87
Digər erməni müəllifləri də Dağlıq Qarabağda yaradılmış separatçı
qurumu və Azərbaycanın işğal olunmuş ərazilərini Ermənistandan ayrı
təsəvvür etmirlər və Ermənistanın informasiya təhlükəsizliyini Dağlıq
Qarabağ və onun ətrafında işğal olunmuş ərazilərin, habelə Gürcüstanın
Cavak bölgəsinin və dünya erməniliyinin informasiya təhlükəsizliyi kimi
qəbul edirlər. Ona görə də erməni informasiya ideoloqları bu
informasiya
məkanlarının təhlükəsizliyinin qorunması, yəni erməni millətçi-separatçı
ideologiyasının qorunub saxlanması üçün də müvafiq informasiya siya-
sətinin həyata keçirilməsini vacib sayırlar (12).
Erməni müəllifləri qeyd edirlər ki, Dağlıq Qarabağdakı separatçı qu-
rum cəbhənin ön xəttində yerləşməklə bərabər, həm də erməniliyə qarşı
aparılan informasiya müharibəsinin ön xəttində yerləşir. Bu baxımdan
Dağlıq Qarabağdakı erməni separatizmi əks-informasiya axarlarının təsi-
ri ilə daha ciddi şəkildə üzləşirlər. Dağlıq Qarabağ separatizminə qarşı
istiqamətlənmiş informasiya axını eyni zamanda Ermənistana qarşı isti-
qamətlənmiş informasiya axını hesab edilir. Bu informasiya axınının qar-
şısının alınmasının isə əks tərəfə qarşı istiqamətlənmiş informasiya fəa-
liyyəti ilə mümkün olduğu bildirilir. Erməni informasiya ideologiyasına
görə, Qarabağın separatçı qurumunun informasiya təhlükəsizliyinin Ermə-
nistanın informasiya təhlükəsizliyindən ayrılması düzgün deyil və bu iki
subyektin informasiya təhlükəsizliyi bir yerdə təmin olunmalıdır (13).
Erməni araşdırmalarında qabardılan
qənaətlərdən biri də budur ki, er-
məni cəmiyyətinə qarşı istiqamətlənmiş informasiya axınının gücləndiril-
məsində məqsəd erməniliyi gözdən salmaq, qondarma Dağlıq Qarabağ
Respublikasına (?) və Ermənistan Respublikasına qarşı ərazi iddiaları irə-
li sürməkdir. Beynəlxalq auditoriyaya istiqamətlənmiş informasiya axını isə
beynəlxalq aləmdə Ermənistanı və erməniliyi gözdən salmaqdır (14).
Qəribə də olsa, bu mülahizələri bütün qonşularına ərazi iddiaları irəli
sürən, müstəqil Azərbaycan Respublikasının isə 20 faiz ərazisini işğal
edən təcavüzkar dövlətin informasiya ideoloqu irəli sürür. Özü də mülahizələ-
rində qeyri-obyektivliklə kifayətlənməyərək işğal olunmuş ərazilərin geri
qaytarıla biləcəyinin qarşısının alınması üçün informasiya müharibəsinin
gücləndirilməsini qarşıda duran vəzifələrdən biri kimi xarakterizə edir.
Erməni informasiya ideoloqları da Ermənistanın rəsmi şəxsləri kimi
Azərbaycanın işğal olunmuş ərazilərində elan edilmiş Dağlıq Qarabağın
qondarma və separatçı qurumunu öz ―araşdırmalarında‖ Azərbaycan Res-
publikasının statusu ilə eyni səviyyədə tutur və beynəlxalq qurumların
qərarlarında işğal edildiyi kimi tanınan ərazilərin geri qaytarılması cəhd-