Bakыnыn Qurtuluшu
131
“Azərbaycan” aylıq Kültür
Dərgisinin redaksiya məqaləsi
15 SENTYABR
undan 36 il əvvəl 15 Sentyabr 1918-ci ildə Azərbay-
canın rus-bolşevik istilasında olan başkəndi Bakı,
qardaş Türkiyə ordularının yardımı ilə milli Azər-
baycan qüvvələri tərəfindən qurtarılmış və beləliklə
28 Mayda İstiqlalını elan edən Cumhuriyyət əsil bu tarixdən etibarən
felən təsis edilmişdi. Bu böyük hadisənin milliyyətçi Azərbaycan tərə-
findən necə tərəqqi edildiyini göstərmək niyyətilə, Milli Azərbaycan
Hərəkatının nəşr orqanı olan “Yeni Qafqasiya” (1) dərgisinin vaxtilə
bu olaya ayırdığı baş məqaləni aşağıda nəşr edirik:
Yalnız Azərbaycan tarixinin deyil, yeni Türk tarixinin ən va-
cib günlərindən biri də 15 Sentyabrdır.
1918-ci il tarixində, Sentyabrın 15-də qardaş imdadına çatan Türk
Ordusunun yardımı ilə Azərbaycan millətpərvərləri bolşevik əsarətin-
də olan Bakını xilas etmiş və İslam tarixində ilk dəfə təşəkkül edən
Cumhuriyyəti bilfiil (birbaşa, gerçəkdən) təsis etmişdilər.
15 Sentyabr münasibətilə qurulan mərasimi təsidiyəde (təntənəli
mərasimdə) Azərbaycan Milli Hökuməti Rəisi, irkan (irqən) və harsan
(mədəniyyətcə) bir olan qardaş millətin eyni məqsəd uğrunda bərabər
axıtdıqları qan sayəsində daha artıq qaynaşıb qarışdıqlarını bildirmiş-
di.
Bəli, Rəis doğru söyləmişdi. Çənbərə Kəndində yatan fədakar
Məhmətciklərin qardaş məzarı üzərində dikələn şəhidlik abidəsinin
vazı (bünövrə qoyma) əsas mərasimi əsnasında, 1919-cu ildə vuku bu-
lan (baş verən) milli təəssüratı xatırlayanlar, bu müqəddəs ölülərin öz
fədakarlıqları ilə nə məqsəd, və nə ülvi hiss və məfkurələr doğurmaq-
larına şahid olmuşdular.
Qəlbi millət eşqi ilə çarpan Türklərə 15 Sentyabr tarixinin müte-
şekkir (minnətdar) Azəri qəlbində tevlit etdiyi (baş qaldırdığı) sammit
və qüdsi (müqəddəs) həyəcanları, bir az olsun, Məhəmməd Əmin Rə-
sulzadənin millətpərvər Azərilərin hissiyat duyğularına uyğun olan bir
nitqini burada dərc etmək istəyirik. Zamanın təsirindən məsun qalma-
B
Bakыnыn Qurtuluшu
133
“Kuzğun Dəniz”in mavi suları ilə, mavi səmada parlayan günəşi şahid
tutaraq məzar başındakı xalqa: “Bu böyük şəhidlər kimi biz də fədakar
olacaq, hürriyyətimizi, milli vəhdət və istiqlalımızı canımızı verərək
müdafiə edəcəyik!” deyərək özlərinə söz vermişlər.
Əfsus ki, bu söz həyata keçirilə bilmədi. Taleyin dönən üzü yalnız
Azərilərdən bir qismini deyil, o məzar altında yatan böyük şəhidlərlə
silahdaşlıq edənləri belə iğfal etdi. Bolşeviklər ikinci dəfə daha qanlı
və qızıl yalanları ilə meydana çıxdılar; düşməni ikən dost,
müstəmləkəçi ikən xilaskar cildinə girdilər!..
15 Sentyabr təsidi mənedildi (qeyd edilməsi qadağan edildi), indi
Bakıda Çənbərə Kəndindəki Türk Şəhid məzarına getmək böyük bir
təhlükə yaradır.
Fəqət nə beis (ruhdan düşməyə dəyməz) var. Türk şəhidlərinin
məzarı yalnız Çənbərə Kəndidədirmi? Xeyr, orada Məhmətçiliyin
yalnız əti və sümüyü dəfn olunub. Onun təmsil etdiyi böyük
məfkurə isə Azərbaycan gəncliyinin atəşin və müntəkim (intiqam)
qəlbinə keçmişdir. O, orada, sönməz bir şölə kimi daim yanır və
yalandan dikələn qanlı istila binasını bir həmlədə yıxmaq üçün
tarixin özünə vəd etdiyi böyük günü gözləyib durur!
O gün gələcək və Azəri gənci “Kuzğun Dəniz”lə “parlaq gü-
nəş”ə qarşı duyduğu hicabı al qanı ilə yuyacaqdır!.. (9, s. 11-13).
Sentyabr-oktyabr 1954, №6-7(3031).
* * * *
GÖZƏL QAFQAZ NƏĞMƏSİ
Qarlı dağları aşalım,
Qafqazyaya tez varalım.
Zəfər üçün
gecə-gendüz,
Tanrımıza yalvaralım.