Nəzakət səLİmova



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə27/41
tarix16.05.2023
ölçüsü0,93 Mb.
#110640
1   ...   23   24   25   26   27   28   29   30   ...   41
N zak t s L mova

İlham ƏLİYEV, 
Azərbaycan Respublikasının Prezidenti 
 Bakı şəhəri, 18 oktyabr 2016-cı il
“Azəbaycan ”qəzeti, 20 Oktyabr 2016-cı il. 
Göründüyü kimi, qeyd olunan sərəncamda rəsmi-
ədəbi dil üslublarından istifadə edilməklə dolaşıq ifadə-
lərə, ibarəbazlığa yol verilməmiş, heç bir bədii söz və ifa-
dələrdən istifadə olunmamışdır.
Qərar
-Azərbaycan Respublikası Konstitusiyasının 
120-ci maddəsinin I hissəsinə uyğun olaraq, Azərbaycan 
Respublikasının Konstitusiyası və Azərbaycan Respubli-
kası Prezidentinin aktları əsasında və onların icrası məq-
sədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin öz


79 
səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə qəbul etdiyi 
normativ hüquqi aktdır. Qeyd olunan konstitusion norma-
ya əsasən, ümumi qaydalar müəyyən etdikdə Azərbaycan 
Respublikasının Nazirlər Kabineti qərarlar, başqa məsələ-
lər üzrə sərəncamlar qəbul edir. Bu qərar və sərəncamla-
rında başqa qayda nəzərdə tutulmayıbsa, onlar dərc edil-
diyi gündən qüvvəyə minir. Məsələn: Cədvəl 2. 
Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası-
nın Nazirlər Kabinetinin qərarları ilə müvafiq sahələrə aid 
olan və həmin sahələrdə yaranan ictimai münasibətləri 
tənzimləmək üçün hazırlanan əsasnamələr, nizamnamələr, 
qaydalar və norma nəzərdə tutan digər aktlar təsdiq edilir. 
Məsələn, "Azərbaycan Respublikasının ərazisinə gətirilən, 
əlavə dəyər vergisindən azad olunanmalların siyahısı haq-
qında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 
2005-ci il 31 yanvar tarixli 11 nömrəli qərarına əlavələr 
edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabi-
netinin qərarı
11
"Ekoloji təmiz kənd təsərrüfatı haqqında" 
Azərbaycan Respublikasının Qanunu ilə bağlı bəzi norma-
tiv hüquqi aktların təsdiq edilməsi barədə" Azərbaycan 
Respublikası Nazirlər Kabinetinin qərarı
12
«
Normativ hüquqi aktlar haqqında» Azərbaycan 
Respublikasının Konstitusiya Qanununun 20-ci maddəsinə 
uyğun olaraq, mərkəz icra hakimiyyəti orqanları
 
normativ 
hüquqi aktlar qəbul edirlər. Həmin normativ hüquqi aktlar 
Azərbaycan Respublikası Prezidentinin aktları ilə nəzərdə 
tutulmuş hallarda və hədlərdə, yalnız Azərbaycan Respub-
11
Bax: 7 yanvar 2009-cu il, № 4) // Azərbaycan Respublikasının Qanunve-
ricilik Toplusu.- 2009. №1.5;
12
Bax: 8 yanvar 2009-cu il, № 5) // Azərbaycan Respublikasının Qanunve-
ricilik Toplusu.- 2009.- № 1. 6 və s.


80 
likası Prezidentinin aktları ilə onların səlahiyyətlərinə aid 
edilmiş məsələlər üzrə qəbul edilə bilər.
Qanunun tələbinə əsasən, mərkəzi icra hakimiyyəti 
orqanlarının normativ hüquqi aktları qərarlar formasında 
qəbul edilir.Həmin qərarlarla eyni zamanda, mərkəzi icra 
hakimiyyəti orqanları tərəfindən qəbul edilən təlimatlar, 
əsasnamələr, nizamnamələr və qaydalar da təsdiq edilir. 
Bu normativ hüquqi aktlara yönələn başlıca tələblərdən 
biri də ondan ibarətdir ki, normativ hüquqi akt mərkəzi 
icra hakimiyyəti orqanları tərəfindən qəbul olunduqda bu 
normativ hüquqi akt istinad etdiyi Azərbaycan Respub-
likası Prezidentinin aktı göstərilməli və həmin aktın icrası 
məqsədi ilə qəbul olunduğu qeyd edilməlidir. 
Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən qəbul 
edilən təlimatlar, əsasnamələr, nizamnamələr və qaydalar-
da onların qərarları ilə təsdiq edilir.Normativ hüquqi akt 
mərkəzi icra hakimiyyəti orqanları tərəfindən qəbul olun-
duqda bu normativ hüquqi aktın istinad etdiyi Azərbaycan 
Respublikası Prezidentinin aktı göstərilməli və həmin 
aktın icrası məqsədi ilə qəbul olunduğu mütləq qeyd 
edilməlidir.
Aşağıdakılar mərkəzi icra hakimiyyəti orqanları 
tərəfindən qəbul edilən qərarlara aid edilə bilər: 
“Nəqliyyat vasitələri sürücülərinin hazırlanması, 
sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların 
qəbul edilməsi, sürücülük vəsiqələrinin verilməsi, dəyişdi-
rilməsi və qaytarılması qaydaları haqqında” Təlimatın təs-
diq edilməsi barədə Daxili İşlər Nazirliyinin 2012-ciil 04 
avqust tarixli Q16-001-12 saylıQərarı; 
Bəzi hallarda mərkəzi icra hakimiyyəti orqanları bu 
və ya digər məsələnin həlli və tənzimlənməsi məqsədi ilə 


81 
birgə qərarlar qəbul edirlər. Məsələn, Azərbaycan Respub-
likasında məhkəmə - tibbi ekspertizaların təşkili və keçi-
rilməsi haqqında Əsasnamə buna misal ola bilər.Həmin 
qərar Səhiyyə Nazirliyinin prokurorluq və daxili işlər 
orqanları rəhbərlərinin birgə əmri ilə təsdiq olunur.

Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə