ĠnfoġmperġALĠzm və medġA



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə43/58
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#6898
1   ...   39   40   41   42   43   44   45   46   ...   58

136 
 
nin mahiyyətini tam olaraq dərk edir, anlayır, digər bir qisim 
isə  elmi-nəzəri  əsasları  bilməsə  də,  intuitiv  olaraq,  onların 
məqsədlərini başa  düşür və idarəolunan xaosa qarşı dururlar. 
Ona görə də, ölkəmizdə tərəqqi və inkişaf baş verir və bu pro-
ses  dövlətimiz  tərəfindən  milli  maraqlarımıza  uyğun  şəkildə 
məharətlə idarə olunur. 
Qeyd etdiyimiz kimi, “Ərəb baharı” kimi səciyyələndi-
rilən  olayların  başlanmasında  və  dinamikasında  imperialist 
güc mərkəzləri sosial mediadan məharətlə istifadə etdilər. Bu 
zaman  isə  qeyd  etdiyimiz  kimi,  daha  çox  “demokratiya 
nəğmələri”nə  istinad  edildi.  Amma  bəhs  olunan  geostrateji 
məkanda baş verən destruktiv olaylardan sonra heç kəs iddia 
edə bilməz ki, “Ərəb baharı” Yaxın Şərq və Şimali Afrikaya 
demokratiya,  tərəqqi  və  rifah  gətirəcək.  Məsələ  ondadır  ki, 
mövcud proseslərin fonunda ortaya atılan iddia ilə onu təmin 
etməli və  ya mənimsəməli olan resurslar adekvat deyil, hətta 
ziddiyyətlidir. Yəni, demokratiya, insan hüquqları və azadlıq-
lar və s. kimi dəyərləri qəbul edəcək insani resurslar onu mə-
nimsəməyə hazır deyillər. Ən azından ona görə ki, – birincisi,  
belə  dəyərlər,  birincisi,  səmimi  niyyətlə  ixrac  olunmur,  – 
ikincisi,  heç  ixrac  edənin  məqsədi  də  həqiqi  demokratiya  ix-
rac etmək deyil, – üçüncüsü, 40 ölçülü ayağa 50 ölçülü ayaq-
qabı geyindirilməyə çalışılır, üstəlik israrla tələb edilir ki, sağ 
tay sol ayağa, sol tay isə sağ ayağa geyindirilməlidir. Belə ge-
yinib,  yeriyəndə  isə  adam  yıxılaraq  gülüş  hədəfinə  çevrilir. 
Bir neçə dəfə yıxıldıqdan sonra isə artıq emosiyalar işə düşür, 
növbəti  prosesdə  əql  iştirak  etmir  və  kütləvi  mənfi  emosiya 
inqilab doğurur. 
Ümumiyyətlə, inqilab yalnız dağıntı və xaos gətirir. Və 
yaxud inqilabla tərəqqi, rifah, demokratiya və inkişaf əldə et-
mək olmaz. Artıq bir neçə ildir ki, dünya miqyasında inqilab-


137 
 
lar və iğtişaşlarla  müşayiət olunan  destruktiv olaylar göstərir 
ki,  bu  tip  inqilablar  yalnız  milli  tənəzzül  mənbəyi  qismində 
çıxış  edir.  Məhz  buna  görə  də,  “Ərəb  baharı”  adlandırılan 
olayların fonunda iddia edildiyinin əksinə olaraq deyə bilərik 
ki, inqilab və ya iğtişaşla əsla demokratiya keçidi-demokratik 
tranziti  təmin  etmək  olmaz.  Başqa  sözlə,  qanunsuzluqla 
qanun yaratmaq olmaz. “Oğuznamə”də deyildiyi kimi, qanla 
qanun yaratmaq olmaz! 
Məsələ ondadır ki, “Ərəb baharı” kimi səciyyələndirilən 
olayların  fonunda  əldə  edilən  nəticələr  nəinki  demokratik 
transformasiyanı təmin etmir, hətta xaos və anarxiya mənbəyi 
qismində  çıxış  edir.  Məlum  olduğu  kimi,  praktik  proseslərin 
fonunda  konseptuallaşdırılmış  nəzəri  mənbələrdə  milli 
dövlətlər şərti olaraq demokratik, demokratik transformasiya 
yolunda  olan  və  qeyri-demokratik  ölkələr  kimi  səciyyələndi-
rirlər.  Zənnimizcə,  bunun  əsası  hər  bir  cəmiyyətin  xarakteri 
və  fərdlərin  şəxsi  intellektual  və  mədəni  keyfiyyətləri  ilə 
bağlıdır.  Ümumiyyətlə,  demokratiyaya  ən  müxtəlif  təriflər 
verilsə  də,  əminliklə  söyləmək  olar  ki,  demokratiya  etalon 
deyil  və  yaxud  demokratiya  etalonu  yoxdur.  Başqa  sözlə 
desək,  hər  bir  demokratiya  modeli  digərindən  köklü  surətdə 
fərqlənir. Məsələn, Fransa ilə Almaniyanın idarəetmə sistemi-
nin  fonunda  hər  iki  ölkənin  demokratiya  modelləri  bir-
birindən  fərqlənir.  Məhz  bu  kontekstdə  qeyd  edə  bilərik  ki, 
demokratiya  əxlaqdır,  həyat  tərzidir,  hüquqdur,  azadlıqdır, 
intellektdir, dünyagörüşüdür və s. Bunları isə haradansa satın 
almaq mümkün deyil. Gərək, zəhmət çəkib, illərlə qətrə-qətrə 
əldə edəsən. Özü də, bu cəhd kütləvi olmalıdır. 
Yuxarıda da qeyd etdik ki, “Ərəb baharı” kimi səciyyə-
ləndirilən olayların başlanmasında və dinamikasında imperia-
list güc mərkəzləri sosial mediadan məharətlə istifadə etdilər. 


138 
 
Bu  zaman  isə  daha  çox  “demokratiya  nəğmələri”nə  istinad 
edildi.  Əlbəttə  ki,  məhz  bu cür  yanaşmanın fonunda  hazırda 
“demokratiya”  silahından  müasir  dünya  siyasətində  imperia-
list güc mərkəzləri məharətlə istifadə etməkdədirlər.  
 
7.2. Milli vətənpərvərlik məsələsi: təmayüllər və isti-
qamətlər; intellektual patriotizm milli maraqların etibarlı 
müdafiə vasitəsi kimi 
 
İnfoimperializm  çərçivəsində  mövcud  olması  zəruri 
olan  başlıca  müdafiə  mexanizmlərindən  biri  də  intellektual 
patriotizmdir. İntellektual patriotizmdən bəhs edərkən, diqqət 
çəkilməsi  zəruri  olan  başlıca  istiqamətlərdən  biri  də  milli 
gücün keyfiyyət ünsürləri kimi səciyyələndirilən milli xarak-
ter və milli mənəviyyatdır. Şübhəsiz, milli gücün struktur ele-
menti  olduğuna  görə  intellektual  patriotizm  milli  maraqların 
müdafiəsi vasitəsi və mexanizmi qismində çıxış edir. Bir çox 
araşdırmaçılar  vətənpərvərliyi  milli  mənəviyyatın  və  milli 
xarakterin  struktur  komponenti  kimi  səciyyələndirdiklərinə 
görə  milli  gücün  keyfiyyət  ünsürləri  sırasında  nəzərdən 
keçirirlər. Məhz buna görə də, radikal və intellektual olmaqla 
patriotizmin mahiyyətini aşkar etmək üçün milli güc və onun 
keyfiyyət ünsürləri qismində səciyyələndirilən milli mənəviy-
yat və milli xarakterə toxunmaq məqsədəmüvafiqdir. 
Güc məfhumunu ən çox istifadə edən və onu beynəlxalq 
münasibətlərin  əsas  istinad  mənbəyi  hesab  edən  Hans  Mor-
gentau siyasəti güc mücadiləsi kimi təqdim etsə də, güc anla-
yışını ayrılıqda təhlil edib izahını vermir. 
Morgentauya görə, güc siyasətin təməl məqsədini və hər 
hansı bir siyasi davranışın təməl marağını təşkil etməklə, həm 
də əlaqələrin formasını və həyata keçirilməsi vasitəsini müəy-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə