ĠnfoġmperġALĠzm və medġA



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə42/58
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#6898
1   ...   38   39   40   41   42   43   44   45   ...   58

133 
 
Əlbəttə  ki,  ideal  cəmiyyət  yoxdur.  Bu  və  ya  digər 
sosiumlarda,  hətta  modern  Qərb  cəmiyyətlərində  belə  həm 
pozitiv, həm də neqativ enerji təşəkkül tapmışdır. Amma bun-
ların  proporsiyasına  (nisbətinə)  müvafiq  olaraq  bir  cəmiyyət 
digərindən özünün inkişafına və ahəngdarlıq səviyyəsinə görə 
fərqlənir. 
Vurğulanması  zəruri  olan  məqamlardan  biri  də  idarə 
olunan və olunmayan enerji məsələsidir. Bu gün sosial psixo-
loqları və cəmiyyətşünasları düşündürən başlıca məsələlərdən 
biri də neqativ enerjinin necə idarə olunması, həmçinin, onun 
cəmiyyətdən  ixrac  olunmasının  metod  və  vasitələrinin  tapıl-
masıdır. Bu istiqamətdə Qərb cəmiyyətlərində artıq müəyyən 
üsul  və  vasitələrdən  istifadə  olunmaqdadır.  Eyni  zamanda, 
inkişaf etmiş cəmiyyətlərdə bu yöndə psixoloq xidməti təklif 
olunmaqdadır. Həmçinin, Qərb cəmiyyətlərində fərdlərin ne-
qativ  yüklü  enerjidən  arınması  üçün  inanc  vasitələri  və  dini 
dəyərlər  mühüm  əhəmiyyət  kəsb  edir.  Məsələn,  günah  işlət-
miş və ya özünü günahkar hesab edən şəxslər dini liderə (mə-
sələn,  papaza)  müraciət  etməklə  günahlarını  etiraf  etmiş 
olurlar.  Günahını  etiraf  etmiş  şəxs  özünü  təmizlənmiş  hesab 
edir  və  öz  vicdanı  qarşısında  bir  daha  günah  etməmək  kimi 
öhdəlik götürür. Təbii ki, bu, fərdi müstəvidə neqativ enerji-
nin cəmiyyətdən zərərsiz olaraq ixrac olunmasının bir forma-
sıdır. Amma təəssüf ki, İslam dinində də bu cür müsbət xüsu-
siyyət-tövbə  ənənəsi  olmasına  baxmayaraq,  nədənsə,  müsəl-
man  şərqində  mövcud  olan  cəmiyyətlərdə  günahı  etiraf  et-
mək,  yanlış  yoldan  dönmək  ənənəsinə  gündəlik  həyatda  çox 
az hallarda rast gəlinir. İnkişaf və tərəqqi isə bu cür sindrom-
ların “sındırılması”nı tələb edir. 
 Bütün  bunların  fonunda  olduqca  mühüm  əhəmiyyət 
kəsb edən digər bir məsələ və istiqamətə də toxunmaq məqsə-


134 
 
dəmüvafiqdir. Belə ki, müasir kibertexnologiyaların, informa-
siya  və  kommunikasiya  vasitələrinin,  yeni  təmayüllü  sosial 
medianın  yaranması  da  pozitiv  və  neqativ  enerjinin  təşəkkül 
tapması  və  müxtəlif  sahələrə  sirayət  etməsinə  şərait  yaradır. 
Sosial  media  özünəməxsus  platformadır.  O,  bütün  fərdləri 
əhatə  edəcək  qədər  kütləvidir,  eyni  zamanda,  ifrat  sərbəstlik 
verəcək  qədər  azaddır.  Belə  olan  təqdirdə  bəhs  olunan 
platformada  idarəetməni  və  rasional  nəzarəti  necə  təşkil 
etmək lazımdır? İlk növbədə, qeyd etmək lazımdır ki, yuxarı-
da inkişaf etmiş sosium kimi səciyyələndirdiyimiz cəmiyyət-
lərdə  bu  platformadan  müsbət  enerjinin  təşəkkülü  və  idarə-
olunması istiqamətində pozitiv surətdə istifadə edilməkdədir. 
Bu  isə  özlüyündə  cəmiyyətə  nizam,  ahəngdarlıq,  tərəqqi  və 
sabitlik  gətirməkdədir.  Amma  rasional  münasibətlər  sistemi-
nin  formalaşmadığı  neqativ  yüklü  cəmiyyətlərdə  bu  platfor-
ma, bir növ, xaos və destruktiv ziddiyyətlər mənbəyi kimi çı-
xış edir ki, bu da əlbəttə ki, arzuolunmazdır. Məsələn, “Ərəb 
baharı”  adlandırılan  Yaxın  Şərq  və  Şimali  Afrika  olayların-
dan  sonra  bir  daha  əmin  olduq  ki,  sosial  media  hər  nə  qədər 
inkişaf  üçün  bir  açar  əhəmiyyəti  daşıyırsa,  bir  o  qədər  də 
tənəzzül mənbəyi və ya vasitəsi kimi də çıxış edir. 
Sosial  medianın  bu  gücü  və  keyfiyyəti,  heç  şübhəsiz, 
onu yaradanlar tərəfindən əvvəlcədən nəzərə alınmış və məq-
sədə  uyğun  şəkildə  sistemləşdirilmişdir.  Bu  isə  sosial 
mediaya  idarəetmə  keyfiyyəti  gətirməklə  konkret  sosial-psi-
xoloji  silaha  çevirmişdir.  İdarə  edilənlər  bu  silah  vasitəsilə 
ayrı-ayrı  cəmiyyətlərdə  ən  müxtəlif  hadisələr  törədə,  milli 
dövlətlərin  və  xalqların  hüquqlarını  öz  maraqları  naminə 
ciddi  zərbə  altında  qoya  bilirlər.  Başqa  sözlə,  sosial  media 
beynəlxalq təzyiq qrupları kimi fəaliyyət göstərir və onu idarə 
edən  transmilli  güclərin  imperialist  maraqlarına  xidmət  edir. 


135 
 
Məsələn,  infoimperialistlər  tərəfindən  hədəfə  alınmış  bir 
ölkənin  ictimai  auditoriyası  üçün  ilk  baxışda  cəlbedici 
görünən və dəbdə olan bir “demokratiya nəğməsi” düşünülür 
və  bu  “nəğmə”yə  həmin  öz  milli  maraqlarına  qarşı  çıxış 
etmək  üçün  xüsusi  qəzəb  və  kin  notları  yüklənir.  Bu  kin  və 
qəzəb  fərdlər  tərəfindən  mənimsənilməklə  vətəndaşı  mənsub 
olduğu dövlətə qarşı istiqamətləndirir. Sosial media vasitəsilə 
kütləviləşdirilən bu “nəğmə” “xor”a, sonra isə dirijor çubuğu 
vasitəsilə  idarə  edilən  simfonik  orkestrə  çevrilir.  Dirijor 
qismində  imperialist  mərkəzlər  çıxış  edir.  Belə  mərkəzlərin 
maraqları  isə  əsla  milli  dövlətlərin  mənafeyi  ilə  üst-üstə 
düşmür.  Dirijorun  çubuğu  ilə  idarə  edilən  kütlə  qeyri-şüuri 
davranışı  mənimsəməklə  idarə  olunan  xaos  qismində  çıxış 
edir.  Dirijor  çubuğu  hədəf  olaraq  milli  dövlətləri  göstərir  və 
“Ərəb  baharı”  hazırdır.  Bundan  sonra  yaddaşlarda 
“demokratiya  nəğməsi”,  real  həyatda  isə  terror,  qarşıdurma, 
milli  faciə  və  milli  dövlətlərin  dağılması  müşahidə  olunur. 
Böyük  bir  cəzasızlıq  mühiti,  bir-birinə  kin  duyan  bir  neçə 
tərəf,  xaos  cəmiyyəti,  viran  olmuş  ölkə:  qazanan  isə,  əlbəttə 
ki, imperialist güclərdir. 
Neqativ enerji yüklü fərdlərin üstünlük təşkil etdiyi cə-
miyyətlərdə, çox təəssüf ki, sosial media üzərindən destruktiv 
xarakterli  fikirlər  təbliğ  edilir  və  sosium  daxilindəki  ictimai 
ahəngin pozulmasına zəmin yaradılır. Hətta Azərbaycanda da 
bəzi  qüvvələr  bilərəkdən  və  ya  bilməyərəkdən  sosial  media 
üzərindən neqativ enerji paylaşımı edir ki, bu da cəmiyyət da-
xilindəki  fərdlərin  mənfi  enerji  ilə  yüklənməsini  şərtləndirir. 
Təəssüflər  olsun  ki,  həmin  qüvvələr  bununla  imperialist  güc 
mərkəzlərinin  transmilli  səciyyə  daşıyan  strateji  planlarına 
xidmət edirlər. Ancaq bəxtimiz onda gətirib ki, cəmiyyətimiz 
kifayət qədər intellektual və yetkindir. Bir çox fərdlər məsələ-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə