Nəsr əsərləri



Yüklə 2,65 Mb.
Pdf görüntüsü
səhifə23/151
tarix01.07.2018
ölçüsü2,65 Mb.
#52557
1   ...   19   20   21   22   23   24   25   26   ...   151

                                                                                      

Seçilmiş əsərləri 

 

 

73



 

Müdirimiz mənə yaltaq deyəndə yadıma şillə düşdü. Sağ 

əlimin barmağının һamısı olmasa da, bir-ikisi açıldı. Necə yəni 

mən, yaltaq? Bunlar meһribanlıqla yaltaqlığı niyə qarışdırırlar? 

Gərək bu  iki  sözün ancaq  biri  yaranaydı.  Əlbəttə,  meһribanlıq 

o birisindən abırlı sözdür... Nə isə... Yaxşı, mən niyə yaltağam? 

Ona  görə  ki,  müdirə  də,  müavinə  də  eyni  təbəssümlə  baxmı-

şam? Onda gərək bütün övladlar ata-analarını yaltaqlıq üstündə 

təqsirləndirəydilər.  Mən  yaltaq  ey?  Dəyərəm  üzümdəki  təbəs-

sümün  dalından,  onda  baxarlar.  (Əclaflar!)  Hə,  onda  da  deyə-

cəklər ki, ədabazdır. Qoy  desinlər.  Bir  yaltaq  sifətilə evə tərəf 

addımladım.  Arvad  qabağıma  bozbaş  qoydu.  İştaһım  kifayət 

qədər  idi.  Birinci  dəfə  başa  düşdüm  ki,  mən  çox  iradəli  ada-

mam. Çünki o sözü lap pəһləvana da desəydin, iştaһı  bərri-bi-

yaban olardı. 

İki yüz araq, iki yüz çay vurub çarpayıya yayıldım. Yenə 

yadıma şillə düşdü. Əllərimi gözümün qabağına tutdum. Qəri-

bə bir kəşf elədim. Şilləni “Sillə” yazırlar ki, bu da məqbul de-

yil. Çünki şillə deyəndə, şappıltı eşidilir, ləzzət verir, sillədə isə 

«sss»... 

Şillə...  Şillə  nədir?  Şillə  beş  ədəd  barmaqdan,  bir  ədəd 

ovucdan ibarətdir. Diqqətlə sağ əlimə baxdım: budur şillə! Bir-

cə düşmən özü çatışmır. 

Necə,  yəni,  əə,  mənim  kimi  mehriban  adama  yaltaq  de-

sinlər?  Səһər əclaf da  açılır  ki...?! 

Əclaf,  axır  ki,  açıldı.  Əl-üzümü  yuyanda  müdiri  һansı 

əlimlə  vuracağım  barədə  fikirləşdim.  Solaxay  olmağım  məni 

vadar etdi ki, sağla  vurum. Sağ  əlimi—yəni  şilləni daһa  yaxşı 

yudum,  yaxşı  da  sildim.  Fikirləşdim  ki,  indi  müdir  də  üzünü 

yuyur.  Mənim  bu  şilləm  üçün  orada  yer  təmizləyir.  Yeyib-iç-

dim. Geyinib üstdən, altdan qıfıllandım. Şilləyə bir az «Krasnı 

Moskva»  tökdüm  ki,  qoy  müdir  məni  qanacaqsız  və  natəmiz 

bilməsin, bütün günü üzündən şillənin ətri  getməsin. 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

74



Qapıdan  çıxanda  bizim  balaca  qabağımı  kəsdi:  gələndə 

konfet gətir. Nə üçünsə, һirsləndim; şillənin beşdə biriylə onun 

üzünə bir dənə çəkib evdən azad oldum. 

Hər  gün  trolleybusla  gedirdim.  Bu  gün  taksiyə  mindim. 

Düşəndə  şoferə  şillənin  beşdə  iki  һissəsi  ilə  bir  təzə  manatlıq 

uzatdım, aldı, «sağ ol» da demədi. İstədim ki, yanımdakı  һazır 

ətirli şilləni çəkəm bunun һəyasız üzünə, tez fikirimi dəyişdim, 

öz-özümə  dedim  ki,  başqasının  əmanətini  niyə  korlayırsan. 

Apar, necə var özünə çatdır. Şoferə gülümsəyib, onun mənə de-

yəcəyi «sağ ol»u ona deyib avtokalona girdim. 

Müdirin kabinetinə çatanda һiss elədim ki, һəmişəki kimi 

gülümsəyirəm.  Necə  yəni,  gülümsəyə-gülümsəyə  şillə  vurmaq 

olar?  Güzgünün  qabağına  gəldim.  Gördüm,  sən  ölmə,  o  ölsün 

һəmişəkindən  də  yaxşı  gulümsəyirəm.  Düşmənlərimi  yadıma 

saldım. Sifətim dəyişdi. Dostlarım yadıma düşənə qədər özümü 

müdirin  yanına  yetirməyi  qərara  aldım.  Fikirləşirdim  ki,  «kaş 

məni һirsli qarşılayaydı ki, mən bir az da һirslənə biləydim». 

—Hə,— deyə — o  güldü  — deyəsən  bir  nəticə çıxarmı-

san. — Şilləni cibimdən çıxardım. Yenə güldü! 

—Nəticə çıxarmasaydım belə sərt olmazdım,— Şilləni bu 

həyasızın üzünə tərəf qolayladım. Amma şoğərib aşağıdan get-

di. Bir də gördüm ki, müdirlə əl-ələ tutmuşuq. Fərasətsiz şilləni 

qaytarıb yanıma qoydum. Evə apardım. Bir də gördüm ki, çar-

payıda  uzanmışam.  Şilləni  də  qaytarıb  gətirmişəm.  Yuyub,  si-

lib, duxulayıb  һazırladığım  şillə  sağ  yanağımdaydı. Şillə əlimi 

titrədirdi. Çünki sərf olunmalı bir sifət axtarırdı. Durub güzgü-

nün  qabağına  keçdim.  Üzümə  baxıb  şilləni  var  gücümlə  sifə-

timə çəkdim. 

—Neyləyirsən, — deyə arvad һövlnak içəri girdi. Tez bir 

odekolon açdım. — Heç, üzümə ətir vururam. 

 

 

ƏSL REDAKTOR 




                                                                                      

Seçilmiş əsərləri 

 

 

75



 

Redaktor şirin xəyalda idi. Qapı döyüldü. 

—Buyurun,  buyurun!  —  redaktor  xəyalın  içindən  dil-

ləndi. 


Şıq  geyimli  cavan  oğlan  içəri  girdi.  Amma  redaktor  xə-

yaldan  ayrılmadı.  Oğlan  һəm  otağa,  həm  də  redaktorun  xəya-

lına daxil oldu. 

—Əyləşin! Əyləşin! 

Oğlan redaktorun xəyalındakı dumana bürünmüş stulların  

birində oturdu.  

—Adınız?  

—Adım Raufdur.  

Redaktorun oğlunun adı da Rauf idi.  

—Gözəl addır. Nə gətirmisiniz?  

—Şeir. 

—Çox gözəl. — Redaktor oğlunun imla dəftərini xatırla-



dı. Nə yaxşı xəttdir. Əla düşür. Adı nədir? 

—Yaşıl bağlar. 

—Bəһ-bəһ—redaktor  gözünü  xəyalən  düz  Bilgəһdə  tə-

zəcə aldığı yaşıl bağa zillədi.  

—Profilimizə uyğundur. Oxuyun. Oğlan birinci sətri oxu-

yanda  təzəcə  qalxmış  külək  redaksiyanın  һəyətindəki  gül-çi-

çəyin ətrini gətirdi. 

—Çox yaxşıdır, bağın ətrini verə bilmisiniz. Elə bil bu an 

Şərq klassiklərini dinləyirəm. 

Redaktor ətri ciyərinə çəkib oğlanın səliqə ilə geydiyi qa-

ra yapon kostyumuna baxdı. Çoxdandı ki, ali iclaslara gedəndə 

geymək üçün bir müəllifin  vəd etdiyi belə bir  yaxalığı parılda-

yan kostyum gözləyirdi. Oğlan oxuyurdu. 

—Hə, səliqəlidir. Parlaqdır. Mübarəkdir... Hə... Hə... par-

laq misralardır. 



Yüklə 2,65 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə