ĠnfoġmperġALĠzm və medġA



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə45/58
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#6898
1   ...   41   42   43   44   45   46   47   48   ...   58

142 
 
tapançanın  zahiri  görünüşünə  aldanaraq  onu  gerçək  hesab 
edir.  Yəni  tapançanın  yalançı  olduğunu  dərk  etmir  və  bunun 
zərərdidəsinə çevrilir. 
Frankelə  görə,  də  güc  başqalarının  davranışlarına 
təsiretmə  vasitəsidir.  Güc  dedikdə,  ilk  növbədə,  hərbi  güc 
başa düşülsə də, artıq müasir dövrdə hərbi gücün tətbiqedilmə 
sahəsi  məhdudlaşdırıldığından  güc  anlayışını  daha  geniş 
mənada  başa  düşmək  lazımdır.  Buna  görə  də,  Frankelə  görə 
güc  maddi  və  maddi  olmayan  ünsürlərdən  ibarətdir.  Amma 
buna  baxmayaraq,  yenə  də  güc  deyincə,  ilk  növbədə,  maddi 
hərbi-texniki  qüdrət  göz  önünə  gəldiyindən  maddi  olmayan 
tərəf o qədər də qəbul edilmir. 
K.J.Holsti  və  Frankel  kimi  bir  çox  araşdırmaçılar 
tərəfindən potensial kimi təhlil edilən, Morgentauya görə isə, 
bir milləti başqa millətlər qarşısında güc sahibi edən faktorlar 
və  milli  potensial  olaraq  qəbul  edilən  ünsürlər  kəmiyyət  və 
keyfiyyət ünsürlərinin cəmindən ibarətdir. 
Burada,  kəmiyyət  dedikdə  coğrafiya,  təbii  qaynaqlar, 
sənaye  potensialı,  hərbi  hazırlıq  dərəcəsi  və  əhali  sayı, 
keyfiyyət  dedikdə  isə  milli  əxlaq,  milli  xüsusiyyət 
diplomatiyanın və hökumətin keyfiyyəti başa düşülür. Ancaq 
bir dövlətin güc sahibi olması üçün bu ünsürlərə sahib olması 
Morgentaunun  məntiqinə  görə  yetərli  sayılsa  da,  Holsti  və 
başqaları üçün bunların güc olaraq qəbul edilməsi üçün digər 
ölkə  və  ölkələrin  davranışlarına  təsir  edəcək  gücdə  olduqda, 
başqa  sözlə,  dövlətin  bunları  siyasi  məqsədlər  üçün  istifadə 
edə  biləcəyi  təqdirdə  potensial  hesab  edilə  bilər.  Çünki 
keçmişdə  olduğu  kimi,  indi  də  güclü  dövlətlərin 
müəyyənləşdirilməsində  dövlətlərin  sahib  olduqları  həqiqi 
potensialdan  çox  bu  potensialı  xarici  siyasət  məqsədi  üçün 
istifadə edə bilmək bacarığı əsas götürülür. 


143 
 
Frankel  potensial  anlayışı  altında  tanıdığı  gücün  başqa 
dövlətlərlə  müqayisədə  məzmun  kəsb  etdiyini  diqqətə  çatdı-
rır. Hər hansı bir dövlətin əhalisinin sayının nə qədər olmasını 
başqa ölkənin əhalisinin sayı ilə müqayisə etdikdə əhəmiyyət 
kəsb etdiyi kimi. 
Ayrıca hərbi potensialı nəzərə alarkən, silahın növləri və 
sayları əhəmiyyətli olduğu kimi, əhali faktoru nəzərə alındıq-
da da yaş, cinsiyyət, təhsil kimi faktorlar əhəmiyyət daşıyır. 
Başqa  bir tərəfdən milli potensialın komponentlərindən 
hər  hansı  birinin  ayrılıqda  güclü  olması  ümumi  potensialın 
güclü  olduğu  mənasına  gəlmir.  Məsələn,  sənaye  potensialı, 
texnoloji səviyyə, iqtisadi vəziyyət və əhali sayı kimi kompo-
nentlərin aşağı olması halında ayrılıqda hərbi potensialın yük-
sək olması çox da əhəmiyyət daşımır. Əhali sayı baxımından 
çox  böyük,  başqa  potensiallar  baxımından  lazımi  səviyyədə 
olmamaq güclü olmaq hesab edilmir. 
Bir  dövlətin  sahib  olduğu  potensialı  təşkil  edən  ünsür-
lərdə  zaman  içərisində  dəyişikliklər  ola  biləcəyi  kimi,  bir 
dövlətin  başqa  bir  dövlətlə  müqayisədə  üstünlüyünü  təmin 
edən ünsürdə  də vaxt  geçdikcə dəyişiklik  ola bilər. Məsələn, 
neftin yerini qaz, yaxud uran tutduğu halda, neft istehsal edən 
ölkələrdən çox urana sahib olan ölkələr daha güclü görünə bi-
lər.  Eyni  şəkildə  nüvə  gücünün  istifadə  edilməsi,  yaxud  za-
man keçdikcə bəzi silahların modernliyini və dəyərini itirmə-
si ona sahib olan ölkələrin gücünə mənfi təsir göstərə bilər. 
Bundan  başqa,  ölkənin  sahib  olduğu  potensialın 
istifadəyə  hazır  olub-olmaması  da  böyük  əhəmiyyət  daşıyır. 
Məsələn,  hər  hansı  bir  ölkənin  hərbi  potensialının  dəyəri 
onun  müharibəyə  hazır  olub-olmaması  ilə  ölçüldüyü  kimi, 
ölkənin  təbii  qaynaqlarının  və  digər  resurslarının  da  qiyməti 
ondan səmərəli istifadənin təşkili ilə ölçülür. 


144 
 
Ancaq  hər  hansı  bir  dövlətin  gücünün  təkcə  fiziki 
potensialla  qiymətləndirilməsi heç  də düzgün  deyil. Bir  döv-
lətin gücünə təsir edən keyfiyyət ünsürləri sırasında həmin öl-
kənin  liderlik  xüsusiyyətləri,  imici,  dostluqları,  ittifaq  müna-
sibətləri, adət və ənənələri, başqa ölkələrlə tarixi-etnik əlaqə-
ləri, beynəlxalq siyasətdəki yeri və ən əsası, milli xarakter və 
milli mənəviyyatı kimi məsələlər də yer alır. 
Beləliklə,  çoxtərəfli  beynəlxalq  münasibətlər  daxilində 
tək  bir  əlaqə  və  ya  təsiri  əsas  götürərək,  dövlətin  gücünü 
müəyyənləşdirməyə  çalışmaq  heç  də  həqiqəti  ortaya  çıxara 
bilməz.  Bunun  üçün  digər  bütün  faktorları  və  imkanları 
kompleks qiymətləndirməyi bacarmaq lazımdır. 
Beləliklə,  milli  gücün  nə  olması  və  nə  olmaması 
məsələsini  aydınlaşdırdıqdan  sonra  onun  keyfiyyət  ünsürləri 
qismində  çıxış  edən  milli  mənəviyyat  və  milli  xarakterə, 
bunların çərçivəsində isə patriotizmə toxunmaq məqsədəmü-
vafiqdir. 
Tərəddüdsüz söyləmək olar ki, ölkələrin inanc sistemlə-
ri, özlərinə məxsus fərqlilikləri, dəyər sistemləri, başqa sözlə, 
onların  siyasi  mədəniyyətləri  də,  kəmiyyət  ünsürləri  qədər 
ölkənin  güc  faktoruna  təsir  edən  amillərdir.  Bir  xalqın 
hökumətinin  həyata  keçirdiyi  siyasəti  dəstəkləməsi  və  ya 
dəstəkləməməsi  həmin  ölkənin  gücünü  müəyyənləşdirilərkən 
nəzərə alınan ünsürlərdən biridir. Bundan başqa, ölkədə birli-
yin olması və  ya ölkənin ərazi bütövlüyü və suverenliyi mə-
sələlərində bütün vətəndaşların həmrəy olması, ölkə daxilində 
sosial  bərabərliyin  mövcudluğu  vətəndaşlar  arasında  sosial-
iqtisadi baxımdan uçurumun olmaması, onların eyni ideologi-
yanı  mənimsəmiş  olması,  həmin  ölkənin  gücü  baxımından 
olduqca  əhəmiyyətli  hesab  edilir.  Yuxarıda  söylənilənlər  ol-
madıqda hər hansı bir xarici güc (ölkə) asanlıqla belə ölkənin 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə