Nəsrin SÜleymanli



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə80/100
tarix11.09.2018
ölçüsü2,28 Mb.
#67898
1   ...   76   77   78   79   80   81   82   83   ...   100

 
212
 
landı,  erməni  informasiya  məkanı  Azərbaycana  qarşı  əsassız  fikirlərlə,  
obyektivliyi açıq şübhə doğuran insanların birtərəfli mülahizələri ilə dol-
duruldu. Bu materialların qruplaşdırılması, təsnif edilməsi, tutuşdurulma-
sı, saxtalığının əsaslandırılması böyük bir araşdırma aparılmasını tələb edir. 
Məsələnin  sessiyanın  gündəliyindən  çıxarılması  2010-cu  il  sentyabr 
ayına  planlaşdırılmışdı.  Azərbaycan  tərəfinin  xahişi  ilə  məsələ  əvvəlcə 
2010-cu  ilin  dekabrına  təxirə  salındı,  sonra  usə  gündəlikdən  qeyri-
müəyyən  vaxta  qədər  çıxarıldı.  Qeyd  etmək  lazımdır  ki,  məsələnin  Baş 
Assambleyanın  gündəliyinə  salınması  ideyası  təkcə  Ermənistanın  deyil, 
Ermənistanın  havadarlarının  da  ciddi  təşvişinə  səbəb  oldu.  2010-cu  ilin 
oktyabrında  ATƏT-in  səhra  qiymətləndirmə  missiyasının  Azərbaycanın 
işğal olunmuş ərazilərinə səfərinin həyata keçirilməsi qərara alındığı və 
bu qiymətləndirmə missiyasına BMT-nin nümayəndələri də daxil olduğu 
üçün Azərbaycan bu səfərin nəticələrini gözləməyi qərara aldı. Buna gö-
rə də məsələnin təxirə salınması barədə qərar qəbul edildi. Yuxarıda söy-
lənildiyi kimi, belə bir səfər həyata keçirildi, onun nəticələri gec də olsa 
açıqlandı və bu nəticələr də erməni informasiya məkanında yeni bir iste-
rikanın baş almasına səbəb oldu. Yəni məsələnin Baş Assambleyada ba-
xılmasının təxirə salınması bununla bağlı idi. Bununla belə aşağıda müx-
təsər şəkildə toxunulan tezislər erməni informasiya məkanının hansı iste-
rikaya  düşdüyünü,  məsələnin  mahiyyətinin  qəlp  informasiya  modelinin 
yaradılması üçün mümkün olan-olmayan çərçivələri necə aşdığını nüma-
yiş etdirir: 
– BMT yanan Qarabağ oduna benzin tökmək istəyir; BMT-nin hərə-
kətləri xəcalətlidir; BMT Baş Assambleyası dövlətlər üçün yalnız tövsiyə 
xarakterli qətnamələr qəbul edə bilər; Öz damı altına bir dəstə islam döv-
lətini  toplamış  BMT  erməni  milli  maraqlarından  imtina  etməni  tövsiyə 
edəcək erməni tərəfi də bu tövsiyələrə diqqətlə qulaq asacaq və sonra da 
onları qətiyyətlə rədd edəcəkdir; BMT Baş Assambleyası adı altında ye-
ni-yeni  sənədləri tez-tələsik  əldə  etməyə  çalışması,  beynəlxalq  hüququn 
və əsas prinsiplərin qiymətləndirilməsində Azərbaycanın problemləri ol-
duğunu nümayiş etdirir; 
– Azərbaycan islam həmrəyliyi amilindən sui-istifadə edir; Azərbay-
canın BMT Baş Assambleyasına sənəd təqdim etməsi destruktiv addımdır; 
– Azərbaycanın BMT-yə təqdim etdiyi qətnamə ya dəyişdirilməli, ya 
da  ləğv  edilməlidir;  Azərbaycan  münaqişənin  nizamlanması  məsələsini 
BMT formatına keçirmək istəyir ki, daha geniş dəstək qazansın; təqdim 


 
213
 
olunan qətnamədə ərazı bütövlüyü prinsipi Azərbaycan mövqeyindən ve-
rilmişdir; 
– BMT Baş Assambleyasında azərbaycanpərəst qətnamə qəbul ediləcək; 
– Azərbaycanın ərazi bütövlüyünün Dağlıq Qarabağa heç bir aidiyyatı 
yoxdur;  Azərbaycan  həmişə  BMT  üzvlüyünə,  beynəlxalq  hüquqa,  BMT 
qətnamələrinə  istinad  edir,  lakin  BMT-nin  nizamnaməsini  təhrif  edir; 
BMT Baş Assambleyasının 14 dekabr 1974-cü il tarixli qətnaməsinə görə, 
bir dövlətin müstəqilliyinin tanınıb-tanınmasından asılı olmayaraq başqa 
bir dövlətə (Dağlıq Qarabağ nəzərdə tutulur) qarşı silahlı qüvvələr istifadə 
etməsi təcavüz kimi qiymətləndirilir (201). 
2010-cu il sentyabr-dekabr ayları arasında erməni kütləvi informasiya 
vasitələri təhlil olunarsa, bu mövzuda saysız-hesabsız dezinformasiyalar 
və erməni yozumları ilə qarşılaşmaq mümkündür. 
Yuxarıdakı tezislərdə xatırlandığı kimi,  müsəlman ölkələrinin təmsil 
olunduğu  İslam Konfransı Təşkilatının Azərbaycanın  ərazi bütövlüyünü 
dəstəkləməsi, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti erməni 
millətçiləri  və  informasiya  ideoloqları  tərəfindən  qəzəblə  qarşılanır  və 
onlar informasiya məkanında İslam Konfransı Təşkilatı haqqında yanlış 
təsəvvürlər yaymağa çalışırlar. Onların fikrincə, Azərbaycanın ərazi bü-
tövlüyünü  dəstəkləyən  qərarların  qəbul  edilməsi,  Xocalı  hadisələri  haq-
qında  müsəlman  ölkələrində  həqiqətlərin  genişlənməsi  erməniliyə  qarşı 
millətçilik və düşmənçilik hisslərinin qızışdırılmasına yol açır. Burada da 
həqiqətlərin  və  Azərbaycan  reallıqlarının  İKT  ölkələri  tərəfindən  qəbul 
olunması daha çox erməni diplomatlarının fəaliyyətinin zəifliyi və bir də 
din təəssübkeşliyi ilə əlaqələndirilirdi (202). 
2010-cu  ildə  daha  iki  nüfuzlu  Avropa  strukturu  Azərbaycanın  ərazi 
bütövlüyünü  dəstəkləyən  qərarlar  qəbul  etdi.  Yəni  erməni  informasiya-
təbliğat maşını bütün dünyaya hay-küy salaraq Dağlıq Qarabağ münaqi-
şəsinin  mahiyyətini  öz  xeyirlərinə  saxtalaşdırmağa  çalışsalar  da  dünya 
birliyi  məsələnin  mahiyyətinə  erməni  baxışlarının  deyil,  daha  obyektiv 
mövqedən yanaşmağa çalışırdı. Dağlıq Qarabağ münaqişəsinə bu obyek-
tiv yanaşma Avropa Parlamenti tərəfindən nümayiş etdirilirdi və 2010-cu 
il may ayının 20-də, Dağlıq Qarabağda saxta parlament seçkilərinə son 
hazırlıq işləri aparıldığı günlərdə, ―Avropa İttifaqının Cənubi Qafqazdakı 
strategiyasının  zəruriliyi‖  adlı  2216  nömrəli  qətnaməni  qəbul  etdi.  Bol-
qarıstanın  parlamentdəki  nümayəndəsi  Yevgeni  Krılov  tərəfindən  hazır-
lanan qətnamədə Cənubi Qafqazdakı etnik münaqişələrin həllinə, Cənubi 
Qafqaz  ölkələri ilə  əməkdaşlığın  ―Şərq tərəfdaşlığı‖ çərçivəsində  geniş-


 
214
 
ləndirilməsinə xüsusi diqqət yetirilirdi. Qətnamə Dağlıq Qarabağ müna-
qişəsinin həllinin sürətləndirilməsini və bu istiqamətdə Azərbaycanın iş-
ğal  olunmuş  ərazilərindən  bütün  silahlı  qüvvələrin  çıxarılmasını  vacib 
sayırdı (203). 
2010-cu il noyabr ayının 20-də isə Lissabonda NATO ölkələri rəhbər-
lərinin  sammitində  qəbul  olunmuş  bəyannamədə  Azərbaycan  Respubli-
kasının ərazi bütövlüyünə dəstək ifadə olunurdu (204). Maraqlısı bu idi 
ki,  Ermənistan  prezidenti  S.Sarkisyan  da  bu  sammitə  dəvət  olunmuşdu. 
Lakin sammitin deklarasiyasında Azərbaycanın ərazi bütövlüyünə dəstək 
bildirilməsi  barəsində  məlumat  alınanda  Ermənistan  prezidenti  sammitə 
yollanmaqdan imtina etdi. 
Bu  iki  qərar  aydındır  ki,  öz  ardınca  erməni  informasiya  təhriflərinin 
güclənməsinə, erməni informasiya-təbliğat maşınının xüsusi fəallaşması-
na  səbəb  oldu.  Son  illərdə  əldə  olunmuş  təcrübədən  burada  da  istifadə 
olundu.  Dezinformasiya, beynəlxalq təşkilatları qeyri-obyektivlikdə  günah-
landırmaq,  ərazi  bütövlüyünə  adları  çəkilən  beynəlxalq  təşkilatlardan 
dəstək verilməsini qınamaq erməni informasiya maşınının aktual mövzu-
larına çevrildi.  
Hazırda Ermənistan izlədiyi işğalçılıq siyasəti və etnik dözümsüzlük 
siyasəti  ilə özünü bütün beynəlxalq təşkilatlara qarşı qoymuşdur. İşğal-
çılıq və millətçilik siyasətinə dəstək tapılması üçün beynəlxalq təşkilatlar 
da çox asanlıqla gözdən salınır, bu təşkilatların sənədləri isə yalnız ermə-
ni maraqlarına cavab verən yozumlarda informasiya məkanına çıxarılır, 
Azərbaycanın  beynəlxalq  miqyasda  tanınan  sərhədlərini  tanıyan  dövlət-
lərin simasında düşmən obrazı yaradılır və s. Bu cəhətlər təkcə Ermənis-
tan  dövlətinin  rəsmi  siyasəti  deyil,  həm  də  erməniliyin  ideologiyasının 
əsasıdır. Erməni informasiya siyasətini müəyyənləşdirən də elə bu ideo-
logiyadır.  İdeologiya təhrifə məruz qaldığı kimi, ona istinad edən erməni 
informasiyası da həmin problemin girdabında qalmışdır. 
 
 
 
 
 


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə