Nəsr əsərləri



Yüklə 2,65 Mb.
Pdf görüntüsü
səhifə28/52
tarix31.12.2021
ölçüsü2,65 Mb.
#82321
1   ...   24   25   26   27   28   29   30   31   ...   52
eli-kerim-2

 (Adil şüşəni götürüb  stəkana araq 

tökərək  İxtiyara  tərəf  uzadır).

  Mənim  üçün  bəsdir.  Mən  bəlkə 




                                                                                      

Seçilmiş əsərləri 

 

 

107



də  bu  ‘ünün  normasını  bir  il  bundan  qabaq  içmişəm.  İndi 

içdiyim də artıqdır.



 (Adil içir).

 Deyəsən içənə oxşamırsınız? 

Adil—Mən  içəndə  də,  işləyəndə  də  beləyəm.  Axıracan, 

doyunca,  məhv  olunca!  İçməyəndə  isə  aylarla  içmirəm



  (hiss 

olunur  ki,  bir  az  sərxoşdur).

  Təyyarə  uçmamış  olsaydı  minib 

Moskvaya  gedərdik,  orda  şam  edib,  səhər  tezdən  də  olardıq 

burda. Rəfiqəyə deyərdik, o da inanmazdı.



 (Birdən əlini alnına 

aparır.  Öz-özünə).

  Kimə?  Rəfiqəyə  niyə?  Hə.



  (Pauza).

  Hava-


mız dəyişərdi. 

İxtiyar


  (Diqqətlə  Adilə  baxır)

—Sən  kosmik  kateqoriya-

larla düşünürsən. Sən bizim şəraitdə yaşaya bilməzsən. 

Adil—Gərək  indi  məsafə  problemi  olmasın.  O,  gərək 

sürətdə əriyib yoxa çıxsın. 

İxtiyar


 (hiss olunur ki, nəsə yadına düşdüyü üçün hirslən-

mişdir).

—Bəs  niyə  sən  deyən  kimi  olmur,  Hə?  Ona  görə  ki, 

əsassız  danışırsan.  Sözün  əsası  olmalıdır.  Sözün  heykəli  ol-

duğu,  kimi  postamenti  də  olmalıdır.  Söz  başıaşağı  asıla-asıla 

qalmışdır.

 (Adilə baxır.  Əlini qapıya uzadır).

 Qapının  yeri  ya-

dınızdan çıxmamışdır ki? 

Adil—Səbr edin. Yadıma salaram. 

İ x t i  y a r—İndi,  indi. (Adil qalxıb  yavaş-yavaş 

qapıya 

sarı  addımlayır.  İxtiyarın  hirsi  birdən-birə  soyuyur.  Amma 

səsindəki  ona  məxsus  sərtlik  yox

 

olmur).

  Oturun,  görək. 

İşləmək  istəyirdim.  Amma  hiss  etdim  ki,  indi  bir  şey  çıxmaz.



 

(Yenə  sərt).

  Üzr  istəyirəm.  Sizə  qışqırmağım  nə  yerinə  düşdü, 

nə vaxtına.

 

A d i l—Məndən niyə üzr istəyirsiniz? 

İ x t i y ar—Bəs kimdən istəməliyəm? 

Adil—Başqalarından!  Bəli.  Siz  elə  bilirsiniz  ki,  burada, 

həm də indi qışqırırsınız. 

İ x t i y ar—Bəs necə? 

Adil—Siz  keçmişdə,  özü  də  tamamilə  başqa  yerdə  acıq-

landınız. Özü də mənə yox, başqalarına. Bu qəzəbin ünvanı ta-




                                                                                      

Seçilmiş əsərləri 

 

 

108



mamilə  başqadır.  Mən  bu  qəzəbi  ancaq  dilləndirdim.  Odur  ki. 

məndən  üzr  istəməyin,  Siz  başqalarına  hiddətlənmisiniz.  Yox-

sa, bu tezliklə, belə şəraitdə mənə qarşı bu qədər nifrətiniz ya-

rana bilməzdi. Mən qətiyyən incimirəm. 

İxtiyar

  (heyrətlə xeyli Adilə baxır. Adi qaydasında, sərt).

 

—İçməliyik



 (İxtiyar tavana baxır) 

İkarın sağlığına



 (içirlər. Fə-

ridə gəlir). 

Fəridə—İxtiyardan  nə əcəb, qonağı  indiyə qədər  qovma-

yıb? Məncə qatarın vaxtına saat yarım qalıb. Durun gedək, Şa-

hini ötürək. Ondan da əvvəl sizi məclisə dəvət eləyirlər. İxtiyar, 

mənim  xatirimə  etirazın  olmayacaq.

  (İxtiyar  başı  ilə  razılıq 

işarəsi verir).

 

Fəridə—Görəsən  gün  haradan  doğub  ki,  İxtiyar  məclisə 



getməyə razıdır.


Yüklə 2,65 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə