Nəsr əsərləri



Yüklə 2,65 Mb.
Pdf görüntüsü
səhifə36/52
tarix31.12.2021
ölçüsü2,65 Mb.
#82321
1   ...   32   33   34   35   36   37   38   39   ...   52
eli-kerim-2

 (Lələyə)

—Demək bu gün sənin kim olduğun aydın 

olaçaq. 

Lələ—Əyə, beşcə dəqiqə də adam ol, əyə



 (yumşaq) 

doğ-


rudan,

 (hirsli)

 Qubad,  mən  necə eləyim ki, o  şeytan qəfəsində 

yaxşı bir adam olum? Baba müəllim 

tərs-tərs onlara baxa-baxa 

keçir.  Arxadan

  «Baba  müəllim  salam  deyir»!



  (Baba  müəllim 

çavab vermədən gedir).

 

Lələ



 (Qubada)

—Hə, necə eləyim. 

Qubad—Bəli. Axşam yenə bu barədə oxuyurdum. Qəribə 

bir fikrə ilişdim. 

Lələ—Hə... hə... 

Qubad—Yazırlar ki, əgər sən özünü başqa adamın yerinə 

qoysan da, bilinər. 

Lələ—Əlac?! 

Qubad—Gərək tez-tez dəyişəsən ki, səni tuta  bilməsinlər. 

Lələ—Necə yəni hər dəqiqə bir köpək oğlu olum... 

Oğlanşah—Əə, Lələ, ömrün boyu dəyişə-dəyişə  yaşama-

mısan? Nə çətin iş imiş... 

Lələ—Mən ölüm,  heç olmasa üçcə dəqiqə adam ol. (

Qu-

bada),

 söylə görək. 




                                                                                      

Seçilmiş əsərləri 

 

 

124



Qubad—Gərək beynini əsaslı surətdə dəyişəsən. 

Lələ—Nə yolla? 

Qubad—Gördün  də,  Baba  müəllim  gedəndə.  O,

 

tələbə-



lərini  yuxuda  elmləndirmək  üçün  gedir.  Yaddaşını  təmir 

eləmək üçün gedir. Sən bu gün siviş gəl laboratoriyada üç-dörd 

gün  yat.  Mən  sənin  beynini  elmlə  doldurum.  Kitab  oxuyum, 

hamısı  cərəyan  vasitəsilə  dolsun  başına.  Bir  səhər  ayıl  gör  ki, 

alimsən. Hətta xarici dil də bilirsən. 

Lələ—(


sevinir)

—Sən öl, alimsən. 

Oğlanşah

  (İçib  əlini  bığına  çəkir).—

Əyə,  ağıllı  adam  da 

alim olar? Onların maaşı nədir, ə? Belləri əyri, sir-sifətləri sarı, 

ömürləri də az. Bir kişi məclisində hörməti yox dərəçəsində. 

Lələ—Sən  öl,  Oğlanşah,  yaxşı  yadıma  saldın!  Yoxsa  ra-

zılaşmışdım.  (



Qubada

).  Yox,  qardaş,  mənim  bir  çətən  arvad-

uşağım var. 

Qubad—Yaxşı, elə belə qalın, mən getdim. 



(Gedir. Lələ-

nin oxşarı gəlir)

 

Lələ—Gəl,  canım,  gözüm.  Sənə  bir  balaca  əziyyət  verə-



cəyəm. 

Lələnin oxşarı—Nə əziyyət? Onsuz da gələsi idim. 

Lələ

  (təəccüblü)  – 

Niyə,  ay  canım?  Qorxmursan?  Mala-

des.  İşimizi  qurtaraq  gedək  bizə

  (gülür).

  Mənim  əsas  həm-

sifətim, arvad da bizə... hə, arvad hörmət və izzətlə bir zəfəranlı 

plov... Yox! Əşi arvad «İnturist»dən yaxşı olmayacaq ki. 

İşıq sönür, laboratoriya işıqlanır. İxtiyar və Adil üz-üzə 

oturmuşlar. 

Adil—Bu gün dünyanı düzəldə bilmisiniz? 

İxtiyar—Ancaq yarısını, yüz əlli çatışmır. 

Adil—Qoymarıq dünyanın yarısı əyri qalsın. 

İxtiyar


 (göyə baxır)

—İkar indi xeyli yol gəlmiş olar. De-

mək, sən bu gün  həqiqəti,  mücərrəd  məhdudluqdan çıxarırsan. 

Boşluğu predmetləşdirirsən. 




                                                                                      

Seçilmiş əsərləri 

 

 

125



Adil—Qismət olsa.

 (Pauza.)

 Siz yox idiniz, səhərdən Si-

zin yanınıza azı on-on beş adam gəlib. Mənə elə gəlir ki, Sizin 

vəzifənizin adını alıblar, özünü isə almağa gücləri çatmayıb. 

İxtiyar—Xahiş  edirəm,  bunu  başqa  yerdə  danışmayasan. 

Mən  rahat  işləmək  istəyirəm,  uşaqlarım  isə  rahat  yaşamaq. 

Mən  duyuram  ki,  tənhalığı  səninlə  əvəz  etmək  olar.  Bu  gün 

həm  bizim  institutda, həm də  şəhərdə  sənin  simvolik təcrübən 

qarşısında kimi olduğu, kimi ola biləcəyi, kimə çevrilə biləcəyi 

haqqında fikirləşirlər. Mən isə özümə çevrilmək haqqında fikir-

ləşirəm. Bu isə mümkün deyil. Mən gizlin yazdığım doktorluq 

işimi  qurtarmalıyam.  Bunun  üçün  əyyaş  olmalıyam,  çünki  bu 

adı  mənə  veriblər  və  mən  də  onların  fikrini  doğrultmalıyam. 

Əvvəlcə gördüm ki, mən içməyəndə də «içir» deyirlər. Odur ki, 

içdim.  Bu  xoşlarına  gəldi,  sonra  gördüm  ki,  mən  içdikcə  geri 

qalıram, odur ki, məxfi ayıqlığa keçdim. Mən onları içkinin iyi 

ilə  aldadıram.  Onlar  da  məni  sərxoş,  başıqarışıq,  zərərsiz  və 

məzəli  bir  adam  kimi  tanıyırlar.  Şahin  bu  gün  bilsə  ki,  mən 

ayığam, haray qaldırar ki, içir. Odur ki, mən də


Yüklə 2,65 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə