ĠnfoġmperġALĠzm və medġA



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə33/58
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#6898
1   ...   29   30   31   32   33   34   35   36   ...   58

104 
 
növüdür.  Yəni  imperatorluqların  heç  də  hamısı  imperialist 
deyildir.  İmperializm  kapitalistləşmə  prosesində  dənizaşırı 
torpaqlar üzərində yayılan Britaniya imperatorluğunun yarat-
dığı  bir  imperatorluq  strategiyasıdır.  Bu  strategiya  sadəcə 
torpaq  qazanmaq  məqsədinə  söykənmir.  İmperialist  strategi-
yada  əsas  məqsəd  bazar  qazanmaqdır.  Məhz  bu  məqsədlə 
sənayeləşmənin  yaratdığı  ictimai  problemlərin  həll  edilməsi 
ilə  imperializmin  bir  imperatorluq  strategiyası  olaraq  inkişaf 
etməsi  arasında  üzvü  bağlılıq  vardır.  İmperialist  bir  impera-
torluq,  dənizaşırı  torpaqları  milli  sənaye  istehsalı  üçün  bir 
bazar  olaraq  yığılmış  kapitalın  axacağı  bir  yatırım  ərazisi 
olaraq  və  ölkədə  artan  və  problem  təşkil  edən  əhalinin  köç 
edə biləcəyi bir torpaq parçası olaraq istifadə etməyi nəzərdə 
tutur. Bütün bunlarla yanaşı, imperialist imperatorluqlar üçün 
sərhədaşırı  torpaqlar  həm  də  strateji  xammal  və  ucuz  işçi 
qüvvəsi mənbəyidir. 
İmperialist  strategiyası  həyata  keçirən  bir  imperatorluq 
gücdən istifadə etməklə qazandığı və əldə saxladığı sərhəda-
şırı torpaqlara  sahib olma  səbəbiylə  bir imperatorluq  mahiy-
yəti  daşımaqla  bərabər,  həm  də  öz  ölkəsində  bir  milli  dövlət 
xüsusiyyətinə  malikdir.  Buna  görə  də,  çoxmillətli  və  qlobal 
imperatorluqlarla  bu  tip  imperatorluqlar  struktur  baxımından 
bir-birilərindən  olduqca  fərqlidirlər.  Çoxmillətli  imperator-
luqlar  kapitalizm  prosesinin  ilkin  mərhələsində  mövcud  olan 
təşkilatlanmalardır.  Ona  görə  də,  imperialist  keyfiyyətinə 
malik olmamışlar. Kapitalizmin inkişafı prosesində milliyyət-
çilik  dalğalarının  təsiri  ilə  varlıqlarını  qoruya  bilməmişlər. 
Başqa  bir  yandan,  təməlində  milli  dövlət  mahiyyəti  daşıyan 
imperialist  imperatorluqlar  siyasi  və  iqtisadi  milliyyətçiliyin 
yayılaraq genişlənməsi ilə inkişaf etmişdir. Bu cür imperator-
luqlar  həmin  imperatorluqların  vətənindən  kənarda  olan  im-


105 
 
peratorluq  ərazilərini  iqtisadi  və  siyasi  baxımdan  istismar 
edərək,  vətəninin  rifahını  və  gücünü  artırmaq  siyasəti  yerit-
miş, eyni zamanda, gücdən istifadə etməklə böyümək siyasəti 
həyata  keçirərkən,  həm  də  sərmayə  əldə  etmək  və  yığılmış 
sərmayəni gəlirli sahələrə yatırtmaq məqsədi güdmüşlər. 
İmperialist  imperatorluqlar  II  Dünya  müharibəsindən 
sonra  sıradan  çıxmağa  başlamışdır.  Həmin  imperatorluqların 
sərhədaşırı məmləkətləri II Dünya müharibəsindən sonrakı il-
lərdən başlayaraq, 1960-cı illərin sonlarına qədər müstəqillik-
lərini əldə etdilər. Ancaq müstəqillik əldə etmələrinə baxma-
yaraq,  uzun  müddət  iqtisadi  baxımdan  istismarçı  imperator-
luqların bir hissəsi olaraq qaldılar. Öz müstəmləkələrini itirən 
imperialist metropollar isə milli dövlət kimi köhnə müstəmlə-
kələri üzərində hakimiyyət və nəzarətlərini həyata keçirməyə 
davam etməyə çalışdılar. Olduqca çox sosial və iqtisadi prob-
lemləri  olan  bu  gənc  dövlətlərlə  köhnə  imperialist  metropol-
lar arasında ortaya çıxan bu  yeni münasibətlər yeni imperia-
lizm adlandırılmağa başlandı. Yeni imperializm imperatorluq 
dövrundən  fərqli  olaraq  dolayı  vasitələrdən  istifadə  etməklə 
bu  gənc  dövlətlərin  bazarına  və  iqtisadi  resurslarına  nəzarət 
etmək niyyəti daşıyan bir fəaliyyətdir (Rusiyanın digər MDB 
ölkələrinə  qarşı  olan  fəaliyyəti  kimi).  Yeni  imperializmin 
imperialist  keyfiyyəti  köhnə  müstəmləkəçilər  kimi,  birtərəfli 
qaydada sərmayə toplama məqsədinə xidmət edən siyasətləri-
ni davam etdirmələrindədir. Sadəcə, siyasi müstəqilliyini əldə 
etmiş  dövlətləri  imperatorluq  dövründən  fərqli  yeni  vasitə-
lərlə  istismar  edirlər.  Yeni  imperializmdə  ölkə  torpaqlarının 
genişləndirilməsi məsələsi yoxdur, ancaq sərmayə toplama və 
yeni bazar qazanma məqsədləri imperializmlə eynidir. Başqa 
sözlə,  yeni  imperializmdə  “yeni”  olan  məqsəd deyil,  məqsə-
dəçatma vasitələridir. 


106 
 
İmperializmin  əsasları  bir  sıra  nəzəriyyələrdə  dolğun 
şəkildə əks olunmuşdur. 
İmperializm nəzəriyyələrinin inkişafında ingilis nəzəriy-
yəçisi  Con  Hobson  və  onun  1902-ci  ildə  nəşr  etdirdiyi 
“İmperializm: Bir araşdırma” adlı kitabı çox əhəmiyyətli yer 
tutur. Hobson bu kitabında kapitalist cəmiyyətlərinin bir-biri 
ilə  əlaqəli  olan  üç  mühüm  problemlə  qarşı-qarşıya  qaldığını 
diqqətə  təqdim  etmişdir.  Bu  problemlər  həddindən  çox 
istehsal, həddindən az istehlak və həddindən çox qənaətçilik, 
xəsislikdir.  Hobson  İngiltərənin  timsalında  imperalizmin 
inkişafının  bu  üç  faktla  bağlı  özünü  göstərən  iqtisadi 
problemlə  üzləşdiyini  bildirir.  Bu  baxımdan,  müstəmləkələr 
yığılan  sərmayənin  və  tələbatdan  artıq  istehsalın  yönələcəyi 
bazar  kimi  ortaya  çıxmışdır.  Bu  şəkildə  müstəmləkələrə 
qoyulacaq  yatırımlar  ölkədəki  tələb-təklif  və  sərmayə  ilə 
əlaqədar  ortaya  çıxan  məsələni  həll  edəcəkdir.  Beləliklə, 
hərbi  əsgəri  irtica  və  müstəmləkəçilik  siyasəti  kapitalist 
iqtisadiyyatının  vaxtaşırı  yaşadıqları  iqtisadi  problemlərlə 
izah  edilmişdir.  Hobson  imperializmə  tənqidi  yanaşmışdır. 
Hobsona  görə,  imperializm  ölkədə  xalqdan  çox  imperializm 
strategiyasına  iqtisadi  baxımdan  sıx  bağlanmış  sənayeçilərin 
və  maliyyəçilərin  maraqlarını  ifadə  edir.  O,  imperializmin 
beynəlxalq  rəqabəti  və  hərbi  qarşıdurma  riskini  artıran, 
müharibələrin  əsas  səbəblərindən  biri  olduğunu  vurğulamış-
dır.  Məhz  Hobsonun  görüşlərindən  təsirlənən  V.İ.Lenin  də 
imperializm  nəzəriyyələrinin  inkişafına  əhəmiyyətli  töhfələr 
vermişdir. Vladimir İliç Lenin də 1916-cı ildə yazdığı «İmpe-
rializm kapitalizmin ən son mərhələsidir» adlı kitabında kapi-
talist dövlətlərin kapitalizmin milli sərhədlər içərisində yarat-
dığı sosial problemləri həll etmək və onsuz da artıq olan qiy-
mətləri  ardıcıl  olaraq  artırmaq  məqsədilə  aydın  bir  siyasət 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə