NəSĠman yaqublu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə29/100
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50222
1   ...   25   26   27   28   29   30   31   32   ...   100

V. Suvorov məşhur “Buzqıran” əsərində bu faktları təsdiqləyirdi. Yazırdı ki, 
Stalin  hər  vasitə  ilə  Hitleri  müharibəyə  cəlb  edirdi.  Məqsədi  isə  aydın  idi.  Stalin 
ona  görə  müqaviləni  fikirləşmişdi  ki,  Hitlerin  əli  ilə  İkinci  Dünya  müharibəsini 
başlasın, Avropanı, o cümlədən, Almaniyanı zəiflətsin. (334, s.170) 
Nikita  Xruşşov  isə  şahidlik  edirdi  ki,  müqavilənin  imzalanmasından  sonra 
Stalin şadlıqla bildirirdi ki, Hitleri aldatdı, müqavilə Hitler üçün tələ idi. 
Marşal Q. K. Jukov isə xatirələrində yazırdı: “O ki, qaldı hücum etməmək 
haqqında  Almaniya  ilə bağlanmış  müqaviləyə, Stalinin ona ümid bəsləməyinə elə 
bir əsas yox idi”. (256, s.236) 
Sovet  İttifaqının  donanma  admiralı  N.Q.  Kuznetsov  isə  bildirirdi:  “Stalin 
Almaniya  ilə  müqavilənin  gücünə  o  qədər  də  inanmırdı.  Ümumiyyətlə  isə,  o, 
Hitlerə az ümid edirdi”. (334, s.175) 
Bu  mənada  N.  S.  Xruşşov  Stalinin  xarakterini  onun  öz  sözləri  ilə 
açıqlayırdı: “Mən heç kimə inanmıram, özüm-özümə də inanmıram”. (308, s.17) 
Şübhəsiz ki, Almaniya dövləti ilə müqavilə bağlamaq Stalin üçün sərfəli idi. 
Çünki,  Almaniyanın  Polşa  və  qərb  dövlətləri  ilə  müharibəyə  başlaması  onu 
zəiflədəcək, iqtisadi cəhətdən Rusiyadan asılı vəziyyətə salacaqdı. 
Müqavilənin  imzalanmasında,  şübhəsiz  ki,  Almaniyanın  da  xüsusi 
maraqları vardı.  1939-cu ilin  22 avqustunda,  müqavilənin imzalanmasına  bir  gün 
qalmış  Oberzalqburqda  Almaniya  Silahlı  Qüvvələrinin  bütün  rəhbərliyinin  iştirak 
etdiyi  yığıncaqda  Hitler  dedi:  “1938-ci  ilin  payızından  mən  Stalinlə  birgə 
addımlamağı  qərara  almışam.  Stalinlə  mən  yeganə  adamlarıq  ki,  ancaq  gələcəyə 
baxırıq. Beləliklə, yaxın həftələrdə alman-sovet  sərhəddində əlimi Stalinə uzadıb 
onunla  birgə  dünyanı  yenidən  bölməyə  başlayacağıq...  General-polkovnik  fon 
Brauxiq vəd verib ki, Polşa ilə müharibəni bir neçə həftəyə yekunlaşdıracaq. Əgər 
o,  mənə  məruzə  etsəydi  ki,  bunun  üçün  iki,  yaxud  bir  il  tələb  olunur,  onda  mən 
hücum  etmək  haqqında  əmr  verməzdim  və  müqaviləni  Rusiya  ilə  deyil,  İngiltərə 
ilə  bağlayardım.  Biz  uzunmüddətli  müharibə  apara  bilmərik.  Bədbəxt  çervləri 
Daladye və Çemberleni Münhendə tanıdım. Onlar həddindən artıq qorxaqdırlar və 
bizə  hücum  edə  bilməzlər.  Onlar  bizi  mühasirəyə  də  ala  bilməzlər.  Əksinə,  bizim 
öz avtariyamız (iqtisadi siyasət – N.Y.) və rus xammalımız var. Polşa boşaldılacaq 
və almanlarla doldurulacaq. Mənim Polşa ilə müqaviləm yalnız vaxtı udmaq üçün  
idi.  Ümumiyyətlə, cənablar, Polşa  ilə  nə  etmişəmsə, Rusiya  ilə  də  o baş verəcək. 
Stalinin ölümündən sonra, o, çox ağır xəstədir, biz Sovet Rusiyasını ələ keçiririk. 
Onda  alman  dünya  ağalığının  günəşi  kimi  çıxacaq.  İndiki  şərait  bizim  üçün 
olduqca  əlverişlidir.  Mənim  yalnız  bir  qayğım  var  ki,  olsun  ki,  Çemberlen  yaxud 
başqa bir axmaq mənə  yaxınlaşıb şəriklik təklif etsin. Onda  mən onu pilləkəndən 
ataram...” (372, s.444) 
Maraqlıdır ki,  istər Hitler, istərsə  də  Stalin özlərini hər iki dövlət arasında 
bağlanmış  müqavilənin  ilk  təşəbbüskarları  kimi  təqdim  etməyə  çalışırdılar. 
Görünür, hər iki lider özlərinin “uzaqgörən” siyasətçi imicini itirmək istəmirdilər. 


Doğrudur,  Molotov  hər  vasitə  ilə  təsdiqləyirdi  ki,  məhz  Stalinin  XVIII 
Partiya  Qurultayındakı  çıxışı  Almaniya  ilə  münasibətlərin  yaxşılaşmasına  və 
müqavilənin  bağlanmasına  təkan  verdi.  Bununla  bağlı  Molotov  bildirirdi: 
“Almaniyada  Stalin  yoldaşın  fikrini,  ümumiyyətlə,  düzgün  başa  düşdülər”.  (372, 
s.446) 
Lakin  Almaniya  Xarici  İşlər  nazirliyinin  görkəmli  nümayəndəsi,  avqust 
müqaviləsinin  imzalanmasında  Ribbentropun  tərcüməçisi  olmuş  Himmler  yazırdı 
ki,  o,  heç  zaman  nə  Hitlerdən,  nə  də  Ribbentropdan  Stalinin  çıxışının  Sovet 
dövlətinin  xarici siyasət  kursunun dəyişməsinin sübutu olduğunu eşitməmişdi.  Q. 
Himer  yazırdı:  “23  avqustdakı  danışıqlar  çox  sadə  görünürdü.  Cənab  Ribbentrop 
yeni  təkliflər  gətirməmişdi,  o,  müqaviləni  və  əlavə  gizli  protokolu  tez  imzalayıb 
qayıtmaq istəyirdi”. (219) 
Müqavilə  imzalanmazdan  bir  qədər  əvvəl  Xarici  İşlər  Komissarı  Maksim 
Litvinovun  qəflətən  vəzifəsindən  çıxarılıb  heç  bir  səbəb  göstərilmədən  Molotovla 
əvəz  olunması  da  maraqlı  idi.  Köhnə  kommunist  Litvinov  1930-1939-cu  illərdə 
Xarici  İşlər  Komissarı  işləmişdi.  İşdən  çıxarılması  ilə  bağlı  açıqlama  verməyən 
Moskva isə susurdu. 
Almaniyada  isə  Stalinin  bu  addımını  dialoqa  dəvət  kimi  qəbul  etdilər. 
Çünki,  Litvinov ingilis-fransız  xəttinə  üstünlük  verir, Hitlerdən  müdafiə  olunmaq 
üçün  “Avropada  “kollektiv  təhlükəsizlik”  sistemi”  yaratmağa  çalışırdı.  Bundan 
əlavə,  Litvinov  həm də  yəhudi idi.  Yəni,  Hitler üçün qəbuledilməz  idi.  Stalin isə 
gələcək  rəfiqlərini  “ən  yaxşı  hisslərini”  təhqir  etmək  istəmirdi:  rus  mənşəli 
Molotov isə dövlətdə ikinci şəxs sayılır və onun imzası daha nüfuzlu idi. 
Eyni zamanda, Moskva ilə danışıqların əsasını Ribbentrop qoymuşdu. Hələ 
1938-ci ilin aprelində Hitlerə göndərdiyi məruzəsində bildirirdi ki, Sovet İttifaqının 
özünü böyük dövlətlərin tərəfindən istifadə etmək lazımdır. SSRİ hazırda “qəhvəyi 
Reyx”lə  müharibə  aparmaq  iqtidarında  deyildir.  Əgər  Almaniya-İtaliya-Yaponiya 
əməkdaşlığına SSRİ də qoşularsa, onda Almaniyanın qələbəsi təmin olunacaqdır. 
Ribbentropun  ideyasındakı  yenilik  belə  yekunlaşırdı:  “Demokratik 
dövlətlərlə  total  dövlətlər  arasındakı  uçurum  daima  böyüyəcək,  odur  ki,  totalitar 
dövlətlər ümumi  məqsədlərə  nail olmaq  üçün güclü  koalisiyada  birləşməlidirlər”. 
(372, s.447) 
1922-ci  ilin  mayında  İtaliya  ilə  Almaniya  arasında  səsli-küylü  təcavüzkar 
“Polad  akt”  imzalanmışdı.  İtaliyanın  Xarici  İşlər  naziri  Çiano  bu  müqavilədən 
sonra  gündəliyində  yazmışdı:  “Mən  heç  bir  zaman  belə  sənəd  görməmişəm.  Bu 
müqavilə əsl dinamitdir”. (372, s.448) 
Tarixçilər belə hesab edirlər ki, məhz bu hadisədən sonra Hitler də SSRİ ilə 
müqavilə razılığını formalaşdırmağı qərara aldı. 
Qeyd  edək  ki,  müqavilə  bağlanan  ərəfədə  Sovet  İttifaqının  vəziyyəti  çox 
mürəkkəb idi.  Qərbdə  -  faşist  Almaniyası,  Şərqdə  -  Yaponiya  təhlükəsi.  İngiltərə 
və  Fransa  isə  SSRİ  ilə  razılaşmaq  istəmir,  Moskva  danışıqlarına  ikinci  dərəcəli 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə