanları tutaraq səs-küylə aşagıya dogru axır.
Lakin sakitlik yarananda torpaq yaşıllıqla,agaclar yarpaqla örtülür və
bütün təbiət canlanır.
Aylarla bizim ölkəmiz üzərində sərt fırtına vıyıldayır, qasırga və
tayfun hökmranlıq edirdi. Lakin indi uzunmüddətli sakitlik yaranıb və
buna bizi gənc respublikamızın yaradıcı həyatı əmin edir.
Ş