ĠnfoġmperġALĠzm və medġA



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə37/58
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#6898
1   ...   33   34   35   36   37   38   39   40   ...   58

117 
 
diyyətçilik və digərləridir. 
Liberalizm  ideologiyasının  fonunda  meydana  gəlmiş 
siyasi-iqtisadi  konsepsiya  və  doktrinaların  təməlində  duran 
dəyərlər  isə  bunlardır:  hakimiyyətin  bölünməsi  prinsipi, 
fəaliyyətdə və münasibətlərdə rəqabət azadlığı, şəxsi təşəbbü-
sə qarşı total məhdudiyyətlərin ləğv edilməsi, xüsusi mülkiy-
yətə  və  sərbəst  iqtisadi  fəaliyyətə  lazımi  imkan  və  şəraitin 
yaradılması,  fərdin  mülki  və  siyasi  hüquqlarının  qorunması, 
inzibati tənzimləmələrin səviyyəsinin azaldılması və sair. 
Amma zaman keçdikcə məlum oldu ki, nəzəri cəhətdən 
təsbit  edilmiş  liberal  dəyərlər  təcrübi  müstəvidə  özünü  doğ-
rultmadı  və  mütləq  surətdə  gerçəkləşdirilmədiyindən  ideallıq 
kimi  təsvir  edilməyə  başlandı.  Bir  sıra  araşdırmaçılar  isə 
liberalizm ideologiyasını özündə daşıdığı dəyərlərə görə real 
olanla  ideal  arasında  aralıq  cərəyan  kimi  dəyərləndirdilər. 
Məhz belə bir durumun fonunda özündə liberalizmlə mühafi-
zəkarlığın  bir  sıra  prinsiplərini  ehtiva  edən  neoliberalizm 
(yeni liberalizm) cərəyanı meydana gəldi. 
XX əsrin ikinci yarısında meydana gələn neoliberalizm-
də liberalizmdən fərqli olaraq, milli dövlət anlayışı istinad ka-
teqoriyalarından  birinə  çevrildi  və  dövlət  tənzimləyici  sub-
yekt  qismində  səciyyələndirildi.  “Dövlətin  funksiyalarının 
gücləndirilməsi” prinsipindən çıxış edən neoliberalizmdə təs-
bit olundu ki, dövlətin liberal dəyərlərə əsaslanan funksiyaları 
universallaşdırılmalı  və  onun  əhatə  dairəsi  daha  da  genişlən-
dirilməlidir. Buradan çıxış edərək neoliberalistlər plüralist de-
mokratiya konsepsiyasını mərkəzi istinad nöqtəsinə çevirdilər 
və dövlət hakimiyyətinin təşkilində və hakimiyyətin fəaliyyə-
tində plüralist prinsiplərə üstünlük verdilər. 
Bütün bunların fonunda liberal proqram və doktrinalar-
da  idarəolunanlarla  idarəedənlər  arasında  konsensusun  yara-


118 
 
dılması və ümumi razılıq əsasında idarəetmənin həyata keçi-
rilməsi prinsipi əsas götürüldü. 
Bunlarla  yanaşı, XVIII əsrdə meydana gələn mühafizə-
karlıq  ideoloji  cərəyanı  da  özündə  ehtiva  etdiyi  bir  sıra 
xüsusiyyətlərə  görə  fərqlənir.  Mühafizəkarlıqda  mərkəzi 
prinsip  qismində  adətlər,  ənənələr  və  varisliyə  sadiqlik  çıxış 
edir.  Bu  ideoloji  cərəyanın  təməl  prinsiplərindən  biri  də 
budur  ki,  dəyişikliklər  tədrici  surətdə  həyata  keçirilməli  və 
islahatlara  üstünlük  verilməlidir.  Dəyişikliklərdə  təkamül 
yolunu üstün tutan mühafizəkarlar güclü dövlət tərəfdarı kimi 
çıxış  edirlər  və  bildirirlər  ki,  milli  inkişafın  əsasında  milli 
dövlətin universal səciyyə daşıyan funksional fəaliyyəti daya-
nır. Mühafizəkarlar belə bir prinsipi əsas tuturlar ki, keçmiş-
dən bu günədək qorunmuş ənənələr mütəmadi surətdə müha-
fizə  edilməli  və  cəmiyyətdə,  idarəetmədə,  fəaliyyətdə  əsas 
istinad nöqtəsi qismində qəbul edilməlidir. 
Mühafizəkarlar “rasional siyasətçi kimdir” sualı ətrafın-
da  belə  bir  mövqedən  çıxış  edirlər  ki,  praqmatik  təfəkkürə 
malik  olan  siyasətçi  uzunmüddətli  effektiv  nəticələr  qazan-
maq uğrunda mübarizə aparır: “Siyasətçinin bütün fəaliyyəti 
müvəqqəti  üstünlük  və  ya  populyarlıq  prizmasından  deyil, 
əldə  edilmiş  uzunmüddətli  nəticələr  nöqteyi-nəzərindən  də-
yərləndirilməlidir”. 
Bunlarla  yanaşı,  ənənəvi  proqram,  konsepsiya  və  dok-
trinalarda mühafizəkarlıq ideologiyasının digər təməl prinsip-
ləri  məhz bu cür əks olunub: “Cəmiyyətdə ənənəvi təsisatla-
rın mövcudluğuna və fəaliyyətinə geniş şərait yaradılmalıdır. 
Bundan  başqa,  ictimai  ahəngdarlığın  və  nizamın  təmin 
olunması  üçün  həyata  keçiriləcək  dəyişikliklər  təkamül  yolu 
ilə baş tutmalıdır. Kardinal dəyişikliklər cəmiyyətlərə nizam-
sızlıq,  xaos  və  dağıntı  gətirər  ki,  bunlar  da  nəticə  etibarilə 


119 
 
ənənəvi  təsisatların  işini  iflic  vəziyyətinə  salar.  Məhz  buna 
görə də, milli dövlətin mərkəzində durduğu güclü tənzimləmə 
mexanizmi lazımdır ki, ictimai ahəngdarlıq pozulmasın və cə-
miyyətin inkişafı təmin edilsin”. 
Mühafizəkarlıq ideologiyasını dəyərləndirən ingilis təd-
qiqatçısı  M.Oukşot  qeyd  edir:  “Mühafizəkar  olmaq  bilinmə-
yənə yox, bilinənə, təcrübədə təsdiq edilməyənə deyil, sınaq-
dan  keçmişə,  ehtimal  olunana  deyil,  mövcud  olana,  uzağa 
deyil,  yaxına,  bol  olana  deyil,  kifayət  edənə,  utopikə  deyil, 
reallığa üstünlük verməkdir”. 
Bir  çox  araşdırmaçılar  ideologiyalar  sırasında  neokon-
servatizmə  xüsusi  əhəmiyyət  verirlər.  Neokonservatizmin 
mahiyyətini daha da dəqiqləşdirmək  üçün  onun əsas prinsip-
lərini sadalamaq məqsədəmüvafiqdir. Ümumiyyətlə, neokon-
servatizm  liberalizmlə  mühafizəkarlığın  təməl  prinsiplərini 
özündə birləşdirən ideoloji cərəyandır. Ümumiləşdirsək, qeyd 
edə  bilərik  ki,  bəhs  edilən  ideoloji  cərəyanın  əsas  prinsipləri 
aşağıdakılardan ibarətdir: 
-Dövlət və vətəndaşın qarşılıqlı mənəvi məsuliyyəti güc-
ləndirilməlidir; 
-fərdin hüquq və azadlıqlarının təmin edilməsinə yönəlik 
xüsusi  hüquqi,  ictimai  şərait  yaradılmalı  və  fərdin  ictimai 
həyatda  rolunun  artırılmasına  qarşı  bütün  məhdudiyyətlər 
aradan  qaldırılmalı  və  bu  istiqamətdə  əhəmiyyətli  tədbirlər 
görülməlidir; 
-Milli  maraqların  həyata  keçirilməsində  və  milli  həm-
rəyliyin  təmin  edilməsində  əsas  aktor  qismində  dövlət  çıxış 
etməli  və  o,  cəmiyyətin  birləşdirici,  təşkiledici  başlanğıcı 
qismində fəaliyyət göstərməlidir; 
-Dövlət  milli  maraqları  və  dəyərləri  nəzərə  almaqla 
hüquqi  müstəvidə  davamlı  siyasi  islahatlar  həyata  keçirməli 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə