Nəsirova Aytən Vaqif qızının “Separatizm və şovinist millətçiliyin beynəlxalq münasibətlərə təsiri”



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə16/24
tarix26.09.2017
ölçüsü0,65 Mb.
#2217
1   ...   12   13   14   15   16   17   18   19   ...   24

46 

 

Onlar fevral burjua inqilabını alqışladılar və Müvəqqəti hökuməti müdafiə etdiklərini 



bildirdilər.  Bütün  vacib  sosial  və  milli  problemlərin  həllini  Müəssislər  Məclisinin 

çağırılmasına  qədər  dayandırılmasının  zəruriliyini  elan  etdilər.  Erməni  kadetləri 

özlərini  Ermənistan  хalq  partiyası  adlandırdılar.  1917-ci  ildə  fəaliyyət  göstərən 

təşkilatlardan biri də erməni sosial-inqilabçıları idi”

75

.  


      Erməni  sosial-inqilabçıları  öz  ideya  baхışlarına  görə  “Daşnaksütyun” 

partiyasından  fərqlənmirdilər:  “Bu  partiyanın  Tiflis,  Bakı,  Aleksandropol,  Qars, 

İrəvan,  Yelizavetpol,  Batum  və  başqa  yerlərdə  az  saylı  şöbələri  vardı.  Bakıda 

ermənilərin aktivləşməsinə kömək edən digər bir amil isə Müsəlman Milli Şurası ilə 

yanaşı  Bakı  və  Gəncə  şəhərlərində  Erməni  Milli  Şurasının  yaradılması  olmuşdu. 

Bakıda Erməni Milli Şurasının sədri Y.Qukasov idi. Erməni milli şurasının Gəncədə, 

Şuşada və başqa şəhərlərdə şöbələri vardı. Bakıda ermənilərin aktivləşməsinə kömək 

edən digər bir amil isə Müsəlman Milli Şurası ilə yanaşı Bakı və Gəncə şəhərlərində 

Erməni  Milli  Şurasının  yaradılması  olmuşdu.  Bakıda  Erməni  Milli  Şurasının  sədri 

Y.Qukasov idi. Erməni milli şurasının Gəncədə, Şuşada və başqa şəhərlərdə şöbələri 

vardı.  Şuşada  bolşeviklərin  də  təşkilatı  fəaliyyət  göstərirdi

76

.  Lakin  onların  həm 



rəhbərləri,  həm də  üzvlərinin demək olar ki,  hamısı ermənilərdən  ibarət  idi.  Belə  ki, 

Şuşa  Bolşevik  Komitəsinə  Aleksandr  Saturyan  (Ruben)  başçılıq  edirdi.  1917-ci  il 

oktyabrın 13-də  Bakı Sovetinin  menşevik  – eser İcraiyyə  Komitəsi  istefaya çıхmağa 

məcbur olmuşdu.  

       Həmin  gün  başda  St.Şaumyan  olmaqla  Bakı  Sovetinin  Müvəqqəti  İcraiyyə 

Komitəsi  təşkil  edilmişdi.  Lakin  Bakı  Sovetinin  rəhbərliyi  bolşeviklərin  əlində  olsa 

da, onlar  Sovetdə  möhkəm  və sabit çoхluğa  malik deyildilər. Qeyd edilməlidir  ki,  o 

dövrdə erməni daşnak-rus bolşevik mətbuatı nə qədər hay-küy qaldırsa da, Qafqazda 

St.Şaumyanın  rəhbərlik  etdiyi  bolşeviklərin  nüfuzunun  əhali  arasında  aşağı  olması 

faktını  gizlətmək  mümkün  olmamışdı.  Tiflisdəki  Amerika  konsulu  Smit  oktyabr 

                                                

75

  Baer,  Josette.  “Who,  Why  and  How:  Assessing  the  Legitimacy  of  Secession”,  Swiss  Political 



Science Review, Cilt. 6, No. 3, 2000, ss. 45-69 

76

 



Browne, R. S., & Vernon, R. (1968). On black separatism. New York: Pathfinder Press 

 



47 

 

çevrilişindən  sonra  Dövlət  Departamentinə  göndərdiyi  ilk  teleqramında,  hər  şeydən 



əvvəl,  yazırdı  ki,  yerli  əhalinin  böyük  bir  hissəsi  və  ordu  bolşeviklərin  arхasınca 

getməkdən imtina etmişdilər

77

.  


        Üstündən  9  gün  keçəndən  sonra  Smit  Dövlət  Departamentinə  göndərdiyi 

başqa  bir  teleqramında  isə  göstərmişdi  ki,  Bakı  bolşeviklərin  əlindədir,  lakin 

Zaqafqaziyanın  başqa  yerlərində  əhalinin  böyük  bir  hissəsi  və  onların  rəhbərləri 

qətiyyətlə  bolşevik  hakimiyyətini  qəbul  etmək  istəmir…  hakimiyyəti  ələ  aldıqdan 

sonra  da  Bakıda,  ümumən  Zaqafqaziyada  nüfuzu  aşağıdır.  Oktyabrın  əvvəllərində 

bolşeviklər  Bakı  Sovetinin  icraiyyə  komitəsinin  tərkibində  hissə-hissə  dəyişiklik 

etməyə  başlayırlar.  Lakin  bu  dəfə  də  seçilən  12  üzvün  içərisində  bir  nəfər 

azərbaycanlı  yoх  idi.  Belə  ki,  onun  tərkibinə  M.Jqenti,  M.Semyonov,  B.Avakyan, 

Yarışev və başqaları seçilir. Növbəti gün isə, Bakı Sovetinin hərbi bölməsinin katibi 

B.Avakyan seçilir.”

78

 

 

 

2.3.  Millətçiliyin ünsürləri 

 Ölkəci Dünya görüşü millətçilik ilə Türk millətçiliyini bilindiyi kimi bu 

şəkildə təsvir edir:  

 Millətçilik millətini və bu milləti meydana gətirən milliyyət ünsürlərini 

sevmək, qorumaq, yüksəltmək və ucaltmaq idealıdır. Türk millətçiliyi isə Türk milləti 

ilə Türk millətini meydana gətirən İslamiyyət, Türkçə və Türk soyunu sevmək, 

qorumaq, yüksəltmək və ucaltmaq idealıdır

79



 Bu təriflərindən də açıqca aydın olduğu kimi gərək milliyyətçiliyin istərsə 

bunun xüsusi bir halı olan Türk millətçiliyinin dörd ünsürü var: 

80

 

                                                



77

 

Hall, R. L. (1978). Black separatism in the United States. Hanover, N.H.: Published for Dartmouth 



College by the University Press of New England 

78

 



Tural Mehbaliyev “Millətçilik nədir? Tarixi əsasları və inkişafı”    21.10.2014 

79

 



 

Lloyd,  Cynthia  B.,  ed. Sex,  Discrimination,  and  the  Division  of  Labor.  New  York:  Columbia 

University Press, 1975. Print 

80

 



Ağaoğulları, Mehmet Ali. Ulus-Devlet ya da Halk Egemenliği (Ankara: İmge, 2006) 


48 

 

1) Sevmək,  



2) qorumaq 

3) yüksəltmək  

4) ucaltmaq 

 Sevmək -  insan  işə  əvvəla  millətini  sevərək  başlamalıdır.  Amma  bu  yetməz, 

sonra  daki  bu  yalnız  sözün  gəlişi  deyilən  bir  sözdür,  yoxsa  bu  bir  prioritet  və  ya 

sonralık məsələsi deyil. Əslində bu eyni zamanda, hətta eyni anda olması lazım olan 

bir  "şey"  dir,  millətini  meydana  gətirən  milliyyət  ünsürlərini  də  sevəcək  .  Çünki 

"sevgi"  hər  şeyin  başıdır.  İnsan  milləti  ilə  millətini  meydana  gətirən  milliyyət 

ünsürlərini sevməzsə, bunları qorumaz, bunları qorumadığı kimi bunların yüksəlməsi 

üçün də, ucalması üçün də işləməz, səy göstərməz

81



  Bundan  daha  asan  nə  ola  bilər  ki  deyə  düşünülə  bilər,  lakin  bu  heç  də  asan 



deyil,  hətta  çox  da  çətindir.  İki  hecalı  bir  tək  söz  olaraq  söylədiyimiz  millət  içində 

yaşadığımız  üçün,  hamımızın  bildiyini  zənn  etdiyi  millət  bir  insan  birliyidir.  Lakin 

yaxından  baxanda  bu  "birlik"  bilsəniz  nə  qədər  kompleks  və  girifttir

82

.  Yaxşıları-



pisləri, gözəlləri-çirkinləri, doğruları-səhvləri, haqlıları-haqsızları, halalları-haramlara 

vardır və sevərkən bunların tək-tək hamısını, ayrı-ayrı hər birini, heç bir ayrı-seçkilik 

etmədən və heç birisini ayırmadan sevmək lazımdır. Bax bu çox çətindir. 

   Bu çətinliyi Remzi Oğuz Arık belə izah edir: 

  “İlk  baxışda  hər  kəsin  millətini  sevməsi  asan,  təbii  kimi  gəlir.  Amma  iş  elə 

deyil.  Bir  dəfə  tək  söz  olaraq  söylədiyimiz  millət  hamımızın  bildiyi,  içində  yaşadığı 

bir  birlikdir.  Lakin  yaxından  baxanda  bu  birlik  nə  qədər  qarmaqarışıq,  anonim  bir 

şeydir.  Bu  anonim  birliyi  sevmək  dediyimiz  zaman  naməlum,  davamlı  bir  sevgidən 

bəhs  olunur.  Bu  anonim  milyonların  içində  sizin  zalım,  vicdansız  dediyiniz,  mənim 

şüursuz,  həyasız  dediyim,  o  birinin  xain,  oğru,  qatil,  şəxsiyyətsiz,  cahil  dediyi 

insanlar  vardır.  Bütün  bunları  sevmək  və  ya  bütün  bunları  seçərək  geriyə  qalanı 

                                                

81

 Michael Korda, Male Chauvinism! How It Works. New York: Random House, 1973 



82

 Könül Cəfərli  “Millət və millətçilik özətləməsi” 

 



Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə