NəSĠman yaqublu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə28/100
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50222
1   ...   24   25   26   27   28   29   30   31   ...   100

SSRİ  ilə  Almaniya  arasında  imzalanmış  müqavilənin  əhəmiyyətli  tərəfi 
sovet dövlətinin müdafiə qabiliyyətini artırmaq üçün iki il əlavə vaxt qazanmasında 
görülürdüsə,  sonradan  bu  üstümlüyə  də  müxtəlif  yanaşmalar  oldu.  Araşdırmalar 
göstərir  ki,  bu  ikiillik  müddətdən  ordunu  gücləndirmək  üçün  Almaniya  Sovet 
dövlətindən daha effektli istifadə etdi. 22 ay müddətində Almaniya dövləti öz hərbi 
potensialını qat-qat  yüksəltdi.  Əgər 1939-cu ilin  əvvəllərində  Almaniyanın hərbi-
siyasi rəhbərliyi Qızıl Ordunu güclü rəqib olaraq qiymətləndirirdisə, lakin 1941-ci 
ilin  əvvvəllərində  SSRİ  Silahlı  Qüvvələrinin,  xüsusən  rəhbər  heyətinin  zəifliyi 
qeyd olunurdu. 
Müqavilənin  imzalanmasının  SSRİ  dövləti  üçün  həm  müsbət,  həm  də  mənfi 
tərəfləri vardı. Müsbət tərəfləri aşağıdakılar idi: 
-
 
Sovet İttifaqı iki cəbhədə mübarizədən uzaqlaşa bildi, çünki bu müqavilə alman-
yapon münasibətlərində çat yaratdı; 
-
 
Müqavilə kapitalist ölkələrinin SSRİ-yə qarşı birləşməsinin qarşısını aldı. 
Müqavilənin mənfi tərəfləri: 
- müqavilə Sovet xalqının və SSRİ-nin hərbi-siyasi rəhbərliyinin ayıqlığını itirdi ki
bu  da  sovet  dövlətinin  müharibənin  əvvəllərindəki  məğlubiyyətinin  başlıca 
səbəbinə çevrildi; 
-  SSRİ  dövlətinin,  Ümumrusiya  K(b)P-sı  və  Kominternin,  eləcə  də  faşizmə  qarşı 
olan digər mübarizlərin beynəlxalq nüfuzunu aşağı saldı. (275) 
Qeyd  edək  ki,  hələ  1939-cu  ilin  martından  Stalin  sovet-alman  əlaqələrinin 
yüksəldilməsi vacibliyinə toxunurdu. Stalin XVIII Partiya Qurultayında bildirirdi: 
“Amerika  siyasətinin  Rusiyanı  Almaniyaya  müharibə  aparmaq  istəyində  görmək 
arzusunu  Potoçskinin  21.11.1938-ci  il  tarixli  məlumatından  görünməkdədir. 
Prezident Ruzveltin inanılmış adamı səfir Bullit  bu sözləri demişdi:  “Demokratik 
dövlətlərin  istəyi  bu  olardı  ki,  Şərqdə  Almaniya  omperiyası  ilə  Rusiya  arasında 
hərbi  toqquşma  olsun.  Onda  demokratik  dövlətlər  Almaniyaya  hücum  edib  onu 
təslim  olmağa  məcbur  edərdilər”.  (330,  s.178)  Hitler  Stalinin  bu  çıxışına  tələsik 
münasibət  göstərmək  istəməsə  də,  Xarici  İşlər  Naziri  Ribbentrop  prosesi 
sürətləndirməyi  vacib  saymışdı.  Hitlerin  Stalinə  göndərdiyi  teleqramdan  sonra  o, 
Almaniyanın Moskvadakı səlahiyyətli nümayəndəsini yanına dəvət etmişdi. 
İlkin  danışıqlar  başa  çatdıqdan  sonra  avqustun  21-də  Stalin  Hitlerə 
aşağıdakı  məzmunda  teleqram  göndərdi:  “21  avqust  1939-cu  il.  Almaniyanın 
reyxkansleri  cənab  A.  Hitlerə.  Məktuba  görə  təşəkkür  edirəm.  Ümid  edirəm  ki, 
hücum  etməmək  haqqında  sovet-alman  müqaviləsi  ölkələrimiz  arasındakı 
münasibətlərin yaxşılaşmasına daha yaxşı şərait yaradacaq. 
Ölkələrimizin  xalqlarının  öz  aralarında  dinc  münasibətlərə  ehtiyacı  vardır. 
Alman hökümətinin hücum etməmək haqqında müqavilənin imzalanmasına razılıq 
verməsi  siyasi  gərginliyi  aradan  götürmək,  sülh  yaratmaq  və  ölkələrimiz  arasında 
əməkdaşlıq etmək üçün baza yaradacaqdır. Sovet höküməti mənə həvalə etdi Sizə 


bildirim  ki,  o,  s.  Ribbentropun  avqustun  23-də  Moskvaya  gəlməsinə  razıdır.  İ. 
Stalin”. (330, s. 184-185). 
Almaniyanın  Xarici  İşlər  naziri  Ribbentropu  Kremldə  Stalin  Molotovla 
birgə  qarşıladı.  Təəccüblü  idi  ki,  bu  vaxta  kimi  Moskvada  olmasına  baxmayaraq, 
səfir  Şulenberq  Stalinlə  bir  dəfə  də  olsun,  görüşməmişdi.  İndi  isə  Stalin  özü 
qonaqları qarşılayırdı. 
Hər iki tərəf arasında danışıqlar uğurla  getsə də, bəzi problemlər də ortaya 
çıxırdı.  Məsələn,  Sovet  tərəfi  Pribaltika  ölkələrini,  xüsusən,  Libau  limanını  öz 
maraq  dairəsində  saxlamağa  çalışırdı.  Alman  tərəfi  bu  problemə  münasibəti 
aydınlaşdırmaq  üçün  Hitlerlə  məsləhətləşməyi  zəruri  saydı.  Odur  ki,  danışıqlar 
müvəqqəti  olaraq  dayandırıldı.  Axşam  saat  22.00-da  Hitlerin  razılığı  alınandan 
sonra  danışıqlar  yenidən  canlandı.  Bu  dəfə  çətinlik  olmadan  ümumi  razılaşma 
əsasında  müqavilə  imzalandı.  Müqavilə  imzalandıqdan  sonra  yemək  stolu 
arxasında  Stalin  Hitler  haqqında  qısa  tost  söylədi.  Bildirdi  ki,  o,  Hitlerə  həmişə 
qeyri-adi ehtiram bəsləyir. 
Sonralar  Ribbentrop  öz  xatirələrində  Stalin  haqqında  yazırdı:  “Stalin  ilk 
görüşümüzdən məndə güclü təəssürat oyatdı. Onun ayıq, demək olar ki, quru, lakin 
dəqiq  manevri,  açıqürəkli  danışıq  aparmaq  üslubu  göstərdi  ki,  öz  familiyasını 
nahaqdan daşımır. Stalinlə apardığım danışıqlar  məndə onun gücü və hakimiyyəti 
haqqında  təəssürat  yaratdı,  bir  dəfə  əlini  yelləməsi  Rusiyanın  itib-batan  geniş 
çöllərində,  uzaq  bir  kəndində  əmrə  çevrilən  bu  adam  keçmişdə  heç  bir  çarın 
bacarmadığı  bir  işi  –  200  milyonluq  imperiya  əhalisini  birləşdirmişdir”.  (303, 
s.190) 
Ribbentrop xatırlayırdı ki, müqavilə imzalandıqdan sonra Stalinə bildirdim 
ki, bundan sonra almanlar və ruslar bir də silaha əl atmazlar. Stalin cavab vermişdi: 
“Buyurun, bu mütləq belə olmalı idi”. Ribbentropun imzalanan müqavilənin qərb 
müttəfiqlərinə  qarşı  birgə  mübarizəyə  əsas  yaratması  fikrinə  isə  Stalin  belə  cavab 
vermişdi: “Mən heç zaman Almaniyanın zəifləməsinə imkan vermərəm!” 
Ribbentrop  bununla  bağlı  xatirələrində  yazırdı:  “Stalinin  bu  iki  fikri 
üzərində çox düşünürdüm: O, bununla nə demək istəyirdi? Sovet İttifaqının kəskin 
tənqid  olunması  (onların  sırasında  İngiltərənin  Berlindəki  Keçmiş  səfiri  c.  Nevim 
Henderson da vardı) təsdiqləyirdi: Stalin Almaniya ilə ona görə müqavilə bağlayıb 
ki,  füreri  Polşaya  hücuma  itələsin  və  o,  yaxşı  bilirdi  ki,  belə  halda  İngiltərə  və 
Fransa Polşanın tərəfində vuruşacaqlar. Almaniyanın Polşa üzrəində təxmin edilən 
qələbəsindən  sonra  Rusiya,  birincisi,  sonuncu  müharibədə  itirdiyi  vilayətləri  geri 
qaytaracaq,  ikincisi  isə,  sakit  dayanıb  Almaniyanın  qərb  dövlətləri  ilə  savaşda 
bütün  gücünü  itirməsinə  baxacaq,  sonra  isə  lazımi  anda  Qızıl  Ordunun  gücü  ilə 
Avropanın bolşevikləşdirilməsinə başlayacaq”. (330, s.112) 
Avqust  müqaviləsini  imzalamaqda  doğrudanmı,  Stalin  bu  məqsədi 
güdürdü? 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə