Nəsr əsərləri



Yüklə 2,65 Mb.
Pdf görüntüsü
səhifə33/52
tarix31.12.2021
ölçüsü2,65 Mb.
#82321
1   ...   29   30   31   32   33   34   35   36   ...   52
eli-kerim-2

sevinclə)

—Ə, köməkçi belə olar ey... 

Qubad—Gördünüz  təmiz  adam  olmağı,  yəni  onun  kimi 

fikirləşməyi  bacarmırsınız, dönüb olun düşmənlərimizdən  biri. 

Onda aparata düşmənin beyni düşür, yıxılır evi. 

Lələ—Sən öl, Qubad, istəsəydin alim olardın. 

Ağa—Fikri yaman itidir. 

Oğlanşah—Özüm  ölüm.  Bunun  ağlı  dolu  bir  sklada  də-

yər. 

Qubad—Amma Lələnin işi bir az tuldur. 



Lələ

 (tez)—

Niyə, əə? 

Qubad—Çünki sən institutda işləyirsən, aparatın qabağın-

da  olacaqsan.  Daha  durub  orda  fikirləşə  bilməzsən  ki,  tamam 

başqa adamsan. Gərək ad çəkməyəsən. Çünki səni görür axı... 

Lələ


  (yazıq-yazıq  ağlamsınaraq)

—Əə,  mən  təmiz  ada-

mam.

 

Qubad —Onda lap yaxşı. Aparat qoyulmuş otağa girəndə 

özün kimi gir. 

Lələ


 (bədbin)

—Bəs sən neyləyəcəksən? 

Qubad—Mən elə özüm kimi qalacağam. 

Lələ


 (qorxu içində)

—Qorxmursan? 

Qubad —Qorxuram, nə fayda. 

Lələ—Ürək var səndə. 

Qubad—Yaxşı, mən gedim. Lap acmışam. 

Lələ —Qubadcan, o müəllim «yuxuda dərs» deyirdi ha o 

nə olan şeydir? 

Oğlanşah. —Adam gərək yuxuda da kişi olsun. 

Qubad

  (birdən  yadına  nə  isə  düşübmuş  kimi)— 

Bıyy, 


yaxşı  yadıma  düşdü.  Demək,  Adil  insan  yatanda  onun  fikrini 

daha yaxşı oxuyur. Axı insan yatanda heç öz beynindən xəbəri 

olmur. Adil aparatı gecə  yarısı qurur, qəbuledici  kimi  başlayır 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

118



şəhəri yoxlamağa. Kimin

 (Lələyə)

 sən demişkən bir solaxay işi 

varsa  o  dəqiqə  yazılır  lentə

  (Lələgil  heyrətlə  bir-birinə  baxır-

lar).

 

Lələ—Durduğun  yerdə  işə  düşəsən,  buna  deyiblər  ey. 



Fikirləşmə!  Yatma!  Belə  də  gün,  rüzgar  olar?  Özü  də  yatma 

ey... Allah səni düzlüyə düçar eləsin, maaşa möhtac, belə alim! 

Yaxşı, necə eyləyəsən ki, keçmişini yadına salmayasan. Yaxşı, 

Qubad, o bir söz deyirdin ki, dönüb başqa adam olmaq lazım-

dır.  hə,  sən öl,  indi  yadıma düşdü ki, elə  mən  başqa adamam-

mış. 


Qubad gedir. 

Lələ


  (Oğlanşaha)

—Mənim  yanıma  işə  girmək  üçün  bir 

adam gəlmişdi. Elə bil iki təmiz spirt damcısı idik, işə götürmə-

dim ki, iki qoçun başı bir qazanda qaynamaz. Mənim işim dü-

zəldi.  Göndərəcəyəm  yerimə  sınaq  vaxtı.  Uşaq  kimi  təmiz 

adamdır. 

Oğlanşah—Elə buna görə də işə götürmədin? 

Lələ—Yox  ey,  bir  az  dilbilməzdir.  Harda  olsa  gərək  ta-

pam. Sən də özünə bir Oğlanşah tap. 

Oğlanşah—Kişinin bir sifəti, bir üzü olar, ə. 

Lələ—Necə yəni, mənim... 

Oğlanşah—Bəs  necə?  Sifətinin  birini  itirib,  o  birini  də 

tapa bilmirsən? Lələ! 

Lələ


 (yazıq-yazıq)—

hay can...



 

Oğlanşah—Kişi ol! 

Lələ

  (fikirli)

—Əlbəttə  vacibdir.  Bilirsən,  nə  əla  məsələ-

dir. Bir çətin iş olanda sən özün otur evdə. Oxşarını göndər get-

sin. 


Oğlanşah—Demək  təzə  alimin  aparatı  qarşısına  o  bəd-

bəxti göndərmək istəyirsən. 

Lələ—Bədbəxt niyə olur, əə, təmiz adamdır

 (telefon dəs-

təyini  götürür,  nömrələri  yığır).

  Canım,  gözüm,  durma  gəl.  İş 

düzəlib. 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

119



Telefonda səs—Mən çoxdan işləyirəm. 

Lələ—Əşi, mən dediyimin maaşı gurdur, ey. 

Telefonda  səs—İki  baş  külfətim  var,  nəyimə  gərək, 

özümü dolaşdırım. 

L əl ə—Əə, dur gəl, başqa işim var. 

Telefanda səs—Yaxşı



 (Lələnin evi,

 ox


şarı gəlir).

 

Lələnin oxşarı—Salam. 



Lələ—Əə, salam ey. Üzümüz bir, qəlbimiz- əməlimiz bir. 

Xasiyyətlərin necədir? Deyəsən sən də içənsən. 

Lələnin oxşarı—Qəti. 

Lələ—Mən də. Ən çox yediyin xörək nədir? 

Lələnin oxşarı—Kartof. 

Lələ—Gözəl  şeydir.  Bundan  sonra  necə  ki,  biz  özümüz 

iki  yerə  bəlünmüş  kartof  kimiyik.  Pulumuzu,  malımızı  da  elə 

böləcəyik. 

Lələnin oxşarı—Sizə zərər olar. 

Lələ—Əəə, elə biz ikimiz bir şeyik də. Mən ölüm, sabah 

bizə gəl. 

Lələnin oxşarı—Nə deyim, gələrəm. İndi gedim, tələsirəm. 

Lələ

 (Oğlanşaha təəccüblə)

—Əə, adam da başqasını özü 

kimi sevərmiş.

 (Pəncərədən çölə boylanır). 

Ürəyim lap yağışın 

altında qalıb. 

Oğlanşah—Qorxuram qrip ola. 

 


Yüklə 2,65 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə