ĠnfoġmperġALĠzm və medġA



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə36/58
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#6898
1   ...   32   33   34   35   36   37   38   39   ...   58

114 
 
meydana  çıxacağına  dair  proqnozlar  ifadə  edilirdi.  Lakin 
bəşəriyyətin  inkişafının  sənaye  erası  nəinki  ailə  institutunu 
mütləq  mənada  deqradasiyaya  məruz  qoymadı,  hətta  bu 
dönəmdə bəhs olunan təsisatın əsasları daha da möhkəmləndi, 
yeni  keyfiyyət  çalarları  ilə  zənginləşdi.  Eyni  zamanda, 
postindustrial  cəmiyyətdə  də  ailə  institutu  kardinal  neqativ 
dəyişikliklərə məruz qalmadı və cəmiyyətin ayrı-ayrı institut-
larının fəaliyyət mexanizminin səmərəlilik səviyyəsinə xüsusi 
töhfələr  verən  avanqard  təsisat  kimi  çıxış  etdi.  Dolayısıyla, 
ailə  təsisatı  müəyyən  forma  dəyişikliklərinə  məruz  qalsa  da, 
məzmun və funksionallıq etibarilə sosiumun lokomotiv insti-
tutu statusunu saxlamış oldu. 
Beləliklə,  sadalananları  əsas  götürərək  belə  bir  analitik 
qənaət  ifadə  etmək  mümkündür  ki,  müasir  dövrdə  informa-
siya sosiumunda da ailə institutu infoimperializmlə mübarizə 
çərçivəsində ən effektiv sosial qurum – strateji təsisat qismin-
də çıxış etməkdədir. Dövlətin kiçik modeli olan ailə institutu, 
eyni  zamanda,  milli  dövlətlərin  substansiyası  kimi  səciyyə-
ləndirilə  bilər.  Belə  olan  təqdirdə,  əgər  milli  dövlətlər  info-
imperializmlə  mübarizə  aparacaqlarsa,  o  zaman  ilk  növbədə, 
ailə institutunun möhkəmliyinin təmin olunmasına nail olma-
ğa çalışmalıdırlar. 
 
6.2. Ġnfoimperializmə qarĢı mübarizədə milli ideolo-
giya faktoru 
 
İnformasiya  imperializminə  qarşı  başlıca  mübarizə  me-
xanizmi  və  vasitələrindən  biri  də  milli  ideologiyadır.  Ümu-
miyyətlə, milli ideologiyanın infoimperializmlə mübarizə çər-
çivəsində rol və əhəmiyyətinə toxunmaq üçün bir-birilə siste-


115 
 
matik surətdə bağlı olan bir sıra kompleks  məsələlərə toxun-
maq lazımdır.  
Beləliklə,  elmi  ədəbiyyatda  ideologiya  sosial  qrupların 
və  ya  bütün  cəmiyyətin  mənafelərini  müdafiə  və  ifadə  edən, 
sosial reallığı bu mənafelər prizmasından izah edən və əməli 
fəaliyyət  direktivləri,  oriyentasiyaları  olan  nəzəriyyələr, 
ideyalar  və  məlumatlar  sistemi  kimi  müəyyənləşdirilir.  Milli 
ideologiya öz funksiyalarına görə milli həmrəylik və bütövlü-
yü təmin edən, mənəvi müstəvidə ahəngdarlığın davamlılığı-
na xidmət edən ümummilli baxışlar sistemi səciyyəsi daşıyır. 
Bunu isbat etmək üçün ideologiyaların nəzəri-empirik surətdə 
təsbit edilmiş funksiyalarına nəzər yetirmək kifayətdir:  
- yönləndirmə funksiyası: bu funksiya müxtəlif sahələr-
də, bütövlükdə cəmiyyətdə insan fəaliyyətinin mənəvi əsasla-
rını  və  istiqamətlərini  müəyyənləşdirir.  Yönləndirmə  funksi-
yası  müəyyən  resurslarla  təmin  olunmuş  subyektlərin  fəaliy-
yət  və  baxışlar  oriyentasiyasını  müəyyən  edən  fundamental 
mənəvi faktor qismində çıxış edir;  
-  səfərbəredici  funksiya  isə  siyasi  fəaliyyətin  ideoloji 
motivi  və  stimulu  qismində  çıxış  edir.  Məhz  bu  funksiyanın 
fonunda  müəyyən  edilmiş  siyasi-ideoloji  məqsədlərin  təmin 
edilməsi  naminə  resurslar  və  subyektlər  vahid  mərkəzdə  cəm-
ləşdirilir və məqsədlərə yönəlik fəaliyyətə səfərbər edilir;  
-  inteqrativ  funksiya  isə  ümumi  maraqlar  və  baxışlar 
sistemini  üstün  tutur  və  fərdlərin  fəaliyyətini  ümumi  maraqlar 
kontekstində  stimullaşdırır.  Birləşdirici  səciyyə  daşıyan  bu 
funksiya  müxtəlif  qrupları  və  fərdləri  bir  mərkəzdə  birləşdirə 
bilir  və  milli  həmrəyliyin  təmin  olunması  işinə  birinci  dərəcəli 
töhfələr bəxş edir.  
Deməli,  ideologiya  səfərbəredici,  maarifləndirici,  tərbiyə-
edici, inteqrativ, kommunikativ səciyyə daşıyır və mənəvi sub-


116 
 
strat qismində çıxış edir. 
Bunlarla  yanaşı,  fəaliyyətin  mənəvi  substratı  qismində 
çıxış edən ideologiya gerçəkliyin xüsusi obrazının yaradılması, 
ictimai şüurun yönləndirilməsi, ümumi ideya və çağırışlar əsa-
sında insanların birləşdirilməsi, siyasi inkişafın istiqamətləri və 
aparıcı qüvvələrinin  müəyyənləşdirilməsi  kimi strateji funksi-
yaları da yerinə yetirir. 
Bundan başqa, ideologiyalar bir çox meyarlara görə bir 
neçə qrupda təsnif edilir: 
-sosial mənafeyə münasibətə görə: mütərəqqi, mühafizə-
kar, mürtəce, liberal, radikal, millətçi, beynəlmiləl; 
-sosial bazasına görə: milli, sinfi, qrup və irqi
-daxili  strukturuna  görə:  dini,  dünyəvi,  rasional,  irra-
sional, universal, partikulyar; 
-nüfuz dairəsinə görə: milli və ümumbəşəri. 
Başlıca siyasi ideoloji cərəyanlar sırasına isə liberalizm, 
neoliberalizm, konservatizm (mühafizəkarlıq), neokonservati-
zm və sosializm daxildir. 
Elmi ədəbiyyatda liberalizm dar mənada adət-ənənələrə, 
vərdişlərə  münasibətdə  tam  müstəqil  olan,  öz  müqəddəratını 
və fəaliyyətini müstəqil surətdə müəyyənləşdirməklə xarakte-
rizə  edilən  fəaliyyət  və  düşüncə  tərzi  kimi  səciyyələndirilir. 
Ümumilikdə isə, liberal səciyyəli doktrina və konsepsiyaların 
mərkəzində  “fərdin  azadlığı”  ideyası  və  məfhumu  dayanır. 
Bu  ideoloji  cərəyanın  əsas  struktur  elementləri  və  prinsipləri 
müxtəlif  xarakterli  nəzəriyyə  və  konsepsiyalarda  əks  olun-
muşdur. Onların hamısına aid olan ortaq nöqtə isə qanunlarla 
nizamlanmış  və  müəyyən  hüquqi  substratlarla  təsbit  edilmiş 
müstəqillik  və  azadlıq  ideyalarıdır.  Məhz  bu  mərkəzi  ideya-
nın  fonunda  bəhs  edilən  ideoloji  cərəyana  xas  olan  digər 
struktur elementləri-anlayışlar isə tolerantlıq, humanizm, fər-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə