NəSĠman yaqublu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə32/100
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50222
1   ...   28   29   30   31   32   33   34   35   ...   100

ərazi  müstəqilliyinə  də  hörmətlə  yanaşır.  Digər  tərəfdən,  ingilis  qoşunlarının 
Yunanıstan  ərazisində  möhkəmlənməsi  Almaniyanın  Balkanlardakı  Həyati 
maraqlarını  təhlükədə  qoyur.  Bununla  yanaşı,  Yunanıstana  qarşı  əməliyyatların 
keçirilməsini  reallaşdırmaq  üçün  alman  qoşunları  Bolqarıstanın  ərazisindən 
keçməlidir.  Bu  isə  sovet  maraqlarının  təhlükəsizliyinin  pozulması  kimi 
anlaşılmalıdır.  Bundan  əlavə,  Almaniya  dəniz  sularında  sovet  maraqlarını  nəzərə 
alıb Montre statusuna yenidən baxmağa hazırdır. (330, s.247) 
Qeyd etdiyimiz kimi, İngiltərə və Amerika da sovet-alman münasibətlərinin 
gərginləşməsində  maraqlı  idi.  Hələ  1940-cı  ilin  yayında  Çörçill  demişdi  ki,  heç 
yarım il keçməyəcək ki, Rusiya Almaniyaya qarşı çıxacaq. 
Amerikanın  Sovet  İttifaqı  ilə  yaxınlaşmasından  sonra  isə  Ruzvelt  işarə 
edirdi  ki,  tezliklə  Rusiya  Almaniyaya  qarşı  müharibəyə  başlayacaq.  ABŞ-ın 
məşhur  senatoru,  respublikaçı  Taft  1941-ci  ilin  yayında  “Nyu-York  Tayms” 
qəzetindəki  məqaləsində  yazırdı:  “Ruzveltin  məqsədi  hadisələrin  inkişafını 
müharibəyə yönəltməkdir”. (330, s.252) Ruzveltin məqsədini təsdiqləyən daha bir 
fakt  ABŞ  səfiri  Bullitin  Polşa  səfiri  Potoçskiyə  dediyi  sözlərdir:  “Ruzveltin 
məqsədi  odur  ki,  Almaniya  ilə  Rusiya  arasında  hərbi  toqquşma  olsun  və  bütün 
demokratik ölkələr Almaniyaya hücum edib onu təslim etsinlər”. (330, s.253) 
Göründüyü  kimi,  digər  böyük  dövlətlər  də  Almaniya  ilə  Rusiya  arasında 
müharibə təhlükəsini reallaşdırırlar. 
Bundan  əlavə,  Sovet  İttifaqı  hərbi  gücünü  artırmaqda  davam  edirdi.  Əgər 
Polşaya  hücum  ərəfəsində  Sovet  dövlətinin  motorlaşdırılmış  və  tank 
birləşmələrinin  sayı  65  idisə,  artıq  1941ci  il  müharibəsi  ərəfəsində  onların  sayı 
158-ə  çatdırılmışdı.  1941-ci  ilin  mayında  Stalin  Kremldəki  çıxışlarının  birində  
bildirmişdir ki, artıq indi Sovet İttifaqının gələcək məqsədi yalnız silah gücünə əldə 
oluna bilər. Qızıl Ordu buna hazırdır. 
V.  Suvorov  yazırdı  ki,  artıq  1939-cu  ilin  19  avqustundan  SSRİ-də  “gizli 
səfərbərlik” başlamışdı və bu iş 1941-ci ilin iyulun 6-da SSRİ-nin Almaniyaya və 
Rumıniyaya hücumu ilə nəticələnməli idi. (Qeyd edək ki, bəzi tədqiqatçılar Sovet 
qoşunlarının Almaniya üzərinə 1942-ci ildə hücum edəcəyini əsaslandırırlar). 
Gizli  səfərbərlik  hücumla  yekunlaşmalı  və  “M”  günü  elan  edilməli  idi. 
Lakin,  Hitlerin  gizli  səfərbərlikdən  xəbəri  vardı  və  o,  Stalini  iki  həftə  qabaqladı. 
Odur ki, SSRİ-də “M” günü elan edilmədi. (334, s.171) 
Vəziyyətdən  çıxış  yolunu  Hitler  Sovet  İttifaqına  hücum  etməkdə  görürdü. 
Onun Sovet İttifaqına hücumunun bir səbəbi də özünü Stalinin qəfil hücumundan 
və  Qərbin,  eləcə  də  Şərqin  təzyiqindən  qorumaq  idi.  Hitler  üç  böyük  dövlətin  – 
İngiltərə,  Amerika  və  SSRİ-nin  birgə  hücumunda  Almaniyanın  məğlubiyyətini 
görürdü. Odur ki, qəfil olaraq Sovet İttifaqına hücum etməyə (330, s.245) üstünlük 
verdi. 
Qeyd  edək  ki,  Hitlerin  ətrafında  olan  Birinci  Dünya  hərbini  uzun  müddət 
Şərq cəbhəsində keçirən feldmarşal fon Rundştedt və Almaniya Quru Qoşunlarının 


Baş  Komandanı  feldmarşal  fon  Brauxiç  və  Baş  qərargah  rəisi  general  Qalder 
Hitleri  Sovet  İttifaqı  ilə  müharibədən  çəkindirməyə  çalışırdılar.  Uzun  illər 
Rusiyada  yaşamış,  bu  ölkəni  və  Stalini  yaxşı  tanıyan  general  Göstrinq  də  Hitlerə 
ehtiyatlı olmağı məsləhət edirdi. Lakin Hitler öz fikrində qəti idi. 
 
V BÖLÜM 
 
ALMAN-SOVET MÜHARĠBƏSĠNĠN BAġLANMASI. STALĠNĠN 
SƏHVLƏRĠ. AZƏRBAYCANLILARIN ORDU HĠSSƏLƏRĠNDƏ 
ĠNCĠDĠLMƏSĠ. SOVET ƏSGƏRLƏRĠNĠN KÜTLƏVĠ OLARAQ 
ALMANĠYA TƏRƏFĠNƏ KEÇMƏSĠ 
 
1941-ci ilin iyunun 22-də Brestdəki sərhəd körpüsündən Sovet İttifaqından 
Almaniyaya  taxıl  aparan  qatar  keçdikdən  bir  neçə  dəqiqə  sonra  saat  3.30-da 
Almaniya qoşunları SSRİ üzərinə hücuma keçdi. 
Stalinin hücumdan xəbərinin olmadığı doğru deyildi. Qeyd etdiyimiz kimi, 
əvvəla  Stalin  özü  Almaniya  üzərinə  hücuma  hazırlaşırdı,  sadəcə  Hitler  onu 
qabaqladı. V. Suvorov “Buzqıran” kitabında bunu faktlarla sübut edirdi. Gizli hərbi 
səfərbərliyi  artıq  iki  ilə  yaxın  idi  həyata  keçirən  Stalin  müharibəyə  ciddi  olaraq 
hazırlaşırdı. 
Müharibənin  başlanğıcında  və  ona  qədərki  dövrdə  Stalinin  yol  verdiyi 
səhvlər,  şübhəsiz  ki,  sovet  xalqına  ağır  itkilərlə  başa  gəldi.  Həmin  səhvləri  qərb 
tədqiqatçıları ilə yanaşı sovet mənbələri də sonradan təsdiqlədi. 
Sov.İKP tarixində bu nöqsanlar belə açıqlanırdı: “Alman qoşunlarının sovet 
sərhədləri  yaxınlığına  toplandığı  və  Almaniyanın  SSRİ  üzərinə  basqın  etməyə 
hazırlaşdığı  haqqında  səhih  məlumat  var  idi.  Lakin  qərb  hərbi  dairələrinin 
qoşunları  döyüşə  tam  hazır  vəziyyətə  gətirilməmişdi.  Stalin  alman  faşistlərinin 
basqın  etməsi  üçün  onların  əlinə  bəhanə  verməkdən  ehtiyat  edirdi,  toqquşmanı 
diplomatik  danışıq  yolu  ilə  ləngidib  təxirə  salmaq  ümidində  idi.  Faşist 
təcavüzkarlarının  ilk  zərbələrini  dəf  etməyə  Qızıl  Ordunun  hazırlaşdırılmasında 
buraxılan səhvlər üçün müəyyən dərəcədə Xalq Müdafiə Komitəsi Komissarlığının 
və  Baş  Ştabın  rəhbərləri  –  S.K.  Timoşenko  və  G.K.  Jukov  da  məsuliyyət 
daşıyırlar”. (187, s.531) 
Oktyabr  Sosialist  inqilabının  50  illiyi  münasibəti  ilə  Sov.İKP  MK-nın 
tezislərində  nöqsanlara  belə  toxunulurdu:  “Hitler  Almaniyasının  bizə  nə  vaxt 
basqın  edə  biləcəyinin  müəyyən  edilməsində  yol  verilən  səhvlər  və  bununla 
əlaqədar  olaraq  ilk  zərbələrin  dəf  edilməsinə  hazırlıq  işindəki  nöqsanlar  da  rol 
oynamışdı”. (87, s.20-21) 
Marşal  Q.K.  Jukov  xatirələrində  yazırdı  ki,  müxtəlif  mənbələrdən 
almanların  hücum  edəcəyi  haqqında  Stalinə  məlumatlar  çatdırılırdı.  SSRİ-nin 
Almaniyadakı  səfiri  Dekanazovdan,  Yaponiyadakı  alman  səfirliyində  çalışan 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə