ĠnfoġmperġALĠzm və medġA



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə44/58
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#6898
1   ...   40   41   42   43   44   45   46   47   ...   58

139 
 
yən edir. Ayrıca güc mücadiləsi anlayışı həmişə dövlətlər ara-
sındakı  siyasi  təsiretmə  münasibətlərini  tam  olaraq  ifadə 
etmir,  yaxud  bəzi  dövlətlərarası  münasibətlərdə  reallığı  əks 
etdirmir. 
Güc  faktoru  yanaşmasına  qarşı  çıxan  Vilson  və  onun 
mövqeyində duranlar isə dövlətlərin sosial və siyasi təsisatları 
ilə xarici siyasət seçimləri arasında bağlılıq olduğuna diqqəti 
çəkir  və  bu  məsələdə  demokratik  qüvvələrin  güc  və 
əməkdaşlıq  seçimi  qarşısında  qaldıqda  ikincini  seçəcəklərini 
bildirir.  Buna  görə  də,  demokratik  ölkələr  xarici  siyasətdə 
ədalət  və  əxlaq  kimi  anlayışlara  diqqət  yetirir,  sülh  və 
sabitliyin qorunmasına çalışırlar. Avtokratik rejimlər isə gücü 
əsas götürür və bir mənada güc və avtokratiya eyni məzmun 
ifadə  edir.  Lakin  Vilsonçular  demokratik  ölkələrin  gücdən 
istifadə  etmədən  öz  məqsədlərinə  necə  çatdıqları  məsələsini 
izah  edə  bilmədikləri  və  dövlətlərin  necə  davrandığından 
daha çox necə davranmaları lazım olduğu üzərində dayandıq-
ları üçün onların yanaşması realistlər tərəfindən utopik hesab 
edilir və tənqidə məruz qalır. 
Müasir araşdırmaçıların bir çoxu isə güc anlayışını daha 
formal  bir  şəkildə  qəbul  edərək  gücü  dövlətin  sahib  olduğu 
fiziki  ünsür  olaraq  ifadə  edir  və  bunu  əsas  götürərək,  daha 
çox  milli  güc  və  onu  meydana  gətirən  nəsnələr  üzərində 
dayanırlar.  Onlar  dövlətlər  arasındakı  həqiqi  əlaqələr  və 
gücdən  istifadə  edərək,  milli  məqsədləri  gerçəkləşdirmə 
üsullarını görməzlikdən gəlirlər. 
Bəzi  araşdırmaçılar  gücün  fiziki  tərəfindən  daha  çox 
ondan  istifadəetmənin  formasına  diqqəti  çəkərək,  həqiqi 
gücün  real  istifadə  mexanizminə  sahib  olması  və  başqa 
ölkələr  üzərində  təsiretmə  imkanları  yaradan  güc  olduğunu 
ifadə  edirlər.  Onlar  istifadə  edilməyən  və  digər  ölkələr 


140 
 
üzərində  təsiri  olmayan,  yaxud  bu  məqsədə  xidmət  edəcək 
mexanizmi  mövcud  olmayan  fiziki  ünsürlərin  güc  kimi 
qiymətləndirilməsinin  doğru  olmadığını  irəli  sürürlər.  Bu 
əsasda,  güclü  dövlətin  məhz  sahib  olduğu  fiziki  və  intellek-
tual  ünsürləri  digər  dövlətlər  üzərində  təsir  vasitəsi  ola  bilə-
cək şəkildə istifadə edə bilən, yaxud bu qabiliyyətə sahib olan 
dövlətin olduğu bildirilir. Beləliklə, A dövlətinin B dövlətinə 
qarşı istifadə etdiyi və normal şərtlər çərçivəsində B dövləti-
nin qəbul etməyəcəyi bir şeyin yerinə yetirilməsinə təsir edən 
vasitəyə güc adı verilir. 
Ancaq burada A dövlətinin sahib olduğu üstünlük fiziki 
nümayişlə müşahidə edilə də bilər, edilməyə də. Başqa sözlə, 
güc  təsir  və  üstünlük  kimi  iki  əsas  ünsürdən  ibarətdir. 
Məsələn,  bankı  soymaq  üçün  xəzinəyə  doğru  yaxınlaşan, 
silahı  olan,  lakin  onu  göstərməyən  bir  adamın  silahını 
görməyən  xəzinədar  soyğunçunun  istədiyini  rədd  edə  bilər. 
Amma həmin soyğunçu silahını çəkərək içəri girsə, xəzinədar 
böyük ehtimalla onun istədiyini yerinə yetirər. Burada hər iki 
halda silah vardır, amma ondan istifadə edilmədikdə, yaxud o 
nümayiş  etdirilmədikdə  heç  bir  təsiri  olmur,  ancaq  istifadə 
edildikdə  isə  dərhal  təsiri  olur.  Başqa  sözlə,  üstünlüyün 
arzuolunan təsiri yarada bilməsi üçün ondan istifadə edilməsi 
və  ya  istifadə  edilmə  ehtimalının  yüksək  olmasının 
göstərilməsi lazımdır. Bu misalı eynilə dövlətlərin hərbi gücü 
məsələsinə  də  aid  etmək  olar.  Bu  mövqeyə  görə,  dövlətin 
iqtisadi,  siyasi  beynəlxalq  konyuktura  və  ya  hər  hansı  başqa 
bir  səbəbdən  istifadə  edilməyən,  yaxud  istifadəedilmə 
ehtimalı olmayan bir üstünlüyü güc olaraq qiymətləndirilmir. 
Ayrıca  bu  yanaşmaya  görə,  güc  ibrətamiz  bir  anlayışdır  və 
başqa  ünsürü, üstünlüyün istifadə  edilməsinin bir  ünvanının, 
bir dövlətin olduğunu və həmin dövlətlə müəyyən əlaqələrin 


141 
 
mövcudluğunu da  göstərir.  Təbii ki, aralarında  heç  bir  əlaqə 
olmayan iki ölkənin sahib olduqları üstünlüklərin onların heç 
biri üçün əhəmiyyəti yoxdur. 
Beləliklə,  əgər  A  dövləti  B  dövlətinə  normal  şərtlərdə 
qəbul  etdirə  bilmədiyi  şeyi  sonda  qəbul  etdirə  bilirsə  və  B 
dövləti A dövlətinin bu istəyinin qarşısını hər hansı vasitə ilə 
ala bilmirsə, deməli, A dövləti B dövlətindən daha güclüdür. 
Yox  əgər  B  dövləti  bunu  rədd  edə  bilirsə  və  A  dövləti 
üzərində  eyni  təsir  imkanlarına  sahibdirsə,  deməli,  bu  iki 
dövlətin bir-birilərinə qarşı güclərinin əhəmiyyəti yoxdur. Bu 
yanaşmaya görə, qısaca olaraq, ibrət anlayışı olan gücün təsir, 
üstünlük və əlaqə kimi təməl ünsürləri olmalıdır. 
Güc sadəcə A dövlətinin B dövlətini bir şeyi etdirməyə 
məcbur etməsi deyil, həm də bunun mütəmadi olmasını təmin 
etmək, eyni zamanda, nəyisə etməyə qoymaması da ola bilər. 
Dolayısıyla,  gücün  bir  mənada  davamlılıq  ifadə  etdiyi  də 
görünür.  Bundan  başqa,  A  dövlətinin  təsiri  ilə  onun  istədiyi 
kimi  davranan,  B  dövlətinin  vəziyyəti,  A  dövlətinin 
davranışını  da  B  dövlətinin  mənafeyinə  uyğun  dəyişə  bilər. 
Beləliklə,  təsiretmə  birtərəfli  olmaqdan  çıxaraq  qarşılıqlı  ola 
bilər.  Ayrıca  güc  bir  dövlətin  beynəlxalq  nüfuzu  ilə  də 
bağlıdır. Bir dövlətin  beynəlxalq  sistemdə  nüfuzunun  artdığı 
qədər  digər  dövlətlərlə  münasibətində  də  nüfuzu  artacaq  və 
başqa dövlətlər üzərində təsiri də artacaqdır. Güc anlayışı ilə 
əlaqədar başqa bir anlayış da dərketmədir. 
Gücün  gerçək  miqdarının  və  ondan  istifadə  edilib 
edilməyəcəyini  dərk  etmək  olduqca  əhəmiyyətlidir.  Çünki 
bəzən  şişirdilmiş  məlumatlara  söykənən  rəqəmlər  və  ya 
istifadə  ediləcəyi  hesab  olunduğu  halda,  istifadə  edilməyən 
nüfuz  yanlış  təsəvvür  yarada  bilər.  Məsələn,  oyuncaq 
tapançanı  həqiqi  hesab  edib  xəzinəsini  soyduran  xəzinədar 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə