Niftullayev Vaqif Sahibkarlığın əsasları ‘Zaman nəşriyyatı’



Yüklə 1,54 Mb.
səhifə36/444
tarix24.02.2022
ölçüsü1,54 Mb.
#84017
1   ...   32   33   34   35   36   37   38   39   ...   444
66 Vaqif Niftullayev. Sahibkarlığın əsaslan

- ( İnhisarçı rəqabət - sırf bazar şəraitində çoxsaylı məhsul istehsalçılarının oxşar, lakin idietik (eyni) olmayan məhsulların təklifini nəzərdə tutur. İnhisarçı rəqabət şəraitində bazarda yüzlərlə və minlərlə firmanın olması tələb olunmur. Bu hal üçün onlarla firmanın mövcudluğu kifayət edir.)

^ Xalis rəqabət şəraitində firma standart və ya eyni tipli məhsullar, inhisarçı rəqabət şəraitində isə fərqli məhsulları istehsal edir./Burada differensiallaşma hər şeydən əvvəl məhsul və xidmətlərin keyfiyyətini əhatə edir. Bununla belə, məhsullar həm də satışdan sonrakı xidmət (uzunmüddətli istifadə olunan məhsullar üçün) şərtlərinə, alıcılara yaxınlaşmasına, reklamın intensivləşməsinə görə də differensiallaşdırılır. İnhisarçı rəqabət bazarında firma təkcə qiymət vasitəsi ilə deyil, həm də bütün mümkün yollarla rəqabət aparmaq qabiliyyətinə malikdir. Bu cəhət inhisarçı rəqabət bazarının ən başlıca xüsusiyyətidir.

İnhisarçı rəqabət bazarının daha bir mühüm xarakteristikası nisbətən asan yollarla bazara daxil olmağın mümkünlüyüdür. İnhisarçı rəqabət bazarında fəaliyyət göstərən istehsalçı adətən çox nəhəng firma olmur. Ona görə də təsərrüfat fəaliyyəti üçün istehsalçıda zəruri olan ilkin kapitalın həcmi çox da böyük deyil.

Bu bazarı xarakterizə edərkən belə bir sualla qarşılaşmaq mümkündür. Bu bazar modelində inhisarçı rəqabət nədən ibarətdir? Məhsulların differensiallaşdığı şəraitdə hər bir firma öz məhsulları üzərində inhisarçı hakimiyyətə malik olur. Belə ki, onlar rəqabət aparan digər firmaleınn fəaliyyətindən asılı olmayaraq qiyməti yüksəltmək və aşağı salmaq imkanına malikdirlər. Mövcud olan bu imkanlar yalnız anoloji məhsullar istehsal edən firmalann sayı ilə məhdudlaşdınla bilər. Bundan əlavə inhisarçı rəqabət bazarında orta və xırda firmalarla yanaşı həddən artıq iri istehsalçılar da fəaliyyət göstərir. Hazırda Qərb ölkələrinin müasir bazar strukturları inhisarçı rəqabət əsasında fəaliyyət göstərir.

( Oiiqopoliya. Oliqopoliyanı xarakterizə edən ən başlıca xüsusiyyət azsaylı rəqabət iştirakçılarının olmasıdır. Nisbətən azsaylı (10-a qədər) firmalann müəyyən əmtəə və xidmətlər bazarında mütləq hegemonluğu ilə xarakterizə olunan rəqabət oiiqopoliya adlanınl^Tətbiqi iqtisadiyyatın tədqiqatçıları göstərir ki, müxtəlif bazarlar arasında dəqiq müəyyənləşdirilmiş sərhədlər yoxdur. Ona görə də oiiqopoliya modeli xalis rəqabətdən tutulmuş inhisarçı rəqabətə qədər böyük bir sahəni əhatə edir) Bazar təsərrüfatında klassik oiiqopoliya beşə qədər istehsalçı əsasında təşkil edilir. Məsələn, ABŞ-m avtomobil sənayesində “Böyük üçlük” - “General Motors”, “Ford”, “Kraysler” hegemonluq edir.

Oliqopoliyada məhsul istehsalı həm eyni tipli və həm də differen- siallaşmış məhsullar üzrə də həyata keçirilə bilir. Eyni tipli məhsullar əsas etibarı ilə xammal və yarımfabrikatlar bazarını (neft, daş kömür, sement, texniki spirt və s.), differensiallaşdınlmış məhsullar isə xüsusi ilə istehlak məhsulları bazarını əhatə edir.



m fəsil. Sahibkarlıq rəqabəti 67

Bazarda firmalann azsaylı olması inhisarçılar arasında gizli razılaş- ınalann fəaliyyət göstərməsi ilə əlaqədardır. Belə ki, qiymətlərin səviyyəsinin müəyyənləşdirilməsi bazann firmalar arasında bölüşdürülməsi və ya firmalar arasında rəqabətin bu və ya digər yolla məhdudlaşdınlma- sı və sair buna əyani misal ola bilər. Məhz bütün bunlarla əlaqədar oliqo- pəliya bazan nəticə etiban ilə inhisarçı bazara yaxınlaşır. Oiiqopoliya bazarında rəqabətin intensivliyi nə qədər çox olarsa, istehsalın təmərküzləşmə və mərkəzləşmə səviyyəsi də bir o qədər aşağı olar və ya əksinə.

Oiiqopoliya bazannm təkmil rəqabət bazanndan ən mühüm fərqli cəhəti qiymətlərin səviyyəsi və dinamikası ilə bilavasitə əlaqədar olmasıdır. Əgər təkmil rəqabət bazannda qiymətlər fasiləsiz və mütəmadi olaraq dəyişirsə və bütün bunlar məhsullar üzrə tələb və təklifin tərəddüdlərindən bilavasitə asılı olursa, oiiqopoliya bazarında isə bu sahədə mütləq sabitlik tendensiyası hökm sürür və ya səviyyələrin dəyişməsi icz-tez hiss edilmir. Oiiqopoliya bazannda firma tərəfindən diktə olunan (•I iy mətlər fəaliyyət göstərir. Qiymətlərin bu səviyyəsi isə yalnız apancı lirma tərəfindən diktə edilir və digər oliqopolistlər də qiymətlərin mü- oyyənləşdirilməsinin bu metoduna riayət edirlən Bu da iqtisadi ədəbiyyatda “qiymətdə və ya qiymətə liderlik” mövqeyi adlandınlır?

Əsas bazar modellərinin xarakteristikası aşağıdakı cədvəldə göstərilmişdir (cədvəl N«l).

Yuxarıda adlan çəkilən metodlara uyğun olaraq iqtisadi nəzəriyyədə və praktikada qiymət və qeyri-qiymət rəqabəti fərqləndirilir. Qiymət rəqabətinin xarakterik cəhətləri aşağıdakılardan ibarətdir.

Qiymət rəqabəti məhsul satışı və xidmətlər göstərilməsində digər rəqabət aparan firmalarla müqayisədə qiymətlərin daha aşağı olmasını nəzərdə tutur. Sivilizasiyalı bazar münasibətləri şəraitində qiymətlərin aşağı düşməsi istehsal xərclərinin azalması hesabına həyata keçirilir. i )ks halda bu proses mənfəətin əhəmiyyətli dərəcədə azalmasına gətirib çıxarır. Kiçik və orta firmalar bazarda öz mövqelərini qorumaq və möhkəmləndirmək məqsədi ilə daha çox mənfəət əldə etmək uğrunda mübarizə aparırlar.

İri inhisarçılar isə bir neçə müddət ərzində mənfəət əldə etməkdən imtina etməklə ən aşağı qiymətlərin köməyi ilə müvafiq məhsulu bazarda onlarla rəqabət aparan istehsalçının əlindən çıxarırlar. Sonradan qiyməti yüksəltməklə qiymətin aşağı salınması hesabına yaranmış zərəri kompensasiya edirlər. Rəqabət mübarizəsində bu cür metod vaxtı ilə amerikan firması olan “Koka-kola” tərəfindən Latın Amerikası ölkələri bazanna daxil olmaq üçün istifadə edilmişdir. Bu metoddan əz məhsullanm Amerika və Qərbi Avropa ölkələrinə yerləşdirmək üçün Yaponiya firmaları tərəfindən istifadə edirdilər.

Son zamanlar inkişaf etmiş ölkələrdə qiymət rəqabətinə yenidən maraq yaranır. Bu isə ilk növbədə resurslara qənaət edən texnikanın lolbiqi və istehsal xərcələrinə qənaət edilməsi ilə bağlıdır.



68 Vaqif NiftuHayev. Sahibkarlığın əsasları
Əsas bazar modelhrinin xarakterik cshathri

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   444




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə